Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə40/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   36   37   38   39   40   41   42   43   ...   95

 
161 
 
 
 
 
əlaqədar  iqtisadi  münasibətlər  toplusu  kimi  müəyyənləşdirmək  olar.  İstər 
milli, istərsə də  dünya valyuta sistemi bir-birindən asılı və qarşılıqlı təsirdə 
olan  bir  sıra  elementlərdən  ibarətdir.  Bunun  əsasında:  milli  valyuta 
sistemində-milli  valyuta,  dünya  valyuta  sistemində  isə  beynəlxalq 
hesablaşmalarda  ödəniş  vasitəsi  və  ehtiyat  valyuta    funksiyasını  yerinə 
yetirən ehtiyat  valyutalar və həmçinin beynəlxalq  hesab valyuta vahidləri 
təşkil  edir.  Hər  hansı  sistemi  xarakterizə  edərkən    valyutanın  dönərliliyi 
səviyyəsi,  yəni  xarici  valyutaya  dəyişməyin  sərbəstlilik  dərəcəsi    mühüm 
əhəmiyyət  kəsb  edir.  Buna  görə  də  valyuta  dönərliliyinin  müxtəlif 
səviyyələrini  xarakterizə  edən  sərbəst  dönər  valyuta,  natamam  dönər 
valyuta və qapalı-valyuta meyarlarından istifadə edilir.  
Dönərlilik  səviyyəsi  valyutanın  xarici  valyutaya  dəyişdirilməsində 
tətbiq  olunan  və  yaxud  da  tətbiq  olunmayan  məhdudiyyətlər,  onu 
tənzimləyən  reqlamentləşdirici  tədbirlər  sisteminin  mövcudluğundan, 
valyuta  əməliyyatlarının  növləri  və  sübyektlərinə    tətbiq  olunan  hüquqi  və 
kəmiyyət məhdudiyyətlərinin mövcudluğu ilə müəyyən olunur. 
Hazırki  dövrdə  ancaq  bir  sıra    sənayecə  inkişaf  etmiş  ölkələrin 
valyutaları  tam  sərbəst  dönərliliyə  malikdir,  qalan  ölkələrin  əksəriyyətində 
valyuta əməliyatlarına bu və ya digər məhdudlaşdırıcı tədbirlər mövcuddur. 
Valyuta  sisteminin  fəaliyyət  göstərməsində  mühüm  əhəmiyyət  kəsb  edən 
məsələlərdən biri də valyuta  məzənnəsi rejimidir. İki əks valyuta məzənnəsi 
rejimi  mövcuddur  ki,  onların  da  əsasında  müxtəlif  variantlarda  valyuta 
məzənnəsi  rejimi    formalaşdırmaq  mümkün  olur:  qeyd  olunmuş  valyuta 
məzənnəsi rejimi  və üzən valyuta məzənnəsi rejimi. Qeyd olunmuş valyuta 
məzənnəsi  rejimində  ölkənin  milli  valyutasının  məzənnəsi    qanunvericilik 
yolu  ilə  müəyyənləşdirilir  və    əsasən  çox  cüzi  kənarlaşmalara  (müəyyən 
dəhliz  daxilində)  yol  verilir.  Sərbəst  üzən  valyuta  məzənnəsi  rejimində  isə 
valyuta  məzənnəsi    bazardakı  milli  valyutaya  olan  tələb  və  təklif  əsasında 
müəyyənləşir  və  özündə  iqtisadiyyatda  baş  verən  bütün  dəyişiklikləri  əks 
etdirir. Qeyd edildiyi kimi bu  rejimlərin müxtəlif kombinasiyasında valyuta 
məzənnəsinin yeni rejimləri  əldə olunur. Valyuta  sistemi  özündə həmçinin 
valyuta bazarlarının rejimlərini və qızıl bazarlarını birləşdirir. 
          İlk  qərarlaşan  dünya  valyuta  sistemi    1867-ci  ildən  XXəsrin  20-ci 
illərinə  kimi  fəaliyyət  göstərən  Paris  sistemi  olmuşdur.  Onun  xarakterik 
cəhəti  qızıl  standartın  və  tələb  təklifdən  asılı  olaraq  sərbəst  üzən  valyuta 
məzənnəsi  rejiminin  qəbul  edilməsi  idi.  Qızıl  standart    sisteminə  görə 
valyuta  münasibətlərinin  təşkilində  qızıldan  pul  əmtəəsi  kimi    istifadə 


 
162 
 
 
 
 
olunur. Ona görə də hər bir milli pul vahidi  müəyyən qızıl tərkibinə malik 
idi  ki,  onun  da  əsasında  digər  valyutalarla    valyuta  məzənnəsi 
müəyyənləşirdi.  Valyutanın  sərbəst  qızıla  dəyişdirilməsi  təmin  edilir  di  ki, 
qızıl dünya pulu kimi çıxış edirdi. 
  XX  əsrin  əvvəlində  dünyada  baş  verən  proseslər  və  Birinci  dünya  
müharibəsi,  bir  sıra  ölkələrdə  inqilabi  şəraitin  yaranması    Paris  valyuta 
sisteminin  dağılmasına  gətirib çıxardı. Onun əvəzində 1922-ci ildə Genuya 
valyuta  sistemi  gəldi  ki,  onun  xarakterik  cəhəti  qızıldeviz  standartına 
əsaslanması  idi.  Yəni  qızılla  yanaşı  digər  ölkələrin  valyutalarının  ”  qızıl 
devizi kimi qəbul edilməsini  qanuniləşdirirdi.  
Valyuta məzənnəsində qızıl nisbətlər saxlanıldı və üzən valyuta rejimi 
məzənnəsi bərpa olundu.Bir sıra ölkələrdə məs, ABŞ, İngiltərə və Fransada 
qızılkülçə standartından da istifadə edilirdi. Genuya valyuta sistemi  uzun 
müddət  yaşamadı.  Artıq  1930-cu  illərin  birinci  yarsında  dünya  iqtisadi 
böhranı  nəticəsində  dünya  valyuta  sistemi  gərgin  sarsıntılar  yaşadı  və 
qızıldeviz  standartı  dağıldı.  İkinci  dünya  müharibəsinin  başlanğıcında 
ancaq ABŞ-da  pul banknotları qızıla dəyişdirilirdi. 
           İkinci dünya müharibəsi dünyada  iqtisadi güc mərkəzlərində böyük 
dəyişikliyə  səbəb  oldu,  İngiltərə,  Fransa    kəskin  zəiflədi,  Yaponiya  və 
Almaniya  darmadağın oldu, ABŞ isə  dünyanın ən güclü dövlətinə çevrildi. 
Belə bir şəraitdə dünya valyuta sistemin təkmilləşdirilməsi, onun islahatını 
aparılması ABŞ-n güclü təsiri altında baş verdi. Dünya valyuta sisteminin 
əsasını  ABŞ-ın  Bretton-Vudss  şəhərindəki  beynəlxalq  konfransın  (1944) 
qərarları təşkil etdiyindən, bu sistem Bretton-Vudss sistemi adlandırıldı ki, 
onun da əsas prinsipləri aşağıdakılardan ibarət idi. Məhdud şəkildə olsa da  
qızıldeviz  standartından  istifadə  etmək  saxlanıldı,  qızıldan  valyuta 
məzənnəsini  müəyyənləşdirməkdə  istifadə  edilirdi,  ABŞ  dollarının  qızıla 
dəyişdirilməsi  Mərkəzi  Bank  tərəfindən  olsada    davam  etdirildi,  qızıl 
beynəlxalq  hesablaşmalar  və  ödəniş  vasitəsi  olaraq  qalırdı,  AÇŞ 
dollarından  başqa  ingilis  funt  sterlinqi  də  ehtiyat  valyuta  rolu  oynayırdı. 
Həqiqətdə isə ancaq dollar standartı fəaliyyət göstərirdi, çünki ancaq dollar  
qızıla  dəyişdirilirdi.  Bretton-Vudss  sisteminin  mühüm  xüsusiyyəti    qeyd 
olunmuş  valyuta  məzənnəsi    sisteminə  keçilməsi  idi  ki,  burada  müəyən 
olunmuş  hədlərdən  azacıq  kənarlaşmağa  icazə  verilirdi.  Həmçinin  iki 
mühüm valyuta-maliyə və kredit təşkilatı-Beynəlxalq Valyuta fondu (BVF) 
və Beynəlxalq  yenidənqurma və inkişaf bankı (BYİB) yaradıldı. Bunların 
başlıca  vəzifəsi  iştirakçı  dövlətlərə    tədiyyə  balansında    ciddi  kəsr 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə