Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə36/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   32   33   34   35   36   37   38   39   ...   95

 
149 
 
 
 
 
1. Qiymətli kağızların buraxılması  üzrə  vasitəçilik fəaliyyəti 
və  qiymətli  kağızların  ilkin  yerləşdirilməsi  üzrə  emitentlərin 
sifarişlərinin qəbulu və icrası ilə əlaqədardır; 
2.  Qiymətli  kağızlar  üzrə  kommersiya  (diler)  fəaliyyəti.  Bu 
fəaliyyət  özünü  qiymətli  kağızların  alqı  və  satqısı  üzrə 
sövdələşmələrin həyata keçirilməsində göstərir
3.  Qiymətli  kağızlar  üzrə  komission  (broker)  fəaliyyəti.  Bu 
qiymətli  kağızların  alqı  və  satqısı  üzrə  sövdələşmələrin  həyata 
keçirilməsində komission haqqıdır; 
4.  Qiymətli  kağızlar  üzrə  digər  fəaliyyətlər.  Bu  yuxarıda 
sadalanan  fəaliyyətlərlə  əlaqədar  olan  müstəqil  fəaliyyət 
şöbələrini əhatə edir. 
Beynəlxalq maliyyə bazarının tərkibi dedikdə, bu beynəlxalq 
bazarda fəaliyyət göstərən alətlər və fond qiymətləri başa düşülür. 
Bazar  iqtisadiyyatı  şəraitində  beynəlxalq  maliyyə  bazarının 
tərkibi xeyli genişdir. Bu, ilk növbədə özəl bölmənin mövcudluğu 
və  öz  iqtisadi-maliyyə  fəaliyyətinin  daim  genişləndirilməsi  ilə 
əlaqədardır. 
Beynəlxalq  maliyyə  bazarının  tərkibində  əsas  yeri  ümumi 
halda  dövlətin  qiymətli  kağızları  və  xüsusi,  yaxud  özəl  sektorun 
qiymətli kağızları tutur. 
Beynəlxalq  qiymətli  kağızlar  bazarı  alətləri  arasında  əsas 
yeri  dövlət  borc  öhdəlikləri  tutur.  Borc  öhdəlikləri  dedikdə 
dövlətin  qiymətli  kağızları  nəzərdə  tutulur.  Çünki  dövlət  bu 
qiymətli kağızların dəyərini vaxtı çatdıqca ödəməlidir. Belə halda 
dövlət  qiymətli  kağız  buraxmaqla  üzərinə  borc  öhdəliyi  götürür. 
Bu  qiymətli  kağızların  emitentləri  mərkəzi  hökumət,  yerli 
hökumət  orqanları,  dövlət  himayəsi  və  yaxud  zəmanətli  olan 
idarələr  və  təşkilatlardır.  Dövlət  qiymətli  kağızlarını  aşağıdakı 
məqsədlər üçün emissiya edir və ya buraxır: 
1.
 
Cari maliyyə kəsirini maliyyələşdirmək; 
2.
 
Bundan  əvvəl  bölüşdürülmüş  və  ya  yerləşdirilmiş 
istiqrazların ödənilməsi; 
3.
 
Dövlət büdcəsinin kassa icrasını təmin etmək; 
4.
 
Vergi  ödənişləri  daxil  olmalarının  qeyri-bərabərliyinin 
aradan qaldırılması; 


 
150 
 
 
 
 
5.
 
Kommersiya  banklarının  satıla  bilən  ehtiyat  aktivləri  ilə 
təmin olunması; 
6.
 
Yerli  hökumət  orqanlarının  həyata  keçirdikləri  məqsədli 
proqramların maliyyələşdirilməsi; 
7.
 
Sosial  əhəmiyyətli  idarə  və  təşkilatların  müdafiə 
olunması. 
Dövlətin  qiymətli  kağızlarının  buraxılması  büdcə  kəsirinin 
maliyyələşdirilməsinin  iqtisadi  cəhətdən  ən  məqsədəuyğun 
metodudur. Bu maliyyələşdirilmə vəsaitlərin milli banka alınması 
və  pul  emissiyasından  gəlirlərin  cəlb  edilməsi  təcrübəsinə 
əsaslandıqda 
həyata 
keçirilir. 
Mərkəzi 
bankın 
kredit 
ehtiyatlarının  istifadə  edilməsi  ssuda  bazarının  tənzimlənməsi 
imkanlarına  məhdudiyyətlər  qoyur.  Büdcə  kəsirinin  pul 
emissiyası  vasitəsilə  örtülməsi  inflyasiya  ilə  əlaqədar  olaraq 
dövriyyəyə  təminatsız  ödəniş  vasitəsi  aktivlərinin  daxil  olmasına 
gətirib çıxarır və nəticədə pul dövriyyəsi pozulur. Borc alətlərinin 
buraxılması  vacibliyi,  hətta  cari  kəsirsiz  büdcə  ilində  də  əvvəllər 
buraxılan  hökumət  istiqrazlarının  ödənilməsi  və  yaxud 
dövriyyədən  çıxarılması  ilə  əlaqədar  olaraq  həyata  keçirilə  bilər. 
Bundan  başqa  göstərilən  səbəblərin  mövcudluğundan  asılı 
olmayaraq  bir  büdcə  ilində  tez-tez  dövlət  gəlirləri  və  xərcləri 
arasında qısa müddətli uyğunsuzluqlar meydana çıxır. Bu onunla 
əlaqədardır  ki,  büdcəyə  ödənişlərin  daxil  olmasının  ən  optimal 
vaxtı  onların  ödənilməsi  və  vergi  bəyanatlarının  verilməsi  üçün 
müəyyən  olunmuş  vaxtda  da  mövcud  ola  bilər.  Bu  vaxt,  büdcə 
gəlirlərinin  büdcə  xərcləri  kimi  vaxtlar  üzrə  bərabər 
bölüşdürülməsi  mümkün  olmur  və  bir  sıra  problemlər  meydana 
çıxır. Ona görə də dövlət həmçinin büdcənin kassa icrasını təmin 
etmək  məqsədilə  qısamüddətli  qiymətli  kağızların  buraxılmasına 
müraciət  edə  bilər.  Məsələn,  ‚Böyük  Britaniya  xəzinədarlığı 
tərəfindən‛  adlı  vergi-əmanət  sertifikatı  buraxılır  ki,  bu  da 
onların sahibləri tərəfindən istənilən vaxt həm geri qaytarıla bilər, 
həm də vergi ödənilməsi zamanı istifadə edilə bilər. 
Bir  sıra  ölkələrdə  qısamüddətli  dövlət  qiymətli  kağızları 
müəyyən dövrlərdə kommersiya banklarının satıla bilən aktivlərlə 
təmin  olunması  məqsədilə  istifadə  olunmuşdur.  Kommersiya 
təşkilatları  bu  qiymətli  kağızların  buraxılmasında  maraqlıdır. 


 
151 
 
 
 
 
Belə  ki,  onlar  buraxılmış  dövlət  qiymətli  kağızları  öz  ehtiyat 
fondlarında  yerləşdirirlər  ki,  bu  da  onlara  xeyli  gəlir  gətirir. 
Lazım gəldikdə isə onlar bu aktivləri sərbəst surətdə sata bilərlər. 
Dövlət  qiymətli  kağızları  həmçinin  yerli  hakimiyyət 
orqanları 
tərəfindən 
həyata 
keçirilən 
proqramların 
mahiyyətləndirilməsi  və  vəsaitlərin  büdcədənkənar  fondlara  cəlb 
edilməsi  məqsədi  ilə  buraxıla  bilər.  Dövlət  təkcə  öz  qiymətli 
kağızlarını buraxmaq deyil, həm də hökumətin himayəsində olan 
müxtəlif idarə və təşkilatların emissiya etdikləri borc öhdəliklərinə 
zəmanət  vermək  hüququnu  özündə  saxlayır.  Belə  borc  kağızları 
dövlət qiymətli kağız statusu əldə edir. 
Vəsaitlərin  beynəlxalq  fond  bazarına  cəlb  edilmə  miqyası 
müxtəlif  bazar  iqtisadiyyatı  ölkələrində  müxtəlifdir.  Bu  miqyas 
dövlət qiymətli kağızların ümumi həcmi və ümumi daxili məhsul 
arasındakı münasibətlərdə əks olunur, yəni hər bir ölkədə mövcud 
olan  qiymətli  kağızlar  ümumi  daxili məhsulun faizini  əhatə  edir. 
Məsələn, son illərin göstəricilərinə görə həmin münasibət təqribən 
belədir: 
İtaliyada  -  50,6%,  Yaponiyada  -  40,4%,  Fransada  -  17,7%, 
Almaniyada - 16,6% və s. təşkil etmişdir. 
Dövlət  borcunun  dövlət  qiymətli  kağızlarının  buraxılması 
hesabına  maliyyələşdirilməsi,  bank  kreditlərinin  köməyilə  əlavə 
maliyyə  vəsaitlərin  cəlb  edilməsi  hesabına  başa  gəlməsi 
mümkündür.  Bu  həmçinin  onunla  əlaqədardır  ki,  hökumət 
buraxdığı borc öhdəliklərinə hər yerdə yüksək tələbat vardır. Eyni 
zamanda  investorlar  onların  reallaşdırılması  zamanı  çox  az 
çətinliklə  qarşılaşırlar.  Ona  görə  də  dövlət  qiymətli  kağızları 
bazar 
iqtisadiyyatı 
ölkələrində 
daxili 
borcun 
maliyyələşdirilməsində əsas mənbələrdən biridir. 
Dövlət  qiymətli  kağızlarının  ilkin  yerləşdirilməsi  adətən  bir 
çox  subyektlərin  əməkdaşlığı  zamanı  həyata  keçirilir.  Bunların 
arasında  başlıca  rolu  əsasən  mərkəzi  banklar  (Azərbaycanda 
Milli  Bank)  oynayır.  Mərkəzi  banklar  yeni  istiqrazların  geniş 
yayılması  üzrə  işləri  təşkil  edir,  investorları  cəlb  edir  və  bir  sıra 
hallarda  hökumətin  borc  öhdəliklərinin  çox  böyük  hissəsini 
(paketini)  alır.  Bir  sıra  ölkələrdə  göstərilən  funksiyaları  mərkəzi 
banklar  deyil,  maliyyə  nazirlikləri  oynayır.  Bazar  iqtisadiyyatı 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə