Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə44/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   40   41   42   43   44   45   46   47   ...   95

 
172 
 
 
 
 
şərtlər,qaydalar  əsasında  digər  xarici  ölkələrlə  bankların  hər  gün  yerinə 
yetirdikləri 
hesablaşmalardan 
ibarətdir.Beynəlxalq 
hesablaşmalar 
sferasında  bankların fəaliyyəti dövlət tənzimləməsi obyektidir.Beynəlxalq 
hesablaşmalar  qeyd  edilen  öhdəliklər  və  pula  tələbin  ödənilməsinin 
tənzimlənməsi və təşkilini özündə əks etdirir. 
          Beynəlxalq  hesablaşmalar  müxtəlif  ölkələrin  kredit  təşkilatları 
arasında  danışıqlarını  əsasən  banklar  tərəfindən  həyata  keçirir.Yəni  bu 
danışıqlarda  bankların  rolu  daha  çoxdu.Buna  görədə  banklar  öz 
aralarında  hesabların  açılması  haqqında  müqavilələr  imzalayırlar.Bunlar 
nostro-bu  bankın  digər  bankla,loro-digər  bankın  bu  bankda  hesabının 
açılmasıdır.Bu 
razılaşmaların 
öz 
qaydaları 
var.Bu 
qaydalarda  
hesablaşmaların 
aparılması,komisyon 
ödəmələr 
və 
vəsaitlərin 
xərclənməsindən  sonra  hesabların  doldurulması  metodları  öz  eksini 
tapır.Həmçinin  banklara  bu  hesablaşmaları  beynəlxalq  filiallarında 
aparmaq hüququ da verilmişdir. 
          Beynəlxalq hesablaşmaların müxtılif formaları tətbiq olunur ki,buda 
xarici ticarətin müqaviləsi şərtlərindən,milli və xarici valyutanın dönərliliyi 
səviyyəsindən  asılıdı.Beynəlxalq  hesablaşma  ümumi  anlayış  olub 
hesablaşma  vasitələrini  və  beynəlxalq  hesablaşma  üsullarıni  özündə 
birləşdirir. 
             Ödəmə usullarına aşağıdakılar aiddir. 
1.
 
Avans ödəmələri. 
2.
 
Akkreditiv. 
3.
 
İnkasso. 
4.
 
Açıq hesablar üzrə ödənişlər. 
5.
 
Əmtəənin yola salınması ilə həyata keçirilən ödənişlər. 
         Hesablaşma vasitələrinə isə 
1.
 
Çek. 
2.
 
Veksel. 
3.
 
Bank məsrəfləri. 
4.
 
Köçürmələr.(poçt,teleqraf,teleks ödəniş köçürmələri.) 
aiddir. 
       Akkreditiv sənəədləşmədən istifadə edilərək aparılan hesablaşmalar ilk 
dəfə  1933-cü  ildə  Beynəlxalq  Ticarət  palatasının  Bena  konqresində  qəbul 
edilmişdir.Bu qanunda illər boyu çoxlu düzəlişlər edilmişdir.Ən son düzəliş 
1993-cü  ildə  ildə  edilmişdir.İnkasso  formasında  hesablaşmaların 
reqlamentləşdirilməsi  isə  ilk  dəfə  1936-cı  ildə  Beynəlxalq  Ticarət  palatası 


 
173 
 
 
 
 
tərəfindən  həyata  keçirilmişdir.Bu  formada  son  dəyişiklik  isə  1978-ci  ildə 
olmuşdur. 
        Hesablaşma  forması  həllədici  tərəflərin  maraqlarıyla  seçilir.Bu 
maraqlar  çox  vaxt  uyğun  gəlmir.İxracçı  istiyir  ki,əmtəə  və  xidmətlərin 
dəyəri  daha  qısa  müddətə  ödənilsin,idxalçı  isə  bu  müddəti  uzatmağa 
çalışır.Hər  iki  tərəfin  tələblərinin  maksimum  nəzərə  alınması  üçün 
hesablaşma  formasının  seçilməsi  zamanı  onlar  arasında  kompromisin 
olmalıdır. 
       Beynəlxalq  hesablaşmanın  iki  forması  daha  geniş  yayılmışdır.Bunlar 
İnkasso və Akkreditivdir. 
       İnkasso  əməliyatının  mahiyyəti,bank  əmtəə  ixrac  edən  müştərisinin 
tapşırığı  əsasında,mal  yükləyib  yola  saldıqdan  sonra,idxalçıdan  ödənişləri 
almaqdır.Bu zaman əldə olunan vəsait müştərinin hesabına oturdulur. 
 İdxalçıdan ödənişlər aşağıdakı formada alına bilər. 

 
Ancaq maliyyə sənədləri.Buna sadə inkasso deyirlər. 

 
Kmommersiya  sənədləri  ilə birlikdə göndərilən  maliyyə  sənədləri  və 
yaxud  da  ancaq  kommersiya  sənədləri.Bu  dokumentar  inkasso 
adlanır. 
          Hesablaşmanın aparılması ardıcıllığı aşağıdakı kimidir. 
1.
 
İdxalçı  və  ixracçı  arasında  vasitəçi  bankların  göstərişiylə  müqavilə 
bağlanması. 
2.
 
Müqavilə şərtlərinə uyğun ixracçı tərəfindən malın yüklənilməsi. 
3.
 
Daşımaçıdan  malın  nəqliyyat  sənədlərinin  ixracçı  tərəfindən 
alınması. 
4.
 
İxracçı  tərəfindən  sənədlərin  hamısının  hazırlanması  və  inkasso 
etmək tapşırığını remitet banka teqdim etmə. 
5.
 
Remitent  bank  tərəfindən  sənədlər  nəzərdən  keçirildikdən  sonra 
onları  inkasso  tapşırığı  ilə  birlikdə  idxalçının  ölkəsindəki  müxbir 
banka göndərir. 
6.
 
İnkasso  edən  bank  tərəfindən  sənədləri  və  inkasso  tapşırığını  tanış 
olmaq üçün idxalçıya təqdim olunması və ödənişin alınması. 
7.
 
İnkasso  edən  bank  tərəfindən  ödənişin  alınması  vəona  sənədlərin 
verilməsi. 
8.
 
İnkasso  edən  bank  tərəfindən  alınmış  məbləğin  remitent-banka 
köçürülməsi  
9.
 
Bank-remitent tərəfindən alınmış gəlir ixracçının hesabına keçirilir. 


 
174 
 
 
 
 
       İnkasso  əməliyyatı  idxalçı  üçün  daha  əlverişli  hesab  olunur.Bu 
əməliyyatda  ödəniş  mala  mülkiyyət  hüquqi  verən  sənədlərlə  qarşılanır.Bu 
möddət ərzində vəsaitlər idxalçının hesabında qalır.İnkasso  əməliyyatında 
malın yola salınmaması riski azdır. 
Bu  əməliyyatda  mal  yola  salındıqdan  sonra  ödəniş  həyata 
keçirilir.Sənədlərin  bir  bankdan  digər  banka  hərəkəti  bir  neçə  gündən 
aylara qədər çəkə bilər.Bu da ixracçı üçün malın nisyə satılması deməkdir. 
        Akkreditiv 
– 
ixracçı 
üçün 
daha 
əlverişli 
hesablaşma 
formasıdır.Akkreditiv  hesablaşma,Müştərinin  istəyi  əsasında  müvafiq 
şərtləri yerinəyetirdikdə üçüncü şəxsin hesabına sənədlərin ödənişini etmək 
üçün  bank  tapşırığıdır.Akkreditiv  bankın  razılığı  ilə  sənədlərin  uçotunu 
həyata keçirir,qısa müddətli krediti təmin edə bilir. 
      Akkeriditiv hesablaşma aşağıdakı formada həyata keçirilir. 
Çox  vaxt idxalçı və  ixracçı banklarını özləri  seçirlər.Sonra  müvafiq  əmtəə 
və xidmətlətin alqı satqısı üzrə müqavilə bağlayırlar və onlar bildirirlər ki 
hesablaşma  akkreditiv  formada  olsun.İdxalçı  öz  bankına  müraciət  edir 
ki,ixracçı  üçün  akkreditiv  açılması  haqqında  ərizə  ilə  müraciət  edir.Bu 
zaman  emitent  bank  hemin  akkreditiv  məktubu  ixracçının  ölkəsində 
müxbir  münasibətlərinin  olduğu  banklardan  birinə  göndərir.Onlar  həmin 
banka  bu  akkreditivi  verməyi  tapşırır.İxracçı  akreditivi  aldıqdan  sonra 
malı yükləyə bilir.Malı yüklədikdən sonra isə ixracçı şərtlərə uyğun olaraq 
sənədləri  göstərilən  banka  təqdim  edir.Həmin  bank  sənədləri  emitent 
banka yola salır.Bank emitent sənədlərin düzgünlüyünü yoxladıqdan sonra 
malın  dəyərinin  ödənilməsini  təmin  edir.Pul  köçürüldükdən  sonra  isə 
sənədləri  idxalçıyatəqdim  edirlər.Vasitəçi  bank  ödənişləri  qəbul  etdikdən 
sonra vəsaitləri ixracçının heabına keçirir. 
      
 Beynəlxalq  mühasibat  uçotu  əsasında  iqtisadi  təhlilin 
metodunun  başlıca  xarakterik  xüsusiyyəti  təhlilin  predmetinin, 
onun obyektlərinin öyrənilməsi üsullarının məcmu ilə xarakterizə 
olunur. 
 Beynəlxalq  mühasibat  uçotu  və  auditin  bütün  elmlərdə  olduğu 
kimi  iqtisadi  təhlil  elminin  də  əsas  metodu  dialektik  materialist 
metoddur.  Beynəlxalq  mühasibat  uçotu  və  auditin  dialektikaya 
əsaslanan  iqtisadi  təhlilin  başlıca  prinsipi  proses  və  hadisələrin, 
təhlil və sintezin, deduksiya və induksiyanın vəhdətliyi şəraitində 
öyrənilməsini  təbb  edir.  Təhlil  zamanı  bütün  proses,  hadisə, 
göstərici, əməliyyat və s. üzrə tədqiqat nəticələrini ümumilədirmək 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə