Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə42/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   38   39   40   41   42   43   44   45   ...   95

 
166 
 
 
 
 
tədiyə  dövriyyəsinə  xidmət  edir.Milli  valyuta  sistemi  ölkənin  pul 
sisteminin  tərkib  hissəsidir.  Bununla  belə,  o  nisbi  müstəqildir  və 
milli  sərhədlərdən  kənara  çıxır.  Onun  xüsusiyyətləri  ölkənin 
iqtisadiyyatının və xarici iqtisadi əlaqələrinin inkişaf səviyyəsi ilə 
müəyyən  olunur.  Milli  valyuta  sisteminin  quruluş  prinsipləri 
ölkənin qanunvericiliyi ilə təsbit edilir. 
 Valyuta riskləri sistemi dünya valyuta sistemi ilə ayrılmaz surətdə 
əlaqədardır.  Dünya  valyuta  sistemi  beynəlxalq  valyuta 
münasibətlərinin  təşkili  forması  olub,  beynəlxalq  təsərrüfatın  
inkişafından  irəli  gəlir  və  dövlətlərarası  razılaşmalarla 
tənzimlənir. 
 
 
 
 
4.3.Beynəlxalq biznesin inkişafına investisiyaların  cəlb edilməsi 
               Xarici  investisiyaların,  müasir  texnologiyaların  və 
avadanlıqların,  idarəetmə  təcrübəsinin  ölkə  iqtisadiyyatına  cəlb 
edilməsi  yolu  ilə  yüksək  keyfiyyətli,  rəqabət  qabiliyyətli 
məhsulların  istehsal  edilməsi  Azərbaycan  dövlətinin  müəyyən 
etdiyi  iqtisadi  inkişaf  strategiyasının  mühüm  tərkib  hissəsidir.  
              Son  illər  ərzində  Azərbaycan  Hökuməti  qeyri-neft 
sektoruna  yönəldilmiş  birbaşa  xarici  investisiyaların  və  özəl 
sektorun  ölkənin  iqtisadi  və  sosial  inkişafında  oynaya  biləcəyi 
rolun  əhəmiyyətinə  daha  çox  diqqət  yetirir.  Ölkə  rəhbərliyi 
investorların  investisiya  fəaliyyəti  sahəsində  üzləşdikləri  əsas 
problemləri daha yaxşı anlamaq məqsədilə özəl sektorla dialoqun 
daha da gücləndirilməsində maraqlıdır. 
                Azərbaycan Respublikası Prezidentinin 2002-ci ildə yerli 
və  xarici  iş  adamları  ilə  keçirdikləri  görüşləri  kiçik  və  orta 
sahibkarlığın  inkişafı  sahəsində  əldə  olunmuş  nailiyyətləri,  eyni 
zamanda bu sahədə mövcud olan problemləri aşkara çıxarmışdır. 
Həmin  görüşlərdən  sonra  sahibkarlığın  inkişafı  ilə  bağlı  ölkə 
Prezidentinin  imzaladığı  bir  neçə  fərmanlar  sahibkarlığın 


 
167 
 
 
 
 
dəstəklənməsi  və  ölkədə  investisiya  mühitinin  təkmilləşdirilməsi 
istiqamətində keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur.  
          Sahibkarlığın  inkişafı  sahəsində  qəbul  olunmuş  dövlət 
proqramları  çərçivəsində  ölkə  iqtisadiyyatının  tənzimlənməsi 
sahəsində  əhəmiyyətli  tədbirlər  həyata  keçirilmiş,  sahibkarlara 
dövlət  maliyyə  köməyi  sistemi  təkmilləşdirilmişdir.  Sahibkarlıq 
infrastrukturunun  formalaşdırılması  istiqamətində  mühüm 
addımlar  atılmış,  sahibkarlara  zəruri  texniki  yardım  ”  məsləhət, 
informasiya 
və 
digər 
xidmətlər 
göstərən 
strukturlar 
formalaşdırılmışdır. 
Keçən 
müddətdə 
respublikamızda 
investorların  hüquq  və  mənafelərinin  qorunması,  mülkiyyətin 
toxunulmazlığı,  yerli  və  xarici  sahibkarlara  eyni  iş  şəraitinin 
yaradılması,  əldə  edilmiş  mənfəətdən  maneəsiz  istifadə  olunması 
ilə bağlı mühüm tədbirlər görülmüşdür. Qonşu MDB ölkələrindən 
fərqli  olaraq  Azərbaycanda  mənfəətin  başqa  valyutalara 
konvertasiya  edilməsi,  xarici  ölkələrə  köçürülməsi,  yaxud 
reinvestisiya edilməsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilmiş, 
bazar  iqtisadiyyatı  prinsipləri  əsasında  vahid  valyuta  məzənnəsi 
formalaşmışdır.  Bu  tədbirlər  xarici  investorların,  beynəlxalq 
maliyyə-iqtisadi təşkilatların Azərbaycana olan marağını daha da 
artırmışdır. 
         Ölkənin  iqtisadi  inkişafındakı  bu  uğurlarda  neft 
strategiyasının həyata keçirilməsinin böyük əhəmiyyəti olmuşdur. 
1994-cü  ildə  nüfuzlu  xarici  neft  şirkətləri  ilə  «Əsrin  kontraktı» 
imzalandıqdan  sonra  həmin  kontrakt  çərçivəsində  aparılan  işlər 
nəticəsində  1997-ci  ildə  ilk  neft  hasil  olunmuş  və  1999-cu  ildən 
etibarən  mənfəət  nefti  ixrac  olunmağa  başlanmışdır.Azərbaycan 
Respublikasının  neft  sərvətlərinin  istismarının  genişlənməsi 
ölkənin neft gəlirlərinin toplanması üçün Dövlət Neft Fondunun 
təsis  olunmasına  səbəb  olmuşdur.  Dövlət  Neft  Fondunun 
vəsaitinin  istifadəsi  dövlət  investisiya  siyasətinə  uyğun  olaraq 
həyata  keçirilir.  Orta  müddətli  perspektivdə  Neft  Fondunun 
xərclərinin əsasən ölkədə yoxsulluğun səviyyəsinin azaldılması ilə 
bağlı  layihələrin,  habelə  strateci  əhəmiyyətli  infrastruktur 
obyektlərinin  inşası  və  rekonstruksiyasının  maliyyələşdirilməsinə 
yönəldilməsi  nəzərdə  tutulur.  Neft  Fondunun  xərcləri  əsasən 


 
168 
 
 
 
 
Fondun  vəsaitinin  idarə  olunmasından  əldə  olunan  faiz  gəlirləri 
həcmində nəzərdə tutulur.Bununla bərabər, Böyük İpək Yolunun 
bərpası,  TRASEKA  layihələri  həyata  keçirilməkdədir.  Bu 
layihələr  nəinki  Azərbaycanın  iqtisadi  inkişafına,  eləcə  də  bütün 
region  ölkələri  arasında  əməkdaşlığın  genişləndirilməsinə,  bu 
ölkələrin iqtisadi qüdrətinin artmasına, burada yaşayan xalqların 
daha  firavan  yaşamasına  xidmət  edir.  Hazırda  Azərbaycan 
Hökumətinin  qarşısında  duran  ən  əsas  vəzifələrdən  biri 
iqtisadiyyatın  tarazlı  inkişafına  nail  olmaqdan,  «Holland 
sindromu»nun  yaranmasına  imkan  verməməkdən  ibarətdir.  Bu 
məqsədlə  Azərbaycan  Hökuməti  ölkədə  iqtisadi  islahatların 
davam  etdirilməsi,  biznes  mühitinin  daha  da  yaxşılaşdırılması, 
neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi 
ilə bağlı tədbirlərin ardıcıl şəkildə həyata keçirməyi planlaşdırır.  
             Azərbaycanın  qeyri-neft  sektoruna  investisiyaların  cəlb 
edilməsinin ən mühüm vasitələrindən biri özəlləşdirmə prosesidir. 
Bu  günədək  Türkiyə,  Amerika  Birləşmiş  Ştatları,  Fransa,  Böyük 
Britaniya,  Çin,  İran,  İsveçrə,  Hollandiya  və  bəzi  digər  ölkələrin 
investorları  Azərbaycanda  həyata  keçirilən  özəlləşdirmə 
prosesində iştirak etmiş və müəssisələrin səhmlərinin ən azı 51 %-
ni  əldə  edərək  onlara  böyük  məbləğdə  investisiyalar  qoymuşlar.  
          Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamları  ilə 
yeni  sahələrin,  o  cümlədən  xarici  investorlar  üçün  xüsusilə 
cəlbedici  olan  metallurgiya,  kimya,  energetika,  maşınqayırma, 
nəqliyyat,  rabitə  və  digər  sahələrdə  fəaliyyət  göstərən  şirkətlərin 
özəlləşdirməyə  açılması  xarici  investisiya  axınına  güclü  təkan 
verməkdədir. 
Ölkə  iqtisadiyyatına  cəlb  olunan  investisiyaların  artırılması 
məqsədilə 
beynəlxalq 
təşkilatlarla 
əməkdaşlığımız 
ilbəil 
genişlənir.  Dünya  Bankı,  Beynəlxalq  Maliyyə  Korporasiyası, 
Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı,  İslam  İnkişaf  Bankı, 
Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər 
maliyyə  qurumları  iqtisadiyyatın  müxtəlif sahələrində  layihələrin 
həyata  keçirilməsinə  güzəştli  şərtlərlə  kreditlər  ayırmışlar.  Qeyd 
etmək  lazımdır  ki,  Azərbaycan  MDB  ölkələri  arasında 
adambaşına ən az kredit almış ölkədir. Xarici borcun məbləği isə 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə