Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə39/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   35   36   37   38   39   40   41   42   ...   95

 
158 
 
 
 
 
Təsərrüfatçılıq  təcrübəsində  texnologiyanın  daşıyıcısı  kimi,  ixtiralara 
patent  və  lisenziyalar,  texniki  sənədlər,  xüsusi  ədəbiyyat,  hər  hansı  hazır 
məhsul  və  ya  yarımfabrikat,  müəyyən  məsələlərin  həlli  üçün  tələb  olunan 
bilik  və  bacarığa  malik  olan  peşəkar-mütəxəssislər,  çıxış  edə  bilirlər. 
Beynəlxalq  aləmdə  texnologiya  aşağıdakı  üsüllarla  ötürülür:  yazılı 
(patentlərin,  lisenziyaların  alqı-satqısı  müqavilələrinin  bağlanması, 
mətbuatda  nəşr  olunması  və  s.),  elektron  şəbəkə-internet  və    televiziya 
vasitəsilə,  konferensiya  və  simpoziumlar  vasitəsilə,  sərgilərdə  və  s. 
Beynəlxalq  texnologiya mübadiləsi haqqı ödənilməklə və havayı ola bilər. 
Beynəlxalq  texnologiyanın  əksər  hissəsi    haqqı  ödənilmədən  mübadilə 
edilir. 
(Televiziya 
da 
ödənişsiz 
kanallarla, 
konferensiyalarla, 
simpoziumlarda    haqqı  ödəilmədən  mübadilə  edilir).  Texnologiyanın 
müəyyən  hissəsi  isə  iqtisadi  əhəmiyyətindən  asılı  olaraq    müvafiq 
müqavilələrdə  əksini  tapan  dəyər  ifadəsində  qiymətləndirilir  və    alıcı 
tərəfindən haqqı ödənilir.  
İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatı (OECP-rusca), bu və ya digər 
sahədə    istehsalın  xarakterindən  asılı  olaraq  texnologiyanın  4  tipini 
fərqləndirir  ki,  bu  da  beynəlxalq  texnologiya  mübadiləsinin  keyfiyyət 
cəhətini göstərir: Sənayenin aerokosmos, farmaseptika sahələrində, ofis və 
mühasibat  texnikası  istehsalı,  radio-televiziya  və  kommunikasiya 
avadanlıqları  istehsalı  sahələrində  tətbiq  olunan  yüksək  texnologiya; 
elektrotexnika  maşınqayırması,  cihazqayırma  sahələrində,  nəqliyyat 
avadanlıqları  və  avtomobil  mühərrikləri  istehsalı  sahələrində,  kimya 
sənayesində tətbiq olunan orta-yüksək səviyyəli texnologiya; nüvə yanacağı 
istehsalında,  neft  məhsullarının  təmizlənməsində,  gəmiqayırmada,  metal 
istehsalında tətbiq olunan orta-aşağı səviyyəli texnologiya; kağız və kağız 
məhsulları  istehsalında,  yeyinti  məhsulları  sənayesində,  tütün  və  tekstil, 
dəri  istehsalı  sənayesində  tətbiq  olunan  aşağı  səviyyəli  texnologiya.  BMT 
təsnifatın  da  isə  texnologiyanın  3  əsas  səviyyəsi  ”  yüksək,  orta  və  ağağı 
səviyyələri  fərqləndirilir. 
           Pulun  dünya təsərrüfatçılıq  sistemində  istifadəsi  ilə  əlaqədar  olaraq 
yaranan  və  iqtisadi  münasibətlərin  xüsusi  forması  sayılan  beynəlxalq 
valyuta  münasibətləri  beynəlxalq  iqtisadi  münasibətlərin  ən  dinamik 
formalarından  biridir.  Əksər    təsərrüfatçılıq  fəaliyyətlərində  nəticələrini  
mübadiləsi  və  onların  beynəlxalq  hesablaşması  pul  formasında  həyata 
keçirilir.  Ona  görə  də  beynəlxalq  münasibətlərdə  bir  ölkənin  pul  vahidi 
digər ölkənin pul vahidi  ilə qarşı-qarşıya dayanır. Ölkə daxilində milli pul 


 
159 
 
 
 
 
vahidi  həmin    ölkənin  pul  nişanı  kimi  fəaliyət  göstərir.  Müxtəlif 
səbəblərdən  (xarici  ticarət,  kapital  ixracı  və  s.)  milli  pul  vahidi  ölkə 
sərhədlərindən kənara çıxdıqda o, yeni keyfiyyət  kəsb edir ”valyuta kimi 
çıxış  edir.  Valyuta  münasibətləri  beynəlxalq  ticarətin  və  kapitalın 
beynəlxalq  hərəkətinin  inkişafı  nəticəsində  yaranmışdır.  Bu  münasibətlər 
müvafiq  müstəqilliyə  malikdir  və  qloballaşan  iqtisadiyyat  şəraitində  daha 
da  genişlənir.  Valyuta  münasibətlərinin  təkrar  istehsal  prosesinə  təsiri 
günü-gündən artmaqdadır. Bunun əsas səbəbləri aşağıdakılardır: 
1. təsərüfatçılıq həyatının getdikcə daha çox beynəlmilləlləşməsi; 
2.dünyanın  müxtəlif  regionlarında  inteqrasiya  proseslərinin 
güclənməsi
3.    milli  təkrar  istehsal  prosesinə  xarici  amillərin  təsirinin    kifayət 
qədər güclənməsi; 
4. dünyada böyük həcmli valyuta ticarətinin aparılması; 
5.  yeni  maliyyə  vasitələrinin  yaranması  və  dünyada  sürətlə 
yayılmasıdır. 
Milli  valyutalar  müxtəlif  nisbətlərdə  bir-birlərinə  bərabər  tutulur. 
Qanunvericilik    yolu  ilə  və  yaxud  da  bazardakı  tələb  və  təklifdən  asılı 
olaraq,  iki  müqayisə  olunan  valyuta  arasında  qərarlaşan  nisbətə  valyuta 
məzənnəsi  deyilir.  Valyuta  məzənnəsi  bir  milli  pul  vahidinin  qiymətinin 
digər  ölkənin  pul  vahidində  ifadə  olunmasıdır.  Milli  pul  vahidinin 
məzənnəsi  hər hansı bir ölkənin valyutası və yaxud da  bir neçə ölkənin pul 
vahidləri  (valyuta  səbəti)  vasitəsi  ilə  ifadə  oluna  bilər.  Valyuta 
məzənnəsinin formalaşması ilk baxışda çox sadə görünür. Lakin o, özündə 
müqayisə  olunan  ölkələrin  iqtisadiyyatında  gedən  prosesləri  əks  etdirir. 
Onun  əsasını  milli  valyutanın  alıcılıq  qabiliyyəti,  əmtəə  və  xidmətlərə, 
investisiyalara  qiymətlərin  ümumi  səviyyəsi  təşkil  edir.  Eyni  zamanda 
valyuta  məzənnəsinin  konkret  kəmiyyəti  inflyasiyanın  tempindən,  faiz 
səviyyələri  arasındakı  fərqlərdən  və  tədiyə  balansının  vəziyyətindən  də 
asılıdır. Valyuta bazarına Milli Bankın müdaxiləsi (valyuta intervensiyası) 
və  valyuta  möhtəkirlərinin  (spekulyantların)  fəaliyyəti  də  valyuta 
məzənnəsinə  təsir  göstərən  amillərdir.  Ayrı-ayrı  dövrlərdə  gah  milli 
valyutaya, gah da xarici valyutaya etibar artmışdır. Bu cür hallar valyuta 
məzənnəsinin  formalaşmasına  öz  təsirini  göstərmişdir.  Valyuta 
məzənnəsinin  aşağıdakı  iki  növünü  fərqləndirmək  lazımdır:  nominal  və 
real. 


 
160 
 
 
 
 
          Milli  valyutanın   hər  hansı ölkənin   valyutasına və yaxud  da  əksinə, 
dəyişdirilərkən  olan  konkret  qiyməti  nominal  valyuta  məzənnəsidir.  Hər 
gün mətbuatda nəşr olunan qiymətlər nominal valyuta məzənnəsidir. 
Real  valyuta  məzənnəsini  hesablamaq  üçün  iki  ölkədə  qiymətlərin 
səviyyəsi  nisbətləri  ilə  nominal  valyuta  məzənnəsinin  hasilini  tapmaq 
lazımdır.  Həmin  ölkə  ilə  ticarət  edən  ölkələrdə  qiymətlərin  orta  səviyyəsi 
bazasında  da  real  valyuta  məzənnəsini  hesablamaq  olar.  Bu  zaman  real 
valyuta  məzənnəsi  idxal  olunan  mallara  nisbətən  milli  əmtəələrin  rəqabət 
qabiliyyətliliyini göstərən kəmiyyət kimi çıxış edəcəkdir. 
Valyuta  məzənnəsinin    beynəlxalq  iqtisadi  münasibətlərə  çox  böyük 
təsir göstərir: 
- valyuta məzənnəsi əsasında hər hansı əmtəəyə çəkilən milli istehsal 
xərcləri ilə dünya qiymətlərini müqayisə etmək mümkün olur ki, bunun da 
nəticəsində  xarici  iqtisadi  fəaliyyəti  və  fəaliyyətin  yekunlarını 
proqnozlaşdırmaq  və  təsərrüfatçılıq  fəaliyyətində  düzgün  istiqamətləri 
müəyyənləşdirmək mümkün olur; 
-  ölkənin iqtisadi  vəziyyətinə  bilavasitə təsir göstərir  ki, bu da  özünü 
birbaşa tədiyyə balansında əks etdirir; 

dünya 
ümumi 
məhsulunun 
ölkələr 
arasında 
yenidən 
bölüşdürülməsinə təsir göstərir. 
Məhz  buna  görə  də  müəyyən  dövrlərdə  dünya  ölkələri  arasında  
iqtisadi  mənafelər  toqquşur  və  konfliktlər  yaranır.  Bunları  da  nisbətən 
aradan  qaldırılması  üçün  dövlət  və  dövlətlərarası  səviyyələrdə  müvafiq 
razılaşmalar mövcuddur.  
Bir ölkənin milli valyutasının digər ölkəninkinə dəyişdirilməsi inkişaf 
etməmiş  formada    son  bir  neçə yüz  il  ərzində baş vermişdir.  Lakin  müasir 
dünya  iqtisadiyyatında  valyutaların  dəyişdirilməsi  valyuta  bazarlarında 
həyata  keçirilir  ki,  bu  bazarlara  da  mötəkirlərin  təsiri  az  deyildir.  Sabit 
valyuta  alınıb  satılması  münasibətləri  qərarlaşandan    və  hüquqi  cəhətdən 
müfafiq  əsasa  malik  olduqdan  sonra  tarixən  əvvəlcə  milli  sonra  isə 
beynəlxalq valyuta sisteminin formalaşması baş verdi. Ona görə də valyuta 
sistemini  iki  tərəfdən  nəzərdən  keçirmək  olar:  birincisi,  o,  obyektiv  reallıq 
olub,  ölkələr  arasında  iqtisadi  əlaqələrin  dərinləşməsi  nəticəsində  yaranır, 
ikincisi,  bu  obyektiv  reallıq  dərk  olunaraq  hüquqi  normalarda  və 
beynəlxalq  razılaşmalarda  əks  olunur.  Məhz  bu  mənada  məqsədyönlü 
fəaliyyət kimi valyuta sisteminin yaradılmasından danışmaq olar. Beləliklə
valyuta  sistemini    valyutanın  fəaliyyəti  və  onun  təşkilinin  formaları  ilə 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə