Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə35/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   31   32   33   34   35   36   37   38   ...   95

 
146 
 
 
 
 
 
 
 
Qiymətli kağızların beynəlxalq valyuta riski ilə aşağıdakı hadisələrlə 
sıx bağlıdır: 
1) İnvestor hər hansı ölkənin şirkətinin səhm portfelini onların artım 
perspektivinə görə saxlayır. 
2) İnvestorun portfelində hər hansı ölkənin uzunmüddətli istiqrazları 
saxlanılır.  Bəzən  həmin  ölkələrdə  siyasi  vəziyyətin  qeyri-sabitliyi 
nəticəsində  investorların  valyuta  məzənnələri  düşür.  Bundan  ölkələr 
ehtiyyat  edirlər.  Valyuta  kursunun  artması  siyasi  sabitləşmə  ilə 
əlaqədardır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                 4-cü Fəsil:Beynəlxalq biznesdə maliyyə 
4.1. Beynəlxalq biznesdə maliyyə bazarının rolu və yeri 


 
147 
 
 
 
 
 
Beynəlxalq biznesin ən mühüm tələblərindən biri də geniş və 
tam nəzarət oluna bilən maliyyə bazarının mövcudluğudur. Çünki 
bazar  iqtisadiyyatı  ölkələrində  dövlətin  maddi  və  maliyyə 
ehtiyatlarının  bölüşdürülməsinə  müdaxilə  etmək  imkanları  çox 
məhduddur.  Firmaların  əksəriyyəti  müstəqil  olaraq  beynəlxalq 
bazarlarda maddi və pul ehtiyatları saxlayırlar. 
Beynəlxalq  biznesi  təhlil  edən  iqtisadi  ədəbiyyatlarda  real 
aktivlər  bazarı,  pul  vasitələrinin  iqtisadi  münasibətlərin 
iştirakçıları arasında bölüşünü təmin edən bazarlar isə beynəlxalq 
biznes  bazarları  adlandırılır. Beynəlxalq biznesdə  maliyyə  bazarı 
olduqca geniş anlayışdır. Ona görə ki, o təkcə milli iqtisadiyyatın 
maliyyə  tərəflərini  deyil,  həmçinin  kredit  münasibətlərinin 
müxtəlif  formalarını  əhatə  edir.  Bütün  bu  müxtəlif  formaları 
diqqətlə  təhlil  etsək,  ümumi  şəkildə  beynəlxalq  biznesdə  maliyyə 
bazarını iki yerə bölmək olar: 
1.
 
Beynəlxalq bank kreditləri bazarı; 
2.
 
Beynəlxalq qiymətli kağızlar bazarı. 
Beynəlxalq  bank  kreditləri  bazarı  kredit  fond  firma  və  ya 
şirkətləri  tərəfindən  verilən  ödənişli  və  qaytarılan  ssudalar  üzrə 
meydana  çıxan  münasibətləri  əhatə  edir.  Bu  ssudalar  xüsusi 
sənədlərin  tərtibindən  asılı  olmayaraq,  sərbəst  surətdə  satıla, 
alına  və  mübadilə  edilə  bilər.  Beynəlxalq  bank  kreditlərinin 
hərəkəti və ümumiyyətlə, kredit bazarı beynəlxalq iqtisadi inkişaf 
nəticəsində  xeyli  genişlənmiş  və  beynəlxalq  maliyyə  bazarından 
qoparaq müstəqil fəaliyyət sahəsinə çevrilmişdir. Bu sahə ilə indi 
müstəqil maliyyə sahəsi olan bank işi fənni məşğul olur. 
Beynəlxalq kredit bazarının özü iki mərhələdən ibarətdir: 
1.  Beynəlxalq  topdansatış  kredit  bazarı  -  krditin 
banklararası faiz normasını müəyyən edir və adətən banklararası 
birjalarda  həyata  keçirilir.  Məsələn:  Dollar  üzrə  kreditin 
topdansatış  bazarı  əsasən  London  banklararası  birjasında 
müəyyən edilir (LİBOR). 
Azərbaycan  manatının  topdansatış  faizinin  müəyyən 
edilməsi üçün birja fəaliyyət göstərmir. Respublikamızda kreditin 
topdansatış  bazarı  milli  bankın  keçirdiyi  kredit  hərracları  ilə 
məhdudlaşır. 


 
148 
 
 
 
 
2.  Beynəlxalq  kreditin  pərakəndə  satış  bazarı  -  beynəlxalq 
kreditin  banklar  tərəfindən  müştərilərə  satılması  münasibətlərini 
idarə 
edir 
və 
kreditlərin 
pərakəndə 
satış 
faizlərini 
müəyyənləşdirir. 
Beynəlxalq  qiymətli  kağızlar  bazarı  isə  həm  kredit 
münasibətlərini,  həm  də  xüsusi  sənədlər  (qiymətli  kağızlar) 
buraxılmasında  ifadə  olunan  ortaqlıq  münasibətlərini  idarə  edir. 
Bu  xüsusi  sənədlər  və  ya  qiymətli  kağızlar  müstəqil  dəyərə 
malikdir  və  satıla,  alına  və  ötürülə  bilər.  Beynəlxalq  qiymətli 
kağızlar  bazarı  maliyyə  bazarının  əsasını  təşkil  etdiyi  üçün  çox 
vaxt  beynəlxalq  maliyyə  bazarı  anlayışı  əvəzinə  beynəlxalq 
qiymətli  kağızlar  bazarı  anlayışı  işlədilir.  Çünki  bazar 
iqtisadiyyatı  şəraitində  beynəlxalq  kağızlar  və  digər  alətlər 
iqtisadi-maliyyə  münasibətlərinin  əsasını  təşkil  edir.  İqtisadi 
ədəbiyyatda  beynəlxalq  maliyyə  bazarının  tərkib  hissəsi  kimi 
kapital (sərmayə) fond qiymətləri olan qiymətli kağızlar bazarda 
ilkin  yerləşdirmə,  həmin  beynəlxalq  bazarda  dövr  etdirilmə 
(satılma,  alınma),  dövriyyədən  çıxarılma,  yaxud  ödənilmə  üçün 
buraxılır,  girov  və  sığorta  obyekti  kimi  çıxış  edir,  təcili 
kontraktların  bağlanmasının  predmeti  və  digər  əməliyyatların 
obyektləri  olur.  Beynəlxalq  qiymətli  kağızlar  bazarının 
iştirakçıları aşağıda təhlil ediləcəkdir. 
Beynəlxalq  qiymətli  kağızlar  bazarının  iştirakçıları  da 
tərkibcə  müxtəlixdir.  Onlar  dövlət,  əhali  və  kommersiya 
təşkilatlarına  ayrılır.  Yəni  iştirakçı  kimi  həm  dövlət,  həm  əhali, 
həm  də  kommersiya  təşkilatları  çıxış  edə  bilər.  Öz  növbəsində 
kommersiya təşkilatları da maliyyə və qeyri-maliyyə təşkilatlarına 
bölünür.  Maliyyə  kommersiya  təşkilatlarına  kommersiya 
bankları, investisiya fondları, pensiya fondları, maliyyə şirkətləri 
və  başqaları  daxildir.  Beynəlxalq  qiymətli  kağızlar  bazarının 
subyektləri  peşəkar  və  qeyri-peşəkar  iştirakçılara  bölünür. 
Peşəkar iştirakçılar bir qayda olaraq beynəlxalq qiymətli kağızlar 
bazarında bir sıra fəaliyyət növlərini həyata keçirmək üçün dövlət 
tənzimləmə  orqanlarından  və  yaxud  maliyyə  bazarında  fəaliyyət 
göstərən özünütənzimləyən təşkilatlardan lisenziya alırlar. 
Beynəlxalq  fond  bazarı  iştirakçılarının  fəaliyyəti  əsasən  4 
növə bölünür: 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə