Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə34/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   30   31   32   33   34   35   36   37   ...   95

 
143 
 
 
 
 
e) Qapalı valyutalar üzrə uzun açıq valyuta mövqeyi limiti; 
f) Qapalı valyutalar üzrə qisa açıq valyuta mövqeyi limiti; 
g) Qapalı valyutalar üzrə uzun məcmu açıq valyuta mövqeyi limiti; 
h) Qapalı valyutalar üzrə qısa məcmu açıq valyuta mövqeyi limiti. 
            Açıq valyuta mövqeyi: 
             1)  Milli  Bankın  İdarə  Heyəti  bankların  açıq  valyuta  mövqeyi 
limitlərinin həddini müəyyən edir. 
2) Milli Bankın müəyyən etdiyi açıq valyuta mövqeyi limitləri yalnız 
əməliyyat  gününün  yekun  icmal  balansının  nəticələrinə  şamil  edilir. 
Bankların  əməliyyat  günü  ərzində  açdıqları  valyuta  mövqeləri  Milli  Bank 
tərəfindən tənzimlənmir. 
3) Milli Bankla qabaqcadan razılaşdırma şərtilə banklar açıq valyuta 
mövqeyini  hesablayarkən    struktur  valyuta  mövqelərini  nəzərə  almaya 
bilər. 
4) Açıq valyuta mövqeyi hesablanarkən struktur valyuta mövqeyinin 
nəzərə alınmaması üçün aşağıdakı şərtlərə əməl edilməlidir: 
a)  valyuta  mövqeyinin  uzun  müddətə  və  möhtəkirlik  məqsədləri 
olmadan qəbul edilməsi əsaslandırılmalıdır; 
b)  valyuta  mövqeyi  bank  kapitalının  qorunması  məqsədilə  qəbul 
edilməlidir; 
c)  hesablamalarda  nəzərə  alınmaması  şərtilə  struktur  valyuta 
mövqeyi üzrə müstəsna hallar ardıcıl tətbiq edilməli və həmçinin mövqenin 
mövcud olduğu bütün müddət ərzində dəyişilməz olaraq qalmalıdır. 
5) Bankın Maliyyə Nəzarəti vəXəzinədarlıq departamentləri valyuta 
mövqeyinə daim birgə nəzarət edirlər. 
Açıq valyuta mövqeyinin hesablanması ” açıq valyuta mövqeyi bank 
tərəfindən 
gündəlik 
hesablanmalıdır. 
Hesablama 
icmal 
balans 
məlumatlarına əsasən günün yekun məzənnəsi üzrə həyata keçirilir. 
Valyuta  risklərinin  idarə  edilməsinə  nəzarəti  idarəetmə  orqanları 
tərəfindən  təsdiq  olunmuş  müvafiq  struktur  bölməsi  və  Daxili  Audit 
departamenti həyata keçirir. 
     Xarici valyutada riskin hesablanması: 
  Xarici  valyuta  riski  -  xarici  valyuta  yerləşdirmə  və  borc  götürülməsinə 
məxsus  olub  xarici  valyuta  svopları  vasitəsilə  aradan  götürülə  bilər. 
Məsələn, xarici valyutadakı kredit üzrə hecinq əməliyyatını yerinə yetirmək 
üçün  diller  kreditin  başlanğıc  tarixinə  uyğun  olan  xarici  valyutanı  alır  və 


 
144 
 
 
 
 
həmin  valyutanı  kreditin  ödəniş  tarixində  satır.  Bu  svoplar  kreditin  xalis 
faiz dəyərinə təsir göstərəcək premiya və ya diskontla icra oluna bilər. 
Xarici  valyuta  riski  dedikdə  qiymətləndirmək  üçün  bankın  valyuta 
balansında aktiv passivlərin strukturunu müqayisə etmək lazımdır. Bankın 
balansında əhəmiyyətli paya malik(aktivlərin 5%-i) olan hər bir valyutaya 
ayrıca  baxılır.  Maliyyə  Menecmenti  Departamenti  hər  günün  sonunda 
valyuta  mövqeyini  hesablayır.  Xəzinədarlıq  və  Risklərin  idarə  edilməsi 
departamenti valyuta mövqeyinə gün ərzində nəzarəti həyata keçirir. Xarici 
valyuta  ilə  əməliyyatlar  apararkən  təyin  edilmiş  limitərin  pozulmaması 
məqsədilə Xəzinədarlıq departamenti AVM-ə nəzarət edir. Risklərin idarə 
edilməsi  departamenti  risklərin  idarə  edilməsi,  qoyulmuş  limitlərin 
dəyişdirilə  bilməsi,  aparılacaq  iri  əməliyyatların,  yeni  maliyyə  alətlərinin 
valyuta  mövqeyinə  təsirinin  öyrənilməsi  üçün  AVM-ə  nəzarət  edir.  AVM 
xarici valyuta olan aktiv və passivlərin fərqi kimi hesablanır. Bankımızda 
AVM  üzrə  limitlərin  müəyyənləşdirilməsi  AMB-nın  8  fevral  2001-ci  il 
tarixli  2657  N-li  ‚Azərbaycan  Respublikasının  müvəkkil  banklarının açıq 
valyuta  mövqeyi  limitlərinin  müəyyən  edilməsi  və  tənzimlənməsi 
Qaydaları‛ ilə tənzimlənir. Bu qaydalara görə bank üçün bütün valyutalar 
üzrə  hər  bir  iş  gününün  sonuna  sərbəst  konvertasiya  oluna  bilinən 
valyutalar  üzrə  uzun  və  qısa  valyuta  mövqelərinin  məcmu  böyüklüyü 
bankın  xüsusi  vəsaitlərinin  (kapitalının)  20%-dən  çox,  hər  bir  sərbəst 
konvertasiya  oluna  bilinən  valyuta  üzrə  uzun  və  qısa  valyuta  mövqeyi 
bankın  xüsusi  vəsaitlərinin  (kapitalının)  10%-dən  çox,  hər  bir  qapalı 
valyuta üzrə uzun və qısa valyuta mövqeyi bankın xüsusi vəsaitlərinin 5%-
dən çox, qapalı valyutalar üzrə uzun və qısa valyuta mövqelərinin məcmu 
böyüklüyü  bankın  xüsusi  vəsaitlərinin  (kapitalının)  7%-dən  artıq 
olmamalıdır.  Adları  çəkilən  normaları  qorumaq  üçün  bank  ‚siqnal‛ 
valyuta  mövqeyi  norması  təyin  edir.  Bu  ‚siqnal‛  valyuta  mövqeyi 
göstəricisi  Milli  Bankın  normativ    ən  azı  0,5%  az  olmalıdır  və  bu  zaman 
ayrı-ayrı valyutalar üçün uzun və ya qısa valyuta mövqeyini nəzərə almaq 
lazımdır.  Bütün  valyutalar  üzrə  məcmu  uzun  və  ya  qısa  valyuta  mövqeyi 
göstəricisi Milli Bankın normativ göstəricisindən ən azı 1% az olmalıdır. 
Xəzinədarlıq departamenti Risklərin İdarə Edilməsi departamentinə 
‚siqnal‛ limitlərin müəyyən edilməsi və ya dəyişdirilməsi tələbi ilə təkliflər 
verir.  Risklərin  İdarə  Edilməsi  departamenti  təklifləri  risk  meyarları 
əsasında  təhlil  edir,  ciddi  iradları  yoxdursa,  təkliflər  müzakirə  üçün 
Risklərin İdarə Edilməsi departamentinin müzakirəsinə çıxarılır. 


 
145 
 
 
 
 
Valyuta risklərin idarə edilməsi üçün bankımız beynəlxalq təcrübədə 
geniş tətbiq edilən aşağıdakı metodlardan istifadə edir: 

 
Məzənnənin idarə edilməsi 

 
Zərərli əməliyyatların dayandırılması 

 
Qarşı tərəf metodu 

 
Valyuta likvidliyinin idarə edilməsi 

 
Ssenari metodu 
Bankımızda  xarici  valyuta  riskinin  hesablanması  üçün  aşağıdakı 
düsturdan istifadə olunur: 
Vr = AVM (məcmu) *8% 
Burada AVM açıq valyuta mövqeyidir.  
Bankımızda  qəbul  olunan  valyuta  riski,  yəni  qəbul  olunan 
maksimum itki bankın məcmu kapitalının 2% - dən çox olmamalıdır.  
 Bankımızda  valyuta  risklərinin  idarə  edilməsi  üçün  müxtəlif 
üsullardan istifadə olunur: 

 
Realizə olunmuş valyuta risklərinin idarə edilməsi; 

 
Cari valyuta risklərinin idarə edilməsi; 

 
Əməliyyatların  limitləşdirilməsi  hesabına  risklərin 
məhdudlaşdırılması; 

 
Risklərin direktiv idarə edilməsi; 
Valyuta  investisiyaları  ”  gəlirlərin  ilkin  kapital  qoyuluşlarının 
edildiyi  valyutadan  fərqli  valyutada  alınmasıdır.  Pulları  bir  valyutadan  o 
biri valyutaya iki dəfə köçürmək lazımdır:  
1) ilkin kapital qoyuluşları zamanı; 
2) pul gəlirlərinin investorun ölkəsinə qayıtdığı zaman. 
 
Xarici  valyutada  tələb  olunan  gəlirliliyi  aşağıdakı  düsturla 
hesablayırlar: 
1 + i=(1+k)/(1+j
Burada  
k=i+j+i*j  kimi hesablanır. 
i- valyutada tələb olunan gəlirlilik, 
j- investisiyalar valyutasının devalvasiya tempi, 
k- xarici valyutada tələb olunan gəlirlilikdir. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə