Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə30/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   26   27   28   29   30   31   32   33   ...   95

 
130 
 
 
 
 
konfransında  (1922-ci  il),  dövlətlərarası  razılaşmalarda  əks 
olunmuşdur.  O  dövrdə  30  ölkənin  pul  sistemi  qızıl-deviz 
standartına  əsaslanırdı.  Genuya  valyuta  sisteminin  xarakterik 
cəhətləri aşağıdakılardır:-  bu valyuta sisteminin  əsasında qızıl və 
deviz-xarici  ölkələrin  valyutaları  durur.  Bu  dövrdə  milli  kredit 
puddarı beynəlxalq tədiyə ”ehtiyat  vasitəsi kimi istifadə edilirdi. 
Müharibələr arası dövrdə rəsmi olaraq heç bir  valyutaya ehtiyat 
valyuta  statusu  verilməmişdir.  Funt-sterlinq  və  ABŞ  dolları  bu 
sahədə liderlik uğrunda mübarizə aparırdı.- qzıl pariteti saxlandı. 
Valyutanın  qızıla  dəyişdirilməsi  təkcə  ABŞ,  Fransa,  Böyük 
Britaniya  tərəfindən  deyil,  həmçinin  bu  konfransın  bütün 
iştirakçıları    tərəfindən  həyata  keçirilirdi;-  sərbəst  tərəddüd  edən 
valyuta 
məzənnəsi 
recimi 
bərpa 
edilmişdir;- 
valyuta 
tənzimlənməsi  fəal  valyuta  siyasəti,  beynəlxalq  konfranslar  və 
yığıncaqlar  formasında  həyata  keçirilirdi.Dünya  valyuta 
böhranının  mərhələləri.  Bu  böhranın  1929-1933-cü  illərə  təsadüf 
edəçn  birinci  mərhələsində  aqrar  ölkələrin  və  müstəmləkələrin 
valyutaları  qiymətdən  düşdü.  Dünya  bazarında  xammala  olan 
tələbin azalması, həmin ölkələrin tədiyə  balansında böyük kəsirin 
əmələ  gəlməsi  ilə  müşahidə  olunurdu.  Belə  ki,  aqrar  ölkələr  və 
müstəmləkələrin satdıqları xammalın qiyməti 50-70% ucuzlaşdığı 
halda,  onların  idxal  etdiyi    malların  qiyməti  əvvəlki  səviyyədə 
qalırdı.İkinci mərhələdə dünya valyuta sisteminin zəif nöqtəsi rolu 
Almaniya  və  Avstriyanın  payına  düşdü.  1931-ci  ilin  ortalarına 
təsadüf  edən  bu  mərhələ  həmin  ölkələrdən  xarici  kapitalın 
getməsi,  rəsmi  qızıl  ehtiyatının  azalması  və  bankların 
mülisləşməsilə  xarakterik  idi.  Almaniyada  faktiki  olaraq  qızıl 
standartı  ləğv  edildi.Böhranın  ən  yüksək  həddə  çatdığı  üçüncü 
mərhələdə  (1931-ci  ilin  payızı)  Böyük  Britaniya  qızıl  standartını 
ləğv  etdi.  Əsas  səbəb  isə  tədiyə  balansının  pisləşməsi  idi  (ixracın 
çətinləşməsi və görünməz əməliyyatlardan gəlirlərin azalması). Bu 
mərhələdə  Böyük  Britaniya  Almaniyadan  fərqli  olaraq  valyuta  
məhdudiyyətlərini  həyata  keçirtmədi.  Dördüncü  mərhələ  üçün 
əlamətdar  hadisə  1933-cü  ilin  aprelində  ABŞ-ın  qızıl-pul 
standartını  ləğv  etməli  oldu.  Ləğv  etmənin  birbaşa  səbəbi 
qiymətlərin  aşağı düşməsi idi. Qiymətlərin aşağı düşməsi ölkənin 
banklarının  40%-nin  müflisləşməsinə  gətirib  çıxardı.1934-cü  ilin 


 
131 
 
 
 
 
yanvarına  dollar  qızıla  nisbətən  40%  (1929-cu  illə  müqayisədə) 
qiymətdən düşdü və 41% devalvasiya olundu. Devalvasiya ixracı 
stimullaşdırsa da, gözlənilən nəticə əldə edilmədi. 
          Dünya  valyuta  böhranının  beşinci  mərhələsi  Fransa  üçün  
əlamətdar oldu. (1936-cı ilin payızı). Digər ölkələrə nisbətən qızıl 
standartını    uzun  müddət    saxlayan  Fransa,  artan  qızıl  ehtiyatı 
müqabilində bu xətti davam etdirmək niyyətində idi. 
Maliyyə  oliqarxiyası  ilə  Fransanın  xalq  cəbhəsi  hökuməti 
arasında  olan  etimadsızlıq    kapitalın  xaricə  axınını 
sürətləndirdi.Qızıl  standartının  süni  surətdə  saxlanması,  yerli 
firmaların 
rəqabət 
qabiliyyətini 
azaldırdı. 
Frankın 
devalvasiyasına baxmayaraq, ixrac azalmaqda davam edirdi. 
Dünya valyuta böhranı  nəticəsində Genuya valyuta sistemi nisbi 
elmstikliyini və stabilliyini itirmiş oldu. 
Valyuta  blokları.  Dünya  valyuta  sistemi  valyuta  bloklarına 
ayrıldı. Müəyyən şərtilik dərəcəsi ilə valyuta bloklarının aşağıdakı 
xarakterik cəhətlərini ayırmaq olar:- asılı valyutaların məzənnəsi 
qrupa  başçılıq  edən  ölkənin  valyutasına    bağlanır;-  bloka  daxil 
olan  ölkələrin  beynəlxalq  hesablaşmaları    hegemon  ölkənin 
valyutasında  həyata  keçirilir;-  blok  üzvlərinin  valyuta  ehtiyatları 
hegemon ölkənin xəzinədarlıq vekselləri və dövlət istiqrazları çıxış 
edir.Valyuta  blokları  kimi,  sterlinq,  dollar  və  qızıl  bloklarını 
fərqləndirirlər.Sterlinq 
bloku 
Böyük 
Britaniyada 
qızıl 
standartının    (1931-ci  il),  dollar  bloku  isə  ABŞ-da  həmin 
standartın (1933-cü il) ləğvindən sonra yaranmışdır. 
Sterlinq  blokuna  aşağıdakı  dövlətlər  daxil  idi:  keçmişdə 
İngiltərənin  müstəmləkələri  olan  bir-sıra  dövlətlər,  həmçinin 
Misir,  İraq,  Portuqaliya,  Danimarka,  Norveç,  İsveç,  Finlandiya, 
Yunanıstan, İran, Yaponiya.Dollar blokuna Kanada, Mərkəzi və 
Cənubi Amerikanın bir-sıra ölkələri daxil idi. 
Genuya  valyuta  sistemindən  Bretton-Vuds  valyuta  sisteminə 
keçid. Genuya valyuta sistemi 1944-cü ildə ABŞ-ın Bretton-Vuds  
şəhərində  valyuta-maliyyə  konfransında  rəsmləşdirilmişdi. 
Formasına görə  Bretton-Vuds  pul sistemi  özünəməxsus dövlətlər 
arası qızıl-deviz standartı kimi fəaliyyət göstərirdi. 


 
132 
 
 
 
 
Bu sistemin xaraktirek cəhətləri aşağıdakılardır:- qızıl dünya pulu 
funksiyasını  yerinə  yetirirdi.  O  ölkələr  arasında  hesablaşmaların 
vasitəsi və idtimai sərvətin ümumi təcəssümü kimi çıxış edirdi; 
-  beynəlxalq    ödəniş  dövriyyəsində  qızıldan  başqa  ABŞ-ın  və 
Böyük  Britaniyanın  milli  pul  vahidləri  də  istifadə  olunurdu. 
Bunula  belə  ABŞ  dollarının  və  ingilis  funt-sterlinqinin  fəaliyyəti 
dairəsi  xeyli  dərəcədə  məhdud  idi;-  1934-cü  ildən  başlayaraq 
mərkəzi banklar  və ölkələrin hökumət idarələri tərəfindən təqdim 
olunan  ABŞ 
dolları  ABŞ  xəzinəsində  rəsmi  şəkildə 
müəyyənləşdirilmiş  nisbətlə  qızıla    dəyişdirilirdi.  Bunun 
nəticəsində  azad  bazarda  qızılın  qiyməti  ABŞ-ın  qoyduğu  rəsmi 
qiymət  əsasında  formalaşırdı.  Demək  olar  ki,  1968-ci  ilə  qədər 
kənarlaşma baş verməmişdir.- milli pul  vahidləri mərkəzi banklar 
vasitəsilə  dollara  dəyişdirilirdi.  Ölkələr  arasında  milli  pul 
vahidlərinin mübadiləsi isə Beynəlxalq Valyuta Fondunun  təyin 
etdiyi    möhkəm  nisbətlər  əsasında  həyata  keçirilirdi.  Bütün 
dönərli  milli  pul  vahidləri  dolların  vasitəçiliyi  ilə  qızıla  çevrilə 
bilirdi.  Bu  isə  ölkələrarası  çoxtərəfli  hesablaşmaları  mümkün 
edirdi.  
  
 
3.3. Valuta və valuta risklərinin müasir səviyyəs 
 
Valyuta (italyanca ” ‚valuta‛ , tərcümədə qiyməti, dəyəri ifadə edir) 
hər  hansı  dövlətin  pul  nişanəsidir.  Valyuta  münasibətləri  tədiyə  balansı, 
valyuta kursu, kredit və əməliyyatlar üzrə hesablaşmalarla həyata keçirilir. 
Valyutalar işləmə qaydasından asılı olaraq üç yerə bölünür: 
- tam çevrilən( sərbəst çevrilmə qabiliyyəti olan); 
- qismən çevrilən; 
çevrilməz( çevrilmə qabiliyyəti olmayan qapalı). 
Xüsusi icazə olmadan hər hansı ölkənin valyutası ilə dəyişdirilə bilən 
valyutalar tam çevrilən valyutalardır. Buna valyutanın konvertləşdirilməsi 
deyilir. Dünya ölkələrində kollektiv valyutadan da istifadə edilir. Kollektiv 
valyuta  –  iqtisadi  təşkilatların  dövlətlərarası  beynəlxalq  hesablaşmalarda 
istifadə  etdikləri  valyutadır.  Müəyyən  sahələrdə  valyuta  əməliyyatlarına, 
xüsusilə də həmin ölkənin hüquqi və fiziki şəxslərinə (rezidentlərə) valyuta 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə