Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə38/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   34   35   36   37   38   39   40   41   ...   95

 
155 
 
 
 
 
həm  aşağı,  həm  də  yuxarı  satıla  bilər.  İstiqrazlar  üzrə  pulun 
qaytarılması  müəyyən  vaxt  anında  həyata  keçirilir  və  ödənilmə 
tarixi adlanır. Xüsusi istiqrazlar  bir qayda olaraq 10 ildən 40 ilə 
qədər  və  daha  çox  müddətə  buraxılır.  İndi  ən  geniş  yayılan  20 
ildən  30  ilə  qədər  buraxılan  istiqrazlardır.  5  illik  müddətə 
dövriyyəyə  buraxılan  istiqrazlar  qısa  müddətli  hesab  olunur. 
Bunlar  bir  qayda  olaraq  məhsul  istehsalı  və  xidmət  göstərilməsi 
ilə  əlaqədar  olan  şirkətlər  arasında  bölüşdürülür.  Və  onların 
aktivlərinə  zəmanət,  yaxud  sığorta  ola  bilər.  Bundan  başqa  7 
ildən  15  ilə  qədər  müddətdə  buraxılan  istiqrazlar  orta  müddətli 
istiqrazlara  aiddir.  20  ildən  artıq  müddətə  dövriyyədə  olan 
istiqrazlar isə uzunmüddətli istiqrazlar hesab edilir. 
İstiqraz sahibləri ildə 2 dəfə ödənilməklə istiqraz üzrə faizlər 
alırlar.  İstiqrazlar  üzrə  faizlərin  böyüklüyü  müxtəlif  amillərdən 
asılıdır.  Əsas  amillərdən  biri  və  borc  öhdəliklərinin  gəlirlilik 
səviyyəsini  əvvəlcədən  müəyyən  edən  amil,  bu  istiqrazların 
dövriyyə  müddətinin  davamlılığı,  yaxud  fasiləsizliyidir.  Adətən 
normal  iqtisadi  şəraitdə  uzun  müddətə  buraxılan  istiqrazlar  qısa 
və orta müddətə buraxılan istiqrazlarla müqayisədə daha yüksək 
faiz gətirirlər. 
Fövqəladə  iqtisadi  şəraitdə  borc  öhdəliklərinin  gəlirliliyi 
arasındakı  əlaqə  və  onların  dövriyyə  müddəti  pozulur. 
İstiqrazlarda adətən, aşağıdakı əsas verilir: 
Emitentin  rəsmi  adı,  istiqrazların  tipi,  nominal  dəyəri, 
buraxılma  tarixi,  ödənilmə  müddəti,  ödənilmə  zamanı  hüquqlar, 
faiz  dərəcəsi,  faizin  ödənilməsinin  tarixi  və  yeri,  buraxılış 
haqqında razılaşma. 
Bir  sıra  ölkələrin  qanunvericiliyinə  müvafiq  olaraq  istiqraz 
emitentləri 
investorların 
məlumatlanması 
üçün 
istiqraz 
müqavilələrini onlara təqdim etməlidir. 
İstiqraz  müqaviləsinə  müvafiq  olaraq,  istiqraz  emitenti  öz 
üzərinə aşağıdakı öhdəlikləri qəbul edir: 
d)
 
Qiymətli  kağızlar  üzrə  hesablanmış  faizlərin  bu  kağız 
sahiblərinə 
nizamlı 
qaydada 
və 
vaxtlı-vaxtında 
ödənilməsini təmin edir- 
e)
 
Öz  əmlakının  bəzi  hissəsini  istiqrazların  təmin 
edilməsində girov kimi ayırmaq- 


 
156 
 
 
 
 
f)
 
Girov  qoyulmuş  mülkiyyıəti  mümkün  korlanma  və 
itkilərdən sığorta etdirmək- 
g)
 
Faizlərin  ödənilməsi  zamanı  və  digər  proseslərdə 
vergilərin ödənilməsi- 
h)
 
Öz 
fəaliyyətində 
bütün 
dəyişikliklər 
haqqında 
məlumatlarla qiymətli kağız sahibini təchiz etmək. 
Adətən qiymətli kağızlar və yaxud istiqrazların sahiblərinin 
maraqlarını  etibar  edilmiş  nümayəndə,  yaxud  müvəkkil  ifadə  və 
müdafiə  edir.  Bu  nümayəndə,  yaxud  müvəkkil  rolunda 
kommersiya  bankları  və  həmçinin  emitentdən  asılı  olmayan 
xüsusi  etibar  edilmiş  şirkətlər  çıxış  edir.  Həmin  nümayəndələr 
istiqraz  müqavilələrinin  işlənməsində  bilavasitə  iştirak  edirlər. 
Əgər  emitent  istiqraz  sahibləri  qarşısında  öz  öhdəliklərini  yerinə 
yetirmirsə,  onda  bu  məqamda  etibar  edilmiş  nümayəndələr  öz 
maraqlarını müdafiə etmək müqsədilə bir neçə təsir tədbiri qəbul 
edə  bilərlər.  Beləliklə  də  istiqraz  müqaviləsində  adətən,  faizlərin 
ödənilməsinin  yerinə  yetirilmədiyi  və  gecikdirildiyi  hallarda 
istiqraz  sahiblərinin  tələblərinə  uyğun  olaraq  istiqrazların  təcili 
ödənilməsi şərtləri nəzərdə tutulur. 
 
 
 
 
4.2. Beynəlxalq valyuta əməliyyatlarının aparılmasında 
informasiya texnologiyalarının yeri və rolu
 
 
 
Müasir  dünya  təsərrüfatçılıq  əlaqələrinin  formalarının  və 
xarakterinin  mürəkkəbləşməsi  çox  vaxt  onların  təhlil  olunmasını 
çətinləşdirir. Bu hala hazır məhsulların ticarətini də misal göstərmək olar. 
Buraya  həmçinin  onların  quraşdırılması,  sazlanması,  xidmət  göstərilməsi, 
təmir edilməsi aiddir. 
Kompaniyanın  idarə  edilməsi  strategiyası  daha  çox,  ‛yeni  dünya 
təsərrüfatının‚  yaranmasınin  təhlilinə  əsaslanan,  yaradıcılığa,  intellektə, 
ideyalara  istiqamətlənən  yanaşmaları  birləşdirir.İnnovasiya-  istesalda 
inkişafın  müəyyən  edici  faktorudur.  Internetin  geniş  tətbiqi  sayəsində 
ticarət  kibernetik  sferaya  çevrilmişdir  ki,  burada  hər  bir  obyekt  və 
subyektin rəqəmli forması vardır. Beynəlxalq birlik qlobal və informasiyalı 


 
157 
 
 
 
 
olmuşdur,  çünki  onun      inkişafının  əsasını  informasiya  texnologiyası,  
ictimai  əlaqələr  və  dəyişən  həyat  tərzi  təşkil  edir.  Ölkələr  arasında  real 
olaraq  öz    yerini  dəyişən  məhsullar  siyahısından  informasiya  və 
texnologiyanın ayrırmaq heç də həmişə özünü doğrultmur. Belə ki, 
bu  məhsulların  dünyada  istehsal  olunan  məhsulların  ümumi 
dəyərində  və  ümumdünya  ticarətində  xüsusi  çəkisi    və  əhəmiyyəti  günü-
gündən  yüksək  sürətlə  artmaqdadır  və  müvafiq  kəmiyyət  müəyyənliyinə 
malikdir.  Burada  beynəlxalq  iqtisadi  münasibətlərin  obyektlərinin 
qarşılıqlı  əlaqəsi  daha  sıxdır.  Məs.BİM-in,  beynəlxalq  xidmət  ticarəti  
formasına  aid  olan  beynalxalq  konsaltinq,  istehlakçıya  bazarda 
davranmaq  texnologiyasını  və  ya  hər  hansı  məhsulun  yaradılması 
texnologiyası  üçün  lazım  olan  müəyyən  biliklərin,  təcrübənin,  nou-xau, 
verilməsini nəzərdə tutur. 
Texnologiya və informasiya BİM-in xüsusi sferasıdır. O, həm istehsal 
amili  kimi  ,həm  də  istehsalın  nəticəsi  kimi  dövriyyədə  mövcud  ola  bilir. 
Müasir  zamanda  istehsal  amilinin  4  forması  var:  kapital,  torpaq,  əmək, 
sahibkarlıq  fəaliyyəti.  Bu  4  amil  olmasa  təkrar  istehsal  baş  verməz. 
Şirkətlərin  rəqabət  qabiliyyətliliyi  bu  amillərdən  asılıdır.  Beynəlxalq 
texnologiya mübadiləsi ” beynəlxalq mübadilənin yeni sferasıdır. Bu sfera 
beynəlxalq mübadilənin obyektini, insanların praktiki biliklərini təşkil edir. 
Təsərrüfatçılıq  prosesləri  texnologiyanın  mövcud  olduğu  mühitdir. 
‛Texnologiya‛ termini yunan sözü olan ‚texne ‚  sözündən əmələ gəlmişdir 
ki, onun da hərfi mənası ustalıq, incəsənət və bacarıq deməkdir. Beləliklə, 
texnologiya-müəyyən  bir  işi  müəyyən  tərzdə,  müəyyən  üsullarla  yerinə 
yetirmək və ya hazırlamaq üçün lazım olan bilik və bacarıq, vərdişləri əhatə 
edir. Ancaq hər bilik və bacarıq texnologiya demək deyildir. Məs.bazarda 
rəqiblərin  sayı,  qiymətin  səviyyəsi  haqqında  sahibkarın  malik  olduğu 
biliklər  texnologiya  demək  deyildir,  bunlar  ancaq  informasiyadır.  Bütün 
texnologiyalar beynəlxalq münasibətlərin obyekti deyildir.  
İnsan fəaliyyətinin bir sıra sferalarında qeyri-iqtisadi texnologiyalar: 
siyasi, sosial, hüquqi, hərbi xarakterli texnologiyalar da vardır ki, onların 
da  iqtisadi  nəticələri  mövcud ola  bilir.  Beynəlxalq  texnologiya  mübadiləsi 
ölkələr  arasında  təsərrüfatçılıq  prosesslərinin  yayılmasında  və  müxtəlif 
subyektlərin  praktiki  məsələlərin  həlli  ilə  əlaqədar  fəaliyyətində  təzahür 
edir.  Texnologiyanın  tətbiq  edilməsində  məqsəd  müvafiq  xarakteristikaya 
malik  olan  məhsulların  istehsalı,  tələb  olunan  keyfiyyətdə  məhsul  və  ya 
xidmət,  idarəetmə  və  marketinq  problemlərinin  həlli  və  s.  ola  bilir. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə