Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə41/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   37   38   39   40   41   42   43   44   ...   95

 
163 
 
 
 
 
yarandıqda və milli valyuta  sabitliyini itirdikdə kreditlər vermək, həmçinin  
dövlətlərin öz öhdəliklərinin yerinə yetirməsinə nəzarət etməkdir. 
Bretton-Vudss  sistemi  ABŞ  ”ın  iqtisadi  gücünü  əks  etdirirdi  və  nə 
qədər ki, bu ölkədə  iqtisadi inkişaf sürətli idi və onun mövqeyi möhkəm idi 
bu  sistem    normal  fəaliyyət  göstərirdi.  1960-cı  illərdən  etibarən  ABŞ-ın 
mövqeyi zəiflədikcə bu sistemin böhranı gücləndi. Bir sıra iqtisadçılar üzən 
valyuta  məzənnəsi  rejiminə  keçilməsinin  zəruri  olduğunu  təklif  edirdilər. 
Böhrandan çıxış yolu kimi Bretton-Vudss sisteminin dəyişdirilməsi idi. Bu 
haqda  razılaşma    1976-cı  ildaə  Yamaykada  əldə  olundu  ki,  bu  da  4-cü 
dünya  valyuta  sisteminin  yaranması  idi,  bu  sistem  1978-ci  ildən  qüvvəyə 
mindi. 
Qızıldeviz standartının əvəzinə borcalmanın xüsusi qaydası standartı 
tətbiq  olunmağa  başlanıldı.  Bu  qaydaya  görə  BVF  üzv  dövlətlər  həmin 
fonda üzvlük haqqı ödəyirdilər ki, həmin vəsaitdən  üzv dövlətlərin tədiyyə 
balansında  kəsr  olduqda  ehtiyat  valyuta  kimi  istifadə  edilirdi.  Ehtiyat 
valyuta fondu hal hazırda BVF xüsusi hesabında  faizlə 39 ABŞ dolları, 18 
yapon  iyeni,  21  alman  markası,  11  ingilis  funt  sterlinqi  və  11  fransız 
markası  təşkil  edir.  Bununla  da    qızılın  dünya  pulu  funksiyasını  yerinə 
yetirməsinə son qoyuldu və hər bir dövlət özünün milli valyuta məzənnəsini 
müəyyənləşdirərkən  valyuta  rejimini    seçməkdə  sərbəstlik  əldə  etdi. 
Yamayka  valyuta  sistemi    hər  bir  ölkənin  milli  valyutasının  alıcılıq 
qabiliyyətinə  əsasən  onun  dəyərinin  müəyyənləşdirilməsini  nəzərdə 
tuturdu. Bu əvvəlki sistemlərlə müqayisədə bir sistemsizlik kimi görünsədə 
ölkələr  arası  valyuta  münasibətlərində  olan  gərginliyi  demək  olar  ki, 
aradan  qaldırdı  və  fəaliyyətdə  olduğu  müddət  ərzində  beynəlxalq  valyuta 
sistemində  nəzərə çarpacaq bir böhran yaşanmamışdır. 
          1970-ci  illərin  sonunda    Avropada    regional  valyuta  sistemi  hüquqi 
cəhətdən  formalaşdırıldı ki, bu da həmin regionda inteqrasiya  meyllərinin 
gücləndiyni əks etdirirdi. Pul  vahidi olaraq eky qəbul edildi, onun da şərti 
dəyəri,  Aİ(avropa  ittifaqına)    ölkələrinin  valyuta  səbətinə    nəzərən 
hesablanırdı.Beynəkxalq  valyuta    sistemi    Aİ-nda  inteqrasiyanın  daha  da 
dərinləşməsi  nəticəsində  evronun  meydana  gəlməsi  ilə  yeni  inkişaf 
mərhələsinə qədəm qoydu. Artıq dünya da dünya pulu funksiyasını yerinə 
yetirən  ABŞ  doları  ilə  rəqabət  aparan  və    bu  funksiyanı    yerinə  yetirən 
valyuta kimi evro öz mövqeyini günü-gündən möhkəmlədir və yapon iyenini  
arxada qoydu.   


 
164 
 
 
 
 
     
 Sənayeləşmiş  ölkələr  pullarının  Amerik  dollarının  qarşısındı 
sərbəst  üzməsinə  icazə  verdikdən  sonra  Bretton-Vuds  sistemi 
dağıldı.Belə  vəziyyətdə  sərbəst  dalğalanmaya  keçmək,  əsas 
sənayeləşmiş  ölkələrin,  demək  olar  ki,  tək  alternativi  idi.  Amma 
bununlf  yanaşı  Üzən  kurs  sisteminin  qısa  müddətli  olması 
düşünülürdü.  Gələcəkdə  keçmişdəki  kimi  əhatəli  yeni  bir 
beynəlxalq  valyuta  sisteminin  qurulacağına  inam  vardı.  Lakin 
tarix ölkələrin bu praktikadan çox şikayət etmədiklərini göstərdi. 
Bəlkə  məhz  buna  görə  də  yeni  sistemin  qurulması  əhəmiyyətli 
ölçüdə aktuallığını itirdi.
 
  Valyuta  risklərini  əsasənə  1992-ci  ildə  tədavülə  buraxılmış 
manat  təşkil  edir.  Valyuta  münasibətləri  sahəsində  əsas 
qanunverici  akt  «Valyuta  tənzimi  haqqında»  Azərbaycan 
Respublikasının  Qanunu  hesab  olunur.  Bu  qanun  ölkədə 
valyuta  əməliyyatlarının  həyata  keçirilməsi  prinsiplərinin, 
valyuta 
tənzimi 
və 
valyuta 
nəzarəti 
orqanlarının 
səlahiyyətlərini,  funksiyalarını,  hüquqi  və  fiziki  şəxslərin 
valyuta  sərvətlərinə  sahib  olmaq  və  bunlardan  istifadə  etmək, 
onlar  barəsində  sərəncam  vermək  sahəsində  hüquqlarını, 
vəzifələrini  və  valyuta  qanunvericiliyinin  pozulmasına  görə 
məsuliyyəti  müəyyən  edir.Hal-hazırda  Azərbaycanda  valyuta 
bircalarında  tələb  və  təklifdən  asılı  olan  «üzən»  valyuta 
məzənnəsi  fəaliyyət  göstərir.  Dolların  manata  olan  rəsmi 
məzənnəsini Milli Bank, Bakı Banklararası Valyuta bircasının 
(BBVB)  nəticələri  əsasında  müəyyənləşdirilir.Azərbaycanda 
valyuta əməliyyatlarını Mİlli Bankın müvafiq lisenziyasını alan 
banklar  və  digər  kredit  idarələri    apara  bilər.  Xarici 
valyutaların  alqı-satqısı  səlahiyyətli  kommersiya  bankları 
tərəfiindən həyata keçirilir. Xarici valyutaların alqı-satqısı üzrə 
sövdələşmələri birbaşa olaraq səlahiyətli banklar öz aralarında, 
həmçinin  Azərbaycan  Milli  Bankının  müəyyənləşdirdiyi 
qaydalar  və  şərtlər  çərçivəsində  fəaliyyət  göstərən  valyuta 
bircaları  ilə  həyata  keçirə  bilərlər.  Xarici  valyutaların  alqı-
satqısına  səlahiyyəti  olmayan  banklar  müdaxilə  edə 
bilməz.Azərbaycanda  valyuta  tənzimini  Milli  Bank  həyata 
keçirir. O rezidentlərə məxsus olan xarici valyutaların və xarici 


 
165 
 
 
 
 
valyutada 
olunan 
qiymətli 
kağızların 
dəyişdirilməsi, 
göndərilməsi 
qaydasını 
müəyyənləşdirir, 
valyuta 
lisenziyalarının  verilməsi  və  valyuta  bircalarında  valyuta 
əməliyyatlarına 
müdaxilə 
edə 
bilir.Azərbaycan 
Respublikasında  valyuta  nəzarətini  valyuta  nəzarəti  orqanları 
və  onların agentləri  həyata  keçirir. Valyuta  nəzarəti orqanları 
Azərbaycan  Respublikasının  Milli  Bankı  və  Dövlət  Gömrük 
Komitəsidir. 
Valyuta 
nəzarəti 
agentləri 
Azərbaycan 
Respublikasının  Milli  Bankı  qarşısında  hesabat  verən 
müvəkkil  banklardır.Valyuta  nəzarəti  orqanları  və  onun 
agentləri  ölkədə  həyata  keçirilən  valyuta  əməliyyatlarının 
mövcud  qnunvericiliyə,  lisenziya  və  icazələrin  şərtlərinə  nə 
dərəcədə  uyğun  gəlməsini  və  bu  əməliyyatlar  üzrə  uçotun, 
hesabatın  və  sənədləşmələrin  forma  və  qaydalarını  müəyyən 
edir.   
                 Valuta riskləei Beynəlxalq Valyuta Sistemi, ölkələr 
arasında  mövcud  olan  valyuta  kurslarını  və  tədiyə 
münasibətlərini tənzimləyən qayda və müqavilələrdən meydana 
gəlir.  Beynəlxalq  kommersiya  və  maliyyə  münasibətlərinin 
nizamlı  bir  şəkildə  işləməsi  üçün  səmərəli  bir  beynəlxalq 
valyuta  sisteminin  varlığı  labüddür.Beynəlxalq  valyuta 
münasibətlərinin  inkişafı  səbəblərinə  aşağıdakıları  aid  etmək 
olar:-  məhsuldar  qüvvələrin  inkişafı;  -  dünya  bazarının 
yaranması;-  beynəlxalq  əmək  bölgüsünün  dərinləşməsi;- 
təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi. 
Valyutarisklərinin idarə olunması münasibətləri və təkrar istehsal 
arasında  qarşılıqlı  əlaqə  vardır.  Göründüyü  kimi,  ictimai  təkrar 
istehsal  prosesi  valyuta  münasibətlərini  formalaşdırırsa, 
beynəlxalq  valyuta  münasibətləri  öz  növbəsində  ayrı-ayrı 
ölkələrdə istehsalın səmərəliliyinə təsir edir. 
  Valyuta risklərinin idarə olunması  sistemi iqtisadi nöqteyi-
nəzərdən  təsərrüfat  əlaqələrinin  beynəlmiləlləşməsi  əsasında 
münasibətlərin məcmusudur. 
Valyuta  riskləri  sistemi  milli,  regional  və  dünya  sistemləri  kimi 
fərqləndirilir. 
         Bu  sistem    ölkədə  təkrar  istehsal  prosesi  üçün  zəruri  olan 
valyuta  resurslarının  yaradılması  və  istifadəsinə,  beynəlxalq 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə