Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə49/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   45   46   47   48   49   50   51   52   ...   95

 
187 
 
 
 
 
operatorlar və s.-dən ibarət xüsusi analitiklər kollektiv təşkilini və 
s. 
Iqtisadi  təhlil  geniş  mənada  təkcə  stoxostik  amilli  təhlil 
sında  deyil,  həm  də  hər  şeydən  əvvəl  amilli  təhlildir.  Amilli 
təhlildə tədqiqat obyekti kimi istifadə olunan iqtisadi göstəricilər 
nəticə  göstəriciləri  adlanır.  Nəticə  göstəriciləri  kimi  məsələdə 
iştirak  edən  göstəricilər,  yəni  onun  hərəkətini  təyin  edən 
göstəricilər  amillər  göstəriciləri  adlanır.  İqtisadi  təhlil  hər  şeydən 
əvvəl amilli təhlildir. 
Amilli  iqtisadi  təhlil  dedikdə  ilkin  amillər  sistemindən 
tədricən  son  amillər  sisteminə  keçilməsi,  nəticə  göstəricilərinin 
dəyişməsinə  təsir  göstərən  kəmiyyətcə  ölçülən,  birbaşa  amillərin 
tam komplektinin açılması kimi başa düşülür.     
Birbaşa  amilli  təhlil  öz  növbəsində  aşağıdakı  hissələrə 
ayrılır: 
-   determinləşdirilmiş amilli təhlil; 
-   qeyri amilli təhlil (sintez); 
-    stoxastik təhlil; 
-    bir pilləli təhlil; 
-    zəncirvari yerdəyişmə təhlili; 
-    statistik məkan amilli təhlil
-    dinamik təhlili; 
-    məkan amilli təhlili; 
-    müvəqqəti təhlil; 
-    cari iqtisadi təhlil
-    operativ təhlil; 
-    perspektiv iqtisadi təhlil; 
Beynəlxalq  təçürbədə  birbaşa  amilli  təhlil  zamanı  nəticə 
göstəricilərinin, yaxud proseslərin dəyişməsinə təsir göstərən ayrı-
ayrı  amillər  aşkar  nəticə  göstəriciləri  və  müəyyən  amillər 
komplekləri  arasında  determinləşdirilmiş  (funksional)  yaxud 
stoxastik  asılılıq  formaları  təyin  edilir  və  nəhayət  iqtisadi  nəticə 
göstəricilərinin 
dəyişməsində 
ayn-ayrı 
amillərin 
rolu 
aydınlaşdırılır. 
Ümumi  qayda  olaraq  göstəricilər  arasındakı  əlaqələrin 
asılılığına  görə  determinləşdirilmiş  və  stoxastik  amilli  təhlillər 
biri-birindən fərqləndirilir. 


 
188 
 
 
 
 
Determinləşdirilmiş  funksional  əlaqə  dedikdə-müəyyən 
qeyri-təşadüfi  nəticə  əlamətinin  mahiyyətinin  amilləri  əlamətinin 
mahiyyətilə  tam  uyğun gəlməsi  başa düşülür. Stoxastik  əlaqə  bir 
çox  nəticə  əlamətinin  mahiyyətinin  hər  bir  amilin  əlamətinin 
mahiyyətilə  uyğunluğudur.  Elə  buna  görə  də  iqtisadi  təhlilin 
üsulları və qaydaları determinləşdirilmiş amilli təhlil metoduna və 
stoxastik  amilli  təhlil  metoduna  ayrılır.  Amilli  təhlil  üsulunu 
amillər və nəticə göstəriciləri arasındakı əlaqə formalarma uyğun 
olaraq aşağıdakı kimi qruplaşdırmaq olar. 
Beynəlxalq 
təçürbədə 
amilli 
təhlil 
metodu 
həm 
determinləşdirilmiş  amilli  təhlil  üsulunu  və  həm  də  stoxastik 
amilli  təhlil  üsulunu  əhatə  edir.  Determinləşdirilmiş  amilli  təhlil 
üsuluna  -  zəncirvari  yerdəyişmə;  mütləq  və  nisbi  fərq  üsulu; 
yerləşdirilməmiş  qalıqların  adi  üstəgəlinməsi;  yekun  fərqlərinin 
müəyyən  edilməsi;  loqarifmik;  inteqral,  indeks  və  işgüzar  iştirak 
üsulu aiddir. 
Stoxastik  amilli  təhlil  üsuluna  -  korrelyasiya;  dispersiya; 
çoxölçülü  amilli  təhlil  və  klaster  təhlili  aiddir.  Müxtəlif  qruplar 
üzrə  sadəcə  olaraq  üsulların  sadalanması  göstərir  ki,  onların 
hamısı  müxtəlif  dərəcəli  mürəkkəb  riyazi  aparatın  tətbiqini  tələb 
edir. 
Analitik 
metodlar 
tətbiq 
olunan 
instrumentlərin 
mürəkkəbliyindən asılı olaraq adi riyazi və ali riyazi metodlarına 
ayrılır. 
Adi  riyazi  metodlar  ehtiyatlara  tələbatın  əsaslandırılması, 
istehsala  məsariflər,  biznes-planın  işlənməsində,  layihlərin 
hazırlanmasında,  balans  hesablarının  və  s.  hesablanmasında 
isifadə edilir.  
Klassik  ali  riyazi  metodunun  müstəqil  şəkildə  verilməsi 
onun tədqiqat işlərində riyazi statistik və riyazi metodları ilə birgə 
tətbiqindən  əlavə  ayrılıqda  istifadə  edilməsindən  irəli  galir.  Elə 
buna  görə  də  bir  çox  iqtisadi  göstəricilərin  səviyyəsinin 
dəyişməsinin 
amilli 
təhlilinin 
differensiallaşma 
və 
inteqrallaşmanın köməyi ilə həyata keçirmək mümkündür. 
Optimallıq 
nöqteyi-nəzərindən 
bütün 
iqtisadi-riyazi 
metodlar  (üsullar)  iki  qrupa  -  optimallaşdırılmış  və 
optimallaşdırılmamış qruplara ayırırlar. Əgər tətbiq edilən metod 


 
189 
 
 
 
 
nəzərdə  tutulmuş  optimallıq  meyarını  müəyyən  etməyə  imkan 
verirsə  həmin  optimallaşdırılmış  metod  qrupuna  aid  edilir. 
Axtarışlar  optimallıq  meyarı  tətbiq  olunmadığı  şəritində  həyata 
keçirildikdə həmin metod optimallaşdırılmamış metod adlanır, 
Qeyd  olunan  metodların  çoxcəhətliliyi  tədqiqatçıya 
tədqiqatın  müxtəlif  növlərinın  seçilməsinə  geniş  imkanlar  verir. 
Təhlilin  məqsədindən  asılı  olaraq  tədqiqatçı  bu  və  ya  digər  , 
üsulu, metodu tətbiq etməklə öz məqsədlərinə nail ola bilər.          
Qeyd  olunduğu  kimi  iqtisadi  təhlildə  riyazi  metod  kimi  
determinləşdirilmiş  və  stoxastik  metodlardan  da  geniş  istifadə 
edilir. 
Məhdudiyyət  şərtləri  və  məqsəd  funksiyasının  parametrləri 
tam, dəqiq kəmiyyətlərlə ifadə olunan modelə determinləşdirilmiş 
model deyilir. 
Məhdudiyyət  şərtləri  və  ya  məqsəd  funksiyalı  ehtimal 
xarakteri daşıyan modelə staxostik model deyilir. 
Birbaşa, determinləşdirilmiş amilli təhlilə aşağıdakılar misal 
ola bilər: 
1.
 
Əmək  məhsuldarlığı  və  işçilərin  sayının  məhsul 
istehsalının  həcminə  təsirinin  təhlili.  Bu  zaman  funksional  əlaqə 
forması  
z
x
y


 
olur.  Burada у - məhsulun həcmini; z, x ”amilləri göstərir. 
   2.  Mənfəətin  həcminin,  əsas  istehsal  fondları  və  dövriyyə 
vəsaitlərinin  dəyərinin  rentabellik  səviyyəsinə  təsirinin  təhlili. 
Burada funksional əlaqə forması 
 
r
z
x
y


  olur.   
Bu  formulada y - rentabellik səviyyəsini, z və r müvafıq amilləri 
göstərir.  Birbaşa  determinləşdirilmiş  amili  təhlil  təsərrüfat 
fəaliyyətinin təhlilində daha geniş istifadə olunur. 
İndi  də  birbaşa  stoxastik  amilli  təhlil  zamanı  məsələnin 
qoyuluşu  xüsusiyyətlərini  nəzərdən  keçirək.  Əgər  birbaşa 
determinləşdirilmiş  amilli  təhlildə  təhlil  üçün  ilkin  məlumatlar 
konkret sayda verilirsə, birbaşa stoxastik amilli təhlil zamanı isə 
onlar seçmə yolla verilir. Stoxastik amilli təhlil zamanı məsələnin 
həlli aşağıdakıları tələb edir: 
 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə