Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə47/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   43   44   45   46   47   48   49   50   ...   95

 
181 
 
 
 
 
beynəlxalq  əlaqələrin  yaradılması  və  xarici  investisiyaların  ölkə 
iqtisadiyyatına  cəlb  edilməsi  şəraitində  özünü  maliyyələşdirən 
yeni  struktur  və  qurumların,  habelə  dövlət  idarə  və 
müəssisələrinin  fəaliyyətinin  nəticələrinin  tam  müstəqil  və 
obyektiv  şəkildə  yoxlanılması  və  müvafiq  rəy  verilməsi  mühüm 
əhəmiyyət kəsb edir. Belə bir şəraitdə cəmiyyət həyatında iqtisadi 
demokratiyanın  bərqərar  edilməsi,  yəni  maliyyə  şəffaflığının 
təmin  olunması,  sağlam  rəqabətin  inkişafı,  vergiqoymanın 
qurulması  və  vergilərin  yığılması,  iqtisadi  münasibətlərin  bütün 
iştirakçılarının maddi maraqlarının nəzərə alınması və bütövlükdə 
maliyyə  vəsaitlərinin  düzgün  xərclənməsi  üçün  müstəqil  maliyyə 
nəzarəti  orqanı  kimi  auditor  xidməti  geniş  imkanlar  yaradır.  
Ölkəmizdə  milli  auditin  təşəkkül  tarixi  "Auditor  xidməti 
haqqında"  Azərbaycan  Respublikası  Qanununun  (16  sentyabr 
1994-cü  il)  qəbul  edilməsindən  başlanır.  Həmin  Qanunda  audit 
anlayışı aşağıdakı qaydada təsbit olunub: "Audit - əmtəə istehsalı 
və  satışı,  xidmət  göstərilməsi  və  iş  görülməsi  ilə  məşğul  olan 
təsərrüfat  subyektlərində  mühasibat  uçotunun  dəqiq  və  dürüst 
aparılmasının,  mühasibat  və  maliyyə  hesabatlarının  müstəqil 
yoxlanılmasıdır". Qanunun tələbinə görə, auditor xidmətinin əsas 
məqsədi 
təsərrüfat 
subyektlərinin 
mühasibat 
(maliyyə) 
hesabatlarının  düzgünlüyünü,  onların  apardıqları  maliyyə  və 
təsərrüfat  əməliyyatlarının  mövcud  qanunvericiliyə  və  normativ 
aktlara 
uyğunluğunu 
müəyyənləşdirməkdir. 
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yaradılmış və 
əsas  vəzifəsi  respublikada  auditor  xidməti  işini  təşkil  etməkdən, 
mövcud  qanunvericiliyə  uyğun  olaraq  onun  inkişafı  və 
fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən 
ibarət  olan  Azərbaycan  Respublikasının  Auditorlar  Palatası 
1996-cı  ilin  aprel  ayında  fəaliyyətə  başlayıb.  Palatanın  sədri, 
iqtisad elmləri doktoru, professor Vahid Novruzovun bildirdiyinə 
görə, ötən dövr ərzində ölkədə milli audit sisteminin formalaşması 
və  inkişafı,  o  cümlədən  cəmiyyət  tərəfindən  auditin  idarəetmədə 
vacib  nəzarət-analitik  infrastruktur  elementi  kimi  dərk  edilməsi 
istiqamətində  xeyli  iş  görülüb.  Nəticədə  qısa  müddət  ərzində 
auditor xidmətinin kifayət qədər təşkilatlanmış  və  ölkənin bütün 
ərazisini  əhatə  edən  strukturu,  yüksək  peşə-ixtisas  hazırlığına 


 
182 
 
 
 
 
malik  lisenziyalı  auditorların böyük dəstəsi  formalaşıb və  bunun 
sayəsində respublikamızda auditor xidmətlərinin həcmi 10 dəfəyə 
qədər 
artıb. 
Mövcud  qanunvericiliyə  görə,  auditor  yoxlaması  məcburi  və  ya 
könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər: özünün 
maliyyə  hesabatlarını  dərc  etdirməli  olan  təsərrüfat  subyektləri 
üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş 
hallarda  və  ya  səlahiyyətli  dövlət  orqanlarının  müvafiq  qərarına 
əsasən,  yaxud  da  dövlət  orqanlarının  sifarişi  ilə  həyata  keçirilən 
audit 
məcburi, 
digər 
hallarda 
isə 
könüllüdür.Hazırda 
Azərbaycanda  məcburi  auditdən  keçməli  olan  təsərrüfat 
subyektlərinin 
tam 
siyahısı 
belədir: 
Birgə 
müəssisələr; 
xarici 
investisiyalı 
müəssisələr; 
nümayəndəliklər;  banklar  və  digər  kredit  idarələri;  məhdud 
məsuliyyətli 
cəmiyyətlər; 
səhmdar 
cəmiyyətləri; 
sığorta 
təşkilatları;  maliyyə-sənaye  qrupları;  investisiya  fondları;  qeyri-
hökumət  təşkilatları;  bələdiyyələr.  Bunlarla  yanaşı,  Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  2001-ci  il  5  aprel  tarixli  77 
saylı  qərarına  əsasən,  aktiv  və  passivlərində  verilən  maddələri, 
sonrakı  bölgünü  aparmadan,  yalnız  ümumi  məbləğdə  göstərəcək 
hüquqi  şəxslərin  yekun  gününədək  on  iki  ay  ərzində  balansının 
son  məbləği  5  milyard  manat  və  dövriyyədən  mədaxilinin  son 
məbləği  2,5  milyard  manat  olan  bütün  təsərrüfat  subyektləri 
məcburi  auditin  obyektləridir.  Bu  gün  dünya  praktikasında 
auditor  xidmətlərinin  təxminən  80  faizini  KÖNÜLLÜ  AUDİT 
təşkil 
edir: 
bu 
da 
auditor 
xidmətlərinin 
çeşidinin 
rəngarəngliyindən  və  idarəetmədə  vacib  nəzarət-analitik 
infrastruktur  elementi  olmaq  etibarı  ilə  auditin  məsləhət-
konsaltinq  yönümünün  təsərrüfat  subyektləri  tərəfindən  düzgün 
dərk  edilməsindən  irəli  gəlir.  Ölkəmizdə  də  mülkiyyət 
formasından  və  təşkilati-hüquqi  tabeliyindən  asılı  olmayaraq, 
məhsul istehsal edən, xidmət göstərən təsərrüfat subyektlərinə və 
hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 
fiziki şəxslərə göstərilən auditor xidmətlərinin çeşidi kifayət qədər 
genişdir.  
Professor V.Novruzovun dediyinə görə, hazırda respublikamızda 
40 auditor təşkilatı (o cümlədən 5 xarici auditor təşkilatının filial 


 
183 
 
 
 
 
və  ya  nümayəndəliyi),  50-dən  çox  sərbəst  auditor  fəaliyyət 
göstərir  və  mövcud  qanunvericiliyə  əsasən,  onlar:  Mühasibat 
uçotunun  dəqiq  və  dürüst  aparılmasının,  mühasibat  və  maliyyə 
hesabatlarının  auditini  (yoxlanılmasını)  aparmaq  və  audit 
aparılmış təsərrüfat subyektlərinin maliyyə vəziyyətində, maliyyə-
təsərrüfat  əməliyyatlarının 
qanuniliyinə,  illik  mühasibat 
hesabatları  maddələrinin  doğruluğuna,  mühasibat  uçotunun 
ümumi  vəziyyətinə  auditor  rəyi  vermək;  Maliyyə-təsərrüfat 
fəaliyyətini  təhlil  etmək,  ekspertizasını  aparmaq  və  maliyyə 
vəziyyətini  proqnozlaşdırmaq;  Əmlakın  qiymətləndirilməsinin 
düzgünlüyünə  rəy  vermək;  Müəssisələrin  maliyyə-təsərrüfat 
fəaliyyətinin  yaxşılaşdırılması  üçün  tövsiyə  və  təkliflər  işləyib 
hazırlamaq; 
Mühasibat 
uçotu 
qurmaq; 
Rüblük  və  illik  mühasibat  hesabatlarını  bərpa  və  tərtib  etmək; 
Nəzarət 
orqanları 
tərəfindən 
aparılmış 
yoxlamaların 
ekspertizasını 
keçirmək; 
Müəssisənin 
ləğvi 
və 
təkmilləşdirilməsi 
(birləşdirilməsi, 
bölünməsi,  ayrılması,  çevrilməsi)  zamanı  məsləhətlər  vermək  və 
müvafiq  sənədlərin  hazırlanmasında  yardım  göstərmək,  ləğv 
olunan  müəssisənin  əmlakını  qiymətləndirmək  və  ləğvetmə 
balansını tərtib edib mülkiyyətçiyə təqdim etmək; yeni yaradılan 
müəssisə  və  təşkilatların  təsis  sənədlərini  hazırlamaq  və  onların 
müvafiq  icra  orqanlarında  qeydiyyata  alınmasına  yardım 
göstərmək;  Bank  təsis  edən  (yaradan)  hüquqi  şəxslərin  maliyyə 
vəziyyətinə 
auditor 
rəyi 
vermək; 
İnvestisiya  layihə  və  proqramlarını  tərtib  etmək;  Vergilərlə  bağlı 
məsələlər,  o  cümlədən  fiziki  və  hüquqi  şəxslərə  vergilərin 
hesablanması,  bəyannamələrin  hazırlanması  və  s.  üzrə;  sığorta 
sahəsində;  bank  sahəsində;  idxal-ixrac  əməliyyatları  sahəsində; 
özəlləşdirmə və səhmləşdirmə sahəsində; təsərrüfat qanunvericiliyi 
sahəsində;  menecment  üzrə;  əmtəə  birjasının  yaradılması,  idarə 
olunması və birja ticarətinin təşkili sahəsində məsləhətlər vermək; 
Kompleks biznes problemləri və məsələləri ilə rastlaşan hüquqi və 
fiziki şəxslərə maliyyə və iqtisadi sahələr üzrə məsləhətlər vermək; 
Sağlamlaşdırma,  müflisləşmə  və  iflas  prosesi  başlanılmış 
müəssisələrə müvafiq məsələlər üzrə məsləhətlər vermək və həmin 
prosesdə 
mütəxəssis 
kimi 
iştirak 
etmək; 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə