Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə43/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   39   40   41   42   43   44   45   46   ...   95

 
169 
 
 
 
 
ümumi daxili məhsulun 23 %-i səviyyəsindədir və ölkənin valyuta 
ehtiyatlarından  azdır.  Bu  isə  ölkənin  etibarlı  maliyyə  sisteminə 
malik 
olması 
deməkdir. 
        Qeyri-neft  sektorunun  inkişafı  prioritet  istiqamətlərdən  biri 
kimi,  dövlət  proqramlarında,  o  cümlədən  «Yoxsulluğun 
Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı»nda, «Kiçik 
və  orta  sahibkarlığın  inkişaf  etdirilməsi  üzrə  Dövlət 
Proqramı»nda, habelə «2003-2005-ci illər üçün Dövlət İnvestisiya 
Proqramı»nın 
layihəsində 
öz 
əksini 
tapmışdır.Mühüm 
tədbirlərdən  biri  də  aparıcı  xarici  və  yerli  iş  adamlarının  daxil 
olduğu  Azərbaycan  Respublikası  yanında  Sahibkarlar  Şurasının 
yaradılması  olmuşdur.  Sahibkarlar  Şurası  ölkədə  biznes 
mühitinin  yaxşılaşdırılmasında,  bu  sahəyə  dövlət  qayğısının 
artırılmasında,  mövcud  problemlərin  vaxtaşırı  təhlil  edilərək 
müvafiq  tədbirlərin  görülməsində  böyük  rol  oynayacaqdır. 
Bununla  yanaşı  lisenziyalaşdırma  sisteminin  sadələşdirilməsi 
barədə  qərar  qəbul  edilmişdir.  Belə  ki,  ölkədə  mövcud  olan 
lisenziyalaşdırma 
sistemi 
köklü 
surətdə 
dəyişmiş, 
lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 240-dan 30 endirilmiş, 
lisenziyanın  müddəti  2  ildən  5  ilə  qədər  uzadılmışdır.Yeni 
lisenziyalaşdırma  sisteminin  tətbiqi  azad  rəqabətin  inkişafına, 
istehsal  olunan  məhsulun,  göstərilən  xidmətin  keyfiyyətinin 
yüksəlməsinə gətirib çıxaracaqdır.Hazırda hüquqi şəxslərin dövlət 
qeydiyyatına  alınması  prosedurları  da  xeyli  sadələşdirilmiş,  bu 
sahədə  əvvəllər mövcud olmuş  problemlər aradan qaldırılmışdır.  
Məlum olduğu kimi, biznes mühitinin ən mühüm şərtlərindən biri 
vergi  recimi  ilə  bağlıdır.  Qeyd  etmək  lazımdır  ki,  Vergi 
Məcəlləsinə  uyğun  olaraq  ölkədə  vergi  recimi  ilbəil  liberallaşır. 
Belə  ki,  son  illərdə  vergilərin  sayı,  sosial  sığorta  ödənişləri  xeyli 
azaldılmışdır. 1998-ci ildən etibarən vergi dərəcələri ardıcıl olaraq 
endirilir.  Bununla  yanaşı  vergi  idarəçiliyi  təkmilləşdirilmiş, 
yoxlamaların  sayı  əhəmiyyətli  dərəcədə  azaldılmış,  sahibkarlığın 
inkişafına mane olan müdaxilələrin qarşısının alınması məqsədilə 
vergi  orqanları  istisna  olmaqla  yoxlayıcı  qurumlar  ləğv 
edilmişdir.  Gömruk  orqanlarının  da  fəaliyyətinin  beynəlxalq 
standartlara 
uyğunlaşdırılması, 
prosedurların 
daha 
da 
sadələşdirilməsi  və  şəffaflaşdırılması  məqsədilə  Beynəlxalq 


 
170 
 
 
 
 
Valyuta  Fondu,                   Ümumdünya  Gömrük  Təşkilatı  ilə  birgə 
proqram  həyata  keçirilməkdədir.  Hazırda  ixrac  rüsumları  ləğv 
edilmiş,  idxalda  rüsumların  15  %-lik  maksimal  həddi 
müəyyənləşdirilmişdir.  Eyni  zamanda  daxili  bazarda  haqlı 
rəqabət  mühitinin  inkişaf  etdirilməsi,  təbii  inhisarçıların 
tariflərinin, 
habelə 
dövlət 
tərəfindən 
müəyyənləşdirilən 
qiymətlərin  müntəzəm  şəkildə  tənzimlənməsi  məqsədilə  ölkə 
Prezidentinin  qərarına  əsasən  Tarif  Şurası  yaradılmışdır. 
Azərbaycan  Hökumətinin  müraciəti  ilə  Beynəlxalq  Maliyyə 
Korporasiyasının  dəstəyi  əsasında  Dünya  Bankının  Xarici 
İnvestisiyalar  üzrə  Məsləhət  Xidməti  (FIAS)  Azərbaycanda 
investisiya  mühitinin  monitorinqini  aparmış  və  mühitin  daha  da 
yaxşılaşdırılması 
məqsədilə 
birgə 
tədbirlər 
planı 
müəyyənləşdirilmişdir.  Həmin  tədbirlərin  icrası  istiqamətində 
atılmış  ilk  addımlardan  biri  də  Azərbaycanda  İnvestisiyaların 
Təşviqi  və  Məsləhət  Fondunun  təsis  edilməsi  idi.  Eyni  zamanda 
Dünya  Bankının  ekspertləri  ilə  birgə  «İnvestsiya  fəaliyyəti 
haqqında»  və  «Xüsusi  iqtisadi  zonalar  haqqında»  qanun 
layihələri  hazırlanmışdır.«İnvestsiya  fəaliyyəti  haqqında»  yeni 
qanun hazırda qüvvədə olan «İnvestisiya fəaliyyəti haqqında» və 
«Xarici  investisiyaların  qorunması  haqqında»  iki  qanunu  əvəz 
edəcək.  Bu  iki  mövcud  qanunlardan  fərqli  olaraq  yeni  layihə 
beynəlxalq  təcrübənin  ən  mükəmməl  elementlərini  özündə  əks 
etdirir. Digər ölkələrin bu sahədə olan təcrübəsini əsas götürərək 
qanun layihəsinə investisiyaların qorunması, investisiya fəaliyyəti 
zamanı  yaranan  mübahisələrin  həlli  və  digər  həlledici  prinsipial 
məsələlər  ilə  bağlı  yeniliklər  daxil  edilib.Bununla  yanaşı  2003-cü 
ilin  may  ayında  Bakıda  Beynəlxalq  İnvestisiya  Konfransı 
keçirilmiş  və  potensial  investorlarla  Azərbaycanda  biznes 
fəaliyyətinin qurulması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Bu 
tədbirin  yekunları  göstərdi  ki,  investisiya  fəallığının  ən  başlıca 
şərtlərindən  biri  potensial  investorları  zəruri  məlumatlarla  təmin 
etməkdən,  onlara  fəaliyyət  istiqamətinin  seçilməsində,  konkret 
biznes  fəaliyyətinin  müəyyənləşdirilməsində,  habelə  müvafiq 
dövlət  və  özəl  qurumlarla  əlaqələrin  qurulmasında  köməklik 
göstərməkdən  ibarətdir.  Hazırda  Azərbaycanda  fəaliyyət 
göstərmək  üçün  çox  böyük  imkanlar  mövcuddur.  İlk  növbədə 


 
171 
 
 
 
 
qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  əlverişli  coğrafi  mövqeyi 
burada  istehsal  olunan  məhsulların  Orta  Asiya  ölkələrinə,  İrana 
və  digər  körfəz  ölkələrinə,  Rusiyaya  ixrac  etməyə,  bu  ölkələrin 
şirkətləri  ilə  iş  birliyi  qurmağa  imkan  verir.  Xarici  şirkətlər, 
həmçinin  ölkəmizdə  aparılan  özəlləşdirmə  prosesində  iştirak  edə 
bilərlər. 
Bununla 
əlaqədar 
olaraq, 
özəlləşdirmə 
qanunvericiliyində xarici şirkətlərin bu prosesdə iştirakının şəffaf 
və  aydın  mexanizmləri  nəzərdə  tutulmuşdur.Azərbaycanda 
investisiya  mühitinin  təkmilləşdirilməsi  istiqamətində  davam 
etməkdə  olan  islahatlara  və  artıq  əldə  edilmiş  nailiyyətlərə 
baxmayaraq  qeyri-neft  sektoruna  investisiyaların  cəlb  edilməsi 
sahəsində  hələ  çox  iş  görülməlidir.  İnvestisiya  mühitinin 
yaxşılaşdırılması  sahəsində  uğurla  həyata  keçirilən  proqramların 
əsas  elementi  dövlət  və  özəl  sektor  arasında  dialoqun  təşkilidir. 
Bu gün investisiya prosesinin fəallaşması və onun səmərəliliyinin 
artırılması problemləri Azərbaycan Respublikasının gələcəyi üçün 
böyük 
əhəmiyyət 
kəsb 
edir. 
Respublika  Hökumətinin  nümayəndəsi  kimi  Azərbaycanda 
İnvestisiyaların  Təşviqi  və  Məsləhət  Fondunun  rolu  münbit 
investisiya  mühitini  müəyyənləşdirən  şərtlər  sisteminin  təşkili, 
sahibkarlığın  investisiya  və  ümumi  mədəniyyətinin  artırılması, 
habelə  investisiya  fəaliyyətinin  informasiya  təminatının  və 
təhlükəsizliyinin  möhkəmləndirilməsi  istiqamətində  tədbirlərin 
həyata  keçirilməsindən  və  bu  sahədə  fəaliyyət  göstərən  digər 
qurumları  dəstəkləməkdən,  onlarla  sıx  əməkdaşlıq  etməkdən 
ibarətdir 
 
Fəsil-5:Beynəlxalq biznesdə mühasibat ucotu 
5.1.Beynəlxalq mühasibat sisteminin qurulması 
 
            
     Beynəlxalq hesablaşmalar anlayışı.  Milli valyuta cox vaxt xarici 
valyuta  ilə  dəyişdirilir.Bu  da  əsasən  xaricdə  vətəndaşlarımızın  üzərinə 
düşən  öhdəlikləri  yetirə  bilmək  və  borclarını  ödəmək  üçündü.Valyuta 
öhdəlikləri  və  pula  olan  tələb  esasən  müxtəlif  ölkələrdə  yerləşən  fiziki  və 
hüquqi  şəxslər  arasındakı  iqtisadi,siyasi,elmi-texniki  münasibətlərlə 
yaranır.Beynəlxalq hesablaşmalar  bir  çox  ölkələr  tərəfindən qəbul  edilmiş 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə