Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə30/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   26   27   28   29   30   31   32   33   ...   112

Nazim Tapdıqoğlu
10 
aprel  1840-cı il -  Çar hökuməti Cənubi Qafqazda inzibati-hərbi  islahat 
keçirir.  "Cənubi Qafqaz diyarının idarəsi üçün təsisatlar"
 
haqqında qanun qəbul 
edilir. Bu islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilir və Kaspi vilayə­
tinə tabe edilir. Bununla da Qarabağ anlayışı öz siyasi mənasını itirmiş olur və 
yalnız coğrafi anlayış kimi qalır...
10  aprel  1990-cı il - Erməni terrorçusu tərəfindən Laçın rayonunun Sadınlar 
kənd sakini Cavanşir San oğlu İbrahimov Meşə başı
 
adlanan sahədə təsərrüfat 
işi gördüyü yerdə qətlə yetirilir...
10 
aprel  1990-cı il - Erməni millətçiləri səhər saat  8.30-
 
da Martuni  (Xoca­
vənd)
 
rayonunun Qaradağlı kənd sakini İlqar Əliyevi odlu silahla ağır yarala­
yırlar. Çoxlu qan itirdiyindən halı pisləşən İlqar güclə özünü evinə yetirib həyat 
yoldaşını və 5 körpəsini azğınlaşmış ermənilərdən xilas etmək məqsədi ilə qapı­
sını bağlayır. Kənd camaatı ermənilərə tərəf atəş açır. İlqar yollarda güllə yağışı 
altında, çətinliklə  xəstəxanaya çatdırılır...
10  aprel  1991-ci il -  Cəbrayıl rayonunun  Yuxarı Məzrə kəndindəki milis 
postu ermənilər tərəfindən atəşə tutulur...
10 
aprel  1992-ci il - Ağdamın Şelli, Gülablı, Abdal, Əliağalı,  Qalayçılar, Pap- 
ravəndvs Şotlanlı kəndləri ermənilər tərəfindən atəşə və basqına məruz qalır...
10  aprel  1992-ci il  -  Goranboy  rayonunun Xanqərvənd,  Tapqaraqoyunlu, 
Şəfəq kəndləri atəşə tutulur. Şəfəq kəndi hücuma məruz qalır...
10  aprel  1992-ci il - Erməni hərbi birləşməsi Marquşevan kəndindən Tərtər 
istiqamətində hücuma keçir. İntiqam Həsənov, Nəriman Quliyev itkin düşür; 10 
nəfər döyüşçü yaralanır...
10 
aprel  1992-ci il - Azərbaycan ordusu Marquşevan  kəndi istiqamətində 
hücuma keçir.  Keçmiş Ağdərə  rayonunun Marquşevan kəndi uğrunda döyüş­
lərdə tərtərli döyüşçülər - Rasim Aydm oğlu Mürsəlov, Vəli Tapdıq oğlu Abbasov, 
Rövşən Cümşüd oğlu Kərimov, Vüqar Haqverdi oğlu Məmmədov, Knyaz Cümşüd 
oğlu Qurbanov, Vüqar Tofiq oğlu Həsənov, Nəriman Allahverdi oğlu  Quliyev 
həlak olurlar...
10  aprel  1992-ci il - İtaliyanın Genuya şəhərində konfrans öz işinə başlayır...
10 
aprel  1993-cü il - Zəngilan ərazisində ermənilərlə döyüşdə igid oğullarımız 
- Nizami İsrafil oğlu Sərxanov  (Neftçala r . f
 
Xanlar İsbənd oğlu Qafarov  (Bilə­
suvar r.,  ismətli k.),  Maarif Atakişi oğlu İsmayılov  (Əlibayramlı  (Şirvan)ş.) 
həlak olurlar...
10 
aprel  1993-cü  il - Ermənilərlə qanlı müharibədə zəngilanlı döyüşçülər - 
Qorxmaz Bahadur oğlu Allahverdiyev  (Zəngilan ş.),
 
Müşfiq Əjdər oğlu Mehra- 
lıyev (Nəcəflər k.),
 
Sərvan Qüdrət oğlu Cəfərov (Zəngilan ş.),
 
Vüqar Abbasqulu 
oğlu Abışov  (Alıbəyli k.)
 
həlak olurlar...
90
Azərbaycan faciələrinin təqvimi
10  aprel  1994-cü il - Düşmən istiqamətdən Tərtər üzərinə zərbələr endirir. 
Əsas zərbə istiqamətində  Ermənistanın  83-cü motoatıcı  briqadası və Stepana­
kert  (Xankəndi) yerli alayının qüvvələrindən istifadə olunur. İtkilərimiz olur.
10  aprel  2003-cü il - Görkəmli azərbaycanlı islam alimi Ayətullah Şeyx Mə­
həmməd Xoylu Seyyid Əbülqasım Musəvi oğlu İraqın Nəcəf şəhərindəki məsc­
iddə Amerika əsgərlərinin əli ilə öldürülərək şəhid olur...
11  aprel  1553-cü il - Dövrünün görkəmli şəxsiyyəti Əmir Əbdülməkarim Si- 
racəddin Qasım Mövlana Seyid Əhməd oğlu ölür...
11  aprel  1635 - ci il - Şahın hərbi şurası İrəvan qalasının təcili geri alınması 
haqqında qərar verir və  itkilər hesabına olsa da qala geri 
alınır
11  aprel  1918-ci il - Naxçıvanın Qaraxanbəyli kəndi ərazisinə toplaşan daş- 
naq  terrorçuları  Naxçıvan şəhərinə və ətraf kəndlərə basqın edirlər.  Naxçıvan 
şəhərində 2 nəfər qətlə yetirilir.  Şəhər ətrafında 4 nəfər girov götürülür.  Qonşu 
kəndlərdə isə 150 nəfər azərbaycanh dinc sakin qətlə yetirilir...
11 
aprel  1988-ci il - DQMV PK vilayətdə gedən proseslər haqqında respub­
lika  və ittifaq  miqyaslı təşkilatlara  çoxsaylı  məktublar  göndərməyə  başlayır. 
Məktublarda Azərbaycanın və azərbaycanlıların ünvanına yalan və təhqirlərlə 
dolu «faktlar»
 
göstərilir. Ermənilər  əsasən SSRİ Ali Sovetinə, SSRİ Prokuror­
luğuna,  Ermənistan  SSR-in  rəhbərliyinə  ünvanlanmış  bu  məktublarda 
hüquqlarının  pozulması  barədə  yazıb  vilayətdə baş  alıb  gedən  mitinqləri  əsa­
slandırmağa çalışırlar.  Qəribə burası idi ki, M.S.Qorbaçov cinayətkarlar barə­
sində ölçü götürməyə icazə vermir...
11  aprel  1991-ci il - Qarabağda Xocalı rayonunun Meşəli kəndi ermənilər 
tərəfindən güclü raket atəşinə tutulur...
11 
aprel  1992-ci il - Milli Qəhrəman Pəhlivan Əhliman oğlu Fərzəliyev Füzuli 
rayonunun  Qacar  kəndi  istiqamətində  erməni  yaraqlıları  ilə  döyüşdə  həlak 
olur...
11 
aprel  1992-ci il - Milli  Qəhrəman Fəxrəddin Musa oğlu Musayev döyüş 
əməliyyatı zamanı faciəli surətdə həlak olur...
11 
aprel  1992-ci il -  Erməni hərbi birləşmələri 250 nəfərlik  silahlı  dəstə ilə 
Füzuli rayonunun  Qacar  kəndi istiqamətində  güclü  hücuma  keçirlər.  Kəndin 
özünümüdafiə qüvvələrinin birləşmiş dəstələri düşmənlə ölüm-dirim mübarizə­
sinə qalxırlar.  Cəmilli kəndi işğal olunur.  Cəmillidə nəfər, Qacarda  4  nəfər - 
Qacar kənd sakini, kəndin ilk şəhidi,  1967-ci il təvəllüdlü topçu  Miralim Həşim 
oğlu Əliyev  və daha  nəfər kənd müdafiəçisi həlak olur...
11  aprel  1992-ci il - Füzuli rayonunun Qacar kəndinin  (Füzuli rayonu)
 
sə­
91


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə