Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə38/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   34   35   36   37   38   39   40   41   ...   112

Nazim Tapdıqoğlu
istiqamətində güclü hücuma keçir.  Ölənlər və yaralananlar olur...
26 
aprel  1994-cü il - Erməni hərbi  birləşmələri  ilə  keçirilən  döyüş  əmə­
liyyatında 1975-ci il təvəllüdlü, cəbrayıllı Arif Ağa oğlu Rüstəmov şəhid olur...
26  aprel  1994-cü il - Ermənilərlə müharibədə zəngilanlı döyüşçülər - İsaq Al- 
lahverdi oğlu Fərəcov (Xumarlı k.), Hüseyn Oktyabr oğlu Əliyev (Mincivan q.), 
Hüseyn Həsən oğlu Hüseynov  (İçəri Müşlan k.)
 
həlak olurlar...
26  aprel  1994-cü il - Ağdamın Güllücə kəndi ərazisində gedən qanlı döyüşdə 
Fərahim Bəylər oğlu Quliyev həlak olur...
27  aprel  1903-cü il - Minlərlə B ab proletariatı  "mütləqiyyət quruluşuna öz 
hiddətli hökmünü oxuyur".
 
Nümayişdən  sonra çar hakim dairələri təqiblərə əl 
atır.  /ÖÖ-dən artıq adam həbs olunur...
27 
aprel  1290-cı il - Qızılordalılarla Elxanilər arasında Dərbənddən şimalda, 
"Şamsu" adlı yerdə baş verən döyüşdə qızılordalılar məğlub olurlar...
27 
aprel  1920-ci il - Günorta H.Sultanov başda olmaqla  kommunistlərin 
nümayəndə heyəti  yaxın  12  saat ərzində hakimiyyəti təslim etmək  barəsində 
AK(b)P MK, RK(b)P Ölkə Komitəsinin Bakı Bürosu və Mərkəzi Fəhlə Kon­
fransı adından Müsavat hökumətinə ultimatum ünvanlayır.  Hökumət ultima­
tumu  parlamentin  müzakirəsinə  verir.  Axşam  təxminən  saat  11  radələrində 
Azərbaycan  Parlamenti  hakimiyyətin  təhvil  verilməsi  haqqında qərar qəbul 
edir. Bununla da 23  ay davam edən Azərbaycan Demokratik Respublikası hö­
kumətinin fəaliyyəti dayandırılır...
27  aprel  1920-ci U -  72  minlik XI Qırmızı  Ordu başda  III İnternasional”
olmaqla Samur çayını keçərək, Azərbaycan sərhədinə daxil olub, Azərbaycam 
-  Bakını  işğal  edir.  Azərbaycan  Ordusunun  kiçik  dəstələri,  eləcə  də  sərhəd 
qüvvələri  Qizil Ordunun qarşısını ala bilmir.  Gecə Azərbaycan Xalq Cümhu­
riyyəti Sovet Rusiyası tərəfindən devrilir. Azərbaycanı bolşeviklər idarə etməyə 
başlayır...  Müsavat ordusunun 7-ci piyada alayı üsyançıların tərəfmə keçir...
27  aprel  1920-ci il 
- Gecə AXC hökumət başçısı olmuş 
Nəsib bəy Yusifbəyli 
daşnaq muzdlusu tərəfindən qətlə yetirilir; cəsəd naməlum şəraitdə yox edilir...
27 
aprel  1992-ci il - Ağdam rayonunun Abdal-Gülablı kəndi ermənilər tərə­
findən atəşə tutulur.  nəfər yaralanır,  15 ev dağıdılır...
27  aprel  1992-ci il - Qazax rayonunun Barxudarlı və Sofulu kəndləri erməni 
yaraqlıları tərəfindən işğal edilir. dinc sakin şəhid olur, 3 nəfər 
ağır 
yaralanır. 
200 evin  əmlakı  qarət olunur.  Evlərin əksəriyyəti  yandırılır.  4  qorunan tarixi 
abidə məhv edilir.  Kənd əhalisi doğma yurdundan didərgin düşür...
106
Azərbaycan faciələrinin təqvimi
28 
aprel  1841-ci il - Qazax, Şəmşəddil, Borçalı nahiyələrində yaşayan ağalar 
torpaq sahibliyindən və həmin torpaqları becərən kəndlilər üzərində hüquqlar­
dan məhrum edilir...
28  aprel  1920-ci il - X və XI Qızıl Ordu (20.000 piyada və 6,5 min kavaler) 
Xəzərin  qərb sahillərini,  o  cümlədən Dərbənd və Bakı  şəhərlərini  ələ keçirir. 
Azərbaycan işğal edilir...
28 
aprel  1920-ci il  - Azərbaycan  Sovet  Sosialist  Respublikası  elan  edilir. 
Bütün hakimiyyət Müvəqqəli İnqilab Komitəsinə verilir. Azərbaycanın müstə­
qilliyinə son qoyulur...
28 
aprel  1920-ci il - Hökumət binalarının hamısı, eləcə də Parlament kom­
munistlər tərəfindən tutulur...
28  aprel  1920-ci il  - A.N.Karagözov  Dağlıq  Qarabağ üzrə komissar təyin 
olunur...
28 
aprel  1920-ci il - Gəncə Vilayət Komitəsi F.Əliyevin başçılığı ilə Quber­
niya İnqilab Komitəsini təşkil edir.  Komitə hakimiyyətin təslim edilməsi haq­
qında qubernatora ultimatum verir...
28  aprel  1922-ci il - II Ümumazərbaycan Sovetlər qurultayı öz işinə başla­
yır...
28  aprel  1991-ci il - Cəbrayıl şəhəri və Süleymanlı kəndi ermənilər tərəfindən 
atəşə tutulur...
28 aprel 1991-ci il - Erməni quldur birləşmələri Sədərək qəsəbəsini  Erməni­
stan tərəfdən ağır toplardan atəşə tuturlar. Dinc əhali arasında ölənlər olur...
28  aprel  1992  ci il -  Narışlar kəndinə olan  erməni hücumu nəticəsində  6 
nəfər həlak olur,  2  nəfər yaralanır...
28  aprel  1992-ci il - Ağdamın Əlağalı,  Qalayçılar, Şotlanlı kəndləri ermənilər 
tərəfindən atəşə tutulur.  Kəndlərə ciddi ziyan dəyir, yaralananlar olur...
28  aprel  1994-cü il - Əslən Zaqatala rayonundan olan əsir düşmüş  Zeynal 
adlı bir nəfər vətənpərvər azərbaycanlı ermənilər tərəfindən döyülüb işgəncə ve­
rilərək vəhşicəsinə qətlə yetirilir...
28 aprel  1994-cü il - Ağdam rayonunun Baş  Qərvənd kəndi  uğrunda gedən 
qanlı döyüşlərdə Basarkeçər  (Vardenis)  rayonunun Sarıyaqub kəndinin  mərd 
oğlu  Yaşar Eldar oğlu Hüseynov əbədiyyətə qovuşur...
29 aprel  1909-cu il - Çar Rusiyası müxtəlif bəhanələrlə  (xarici konsulluqları 
və təbəqələri müdafiə etmək,  ərzaq daşınması və s.)
 
Təbrizə qoşun yeridir.  Belə­
liklə,  Təbriz üsyanı yatırılır...
107


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə