Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə39/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   35   36   37   38   39   40   41   42   ...   112

Nazim Tapdıqoğlu
29  aprel  1918-ci il  -  Erməni silahlı  quldur  dəstələri  Gümrü  yaxınlığında 
Gümrüdən Ahalqalaya qaçqın daşıyan 500 arabalıq karvana basqm edirlər. Er­
məni vəhşiləri çoxu qadın, qoca, uşaq olan  3.000  adamı vəhşicəsinə qətlə yeti­
rirlər...
29 
aprel  1918-ci il - Hamazaspm başçılıq etdiyi daşnaq terror birləşmələri 
Quba qəzasının Şıxlar kəndinə basqın edirlər. Dinc əhali gülləbaran edilir.  Er­
məni cəlladları 40-dan çox uşağı dəmir yolu stansiyasının  yaxınlığındakı Xan 
çinarların budaqlarından asırlar...
29 
aprel  1920-ci il -  Axşamçağı  qubernator  Gəncə  quberniyasında  haki­
miyyətin İnqilab Komitəsinə təslim edilməsi haqqındakı aktı imzalayır...
29  aprel  1991-ci il - Ağdam-Füzuli
 
avtomobil yolunun 34-cü kilometrliyində 
olan körpü ermənilər tərəfindən partladılır...
29  aprel  1991-ci il - Erməni quldur birləşmələri Qazax və Laçın rayonlarının 
kəndlərini ağır toplardan atəşə tuturlar. Dinc əhali arasında ölənlər o lu r...
29  aprel  1992-ci il - Erməni silahlılarmm Yuxarı Qarabağın Kosalar kəndinə 
hücumu zamanı nəfər (Fəxrəddin Səfərov, Ramiz Qəmbərov, Nəriman Quliyev, 
Elton Əkbərov və 17 yaşlı Pənah Muxtarov) həlak olur,  15 nəfər yaralanır...
29 
aprel  1992-ci il - Ağdam rayonunun bir sıra yaşayış məntəqələri ermənilər 
tərəfindən atəşə tutulur.  Ölənlər, yaralananlar və zərərçəkənlər olur...
29  aprel  1992-ci il  -  Daşnaq terrorçuları Füzuli şəhəri  istqamətindəki bir 
neçə kəndə həmlə edirlər.  nəfər həlak olur,  nəfər ağır yaralanır...
30 aprel  1221-ci il -  Monqollar hücum edərək Şamaxını tutub orada çoxlu 
sayda əhalini məhv edirlər...
30  aprel  1630-cu  il  -  Osmanlı  ordusu  çoxlu  qurbanlar  hesabına İrəvanı 
tutur...
30  aprel  1796-cı il - Valerian  Zubovun  başçılığı ilə  30 minlik rus  qoşunu 
Dərbəndə yaxınlaşır...
30  aprel  1918-ci il - Zəngəzur qəzasının Arakilis kəndinə basqın edən erməni 
daşnaqları  25  nəfər dinc sakini qətlə yetirirlər...
30 
aprel  1918-ci il - Hamazaspm, Vendutsun, Nikolay Muradyamn başçılıq 
etdikləri daşnaq terror birləşmələri Xaçmaz ərazilərinə 
b a s q m  e d ə r ə k ,  
246 nəfəri 
qətlə  yetirirlər.  Onların  200  nəfərinin  əl-qolunu 
b a ğ l a y a r a q  
relslər  boyu 
düzürlər;  sonra üzərlərindən  zirehli qatar keçirirlər.  Erməni soyğunçuları əha­
linin var-dövlətini talan 
e d i r l ə r . . .
30 
aprel  1919-cu il - İngilislərdən sonra guya qaçqınları yerləşdirmək adı ilə 
Qarsa ermənilər daxil olurlar...
108
Azərbaycan faciələrinin təqvimi
30  aprel  1920-ci il - XI Qızıl Ordu hissələri Şamaxı və Salyanı işğal edir...
30 
aprel  1943-cii il - Görkəmli hüquqşünas, Sorbonna  (Fransa)  universite­
tinin məzunu, professor Mustafa Məmməd oğlu Vəkilov ölür...
30 
aprel  1969-cu il - Azərbaycan SSR DTK-nin Stepanakert (Xankəndi) şö­
bəsinin məlumatına görə, maym 1 -də şəhərdəki bir sıra orta məktəblərdə ermə­
niləri  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi  uğrunda  mübarizəyə 
səsləyən vərəqələrin paylanması planlaşdırılır...
30  aprel  1990-cı il - Gürcüstanın Qasımlı kənd sakini azərbaycanlı qonağı 
ilə birlikdə daşnaq terrorçuları tərəfindən oğurlanır...
30  aprel  1992-ci il - Xocavənd rayonunun Əmirallar kəndinə erməni yaraqlı 
qüvvələri tərəfindən olan hücum Ağdam Özünümüdafiə qüvvələrinin köməyi ilə 
dəf edilir. İtkilər olur...
30  aprel  1992-ci il - Yuxarı Qarabağda, Ağdərə rayonunun Narıclar kəndi 
erməni daşnaqlarmm təkrar hücumuna məruz qalır. 5  nəfər həlak olur; 5 nəfər 
ağır yaralanır...
30 
aprel  1992-ci il -  Şuşanın igid oğlu,  Milli Qəhrəman Ramiz Bulud oğlu 
Qəmbərov Yuxarı Qarabağın Kosalar kəndi ərazisində ermənilərlə döyüşdə qəh­
rəmancasına həlak olur...
30  aprel  1992-ci il - Şuşanın Hacı talası deyilən ərazisində ermənilərlə döyüş 
zamanı  4  nəfər azərbaycanlı həlak olur,  12  isə nəfər ağır yaralanır...
30 
aprel  1993-cü il - BMT  TŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822 saylı 
qətnamə qəbul edir.  Lakin erməni tərəfi bu qətnamənin tələblərini yerinə yetir­
mir...
30 
aprel  2009-cu  il  -  Azərbaycan  Dövlət  Neft Akademiyası binasının  2-ci 
korpusunda, saat radələrində baş verən terror aktı nəticəsində 14 nəfər azər­
baycanlı öldürülür,  28  nəfər yaralanır...
109


Nazim Tapdıqoğlu
M A Y

may  1900-cü il - İmperator II Nikolay tərəfindən  "Cənubi Qafqazda dövlət 
kəndlilərinin torpaq quruluşu haqqında qanun" verilir...

may  1904-cü il - Qara şəhər - Ağ şəhər, Bibiheybət və s. ərazilərin fəhlələri 
Bir May tətili keçirirlər.  Həbs olunanlar, döyülənlər olur...

may  1905-ci il -  Naxçıvanda, Şıxmahmudlu yolu  yaxınlığında  erməni  si- 
lahlılarmın atdıqları atəş nəticəsində Cəhri kəndindən olan 3 nəfər azərbaycanlı 
ağır yaralanır...
1  may  1918-ci il - Hərbi nazir G.Karqanovun tapşırığı ilə erməni Amazasp
2.000  nəfərlik cəza  dəstəsi ilə Qubaya gəlir.  Axşama  qədər  713  nəfər  azər­
baycanlı qətlə yetirilir.  90-dan çox ev yandırılır. Quba qəzasında bir neçə kənd 
ermənilər tərəfindən dağıdılır. Yüzlərlə azərbaycanlının  öldürülməsi planlaşdı­
rılır...

may  1918-ci il  -  Erməni quldur yaraqlıları  Qars və  Qars  yaxınlığındakı 
Şörəyöl mahalının Böyük Şiştəpə,  Kiçik Şiştəpə və Düzkənd kəndlərinin içəri­
sində qadın, qoca, uşaq olan 1.600 sakinini vəhşicəsinə qətlə yetirirlər...

may  1918-ci il - Hamazaspm başçılığı ilə  Quba şəhərinə basqın edən ter­
rorçu daşnaqlar  2.000-dən  çox şəhər sakinini  qətlə yetirirlər. Kərbəlayı Məm- 
mədtağının  14  nəfərlik  ailəsini  gözü  qabağında  öldürürlər.  Məhəmməd  Rəsul 
oğlunun qarnını  xəncərlə cırırlar;  arvadının və uşağının başını kəsirlər.  Hacı 
Dadaşbala Qasım oğlunu, arvadı Bibixanımı və oğlu Abdulqasımı öz evində ev 
ilə birlikdə yandırırlar. Kərbəlayı Abuzəri və onun azyaşlı qızlarım - Hökümə 
və Bəstini doğrayırlar; arvadının döşlərini kəsərək qətlə yetirirlər. Məşədi Qəm­
bər Molla Məhəmmədsaleh oğluarvadı və 4 azyaşlı uşağı işgəncə ilə öldürülür. 
Molla  Şahbaz  ailəsi  ilə,  usta  Məmmədrəsul Bayram  oğlu  öz  oğlu  ilə,  Məşədi 
Musa Zeynal oğlu,  Məşədi  Əli Məşədi  Feyzulla  oğlu,  Kərbəlayı Dadaş Bağır 
oğlu, Cabbar Məmmədəli oğlu, Sahibə adlı qadın, Səfərəli Məşədi Talib oğlu və 
neçə-neçə günahsız adamlar işgəncələrlə qətlə yetirilirlər.  100-dən çox qadın və 
qızın namusuna təcavüz edilir...

may  1918-ci il - Terrorçu daşnaqlar Ərəş qozasının Axşam və Dzaxlı kənd­
lərinə basqın edərək Axşam  kəndində 9 qadın,  10 azyaşlı uşağı qətlə yetirirlər. 
Erməni cəlladları bir nəfər Dzaxlı kənd sakininin bədəninə 17 süngü yarası vu­
rurlar...
1  may  1920-ci il - XI Qızıl ordu Gəncəyə daxil olur...
1  may  1920-ci il - F.Raskolnikovun komandanlığı ilə donanmanın gəmiləri
110
Azərbaycan faciələrinin təqvimi
Bakı limanına girir...
1  may  1991-ci il - Xocavənd  (keçmiş Hadrut)  rayonunun Tuğ kənd sakini 
İslam Vəliyevin idarə etdiyi  U AZ markalı 30 -78 AQD  nömrəli maşın Füzuli- 
Tuğ avtomobil yolunda, Tug kəndinə 3 kilometr qalmış erməni terrorçuları tə­
rəfindən minaya salınaraq partladılır. İslam Allahverdi oğlu Vəliyev, onun əmisi 
oğlu,  16 yaşlı Ələmşad Eldar oğlu Vəliyev faciəli şəkildə həlak olurlar;  1  nəfər 
sərnişin isə ağır yaralanır...
1  may  1991-ci  il -  Hadrut rayonunun  (bir neçə aydan sonra  o,  Xocavənd 
rayonu adlandırılır)  Tuğ kənd orta məktəbinə məxsus olan «UAZ-469» markalı 
maşın  ermənilər  tərəfindən  partladılır,  nəticədə  3  nəfər  azərbaycanlı  həlak 
olur...
1  may  1991-ci il - Qeydə alman siyahıya görə erməni yaraqlıları tərəfindən 
1988-ci ilin fevralından bu günədək 270 nəfər azərbaycanlı öldürülmüş, 800-dən 
çox adam yaralanmışdır...
1  may  1993-cü il - Ermənistanın İcevan rayonu ərazisindən Azərbaycan Res­
publikası ərazisi olan Qazax rayonunun Quşçu Ayrım kəndinin minomyotlar- 
dan atəşə tutulması nəticəsində qadın və uşaq həlak olur...
1  may  1993-cü il -  Erməni yaraqlıları Qazax rayonu ərazisinə  soxularaq 
Kəmərli kənd sakinləri olan 2 çobanı qətlə yetirir...
2  may  1918-ci il - Fövqəladə İstintaq Komissiyasının üzvü A.F.Novatskinin 
məruzəsinə  görə,  "Daşnaksütyun ” erməni  terror təşkilatının  fəal  üzvlərindən 
biri, uşaqların və qocaların qənimi sayılan Hamazaspm erməni quldur dəstələri 
səhər tezdən Quba şəhərini mühasirəyə alırlar. Mülki əhalinin silahsız olduğun­
dan xəbər tutan  erməni saqqallıları  şəhərə soxulurlar.  Müsəlmanların 200 evi 
və 22 məscidi dağıdılır və yandırılır.  Təxminən 3000 nəfər  azərbaycanlı vəhşi­
cəsinə öldürülür.  Erməni quldurları evlərə soxulur və bütün ailələri qırıb-çatır, 
südəmər körpələrə də rəhm etmir, onları güllələyir və ya analarının qucağındaca 
doğrayırlar...

may  1918-ci il - Daşnaq generalı Silikyanm terrorçu qrupu Zod kənd sa­
kini, Göyçə mahalında böyük nüfuz sahibi olan Səməd ağanı qətlə yetirir...

may  1919-cu il - Əsgərlərin və Lənkəran zəhmətkeşlərinin yığıncağı burada 
Sovet hakimiyyəti elan etmək və Sovet Rusiyası ilə birləşmək haqqında qətnamə 
qəbul edir...

may  1920-ci il - ADR Nazirlər Şurasının sədri vəzifəsində çalışmış Nəsib 
bəy  Yusif oğlu Yusifbəyli 39 yaşında  Kürdəmir  qəzasının  Qarxunlu  (Yevlax) 
kəndindən olan quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirilir...
111


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə