Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə42/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   38   39   40   41   42   43   44   45   ...   112

Nazim Tapdıqoğiu
9  may  1905-ci il - Naxçıvanlı Əli Hacı Bayramzadə Əliabad adlı kəndin er­
məni sakinləri tərəfindən gecə vaxtı bulaq başında 7 güllə yarası ilə vəhşicəsinə 
qətlə yetirilir...
9  may  1915 - ci il - Erməni quldur birləşmələrinin hücumu nəticəsində Bitlis 
şəhərində 123 türk öldürülür.  Həlak olanların əksəriyyəti qadın və uşaqlardır...

may  1991-ci il - Laçın şəhərinin ermənilər tərəfindən top atəşinə tutulması 
nəticəsində Arduşlu kənd sakini Seyfəli Əli oğlu Qədirov həlak olur...

may  1991-ci il - DQMV Təşkilat Komitəsinin rəhbəri V.P.Polyaniçkoya 
ermənilər Xankəndində sui-qəsd (bu,  baş tutmasa da,  1 avqust 1991-ci il tarixdə 
o,  Şimali Osetiyada naməlum terrorçu tərəfindən öldürülür)
 
hazırlayırlar...

may  1992-ci il - Xocalı rayonunun Qarabağ silsiləsinin şimal-şərq yama­
cında yerləşən Kosalar kəndi ermənilər tərəfindən işğal edilir. Kənd sakinlərin­
dən - Abdullayev Mahir, Abdullayeva Maya Saleh (Sərhad) qızı, Ağayev Rasim, 
Bayramov  Cəllad,  Cəbrayılov  Mikayıl,  Fərmanov  Mübariz,  Hacıyev  Alim, 
Hüseynov Yaşar,  Həsənov Elşad,  Həsənov Ramiz, Həsənov Tabil, Məmmədov 
Sərvər, Məmmədov Zakir, Pənahov Mübariz, Quliyev Fərhad, Quliyev Şahbaz, 
Qəhrəmanov Polad, Rüstəmov Eldar, İbrahimli Xəqani, Səfərov Mübariz, Əliyev 
Arzu, Əliyev Nadir, Əsgərov Xəzani, eləcə də onlarla digər adamlar qətlə yeti­
rilirlər...

may  1992-ci il - 38 yaşlı Şükür Bərxudar oğlu Quliyev Kosalar kəndi ya­
xınlığında itkin düşür...

may  1992-ci il - Laçın şəhəri ermənilər tərəfindən top atəşinə tutulan zaman 
Arduşlu kəndinin sakinləri - Seyfəli Əli oğlu Qədirov (1947), Şahin Əhməd oğlu 
Əhmədov (1968), Ramiz İsmayıl oğlu Heydərov (1972), Mehman Fəxrəddin oğlu 
Qasımov (1965),  Qaçay Surxay oğlu Məhərrəmov (1936), Elməddin İsaq oğlu 
Musayev (1980)  həlak olurlar...
10 
may  1796-cı il - Qacar dövlətinə rəsmən müharibə elan edən Rusiyanın 
Qafqazdakı qoşunlarının yeni komandanı təyin edilmiş qraf V.Zubov Dərbəndi 
tutur...
10 
may  1905-ci il - Naxçıvan şəhərində daşnaq terrorçuları qırğın törədərək 
100 nəfər dinc azərbaycanlı sakini qətlə yetirirlər...
10 
may  1917-ci il -  Sultan  bəy  ilə Andranikin qoşunları arasında  indiki 
Laçın  rayonu ərazisində tarixə «Qaragöl döyüşü»  adı ilə daxil olmuş  Qaragöl 
faciəsi baş verir. Zabıx əməliyyatı zamanı Sultan bəy böyük bir səhvə yol verərək 
ələ keçmiş Andranikə mərhəmət göstərərək onu buraxır...
10  may  1989-cu il - Erməni terrorçuları Qazax rayonunun Bağanis Ayrım,
118
Azərbaycan faciələrinin təqvimi
Bərxudarlı və Naxçıvanın bütün sərhəd kəndlərini top və minomyotlardan atəşə 
tuturlar.  Ölənlər və yaralananlar olur, xeyli yaşayış evi dağıdılır...
10 
may  1992-ci il - Ağbulaq və Pircamal kəndləri ərazisində şiddətli döyüşlər 
gedir. İtkilər olur...
10  may  1994-cü  il -  Füzulili  döyüşçülər  -  Qəniyyət Qənimət  oğlu Rzayev, 
Həmid Rzayev Şükürbəyli kəndi yaxınlığında gedən şiddətli döyüşdə həlak olur­
lar...
10  may  2003-cü il - Ağcabədi rayonunun Hacıbədəlli kəndinin  1981-ci il tə­
vəllüdlü vətənpərvər  oğlu Mahir  Əsgər oğlu Məhərrəmov həqiqi hərbi  xidmət 
zamanı həlak olur...
11 
may 1905-ci il - Həmzadın başçılıq etdiyi daşnaq erməni terror qrupu Da- 
şaltı çayının sağ tərəfindəki dəyirmana basqın edərək Şuşa şəhər sakini, dəyir­
mançı  Xaspoladı,  onun  həyat  yoldaşı  Gülayanı  qətlə  yetirir,  onların  6  aylıq 
körpələri-Məhəmmədi qıçlarından yapışaraq iki şaqqaya ayırıb valideynlərinin 
üstünə atırlar...
11 
may  1905-ci  il -  5 nəfər erməni terrorçusu  Qafqaz  xalqları  arasında 
dostluq mövqeyindən çıxış edən knyaz M.A.Naxaşidze və  Q.Takayşvilini,  ge­
neral Alıxanovu və daha bir nəfər azərbaycanlını amansızlıqla qətlə yetirirlər...
11  may  1918-ci il - Erməni terrorçuları Ağdam-Qəbələ
 
yolunun Ağtala dərəsi 
deyilən ərazisində araba karvanma basqın edirlər; 20 nəfər arabaçı qətlə yetiri­
lir...
11  may  1920-ci il - XI Qızıl Ordu hissələri Zaqatala ərazisinə soxulur...
11 
may  1920-ci il - Qaryagində  (indiki Füzuli rayonunun ərazisində)
 
İnqilab 
Komitəsi təşkil olunur...
11 
may  1988-ci il - Erməni yaraqlıları Vedibasann azərbaycanlılar yaşayan 
Şirazlı kəndinə basqın edirlər. nəfər öldürülür. 80 nəfər xəsarət alır,  ev yan­
dırılır; 64 ev uçurdularaq dağıdılır, 330 ailənin əmlakı talan olunur. Kənd əhalisi 
Türkiyə sərhədinə yığılır və ay burada ağır şəraitdə çadırlarda yaşamaq məc­
buriyyətində qalır...
11 
may  1988 ci il - Daşnaq terrorçuları tərəfindən İrəvanda M.Əzizbəyovun 
abidəsi uçurulur.  M. F. Axundov adına orta məktəbinə, C.Cabbarlı adına İrə­
van Dövlət Dram Teatrına ermənilər tərəfindən hücumlar edilir. Hər iki müəs­
sisənin fəaliyyəti dayandırılır...
11 
may  1992-ci il - Naxçıvanlı  (Naxçıvanik)
 
kəndi uğrunda şiddətli döyüşlər 
gedir.  Bütün cəbhə boyu döyüşlər davam edir.  İtkilər olur. Ağdam şəhəri atəşə 
tutulur.  10-dan çox ev dağılır...
119


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə