Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə41/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   37   38   39   40   41   42   43   44   ...   112

Nazim Tapdıqoğlu
başlayır. Qurultay ermənilərin maraqlarına uyğun qararlar qəbul edir...

may  1989-cu il - SSRİ Nazirlər Sovetinin qərarı ilə DQMV-dakı idarə və 
müəssisələr Azərbaycan  SSR-in tabeliyindən  çıxarılır.  Vilayət ərazisində  bu­
nunla da  azərbaycanlıların yaşadıqları məntəqələrin ermənilər tərəfindən blo­
kadasına imkan yaranır...

may  1991-ci il - Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobu­
suna ermənilər tərəfdən raket mərmiləri atılır...
6  may  1992-ci il - Füzuli rayonunun Qacar və Divanalılar kəndlərinə erməni 
yaraqlılarının basqını nəticəsində  2  nəfər həlak olur,  5  nəfər yaralanır...
6  may  1992-ci il -  Naxçıvanın  Sədərək  qəsəbəsi,  eləcə də Havus,  Cünnüt 
kəndləri erməni yaraqlılarının basqınına məruz qalır.  3  nəfər həlak olur,  45 
nəfər yaralanır...

may  1993-cü il - Füzuli rayonunun ermənilərlə həmsərhəd olan kəndləri 
ermənilər tərəfindən atəşə tutulur. Ölən və yaralananlar olur...
6  may  1993-cü  il -  Qubadlı,  Goranboy,  Zəngilan  və Ağdam rayonlarının 
əraziləri ermənilər tərəfindən atəşə məruz qalır...
фШЩШ
7  may  1130-cu il - Dövrünün görkəmli mütəfəkkir alimi Eynülquzat Abdulla 
Məhəmməd oğlu Miyanəçi Həmədanda dar ağacından asılır...

may  1188-ci il - Sultan III Toğrul vəzir Cəlaləddin Obeydullah ibn Yunisin 
başçılığı ilə Qızil Arslanın sərəncamına gələn qoşun hissəsini Day-Mərc deyilən 
ərazidə  (Hamadan yaxınlığında)  darmadağın  edir;  vəzir  Cəlaləddin əsir düşsə 
də Toğrul onu sonra azad edir...
may  1905-ci il  -  Ermənilər Naxçıvan  qəzasının  Tunbul kəndində nəfər 
azərbaycanlını qətlə yetirirlər...

may 1906-cı il - Bakıda fəhlələrin siyasi nümayişi keçirilir. Kütləvi həbslər 
başlayır...
7  may  1912-ci il - Nuxada  (Şakidə)  müəssisələrin çoxu tətil edir...
7  may  1918-ci il - Cəbrayıl qəzasının Köhnə Tağ kəndində yuva salmış daş- 
naq terror qrupunun üzvləri tərəfindən Dağtumas kənd sakinləri Eyvaz Ibrahi- 
moğlu və Məhəmməd Cəfərqulu oğlu Mirzəlikovu deyilən ərazidə qətlə yetirilir...

may  1920-ci il - Ordunun və donanmanın yenidən təşkil edilməsi ilə bağlı 
Azərbaycan İnqilab Komitəsi tərəfindən dekret verilir...

may  1969-cu il - Moskvanın təzyiqi nəticəsində Azərbaycan SSR Ali Soveti 
Rəyasət  Heyətinin qərarında 2.000  hektardan  çox Azərbaycan torpaqlarının 
Ermənistana verilməsi nəzərdə tutulur...
7  may  1991-ci il - Ağdam rayonunun Mərzili kəndinin sakini ermənilər tə­
116
Azərbaycan faciələrinin təqvimi
rəfindən girov götürülür...
7  may  1992-ci il - Füzuli rayonunun Hoğa  (Üçbulaq)
 
kəndi ərazisində gedən 
döyüşlərdə  6  nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilir, 
10  nəfər yaralanır...
7  may  1992-ci il - Erməni yaraqlıları Şuşa rayonunun  Xəlfəli, Kosalar,  Qay- 
balı və  Zarıslı  kəndlərinə güclü hücuma keçirlər.  Dağıntılar və tələfat olur...
8  may  1945-ci il - Almaniyanın danışıqsız təslim olması barədə akt imzala­
nır. Təkcə bugünki döyüşlərdə onlarla azərbaycanlı həlak olur...
8  may  1988-ci il - Kərkicahan qəsəbəsinin sakinləri  (180 imza) Azərbaycan 
KP MK-nm birinci katibi Ə.X.Vəzirova mövcud vəziyyətlə əlaqədar müraciət 
ünvanlasalar da, bu müraciət demək olar ki, baxımsız qalır...

may  1991-ci il - Ermənilər Laçın rayonu ərazilərini, kəndləri atəşə tutmaq 
məqsədilə Gorus rayonu ərazilərində müxtəlif silah anbarları təşkil edirlər...

may  1992-ci il - Qarabağın tacı olan  Şuşa şəhəri erməni-rus hərbi birləş­
mələri tərəfindən işğal edilir. 155 nəfər həlak olur,  167 nəfər yaralanır. Şuşalılar 
çox çətinliklə, xeyli itki verərək şəhəri tərk etmək məcburiyyətində qahrlar. Baş­
dan-başa muzey şəhəri olan cənnətməkan Şuşa düşmən əlinə keçir.  Onlarla ta­
rixi-memarlıq abidələri məhv edilir...
8  may  1992-ci il 23 yaşlı Fəxrəddin Hüseyn oğlu Zülfüqarov itkin düşür...
8  may  1992-ci il - Laçın rayonunun Köhnəkənd kəndi yaxınlığında Allahverdi 
Əsgər oğlu Əliyev erməni quldurları tərəfindən amansızlıqla qətlə yetirilir...

may  1992-ci il - Laçının Köhnəkənd kənd sakini Novruz Yusif oğlu Əhmə­
dov  (1970-ci il təvəllüdlü)
 
Şuşanın işğalı zamanı həlak olur...
8  may  1992-ci il  -  Şuşanın  Qaybalı,  Xəlfəli,  Kosalar,  Zarıslı kəndləri işğal 
edilir. Çoxlu sayda itkilər olur...
8  may  1993-cü  il  -  Şuşa həbsxanasında girov saxlanılan Nadir Bakılı Qor 
adlı erməni nəzarətçisi tərəfindən vəhşicəsinə döyülüb işgəncə verilərək donuz 
saxlanan yerdə elektrik cərəyanı ilə qətlə yetirilir...

may  1993-cü i l -DQMV-da Fərrux kəndi ətrafındakı yüksəkliklər uğrunda 
şiddətli ermənilərlə azərbaycanlılar arasında döyüşlər gedir.  İtkilər olur...
8  may  1994-cü il - Azərbaycan  atəşkəslə bağlı Bişkek  protokolunu imza­
layır...
8  may  1994-cü  il -  Qarabağ döyüşlərində ağcabədili igidlər -  İsgəndər Alış 
oğlu Alışov, Məftun Məhəmməd oğlu Baxışov həlak olurlar...
117


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə