Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə43/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   39   40   41   42   43   44   45   46   ...   112

Nazim Tapdıqoğlu
11  may  1992-ci il - Qazax rayonunun  Qızılhacılı kəndi  ermənilər tərəfindən 
işğal edilir...
11 
may  1992-ci il - Şuşa həbsxanasında ermənilər tərəfindən 197 əsir alınmış 
azərbaycanlıya işgəncələr verilir...
11 
may 1992-ci il - Marquşevan kəndinə uğursuz hücum əməliyyatı nəticə­
sində Azərbaycan tərəfi itkilərə məruz qalır...
11  may  1994-cü il -  Milli Qəhrəman Eldar İsfəndiyar oğlu Həsənov Füzuli 
rayonu ərazisində ermənilərlə baş verən döyüşdə həlak olur...
12 
may  1920-ci il -  İnqilab  Komitəsinin  xalq  məhkəməsinin yaradılması, 
silki və mülki rütbələrin ləğv edilməsi haqqında  dekret verililir.  Əksinqilab və 
təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya Ali İnqilabi Tribunal 
təsis edir...
12 
may  1920-ci il - Erməni şahidlərinin uydurma ifadələri əsasında müstən­
tiq M.Səfıxanyanm saxta ittihamları ilə Gəncənin general-qubernatoru Xudadat 
bəy Rəfibəyli  Bakıda güllələnir və onun cəsədi dənizə atılır...
12  may  1920-ci il - XI Qızıl Ordu Balakəni  "azad edir "...
12 
may  1992-ci  il  -  Ağdam şəhəri,  Şelli,  Əhmədavar,  Xıdırlı,  Qalayçılar, 
Abdal-Gülablı kəndləri atəşə tutulur. Dağıntılar olur...
12 
may  1994-cü il - Azərbaycanın son həftələr düşmən üzərində hərbi uğur­
larına  baxmayaraq Azərbaycanla  Ermənistan  arasında cəbhədə  atəşkəs elan 
olunur. R. Quliyev Rusiyanın təklif etdiyi Bişkek protokolunu imzalayır...
13  may  1905-ci il - Ermənilər İrəvanda Qarsaçay bağçasında azərbaycanlı­
lara qarşı hücuma keçirlər. Qırğın nəticəsində yüzlərlə azərbaycanlı həlak olur...
13  may  1947-ci il -  İranda Milli  Hökumətin baş prokuroru Firudin Qəni 
oğlu İbrahimi 6 aylıq ağır  məhbəs  həyatından  sonra toya gedirmiş kimi açıq 
alınla dar ağacının altına gedir. Şah görsün deyə onun cəsədi gün dar ağacın­
dan asılı saxlanılır...
13 
may  1988-ci il - Daşnaq terrorçuları Xankəndindəki Pedaqoji İnstituta 
basqın edirlər.  6  nəfər azərbaycanlı tələbə ağır bədən xəsarəti alır...
13 
may  1992-ci il - Ağdam  şəhəri və Abdal-Gülablı kəndi  atəşə tutulur. 
Güllücə,  Boy əhmədli,  Şotlanlı  kəndləri  hücuma  məruz  qalır.  Bir  neçə  kənd 
düşmən əlinə keçir.  Ölən, yaralananlar və dağıntılar olur...
13 
may  1992-ci il - Tərtər və Bərdə şəhərləri ermənilər tərəfindən raket atə­
şinə tutulur.  Bərdə  şəhərinin  C.  Cabbarlı  küçəsindəki  5  saylı  ev  dağıdılır,
120
Azərbaycan faciələrinin təqvimi
5  nəfər azərbaycanlı dinc sakin həlak olur...
13  may  1992-ci il - Polkovnik M. Ovsepyanın mühacir silahlı  dəstəsi Laçın 
rayonu istiqamətində hücuma hazırlaşır...
13 
may  1992-ci il - İsfahanda erməni icmasının iclas salonunda fars mənşəli 
Yadigarinin Şuşadan çəkib gətirdiyi faciələri əks etdirən sənədli kadrlar nümayiş 
etdirilir...
13  may  2002-ci U - Yerevan Vaşinqtondan aldığı 103 milyon ABŞ dollarının 
42 milyonunu ərazidə nüvə tədqiqatı məsələlərinə sərf etməyi planlaşdırır...
14  may  1805-ci il - Rusiya ilə Qarabağ və Şəki xanlıqları arasında müqavilə 
imzalanır.  Gəncə  yaxınlığındakı Kürəkçay  sahilində  bağlanan bu  müqaviləni 
Qarabağ xanı İbrahimxəlil xan ilə Zaqafqaziyadakı rus ordusunun baş koman­
danı P.D. Sisianov imzalayırlar. "Kürəkçay müqaviləsi"nə görə Qarabağ xanlığı 
Rusiyanın himayəsinə keçir;  İbrahimxəlil xan Qarabağda yerləşdirilən rus qo­
şunlarını ərzaqla təmin etməyi, hər il Rusiyaya 8 min çervon bac verməyi öhdə­
sinə  götürür.  Xan  hakimiyyətinin irsiliyi  imperator tərəfindən  təsdiq  edilmək 
şərti ilə saxlanılır. Vergi toplamaq, məhkəmə işləri və s. xanın ixtiyarında qalır. 
İb-rahimxəlil  xana general-leytenant,  oğlanları-Məmmədhəsən  və  Mehdiqulu 
ağaya isə general-mayor rütbəsi verilir.  "Kürəkçay müqaviləsi" ilə Qarabağ xan­
lığı faktiki olaraq  Rusiyaya ilhaq edilir.  Mayın 21-də Şəki xanı da  "Kürəkçay" 
müqaviləsini imzalayır.  1819-cu ildə  Şəki,  1822-ci  ildə  Qarabağ  xanlıqlarının 
ləğvi ilə "Kürəkçay müqaviləsi" öz qüvvəsini itirir...
14  may  1870-ci il - Şimali Azərbaycanda kəndli islahatı keçirilir...
14 
may  1915-ci il - Bu gün tarixə ən çox müsəlmanın  (əsasən  türk və azər­
baycanlı),  o cümlədən, qadın və uşaqların ermənilər tərəfindən qətlə yetirildiyi 
gün kimi düşür...
14 
may  1915-ci il - Erməni silahlı könüllüləri  Vanı zəbt edirlər.  200-dən çox 
türk əsgəri amansızlıqla qətlə yetirilir...
14 
may  1921-ci il - Xaçmazda (Oğuz rayonu)  sovet əleyhinə çıxanların həb­
sinə  başlanılır.  Yerli  sakinlər buna sərt təpki göstərirlər.  Göndərilən  milis  də­
stələri ilə yerlilər arasında  gecə döyüş baş  verir.  Ölənlər və  yaralananlar olur. 
Kəndlilər və ətrafdakılar türk Hüseyn  Əfəndinin başçılığı  ilə hücuma  keçirlər. 
Üsyanı  yatırmaq  üçün Zaqataladan Atakarılovun  rəhbərliyi ilə  alay  köməyə 
gəlir.  Türk Şərif Əfəndi döyüşlərin birində öldürülür.  Üsyançılar geri çəkilmək 
məcburiyyətində qalaraq, dağ kəndlərinə, əsasən də Filfıli kəndinə toplanırlar. 
Bu üsyanın yatırılmasına ermənilər də yaxından köməklik edirlər. Az sonra bu 
üsyan da yatırılır. Üsyançıların bir qismi güllələnir, bir hissəsi həbs olunur, qa­
121


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə