Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə44/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   40   41   42   43   44   45   46   47   ...   112

Nazim Tapdıqoğlu
lanları da sürgünə göndərilir...
14  may  1938-ci il - Azərbaycan SSR X D İK  DT baş mayoru Rayevin əmri 
ilə 61 nəfər güllələnir...
14 
may  1988-ciil-  DQMV-nin mərkəzində  (Xankəndi şəhərində)
 
şəhər sa­
kinləri A.Məmmədov və A.Həsənov gündüzün günorta çağmda ermənilər tərə­
findən təhqir olunaraq vəhşicəsinə döyülürlər...
14 
may  1992-ci il - İordaniyadakı  "Erməni cəmiyyəti"nin ideoloqlarından 
biri Harri Maqat Ambarsumyan "Qafqaz investisiya Bankı "nm xətti ilə  (bankın 
rəhbəri milliyyətcə Livan ermənisi,  milyonçu Adnan Hasoqidiv)  Bakıda olur...
14  may  1992-ci  il - Ağdam rayonunun  Xıdırlı kəndi  ermənilər tərəfindən 
güclü atəşə tutularaq hücuma məruz qalır...
14  may  1992-ci il - Laçın rayonunun Cağazur kənd sakini Mayıl Musa oğlu 
Musayev  (1954)  kənd  uğrunda  ermənilərlə  gedən  döyüşdə  həlak  olur.  31-ci 
postda döyüş zamanı digər Cağazur kənd sakini Xaqani Xankişi oğlu Zeynalov 
(1958) da erməni yaraqlıları tərəfindən qətlə yetirilir. Onun meyidini götürmək 
mümkün olmur...
15  may  1623-ci il - Şah Abbasın vəliəhdi İbrahim Mirzə Şirazda ov zamanı 
güllə ilə vurulub yaralanaraq qətlə yetirilir...
15 
may  1919-cu il - Lənkəranda Muğan kəndli deputatları sovetinin föv­
qəladə qurultayı açılır. Qurultay Lənkəranda və Muğanda Sovet Hakimiyyətini 
elan edir...
15 
may  1920-ci il - Xalq Maarif Komissarlığının qərarı ilə vicdan azadlığı 
elan  edilir;  din  dövlət və məktəbdən  ayrılır.  Azərbaycan ərazisindəki meşələr, 
sular və yeraltı sərvətlər milliləşdirilərək dövlət mülkiyyətinə verilir...
15 
may  1938-ci il - Azərbaycan  Demokratik  Respublikasının hakimiyyəti 
dövründə sənaye  və ticarət naziri,  xarici işlər naziri vəzifələrində çalışmış gör­
kəmli ziyalı, hüquqşünas Məmməd Yusif Hacıbala oğlu Cəfərov Bakının Şağan 
yaşayış məntəqəsinin qəbiristanlığında dəfn olunur...
15 
may  1988-ci il - Xankəndində bir qrup azərbaycanlı ermənilər tərəfindən 
vəhşicəsinə döyülərək bir maşina yığılıb Şuşa şəhərinə göndərilir. Ermənilər bu 
hərəkətləri ilə Şuşa ermənilərinin Xankəndinə köçüb burada müntəzəm keçirilən 
mitinqləri gücləndirmək niyyəti güdürlər. Təxminən belə də olur.  Şuşa mərkəzi 
meydanına toplanan azərbaycanlılar bu kimi hərəkətlərin qarşılığında erməni­
lərdən 2 günə Şuşanı tərk etməyi tələb edirlər.  Beləcə erməni xisləti ilə qurulan 
tor öz bəhrəsini verir...
15  may  1991-ci il - Xocavənd rayonunun Qaradağlı kəndinə ermənilər silahlı
122
Azərbaycan faciələrinin təqvimi
basqın edir.  Ölən və yaralananlar olur...
15 
may  1992-ci il - «SSRİ-nin hərbi əmlakının bölüşdürülməsi haqqında»
 
Daş­
kənddə imzalanmış müqavilə əsasında IV Ordunun silahları Azərbaycana ve­
rilməli olduğu halda bu, nədənsə tam həyata keçirilmir.
15  may  1992-ci il - Ağdamın Abdal-Gülablı kəndi ermənilər tərəfindən atəşə 
tutularaq  hücuma  məruz  qalır.  Ağdam şəhəri güclü raket atəşinə  tutulur.  8 
nəfər həlak olur...
15 
may  1992-ci il - Laçmdakı qərargah boşaldılır; texnika və könüllü müda­
fiə batalyonları müəmmalı səbəbdən oradan çıxarılır...
15  may  1992-ci il - Milli  Qəhrəman, kapitan Cəlil Əziz oğlu Səfərov döyüş 
tapşırığını yerinə yetirərkən erməni gülləsinə tuş gəlir...
15  may  1992-ci il - Ağdamın vətənpərvər igid oğlu Sənan Əkbər oğlu Rüstə­
mov ermənilərlə döyüşdə qəhrəmancasına həlak olur...
15  may  1992-ci il - Cəbrayıl RPŞ-nin bölmə rəisi, kapitan Əbdürrəhim Hey­
dərov Dolanlar kəndi  ərazisində ermənilərin  basdırdığı  minaya düşərək həlak 
olur...
16 
may  1812-ci il - Rusiya ilə Osmanlı dövlətləri arasında bağlanmış Buxa­
rest sülh müqaviləsi Osmanlıların Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya 
tərəfindən işğal olunmasını təsdiq edir...
16  may  1915-ci il - Erməni daşnaqları Aram Manukyanın başçılığı ilə ruslarla 
birlikdə  Van şəhərinə girirlər...
16 
may  1988-ci il - Ermənilər Xankəndində yenidən bir qrup azərbaycanlını 
döyərək maşınlara yığır və Şuşaya göndərir...
16 
may  1988 -ci il - Ermənilər Xankəndi Pedaqoji İnstitutuna basqın edərək 
azərbaycanlı tələbələri oradan qovurlar...
16 
may  1991-ci i l -Xocavənd  (Martuni)
 
rayonunun Xocavənd yaşayış mən­
təqəsində vəzifə  borcunu  yerinə yetirən  sahə müvəkkili,  kiçik  polis leytenantı 
Köçəri  Məmmədovun  həyatına  erməni  terrorçusu  tərəfindən  sui-qəsd  edilir. 
Başqa bir polis əməkdaşı da baş nahiyəsindən aldığı güllədən yaralanır...
16  may  1992-ci il -  Füzuli rayonunun  Yuxan  Veysəlli kəndini  düşməndən 
azad etmək məqsədilə itki və uğursuzluqla nəticələnən döyüş əməliyyatı keçiri­
lir...
16  may  1992-ci il - Ermənilərlə döyüşdə Zəngilanın qəhrəman oğlu Qaytaran 
İbrahim oğlu Abbasov həlak olur...
16 
may  1993-cü  il -  Zəngilan,  Qubadlı,  Tərtər  və Goranboy rayonlarının 
əraziləri ermənilərin atəşinə məruz qalır.  Dağıntılar olur...
123


Nazim Tapdıqoğlu
17  may  1639-cu il - Osmanlı-Səfəvi imperatorluqları arasında “Qəsri-Şirin” 
sülh müqaviləsi imzalanır. 1555-ci il Amasiya və 1612-ci il Sərab sülh müqavilə­
lərinin şərtləri təsdiqlənir...
17 
may  1915 ci il - Terrorçu erməni quldur birləşmələri Türkiyənin qədim 
Van şəhərini yandırırlar. Dinc əhali arasında çoxlu sayda tələfat olur...
17 
may 1921-ci il - İnqilab Komitəsi  "Bütün növ ərzaq inhisarlarının ləğv edil­
məsi haqqında" dekreti ilə ərzaq şapalağım ləğv edir...
17  may  1991-ci il - Ermənilər Laçm rayonunun Qarıqışlaq kəndinə hücum 
edirlər.  Kənd  sakinləri  Polad Əsgər oğlu Məmmədov (1968-ci il təvəllüdlü) və 
Tahir Məmməd oğlu Məmmədov (1963-cü il təvəllüdlü) döyüş zamanı həlak olur­
lar.  Erməni yaraqlılarının Laçının Sadınlar kəndinə hücumu nəticəsində kənd 
sakinləri - Qaçay Fərhad oğlu Allahverdiyev və Nadir Şükür oğlu Orucov həlak 
olurlar...
17 
may  1992-ci il Ağdam şəhəri,  Əhmədavar, Şelli,  Gülablı,  Saybalı kəndləri 
ermənilər tərəfindən atəşə tutulur...
17  may  1992-ci il - Laçm rayonunun Qayğı qəsəbəsi uğrunda gedən döyüş­
lərdə Minkənd sakini  İsarafil 
Xasay 
oğlu Hümbətov (1958) həlak olur...
17  may  1992-ci  il  -  Ermənilər  Laçm  istiqamətində  gözlənilmədən  güclü 
hücuma keçirlər.  Bu hücumlar zamanı  ümumilikdə  300-dən  çox adam  həlak 
olur, 100  nəfərə qədər adam itkin düşür...
18  may  1877-ci il - Bəyliəhməd kəndi yaxınlığındakı döyüşdə  16-cı Nijeqo- 
rod süvari  alayının  2-ci divizion komandiri N.Novruzov qəhrəmanlıq göstərir. 
Onun  divizionu  rusların  sağ  cinahına  zərbə  vurmaq  istəyən  türkləri  geri 
oturtmuş və çoxlu qənimət, o cümlədən 2 top ələ keçirmişdir...
18 
may  1912 -ci il -  Həmədan ilə Qor  arasında,  Çardoli vilayətinin  Şorca 
kəndində erməni əsilli Yepremin dəstəsi faciə törədir (Əbdülbaqixan Çardoli adlı 
bir  şəxsin atdığı güllə iə  1868-ci  ildə Gəncənin  Barsil kəndində  anadan olmuş 
erməni  Yeprem  (David Yantes Əsirbeqyan)  özü də qətlə yetirilir.  Onun meyidi 
mayın 23-də Tehrana gətirilərək orada basdırılır)...
18  may  1918-ci il -Rusiya çarı erməni Aram Manukyanı Y&nm qubernatoru 
təyin edir və ruslara sadiq olduqları üçün ermənilərə öz təşəkkürünü bildirir...
18  may 1920-ci il - Sovet hərb gəmiləri İranın Ənzəli limanına gəlib çatır...
18 
may  1988-ci il - Bakıda  keçirilən mitinqdə  Dağlıq  Qarabağda və onun 
ətrafında yaranmış vəziyyətin normallaşmasma dair məsələlər qaldırılır, təkliflər
124
Azərbaycan faciələrinin təqvimi
irəli sürülür. Rəsmi dövlət məmurları Qarabağdakı mövcud vəziyyətə etinasızlıq 
göstərirlər...
18  may  1991-ci il - Ağdam rayonunun Qarağacı deyilən ərazisində mövqe 
tutan azərbaycanlı hərbçilər ermənilər tərəfindən atəşə tutulur...
18  may  1992-ci il - Laçmh igidlər - Əşrəf Yediyar oğlu Nəsibov (1958), Sabir 
Əhməd oğlu Həsənov (1964), Bakir Əhməd oğlu Nəzərov (1968), Ələsgər Qədim 
oğlu İsaxanov  (1969),  Hidayət Mehbah oğlu Təhməzov (1956),  Zakir Kamran 
oğlu Əmirov,  İbiş  Eyvaz oğlu Əsgərov (1926)  ...  Laçmm  ermənilər tərəfindən 
işğalı zamanı həlak olurlar.  Bülüldüz kənd sakini  Zakir Kamran oğlu 
Ə m irov 
itkin düşür...
18  may  1992-ci il  -  Erməni silahlı  birləşmələri  Sədərək qəsəbəsinə hücum 
edirlər.  10  nəfər  (Mustafa Hüseyn oğlu Şirəliyev, Malik Əliyev, Hidayət Əjdər 
oğlu Ramazanov, Muxtar İsa  oğlu Məmmədov və başqaları) Sədərək döyüşlə­
rində şəhid olurlar.  50  nəfər dinc sakin ağır yaralanır...
18  may  1992-ci il  -  Qarabağın  qara  qapısı  sayılan  cənnətməkan  Laçm 
rayonu  erməni silahlı birləşmələri  tərəfindən  işğal olunur.  Çoxlu  sayda azər­
baycanlılar erməni yaraqlıları tərəfindən vəhşicəsinə qətlə yetirilir. Əhali doğma 
yurd-yuvalarım  tərk etmək məcburiyyətində qalır.  Laçm şəhəri  və onun ətraf 
kəndləri dağıdılır.  Onlarla ev və qiymətli tarixi-memarlıq inciləri məhv edilir...
18  may  1992-ci il -  Saat  13.50-də  Laçm  rayonunun  Qarıqışlaq kəndində 
girov düşən yaşı  9-11  arasında olan  nəfər qız uşağı  (bu qızların 4-ü Hacılar 
kəndindən idi)  ermənilər tərəfindən vəhşicəsinə güllələnir...
19  may  1918-ci il - Naxçıvamn Badamlı kəndinə silahlı basqm edən erməni 
terrorçuları 3 nəfər azərbaycanlını qətlə yetirərək,  18  baş qaramalı oğurlayır­
lar...
19 
may  1921-ci  il -  Azərbaycan  SSR-nin  I  Konstitusiyası  qəbul  olunur. 
Azərbaycan İnqilab Komitəsi ləğv edilir.  Ali qanunverici,  sərəncamverici,  nə­
zarətedici orqan olan  Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yaradılır...
19  may  1989-cu il - Naxçıvan MSSR-in  Yaycı kəndinə hücum edən erməni 
yaraqlıları  1  nəfər kənd sakinini qətlə yetirirlər...
19 
may  1989-cu il - N.İ.Rıjkovun sədrliyi ilə keçirilən Sov.İKP M K SB-nun 
millətlərarası münasibətlər məsələləri üzrə komissiyasının iclasında Dağlıq Qa­
rabağda  və  onun ətrafında yaranmış  vəziyyət müzakirə edilir.  Ə.X. Vəzirovun 
və S.Q.Arutyunyanın
 
məlumatları dinlənilir...
19  may  1990-cı U - Naxçıvanın Yaycı kənd sakini Tağı Qasım oğlu Qasımov 
erməni terrorçusu tərəfindən vəhşicəsinə qətlə yetirilir...
125


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə