Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə52/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   48   49   50   51   52   53   54   55   ...   112

Nazim Tapdıqoğlu
17 
iyun  1984 -cü il - Ermənistanda fəaliyyət göstərən terror təşkilatlarla əla­
qədə olan  Vartanov soyadlı bir erməni terrorçusu Bakıda 106 saylı sərnişin av­
tobusunu partladır.  Nəticədə 2 uşaq anası olan bir qadın həlak olur,  bir neçə 
adam yaralanır...
17 
iyun  1988-ci il - Azərbaycan SSR Ali Soveti Ermənistan SSR Ali Sove­
tinin 15 iyun sessiyasındakı qərarına rədd cavabı verdikdən sonra Ermənistanda 
yaşayan azərbaycanlıların vəziyyəti  ağırlaşır. Masis və digər rayonların kənd­
lərinə ermənilər tərəfindən kütləvi basqınlar edilir...
17  iyun  1992-ci il - Qarabağın Talış kəndi uğrunda şiddətli döyüşlər gedir...
17  iyun 1992-ci il - Ağdərə uğrunda döyüşdə igid tərtərli Əli Firudin oğlu Və­
liyev həlak olur...
17 
iyun  1992-ci il - Ağdam şəhəri  ermənilər tərəfindən tank və toplardan 
atəşə tutulur. Tələfat və dağıntılar olur...
17 
iyun  1993-cü il - Erməni silahlı qüvvələrinin Ağdam rayon mərkəzi isti­
qamətində hücumu davam edir. Ağdərə zəbt  olunur.  Düşmən Ağdam-Ağdərə 
şose yolunu kəsməyə çalışır. Ağdam şəhəri və onun ətraf kəndləri toplardan və 
qrad qurğularından güclü atəşə tutulur. İtkilər olur...
17  iyun  2005-ci il - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Paris 
şəhərində uğursuz  Azərbaycan-Ermənistan danışıqları  başlayır...
18 iyun  1722-ci il  - 1 Pyotr  Həştərxandan  keçərək Azərbaycan  ərazilərinə 
yürüş edir...
18  iyun  1735-ci il - İrəvan yaxınlığındakı Bağavars  (Yağavərd)
 
boğazında 
Arpaçayı müharibəsində bəzi siyasilərin  təhriki ilə Nadirlə döyüş  aparan Şərq 
qoşunları komandanı Abdulla paşa, Osmanlı sultanının kürəkəni Mustafa paşa 
və 50.000  Osmanlı əsgəri həlak olur...
18 
iyun  1807-ci il - Ruslarla türklər arasında baş vermiş Gümrü yaxınlığın­
dakı döyüşdə türk qoşunları məğlub olur...
18  iyun  1905-ci  il - Silahlı erməni daşnaqları  Cəbrayıl  (Qaryagin)
 
qəzası 
ərazisində azərbaycanlılara qarşı dəhşətli qırğınlar törədirlər...
18 
iyun  1920-ci il - XI Ordunun bölmələri Zaqatalaya daxil olurlar.  Burada 
bölgə əhalisinə amansız divan tutulur...
18 
iyun  1988-ci il  - SSRİ AS RH  "Dağlıq  Qarabağ barəsində məsələyə dair 
Ermənistan  SSR  və Azərbaycan  SSR  Ali Sovetinin qərarları haqqında"
 
qərar 
qəbul edir.  SSRİ Ali  Sovetinin sessiyasında  Dağlıq Qarabağın Azərbaycanın 
tərkib hissəsi olması təsdiq edilsə də, buna qarşı çıxışlar da olur...
18  iyun  1992-ci il - Qarabağın  Talış kəndi
 
düşməndən təmizlənirsə də, bu,
148
Azərbaycan faciələrinin təqvimi
itkilər  hesabına olur...
18  iyun  1993-cü il - Azərbaycan ordusunun hərbi hissələri Ağdamın bütün 
perimetri boyu hücuma keçərək düşməni hər yerdə bir neçə kilometr geri çəkil­
məyə məcbur edirlər.Amma bu döyüşlər itkilərsiz olmur
19  iyun  1826-cı il - Abbas Mirzənin başçılığı ilə İran qoşunları Azərbaycamn 
şimal torpaqlarına hücum edir. Rusiya - İran müharibəsi  başlayır...
19  iyun  1918-ci il - Daşnaq terrorçular Ağdaş-Qəbələ
 
yolunda Baxşalı adlı 
azərbaycanlım ailəsi ilə birlikdə məhv edirlər. Baxşalı dərisindən zoğ açılıb diri- 
diri ağacdan asılaraq amansızlıqla qətlə yetirilir...
19 
iyun  1919-cu  il - Şuşanın Xanbağı yaşayış məntəqəsinə basqın edən si­
lahlı ermənilər 2 nəfər günahsız azərbaycanlını amansızlıqla qətlə yetirirlər...
19  iyun  1920-ci il - ADR-in hökumət rəhbəri vəzifəsində çalışmış Fətəli xan 
Xoyski muzdlu erməni qatillərinin  (Aram  Yerkayan, Musaq Qriqoryan)  əli ilə 
Tiflisdə qətlə yetirilir...
19 
iyun  1920-ci il - Ermənistan hökuməti Dağlıq Qarabağın  Ermənistanın 
ayrılmaz hissəsi olması haqqında bəyanat verir...
19  iyun  1929-cu il - Azəarbaycan SSR  XKS-nin qərarına əsasən Nuxa adı 
dəyişdirilərək Şəki adlandırılır. Azərbaycan MİK bunu təsdiq edir...
19 
iyun  1988-ci  il - Zəngibasarm  Zəngilər,  Zəhmət,  Dəmirçi,  Dostluq,  Ni­
zami,  Sarvanlar kəndinə hücum edən  daşnaq  terror qrupları  fiziki  güc  tətbiq 
edərək  əhalini  döyür,  söyür,  əmlaklarını  talan  edirlər.  Ermənistan  ərazisində 
müdafiəsiz  qalmış  10 mindən  çox  azərbaycanlı  SSRİ-Türkiyə  sərhədlərinə 
toplaşaraq  orada  gecələmək məcburiyyətində  qalır.  20  nəfər azərbaycanlı  bu 
münaqişələrdə müxtəlif dərəcəli xəsarət alır...
19 
iyun  1991-ci il - Xankəndi-Şuşa avtomobil yolunda ermənilər hərbi qul­
luqçulara basqın edir.  Ölən və yaralananlar olur...
19 
iyun  1991-ciil-  "Yevlax-Laçın"avtomobil yolunun 106-cı kilometrliyində 
5459 saylı hərbi hissəyə məxsus olan  "UAZ-469" markalı avtomaşın ermənilər 
tərəfindən partladılır. 3  nəfər həlak olur,  3  nəfər isə ağır yaralanır...
19  iyun 1992-ci il - Qarabağın Qaralar kəndi uğrunda qızğın döyüşlər gedir...
19 
iyun  1992-ci  il  -  Milli  Qəhrəman  Elşad  Məmmədhənifə  oğlu  Yəhyayev 
Aranzəıni kəndi uğrunda gedən döyüşdə erməni gülləsinə tuş gəlir...
19  iyun  1992-ci  il  -  Gecə  Yeni Qaralar kəndinə  ön  mövqeyə  tələsən  igid 
komandır Şirin Mirzəyevin əyləşdiyi maşın geri qayıdarkən minaya düşür. Şirin 
Vəli  oğlu, Mübariz Fariz oğlu, Araz Cavanşir oğlu Mirzəyevlər əbədiyyətə qo­
vuşurlar...
149


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə