Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə60/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   56   57   58   59   60   61   62   63   ...   112

Nazim Tapdıqoğlu
Ermənistanda S-300 raket komplekslərinin olmasını, birgə təlimlərin keçirilmə­
sini,  Rusiyanın  102-ci hərbi bazasının gücləndirilməsini və digər məsələləri  ö n  
plana çəkir...
14  iyul  2001-ci il - ABŞ-da 22 ştatı əhatə edən Amerika Erməni A ssam ble­
yası Yuxarı Qarabağda öz mərkəzini yaradır...
15  iyul  1478-ci D - Yaqub Mirzə Xoy yaxınlığındakı döyüşdə qardaşı Xəlil 
Mirzəni öldürərək hakimiyyətə gəlir...
15  iyul  1731-ci il  -  Səfəvilər Həmədan  yaxınlığında  Osmanlılara  məğlub 
olur...
15 
iyul  1806-cı il - Qarabağda, Xonaşen mənzilində  (indiki Xocavənd yaşayış 
məntəqəsi yaxınlığında)
 
rus hərbi qüvvələri ilə Abbas Mirzənin qoşunları a ra ­
sında 7 saata yaxın döyüş baş verir. Qızılbaş qoşunu məğlub olur.  Qızılbaş qo ­
şununun  bir hissəsi öldürülür,  bir hissəsi əsir düşür,  qalanları isə Araz çayına 
tərəf geri çəkilir...
15 
iyul  1918-ciil - Xasməmmədovun sədrliyi ilə fövqəladə təhqiqat komis­
siyası Bakı, Şamaxı və Qubada 30.000-dən çox azərbaycanlının ermənilər tərə­
findən öldürülməsini təsdiq edir...
15  iyul  1920-ci il - Şuşa XI Qızıl ordu tərəfindən tutulur...
15  iyul  1920-ci il - Balıq sənayesi milliləşdirilir...
15  iyul  1989 -cu il - Xankəndi şəhər sakini Eyvaz Allahverdiyevin evinə er­
mənilər bomba atırlar. Partlayış nəticəsində ev və avtomobil ciddi zədələnir...
15  iyul  1990-cı il - Şahbuz rayonunun Şada kənd sakini R. Rüstəmov erməni 
terrorçuları tərəfindən girov götürülür...
15  iyul  1991-ci il - Goranboy rayonunun  Erkəc  kəndini mühasirəyə alan 
erməni  daşnaqları  azərbaycanlı milis  işçilərini  atəşə  tuturlar.  2  azərbaycanlı 
milis nəfəri ağır yaralanır...
15  iyul  1992-ci il -  İstedadlı jurnalist,  Milli Qəhrəman  Çingiz  Fuad oğlu 
Mustafayev  Yuxarı Qarabağın  Naxçıvanik kəndi  ərazisində həlak olur...
15  iyul  1992-ci il - Yuxarı Qarabağın Ağdərə istiqamətində ermənilər əks- 
hücuma keçərək bir sıra yaşayış məntəqəsini zəbt edirlər...
15  iyul  1992-ci il - Milli Qəhrəman Nofəl Zahid oğlu Quliyev Goranboy ray­
onunun  Todan kəndi ərazisində erməni yaraqlıları  ilə döyüşdə həlak olur...
15  iyul  1992-ci il -  Erməni-rus  hərbi birləşmələri  Füzuli rayonunun Qacar 
kəndi üzərinə güclü hücuma keçirlər. Dağıntılar və tələfat olur...
15  iyul  1993-cü il - Ağdam rayonunda hakimiyyət çevrilişinə cəhd edilir. 
Bölgədə erməni silahlı birləşmələri ilə şiddətli döyüşlər gedir. Ölənlər və yarala­
170
Azərbaycan faciələrinin təqvimi
nanlar olur.  Bir neçə strateji mövqelər düşmən əlinə keçir...
15  iyul  1993-cü il - Füzuli şəhəri və onun ətraf kəndləri ermənilər tərəfindən 
güclü atəşə tutulur.  Dağıntılar və tələfat olur...
16  iyul  919-cu il - Ərəb xəlifəsi məşhur sərkərdə Munisin başçılığı ilə qoşun 
göndərir.  Ərdəbil yaxınlığında  güclü döyüş  baş  verir.  Yusifin  qoşunu məğlub 
olur,  özü isə əsir götürülür...
16  iyul  1804-cü il - /  Rusiya-İran müharibəsi başlanır...
16 
iyul  1826-cıil - 60 minlik İran qoşunu Abbas Mirzənin komandanlığı ilə 
Araz çayını keçərək Azərbaycana hücum edir...
16  iyul 1916-cı il -  Bayburt  rus-erməni birləşmiş qüvvələri tərəfindən almır...
16  iyul  1919-cu il  -  Erməni  silahlı  quldurları Böyük  Vedi kəndinə yenidən 
hücum edərək burada amansız  qətllər  törədirlər...
16  iyul  1921-ci il - Ermənistan KP MK Qafqaz Bürosunun 5 iyul tarixli qə­
rarının onu təmin etmədiyini bildirir və Dağlıq Qarabağa iddiasını  davam et­
dirməyə başlayır...
16  iyul  1923-cü il - Azərbaycan KP MK RH-nin iclasında Şuşa şəhəri Dağlıq 
Qarabağ Muxtar Vilayətinə daxil edilir...
16  iyul  1990-cı il - Ağdam  rayonunun  Gülablı kəndi ermənilər  tərəfindən 
atəşə tutulur. Düşmən  Yeddixırman dağını ələ keçirir...
16  iyul  1993-cü il - Cəbhənin Ağdam bölgəsində vəziyyət gərgin olaraq qal­
maqdadır.  Strateji əhəmiyyətli  Yeddi Xırman dağı erməni silahlıları tərəfindən 
zəbt olunur. Xıdırlı,  Qiyaslı, Seyidli kəndləri ərazilərində şiddətli döyüşlər gedir. 
Bu kəndlərin onlarla evləri ermənilər tərəfindən yandırılır...
17  iyul  1723-cü il - Rus hərbi gəmiləri Bakı körfəzinə daxil olur.  Bakı haki­
mindən rus qarnizonunu burada yerləşdirmək tələb olunur.  Bakı hakimi buna 
razılıq  vermir.  Şəhər dənizdən və qurudan  aramsız  top  atəşinə  tutulur.  Şəhər 
divarları dağıdılır. Çoxlu insan tələfatı olur. Bakı şəhəri 5 gün sonra ruslara təs­
lim olur...
17 
iyul  1905-ci il - Şuşada müsəlman evləri top atəşləri ilə yandırılıb dağıdılır. 
Erməni yaraqlıları müsəlmanların üzərinə hücuma keçir. 30 azərbaycanlı qətlə 
yetirilir...
17  iyul  1918-ci il - Naxçıvanın Sirab kəndinə basqın edən erməni terrorçu­
ları kənd əhalisini Hacı Kərim və Hacı Qəmbər məscidlərinə yığıb onları yandı­
rırlar.  Canlarını  qurtarmaq  üçün  qaçıb  Daşqala,  Daştəpə,  Şorsu  adlanan
171


Nazim Tapdıqoğlu
sahələrdə  gizlənən  əhalini mühasirəyə  alan daşnaqlar həmin  adamları  kütləvi 
şəkildə qətlə yetirirlər...
17  iyul  1920-ci il - Şəmkir qəzasımn Müşkürlü kəndində Namazın başçılığı 
ilə üsyan baş verir...
17 
iyul  1942-ci il - Təxminən aya yaxın  davam edən  və  minlərlə  azər­
baycanlıların da ölümünə səbəb olan  Stlinqraddöyüşü  başlayır...
17  iyul  1991-ci il - Saat 18 radələrində Kəlbəcər rayonunun Xanımdərəsi və 
Zod kəndləri erməni terrorçuları tərəfindən atəşə tutulur. 2  nəfər azərbaycanh 
polis işçisi qətlə yetirilir. nəfər isə ağır yaralamr. Aşağı Ayrım kəndinə basqın 
edən  terrorçular  1  nəfəri  girov götürür,  20  baş mal-qaranı isə  sürüb  aparır­
lar...
17  iyul  1992-ci il  - Erməni yaraqlıları Xocavənd rayonunun Düdükçü  və 
Füzuli  rayonunun  Üçbulaq  (Hoğa)  kəndləri  arasındakı  ərazilərdə fəal döyüş 
əməliyyatı həyata keçirirlər...
17  iyul  1992-ci il -  Cəbrayıl,  Füzuli,  Ağdam,  Tərtər rayonlarının əraziləri 
ermənilər tərəfindən atəşə məruz qalır. Ağdam şəhərinin 5 kilometrliyində şid­
dətli döyüşlər gedir...
18  iyul  1722-ci il - 274 gəmidən ibarət olan Pyotrun Kaspi donanması ge­
neral-admiral Apraksinin komandanlığı ilə Həştərxandan cənuba Azərbaycana 
tərəf hərəkətə başlayır...
18 
iyul  1905-ci il - Şuşada 30 nəfər müsəlman ermənilər tərəfindən qətlə ye­
tirilir...
18  iyul  1908-ci il - İnqilabın gedişində Səttarxan fədakarlıq göstərir. O, öz 
kiçik dəstəsi ilə hücuma keçib  Təbriz küçələrində asılan ağ bayraqları qırmızı 
bayraqlarla əvəzləyir. Faciələrlə tez-tez üzləşən Təbriz İran inqilabının mərkə­
zinə çevrilir...
18 
iyul  1941-ci il - Azərbaycanın qəhrəman oğlu, Böyük Vətən müharibəsi 
qəhrəmanı, qırıcı-təyyarəçi, leytenant Hüseyn Baləli oğlu Əliyev həlak olur...
18 
iyul  1988-ci il -  SSRİ Ali Soveti Rəyasət  Heyətinin iclası DQMV haq­
qında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin  dəyişdiril­
məsini  yolverilməz hesab  etdikdən sonra erməni millətçiləri azərbaycanlıların 
Ermənistandan çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başlayırlar. 
Ermənistan SSR-in yüksək rəsmi instansiyaları və respublika rəhbərliyi bu qə­
rara məhəl qoymur...
18  iyul  1992-ci il - Ağdam rayonunun Gülablı,  Çuxurməhlə, Xıdırlı,  Əhmə- 
davar kəndləri ermənilər tərəfdən atəşə tutulur...
172
Azərbaycan faciələrinin təqvimi
19 
iyul  1733-cü il - Bağdada köməyə gəlmiş Topal Osman paşanın qoşunu 
ilə dəhşətli vuruşmada Nadir ağır məğlubiyyətə uğrayır...
19 
iyul  1826-cı il - Abbas Mirzənin başçılığı ilə İran qoşunları Azərbaycana 
daxil olur. IIRusiya-İran müharibəsi  başlayır...
19 
iyul  1920 -ci il - ADR-in qurucularından biri, Azərbaycanın görkəmli zi­
yalısı Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev Tiflis şəhərində daşnaq terrorçusu 
tərəfindən vəhşicəsinə qətlə yetirilir...
19 
iyul  1921-ci il -Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 
iclasında həmişə dəyişkən mövqe nümayiş etdirən S.M.Kirov da iştirak edir...
19  iyul  1993-cü il - Ağdam rayonunun Xıdırlı,  Qiyaslı, Seyidli kəndləri er­
mənilər tərəfindən qarət edilərək od vurulub yandırılır...
19  iyul  1993-cü  il -  Ağdam  rayonunun Novruzlu kəndi  ərazisində  şiddətli 
döyüşlər gedir. İtkilər olur...
19  iyul  1993-cü il - Azərbaycan ordusunda korpus sistemi ləğv olunur. Yeni 
yaradılan səhra cəbhəsi sistemi özünü doğrultmur.  Cəbhə mövqeyindəki hərbi 
hissələr iflic vəziyyətə düşür...
19  iyul  1993-cü il - Cəbrayıl rayonunun  Quşçular kəndi  ermənilər tərəfindən 
güclü atəşə tutulur...
19  iyul  1993-cü il - Erməni silahlı qüvvələri Dağlıq Qarabağ hüdudlarından 
10 km kənarda yerləşən  Ağdam şəhəri  istiqamətində irəliləyə bilir.  Novruzlu, 
Xıdırlı,  Qiyaslı kəndləri yaxınlığında şiddətli döyüşlər gedir.  İtkilər olur...
20  iyul  1894-cü il - Qaçaq Nəbinin qardaşı Mehdi Gürcüvan kəndində hö­
kumət casusları tərəfindən öldürülür...
20 
iyul  1918-ci il - Naxçıvanın Vayxır kəndinə basqın edən erməni terror­
çuları  ələ  keçən  dinc sakinləri  amansızlıqla  qətlə yetirirlər.  Çox  az  bir qisim 
adam qaçaraq  Sulu dərə  və  Yel suyu  adlanan zağaya dolub bu qırğından ca­
nını qurtara  bilir...
20 
iyul  1921-ci i l - Azərbaycan K (b)PM K  Siyasi Bürosu və Təşkilat Bürosu 
muxtar vilayətin konstitusiyasının hazırlanması üçün komissiya yaradır...
20 
iyul  1988-ci il - SSRİ Ali Soveti Rəyasət Heyəti Qarabağın ədalətli həllinə 
zidd olan və ikili standarta əsaslanan qərar qəbul edir...
20  iyul  1991-ci il - Milli Qəhrəman  Vüqar  Tofiq oğlu Hüseynov erməni ya­
raqlıları ilə döyüşdə həlak olur...
20  iyul  1991-ci il - Zəngilan rayonunun Ağbənd yaşayış məntəqəsi ermənilər
173


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə