Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə63/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   59   60   61   62   63   64   65   66   ...   112

Nazim Tapdıqoğlu
A V Q U S T
'^ X /> Ö Ö İ\y

avqust  1421-ci il - Qara Yusifin oğlanları - İsgəndər və İsfəndiyar Teymuri 
sultanı Şahruxla Ələşkerd vadisində vuruşurlar. Qaraqoyunlular Teymurilərin 
və  Şirvanşahların birləşmiş  qüvvələrinə məğlub olur.  Teymurilər Azərbaycanı 
müvəqqəti də olsa, işğal edirlər...

avqust  1473-cü il - Ağqoyunlular ilə Osmanlılar arasında Ağqoyunlularm 
qələbəsi ilə nəticələnən Malatya döyüşü baş verir...
1  avqust 1906-cı il - Saat 12 radələrində silahlı ermənilər Zəngəzur ərazisin­
dəki  Qatar kəndinə  hücum edirlər,  qətllər törədirlər.  Bu  müharibədə  Baraba- 
tumda  olan  kazaklar  və  İran  fəhlələri  açıqca  ermənilərə  yardım  edirlər. 
Qüvvələrin qeyri-bərabər olduğunu görən azərbaycanlılar Kəllədağ kəndinə yol­
lanırlar. Ermənilər kəndi dağıdırlar...
1  avqust  1906-cı il - Erməni silahlıları indiki Ağdam rayonunun tərkibində 
olan və azərbaycanlılar yaşayan Papravənd kəndinə hücum edib,  15 nəfər dinc 
sakini qətlə yetirirlər...

avqust  1918-ci il -  "Sentrokaspi"
 
diktaturası hakimiyyəti ələ alır.  Bakıda 
hakimiyyət eserlərin, daşnakların və menşeviklərin əksinqilabi ittifaqının əlinə 
keçir...
1  avqust  1918-ci il - Zəngəzur qəzasının Yaqublu kəndinə basqın edən daşnaq 
terrorçular kəndi viran qoyaraq 28 nəfər dinc sakini amansızlıqla qətlə yetirir­
lər...
1  avqust  1921-ci il -  Qarabağın  Vərəndə  vilayətinin Kəndxurdda keçirilən 
Sovetlər qurultayında Qafqaz Bürosunun verdiyi qərar bəyənilir...

avqust  1988-ci il - Laçın şəhəri ərazisində Ermənistan SSR-dən DQMV-a 
"tikinti materialları"adı ilə gələn 12
 
avtomaşın yoxlanarkən partladıcı qurğular 
üçün  detonatorlar  aşkarlanır.  Narazı  qalmış  erməni  sürücülərdən  biri  avto- 
kranla elektrik xəttini qıraraq rayon mərkəzini uzun müddət işıqsız qoyur. Qar­
şıdurma  nəticəsində  hay-küy  yaranan  hadisə  yerinə  SSRİ  DİN  Daxili 
Qoşunlarının rəisi,  general-polkovnik  Y.Şatalin və  DQMV xüsusi rayonunun 
komendantı, general-mayor  V.Safonov da gəlir...
1  avqust  1988-ci il Şuşa-Ağdam
 
avtomobil yolunda sərnişin avtobusu er­
mənilər tərəfindən daş-qalaq olunur...
1  avqust  1989-cu il - Erməni yaraqlıları Kərki kəndinə basqın edirlər. Çoxlu 
sayda ev yandırılaraq dağıdılır...
1  avqust  1989-cu il - Şuşa-Ağdam istiqaməti ilə hərəkət edən sərnişin avto­
182
Azərbaycan faciələrinin təqvimi
busu ermənilər tərəfindən daş-qalaq edilir. Sərnişinlər təhqir olunur...
1  avqust  1993-cü il - Cəbrayıl rayonunun Quşçular və Sur kəndləri toplardan 
və qrad qurğularından atəşə tutulur. Dağıntılar olur...
2  avqust  1906-cı il -  Erməni silahlı  dəstələri  Zəngəzur  ərazisində -  azər­
baycanlılar yaşayan kəndlərdə qırğınlar törədirlər...

avqust  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli Dövlət 
Təhlükəsizlik Komissarı Sumbatovun əmri ilə 16 nəfər güllələnir...

avqust  1988-ci il -  Azərbaycan və  Ermənistan  rəhbərləri  -  Ə.X.Vəzirov 
S.Q.Arutyunyan  Xankəndidə görüşürlər.  Görüşdə  Sovet İKP MK-nin nüma­
yəndəsi A.M.Volski iştirak edir. Görüş heç bir müsbət nəticə vermir...

avqust  1990-cı il «Krasnaya Zvezda»
 
qəzetinin verdiyi məlumata əsasən 
İrəvanda erməni terrorçuları hərbi hissəyə hücum edərək 165 ədəd reaktiv oq- 
nemyotu, onun  102  ədəd başlığını və  675  ədəd siqnal raketlərini aparırlar...
2  avqust  1991-ci il  -  Hadrut  (Xocavənd)
 
rayonunun  Dolanlar kəndində 
"QAZ-53" markalı avtomaşın ermənilər tərəfindən partladılır. Nəticədə nəfər 
(Möhübbət Bəbiş  oğlu Vəliyev, Lətif Səməd oğlu  Cuvarov,  Eyyub  İsmayıl oğlu 
Daşdəmirov və kombinatın sürücüsü) həlak olur, 8  nəfər ağır yaralanır...

avqust  1992-ci il - Milli Qəhrəman Şövqiyar Cəmil oğlu Abdullayev ermə­
nilərlə döyüş zamanı həlak olur...

avqust  1161-ci il -  Şahzadə Mahmud  şah  ibn  Məhəmmədin  tərəfdarları 
Həmədan  yaxınlığında darmadağın edilir.  Eldəniz Reyi tutur,  oram  iqta kimi 
Cahan Pəhləvana verir...

avqust  1918-ci il - Zəngəzur qəzasının Şəki kəndinə basqın edən daşnaqlar 
95 nəfər dinc sakini amansızlıqla qətlə yetirirlər. Körpə uşaqların meyidləri kənd 
yolunun kənarına düzülür...

avqust  1937-ci  il  -  Azərbaycan  SSR  Xalq  Daxili  İşlər  Komissarlığının 
xüsusi üçlüyünün qərarı ilə tanınmış ziyalı Nəsibov Əsəd  Nəsib oğlu güllələnir. 
Güllələnmə aktını DTİ-nin  10-cu bölməsinin leytenantı Suxanov və 8-ci bölmə­
nin rəisi Koqan imzalamışlar...

avqust  1944-cü  il  -  Azərbaycanın  igid  oğlu,  Sovet  İttifaqı  Qəhrəmanı 
(ölümündən sonra,  26.10.1944),
 
baş serjant Qəzənfər Qulam oğlu Əkbərov Be- 
lorusiyada  (Volojin şəhəri)
 
həlak olur...
3  avqust  1990-cı il - Gürcüstanın Marneuli rayonunun Ahh kənd sakini olan 
bir azərbaycanlı erməni terrorçusu tərəfindən avtomat silahla qətlə yetirilir...
183


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə