Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə59/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   55   56   57   58   59   60   61   62   ...   112

Nazim Tapdıqoğlu
baxmayaraq Böyük atabəyin qoşunu abxaz çarma qarşı yürüşü davam etdirir. 
Gürcülər qalm meşələrə və əlçatmaz dağlara tərəf çəkilir. Atabəyin qoşunu Ağ- 
şəhər qalasım tutur...
12  iyul  1723-cü il - Rus eskadrası Bakım tutur...
12 
iyul  1724-cü il -  Osmanlı  imperatorluğu ilə Rusiya arasında  İstanbul 
müqaviləsi imzalanır. Peterburq müqaviləsi ( 12 sentyabr 1723-cü il)
 
şərtləri təs­
diq  edilir.  Rusiya  Azərbaycanın  osmanlılara verilməsinə razılıq  verir.  A zər­
baycan  əraziləri  Rusiya,  Səfəvi və  Osmanlı  dövlətləri  arasında bölüşdürülür. 
Şirvan  Osmanlıların himayəsi altında müstəqil xanlıq elan edilsə də, onun sa­
hilyanı hissəsi Rusiyaya verilir. Səfəvi irsi bölüşdürülür...
12 
iyul  1905-ti il - Şuşa qəzasında, eləcə də Şuşa şəhərində ermənilərlə müsəl­
manlar arasında silahlı toqquşma baş verir.  Südəmər körpələr beşiklə birlikdə 
ermənilər tərəfindən  yandırılır,  analarının  əllərindən  alman  uşaqların  başları 
daşlara  çırpılır.  Elə həmin gün ermənilər Əsgəran yolunu da bağlayırlar...
12  iyul  1905-ci il - 4 azərbaycanlı Əsgəran  bazarına satmağa meyvə apar­
dıqları vaxt yolda ermənilər tərəfindən öldürülür.  Əsgəran yolu ermənilər tərə­
findən bağlanılır.  Bir neçə azərbaycanlı həyətində və bağında qətlə yetirilir...
12  iyul  1906-cı il - Erməni yaraqlıları Şuşa yaxınlığında çoxlu sayda azər­
baycanlıları qətlə yetirirlər...
12  iyul  1906-cı il - Cəbrayıl qəzasının Xotsaberd kəndində məskən salan er­
məni terrorçuları Topağac dağının ətəyində bitki kökü tədarük edən Qazanzəmi 
kənd sakinləri- Siracəddin və Ziyəddin Abidin oğlu qardaşlarını girov götürərək, 
onlara işgəncə verib, sonra əzalarını doğrayaraq vəhşicəsinə qətlə yetirirlər...
12  iyul  1988-ci il 

DQMV sessiyası «Vilayətin Azərbaycan SSR-in tərkibin­
dən çıxması haqqında»
 
yenidən qərar qəbul edir...
12  iyul  1992-ci il - Milli Qəhrəman Baxşeyiş Xanəhməd oğlu Paşayev Xana- 
bad  kəndi  yaxınlığında  ermənilərlə  aparılan  döyüş  əməliyyatı  zamanı  həlak 
olur...
12  iyul  1992-ci il - Erməni ekspedisiya korpusunun əks-hücumu nəticəsində 
Aterk,  Çapar, Mağavuz  kəndləri yenidən düşmənin əlinə keçir...
12  iyul  1993-cü il - ATƏM-in Minsk qrupunun sədri M.Rafaelli Ağdam şə­
hərində olur.  Heç bir müsbət iş görülmür...
13  iyul  1716-cı il - 1 Pyotrun yaxın adamı  Volınski çarm göstərişli ilə gizli 
tapşırıq alaraq karvan yollarını Öyrənmək məqsədilə Həştərxana,  Niyazabada 
yaxınlaşır...
13  iyul  1830-cu il - Çarizm hakim təbəqənin nümayəndələrinə qarşı müna­
168
Azərbaycan faciələrinin təqvimi
sibətdə dəyişiklik edərək onları öz tərəfinə  "çəkir".
 
13 iyul tarixli çar fərmanına 
görə Azərbaycandan Sibirə və başqa yerlərə sürgün edilmiş bəylər  "bağışlanır", 
onların əmlakları özlərinə qaytarılır...
13 
iyul  1906-cı il - Qoloşapovun Şuşadan uzaqlaşdırılması cəhdləri bir nəticə 
vermir...
13  iyul  1989-cu il - Mardakert  (Ağdərə)
 
rayonunun Çəpər kəndinin 50 nə­
fərlik silahlı quldur dəstəsi Şaumyan adma kolxozun sədri Qaquk Sarkisyanın 
başçılığı ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə basqın edir...
13  iyul  1992-ci il - Ağdam rayonunun Abdal-Gülablı, Xıdırlı və Şelli kəndləri 
ermənilər tərəfindən atəşə tutulur...
13  iyul  1992-ci il - Cəbrayıl cəbhəsində Sur və Qışlaq kəndləri ermənilər tə­
rəfindən atəşə tutulur...
13  iyul  1993-cü il - 
Ermənilər 
Ağdam 
şəhərinin 

kilometrliyinə qədər irəli­
ləyə bilirlər...
14  iyul  1123-cü il - Sultanın vəziri Şəms Əl-Mülk Osman Şirvan fəlakətləri­
nin səbəbkarı hesab olunaraq Beyləqanda edam edilir...
14  iyul  1906-cı il - Zəngəzur qəzasının Gələncik kəndində ermənilərlə silahlı 
toqquşma nəticəsində 30 nəfər azərbaycanlı türk qətlə yetirilir...
14 
iyul  1918-ci il - İnsan cəlladı olan daşnaq generalı  Andranikin  başçılıq 
etdiyi  silahlı  dəstələr Culfanın  Yaycı kəndini  iki tərəfdən  top  atəşinə tuturlar. 
Araz çayı sahilində və kənddə 2.500 dinc sakin, günahsız kənd əhalisi qətlə ye­
tirilir.  Araz çayı qana boyanır...  Qaniçən  Andranik  Ozanyan S.Şaumyana te­
leqram  vuraraq  öz  qoşun  birləşmələrini  Rusiyanın  mərkəzi  hökumətinin 
sərəncamına verdiyini bildirir...
14  iyul  1920-ci i l
-X ankəndi 
XI 
Qızıl Ordu tərəfindən tutulur...
14  iyul  1989-cu  il  -  Kəlbəcərdə,  stadionda  vertolyot  erməni  dustaqlarını 
götürüb havaya  qalxarkən  qəzaya  uğrayaraq,  orada  futbol  oynayan  8  nəfər 
azyaşlı azərbaycanlı məktəbli uşağın üzərinə düşür. Uşaqlar (ən  böyüyü - Bəx­
tiyar Rəhim oğlu Xəlilov -  15 yaş,  ən  kiçiyi - Anar Qardaşxan oğlu  Valehov 6 
yaş, Azər - 7 yaş, Rasim 8 yaş, Sahib -11 yaş, Cahid -11 yaş, Səxavət -14 yaş, 
Natiq  -14 yaş)  həlak olurlar.  Rus hərbçiləri dustaq daşnaq quldurlarını Xan­
kəndinə gətirərək burada onları azadlığa buraxırlar...
14  iyul 
1992
-ci il  - 
M illi  Qəhrəman 
Rövşən Nəriman  oğlu  Əliyev 
Dəhraz 
kəndi  ərazisində gedən qızğın döyüşdə həlak olur...
14  iyul  1998-ci il -  Ermənistana  səfər  edən  Rusiyanın  müdafiə  naziri 
İ.Sergeyev hərbi və hərbi-texniki əməkdaşlığı genişləndirməyə  dair  çıxış  edir;
169


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə