Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə58/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   54   55   56   57   58   59   60   61   ...   112

Nazim Tapdıqoğlu
keçirilir.  Onlar  Qarabağ müharibəsinin  güclənməsini müzakirə etsələr  də  heç 
bir müvafiq  qərar  qəbul  edə bilmirlər.  Münaqişənin  nizama salınmasına  dair 
danışıqların  yeni  mərhələsinin  başlanması  ilə  əlaqədar  Azərbaycan  tərəfi 
ATƏM-in müraciətinə cavab olaraq hərbi əməliyyatları dayandırır. Ermənilərə 
də elə bu lazım imiş. Onlar Laçın dəhlizi vasitəsi ilə Dağlıq Qarabağa əlavə canlı 
qüvvə və hərbi texnika göndərirlər...
9 iyul  1998-ci il - Lerik rayonu ərazisində dağıntı törədən zəlzələ baş verir...
10 iyul 1804-cü il - Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsilir...
10  iyul  1906-cı il - Erməni silahlıları ikinci dəfə Şuşada qanlı qırğınlar törə­
dirlər...
10  iyul 1920-ci il - Tərtər XI Qızıl ordu tərəfindən tutulur...
10 
iyul  1941-ci il - Yüzlərlə azərbaycanlıların da həlak olduğu ay davam 
edən  Smolensk döyüşü  başlayır...
10  iyul 1954-cü il - Şamaxı rayonu ərazisində  zəlzələ  baş verir...
10  iyul 1985-ci il - Moskvada tərtibçilərinin sırasında erməni alimləri -  V.Am- 
barsumyan, İ.Knunyans, R.Tatevosov və başqaları da yer almış «Demoqrafıçeski 
enşiklopediçeskoy slovar»  75.000 nüsxə ilə nəşr edilir...
10 
iyul  1989-cu il - Ağdərədə  (Mardakertdə)
 
ermənilər  Kəlbəcərə  gedən 
azərbaycanlıların  idarə etdikləri  157 maşını  daş-qalaq edərək bütün  şüşələrini 
sındırırlar...
10 
iyul  1992-ci il - Ağdam rayonunun Abdal-Gülablı, Şelli və  Əhmədavar 
kəndləri ermənilər tərəfindən atəşə tutulur.  Dağıntılar və tələfat olur...
10  iyul  1993-cü il -  "Qarabala" ləqəbli döyüşçü-zabit Nazim Qəmbərov er­
mənilərlə döyüşdə həlak olur...
10  iyul  1993-cü il - Ağdam şəhəri raket atəşinə tutulur. Dəmir yolu xətləri 
sıradan çıxır.  Şəhərin 2-3 kilometrliyində şiddətli döyüşlər gedir...
10  iyul  1994-cü il - Tərtərli hərbi komissar Vahid Xeyrulla oğlu Məmmədov 
Gəncədən müşavirədən  qayıdarkən  Goranboyun  Qərvənd kəndi yaxınlığında 
müəmmalı şəkildə güllə ilə öldürülür...
10  iyul  2002-ci il - Erməni terrorçularının sağ əllərindən biri olan Hacı Ma- 
qamedovun terror qrupu  “Şabalıdlı”
 
restoranına basqın edir.  Günahsız  mülki 
şəxs - Anar İsmayılov həlak olur,  2  nəfər sərhədçi isə ağır yaralanır...
11  iyul  1063-cü il - Şavur üçüncü dəfə Şirvana basqın edir. Səddan kəndində 
dayananŞavur yaxınlıqdakı kəndləri, əkin sahələrini, malikanələri yandırır...
166
Azərbaycan faciələrinin təqvimi
11  iyul  1920-ci il Ağdam XI Qızıl ordu tərəfindən tutulur...
11  iyul  1989-cu il - Şuşadan Kərkicahana - evlərinə gedərkən ermənilər Sə­
fərov  Orduxam,  Salahov  Natiqi  və  Nəbiyev  Əlini  diri  tutmaq  istəyirlər.  Bu, 
mümkün  olmadıqda  onlara  atəş  açırlar.  Natiq  Salahov  güllə  yarası  alsa  da, 
qaçıb canını qurtara bilir.  Terrorçular girov götürdükləri Orduxan Səfərov ilə 
Əli Nəbiyevi soyunduraraq hər ikisini ağaca sarıyırlar. Onların sinələrini ülgüc- 
ləyir, yara yerlərinə odlu siqarlar basırlar. Çoxlu işgəncələr verdikdən sonra on­
lardan meşin-nişangah kimi istifadə edirlər. Əli Nəbiyevin ürəyindən, Orduxan 
Səfərovun başmdan ataraq onları vəhşicəsinə öldürürlər. Bütün bunlardan sonra 
qansız ermənilər mərhumların  gözlərini çıxararaq  cəsədlərini yaxınlıqdakı ça- 
murlu gölməçəyə atırlar ...
11 
iyul  1989-cu il - Erməni silahlıları Tərtərdən Kəlbəcərə gedən maşın kar­
vanının yolunu Ağdərə ərazisində partladaraq qabağını kəsirlər. Karvan güllə- 
baran edilir.  8  nəfər qətlə yetirilir, xeyh sərnişin ağır güllə yarası alır...
11  iyul  1990-cıil - Milli Qəhrəman Şahlar Əvəz oğlu Şükürov Ağdərə rayonu 
ərazisində,  Tərtər-Kəlbəcər
 
şose yolu üzərində erməni yaraqlıları  ilə döyüşdə 
həlak olur...
11 
iyul  1990-cıil - Erməni yaraqlıları Tərtərdən Kəlbəcərə gedən maşın  kar­
vanma hücum edirlər.  14 nəfər həlak olur. 35 nəfər yaralanır. Qaçıb uzaqlaşan 
terrorçuların «məskənindən»
 
çoxlu sayda silah-sursat tapılır...
11  iyul  1990-cı il - Azərbaycan Respublikasının Ağdərə rayonunun Ketavan 
və Çərəktar kəndləri arasında, Otaqqaya adlanan yerdə Tərtərdən Kəlbəcər şə­
hərinə gedən avtomobil karvanma və onu müşayiət edən qoşun hissəsinə daşnaq 
Aşot Misaqoviçin  başçılıq  etdiyi terrorçu qrup tərəfindən  hücum  edilir.  Nəti­
cədə biri qadın (Çimnaz İsmayılova) olmaqla adam həlak olur və 29 nəfər ağır 
yaralanır.  İstintaq nəticəsində o da məlum olur ki, bu terror aktı Xankəndinin 
sakinləri  olan  «Daşnaksütyun»  beynəlxalq  erməni  terror  təşkilatının  yerli 
qruplaşmalarından birinin üzvləri - «Napaleon» ləqəbli Arkadi Ayriyan və Sam­
vel Babayan tərəfindən törədilmişdir...
11 
iyul  1992-ci il - Erməni silahlıları Ağdam rayonunun Qalayçılar kəndinə 
basqın  edirlər.  Kənd  sakinləri  - Rafiq, Natiq, Yasin qardaşları,  Bəşir və Yusif 
Əhmədovlar, eləcə də Şahin Məmmədov vəhşicəsinə qətlə yetirilirlər...
11  iyul  1993-cü il - Cəbhənin Ağdam bölgəsində gərgin vəziyyət yaranmışdır. 
Döyüşlər şəhərin  2-3  kilometrliyində gedir...
12  iyul  1174-cü U - Qurban bayramı günü Atabəy və onun oğulları gürcülərə 
qarşı hücuma keçir. Atabəyin ordusunda taun xəstəliyi böyük tələfat verir. Buna
167


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə