Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə56/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   52   53   54   55   56   57   58   59   ...   112

Nazim Tapdıqoğlu
Novruz  kişi əsir götürülərək ermənilər yaşayan qonşu Tijrabad kəndinə aparılır. 
Keşiş  Hayrapet onun başmı kəsir...
30  iyun  1991-ci il - Erməni terrorçuları Hadrut rayonunun Şəhriyar kəndinə 
basqın edirlər. 2  nəfər kənd sakini qətlə yetirilir, 4  nəfər girov aparılır...
30  iyun  1991-ci il - Erməni terrorçuları  Temirtau  (Dağıstan MSSR)  daya­
nacağı yaxınlığında Bakı  istiqamətində hərəkət edən sərnişin qatarında güclü 
partlayış törədirlər.  16  nəfər həlak olur, 20  nəfər yaralanır...
30 
iyun  1992-ci il - Ağdam rayonunun Papravənd kəndi ermənilər tərəfindən 
güclü atəşə tutulur.  Dağıntılar olur...
30 
iyun  1993-cü il - Ağdam şəhəri və onun yaxınlığında yerləşən kəndlər er­
mənilər  tərəfindən toplardan və qrad qurğularından şiddətli atəşə tutulur. Xeyli 
sayda ölənlər və yaralananlar olur...
158
Azərbaycan faciələrinin təqvimi
İ Y U L
1 iyul  1668-ci il - Azərbaycanda gücü 10 bal olan zəlzələ baş verir.  Minlərlə 
adam ölür.  Şamaxı şəhərində yerin altı üstünə çevrilir...
1  iyul  1883-cü il - Cəbrayıl və Cavanşir qəzaları yaradılır...
1  iyul  1903-cüil - Bakıda fəhlələrin ilk kütləvi ümumi siyasi tətili keçirilir...
1  iyul  1905-ci il  -  Daşnaq  terrorçuları İrəvan şəhərində çoxlu  sayda  azər­
baycanlını qətlə yetirirlər...
1  iyul  1908-ci il  -  Şahın  əmri ilə hökumət  qoşunları  Təbriz şəhəri üzərinə 
hücuma keçir...

iyul  1923-cü i l -Azərbaycan KP MK Rəyasət Heyəti S.M.Kirovun sədrliyi 
ilə iclas keçirir.  Mərkəzi İcraiyyə Komitəsinə Dağlıq Qarabağ Muxtar Vilayəti 
yaradılmasını dekretləşdirmək təklif olunur...
1  iyul  1992-ci il - Ağdam rayonunun Çuxurməhlə və Şelli kəndləri ermənilər 
tərəfindən atəşə  tutulur.  Şellidə  4  ev dağılır,  3  nəfər dinc sakin  ağır yarala­
nır...
1  iyul  1992-ci il - Milli Qəhrəman Şikar Davud oğlu Aslanov Şaqah yüksəkliyi 
uğrunda erməni yaraqlıları ilə döyüşdə həlak olur...
1  iyul  1992-ci  il  -  Sərsəng su anbarı ətrafında erməni  silahlıları  ilə  gedən 
döyüşlərdə Basarkeçərin Zərzibil kəndinin  1968-ci il təvəllüdlü mərd oğlu Azad 
Ah oğlu Abbasov qəhrəmancasına həlak olur...
2  iyul  1618-ci il - Osmanlılarla qızılbaş qoşunları Sərab düzündə, Ərəştəban 
və Şəkəmsaray qəsəbələri arasındakı Sınıq körpünün yaxınlığında üz-üzə gəlir. 
Hər iki tərəf çoxlu sayda  ( təxminən 15.000 nəfər)  itki verir...
2  iyul  1905-ci il - Erməni daşnaqları Naxçıvan qəzasının bir neçə kəndində 
(Güllücə, Təzəkənd,  Tutya, Kötüklü, Kamallı və s.) sayı qeydə tam  alınmayan 
qətliamlar törədirlər...
2  iyul  1920-ci il -  Erməni yaraqlıları Zəngibasarda kütləvi terror aktı törə­
dərək  1500 nəfər azəri türkünü qətlə yetirir...

iyul  1992-ci il - Cəbrayıl istiqamətində, Şayaq kəndi ərazisində şiddətli 
döyüşlər gedir.  İtkilər olur...

iyul  1992-ci il - Ağdam rayonunun Abdal,  Gülablı,  Əliağalı, Xıdırlı və Qi- 
yaslı kəndləri ermənilər tərəfdən atəşə tutulur...
2  iyul  1992-ci il - Nurələm İslam oğlu Şükürov Ağdam rayonunun Əliağalı
159


Nazim Tapdıqoğlu
kəndi yaxınlığında erməni quldurları ilə döyüşdə həlak olur...
2  iyul  1993-cü il - Füzuli şəhəri, eləcə də Füzuli rayonunun Dövhtyarlı, Xə- 
ləfşə və Cuvarlı  kəndləri ermənilər tərəfindən atəşə tutulur.  Dağıntılar olur...
2  iyul  1993-cü  il -  Füzuli  rayonunun  Gorazıllı,  Qaradağlı,  Yuxarı  Güztek 
kəndləri ermənilər tərəfindən işğal edilir. Gorazıllı kəndində toyxanaya soxulan 
terrorçu erməni yaraqlıları  10  nəfərdən çox şənlik iştirakçısım vəhşicəsinə girov 
götürürlər...
2  iyul  1993-cü il -  Bakı  Dəmiryolu vağzalında sərnişin  qatarı partladılır. 
Dövlətə külli miqdarda ziyan dəyir...
2  iyul  1993-cü il - Xocavənd rayonunun Günəşli (əhalisi 366 nəfər) və Xətai 
(əhalisi 190 nəfər)  kəndləri ermənilər tərəfindən işğal olunur...
2  iyul  1993-cü il - Cəbrayıl rayonunun Quşçular kəndi ətrafında ağır döyüş­
lər gedir. Tələfat olur...
2  iyul  1993-cü il - Düşmən artilleriya hazırlığından sonra Cəbrayıl şəhəri is­
tiqamətində hücuma keçir. Tələfat və da ğıntılar olur...
3  iyul  1938-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası  (Matuleviç, Kol- 
pakov, Kulik)  Səyyar sessiyasının qərarı ilə Laçın rayon PK-nin keçmiş katibi, 
Azərbaycan Meyvə-Tərəvəz Ticarəti Təşkilatının direktoru Teymur Heydər oğlu 
Salahov güllələnir...
3  iyul  1938-ci il - SSRİ Ali Soveti Hərbi Kollegiyasının  (Matuleviç, Kolpa- 
kov, Kulik) qərarı ilə Azərbaycan SSR EA-nm Tarix, Ədəbiyyat və Dilçilik İn­
stitutunun elmi əməkdaşı, APİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının 
müdiri Abdulla Məhəmməd oğlu Şərifov güllələnir...
3  iyul  1938-ci il - Azərbaycan SSR XDİK DT baş mayoru Rayevin əmri ilə 
59 nəfər güllələnir...
3  iyul  1944-cü il - Belorusun paytaxtı Minsk şəhəri düşməndən azad edilir. 
Bu döyüşlərdə yüzlərlə igid azərbaycanlı da həlak olur...

iyul  1967-ci il - Ermənilər tərəfindən Qarabağda böyük bir faciə törədilir. 
Bu faciənin şahidləri olmuş qohumlarımın mənə verdikləri məluimata görə, er­
mənilər  həmin  gün  Qarabağın  Xankəndi  (Stepanakert)  şəhərində  Xocavənd 
(Martuni)  rayonunun 3 nəfər günahsız vətəndaşını - məktəb direktoru Ərşad 
Daşdəmir oğlu Məmmədovu (saxta ittihamlar əsasında hakim ona 11 il iş kəsir), 
eləcə də  briqadir  Ələmşah  Mustafayevi və kənd sakini Zöhrab Məmmədovu 
(məhkəmə hökmünə görə onlar  bəraət  alırlar)  məhkəmə salonundan çıxarkən 
üzərlərinə benzin tökməklə yandıraraq vəhşicəsinə qətlə yetirirlər. Azğınlaşmış 
ermənilər onların kəsilmiş başlarını  futbol  topu tək bir-birlərinə ötürürlər.  Öz
160
Azərbaycan faciələrinin təqvimi
yaxın qohumu tərəfindən öldürülmüş  azyaşlı uşağın  atası Benik Ərşad  Məm­
mədovun ağzından 12 qızıl dişini də çıxarır. Kimsəsizliklərini görüb heç bir şeyə 
gücü çatmayan  azərbaycanlılar yalnız göz yaşlarına  güc verirlər...

iyul  1991-ci il - Erməni yaraqlı quldurları Füzuli rayonunun  Qacar kən­
dinə hücum edirlər. Dinc əhalidən bir neçə nəfər  vəhşicəsinə qətlə yetirilir. «Daş
naksütyun»  beynəlxalq  terror  təşkilatının  «Etnik  cəhətdən  təmiz  zonalar» 
yaradılmasına dair ideoloji göstərişi təəssüf ki, növbəti dəfə yerinə yetirilir...

iyul  1992-ci il - Cəbrayıl şəhəri və onun bir neçə kəndi ermənilər tərəfindən 
atəşə tutulur. Dağıntılar baş verir.  nəfər həlak olur...
3  iyul  1992-ci il  -  Milli Qəhrəman  Eldar Abdulla  oğlu  Tağızadə  Bərdədə 
"Şakan" ləqəbli cinayətkar tərəfindən qətlə yetirilir...
3  iyul  1993-cü il - Düşmən Ağdamın Mərzili və Bağbanlar kəndlərinə hücum 
edir. Ağdam rayonunun bəzi kəndləri minalardan təmizlənir.  Yerli Bağbanlar 
taboru mövqelərindən çıxarılaraq Kökəltmə Birliyi ərazisinə göndərilir...
3iyul  1994-cü il - Bakıda  "28 May"
 
və  "Gənclik"metrostansiyaları arasında 
elektrik  qatarında  daşnaq  muzdlusu və  “Sadvalçı ” Azər Salman  oğlu Aslanov 
tərəfindən  partlayış  törədilir.  14 nəfər  həlak  olur,  54 nəfər  yaralanır.  İstintaq 
zamanı  müəyyən  olunur  ki,  bu terror  aktının təlimatçıları  Ermənistan xüsusi 
xidmət  orqanlarının polkovniki  Karen  Baqdasaryan və  kapitan  Seyran Sar­
kisyan olmuşdur...
■Щ
4  iyul  1797-ci il  -  İbrahimxəlil  xanın qardaşı  oğlu  Məhəmməd  bəyin  tə­
şəbbüsü ilə Ağaməhəmməd şah Qacar yaxın adamları - Səfər əli bəy və Abbas bəy 
tərəfindən sui-qəsd nəticəsində Şuşada öldürülür...
4  iyul  1903-cü il - Bakıdakı tətil bütün müəssisələri əhatə edir...
4  iyul  1918-ci il -  Batum müqaviləsi  imzalanır...

iyul  1918-ci il - Türkiyə yeni yaranan Zaqafqaziya respublikaları ilə “sülh 
və dostluq haqqında” müqavilə bağlamaqla Ararat Respublikasım rəsmi olaraq 
tanıyır. Ararat Respubükası tarixi erməni ərazilərində yox, Azərbaycanın tarixi 
ərazisi olan İrəvan quberniyasının ərazisində yaradılır...
4 iyul  1919 -cu il -  Erməni terrorçusu  Sasenin başçılıq etdiyi erməni silahlı 
daşnaqları Böyük Vediyo  hücum edirlər.  Çoxsaylı insan tələfatı ilə nəticələnən 
qətllər törədilir. Danışıqlar zamanı gözlənilmədən ermənilər tərəfdən atılan atəş 
nəticəsində Böyük Vedi kəndinin sakini - Zeynalabdin Şıxəli oğlu və Nəsrulla 
bəy Bəşir bəy oğlu da öldürülür...
4  iyul  1920-ci il -  Erməni silahlı quldur dəstələri Zəngilana basqın edirlər. 
Terrorçular yüzlərlə  günahsız,  silahsız dinc sakini  qətlə  yetirirlər.  Onlar qaç­
161


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə