Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə57/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   53   54   55   56   57   58   59   60   ...   112

Nazim Tapdıqoğlu
mağa çalışanları yaxalayaraq öldürür və meyidlərini xəndəklərə atırlar...

iyul  1921-ci il -  Qafqaz  Bürosunun  axşam iclasında  Dağlıq Qarabağın 
ərazi mənsubiyyəti məsələsi ciddi fikir ayrılığına səbəb olur. Qafqaz Bürosu m ə­
sələnin qəti həllini RK(b)P MK-nə keçirməyi lazım bilir. O, Sovet imperiyasının 
təzyiqi altında Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərar qəbul 
edir...

iyul  1923-cü il - Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin R ə­
yasət Heyətinin  iclasında Qarabağın dağlıq hissəsinin  mərkəzi  Xankəndi ol­
maqla Muxtar Vilayət yaradılması qərara almır...
4  iyul  1938-ci il - Azərbaycan SSR XDİK DT baş mayoru Rayevin əmri ilə 
58 nəfər güllələnir...
4  iyul  1988-ci il - DQMV İK 8/156 №-li qərarı ilə qaçqınları Şuşada və onun 
kəndlərində yerləşdirməyi qadağan edir və bu məsələ üzrə Şuşanın rəhbər işçiləri 
barəsində ölçü götürməyi respublika rəhbərliyi qarşısında qaldırır...
4  iyul  1990-cı  il  -  Cəbrayıl  rayonu  ərazisində  “Fövqəladə  vəziyyəti  ləğv 
etmək” haqqında SSRİ  Prezidenti  fərman verir...
4  iyul  1991-ci il - Erməni terrorçuları Füzuli rayonunun Qacar kəndinə bas­
qın  edirlər.  1 nəfər dinc sakin ağır güllə yarası alır...
4  iyul  1991-ci il - Ağdərə rayonunun 70 yaşlı Umudlu kənd sakini ermənilər 
tərəfindən qətlə yetirilir...
4  iyul  1992-ci il - Azərbaycanın Milli  Ordu hissələri  az sayda itki verərək 
Ağdərəni ermənilərdən azad edirlər. Ancaq vaxtında əlavə lazımi kömək gəlmə­
diyindən strateji mövqelərin hamısını əldə saxlamaq mümkün olmur. Geri çə­
kilərkən çoxlu itkilər verilir...

iyul  1993-cü il - Ağdam rayonunun Şıxbabalı, İsmayılbəyli, Muğanlı, Pir- 
zadlı, Saybalı, Bağbanlar, Mərzili,  Yusif canlı, Novruzlu kəndləri və onların əra­
zilərində  yerləşən  bir  neçə  strateji  mövqelər  erməni  silahlı  birləşmələrinin 
hücumu nəticəsində işğal olunur...
4  iyul  1993-cü il - Füzuli rayonunun Arış,  Qoçəhmədli, Qarakollu, Mollavəli, 
Xatınbulaq, Gorazıllı kəndləri ermənilər tərəfindən işğal olunaraq yandırılır. Tə­
ləfat və dağıntılar olur...
5  iyul  1747-ci il - Xəyanətkar Əliqulu Mirzə Heratdan gəlib özünü hökmdar 
elan  edir.  Nadir şahın  oğulları  Nəsrullah Mirzə və İmamqulu Mirzəni,  başqa 
övladlarına, eləcə də Nadir nəslinə mənsub olan bütün adamları  (Şahrux Mir­
zədən başqa)  şərəfsizcəsinə qılıncdan keçirir, Nadirin topladığı xəzinəni qısa za­
manda dağıdır...
162
Azərbaycan faciələrinin təqvimi
5  iyul  1905-ci il - Erməni terrorçuları Cəbrayıl qəzasımn Məzrə kəndinə bas­
qın edirlər. Camaat yaylağa köçdüyündən qışlaqda qalan nəfər dinc sakindən 
6-sı qətlə yetirilir.  1  nəfər girov götürülür. 2 nəfər isə çətinliklə qaçıb canını qur­
tara bilir. Terrorçular kəndi dağıdırlar...

iyul  1919-cu il -  10-1 ar Şurasının iclası Amerika təqdimatı əsasında ermə­
nipərəst  polkovnik  Vilyam  Haskeli  Ermənistana  müttəfiqlərin  ali  komissarı 
təyin edir.  O, eyni zamanda «Yaxın Şərqə Amerika  Yardımı Komitəsi»nin sədri 
təyin olunur. Onun qərargahı  İrəvanda  yerləşdirilir...

iyul  1921-ci il  - Rusiya  K(b)P M K Qafqaz Bürosu Azərbaycanın Dağlıq 
Qarabağ barəsində elan  etdiyi öz müqəddəratım təyinetmə müddəasının təbii- 
tarixi şəkildə yerinə yetirilməsinə imkan vermir, onu "geniş vilayət muxtariyyəti" 
kimi ifadə edir. Azərbaycan SSR-in tərkibində mərkəzi Şuşa şəhəri olan DQMV 
yaradılması qərara almır...

iyul  1921-ci il - Əlahiddə Qafqaz Ordusunun hərbi hissələri Zəngəzurun 
yuxarı  hissəsinə  soxulur.  Bu bölgələr  Ermənistana birləşdirilir.  Sonra buraya 
İran,  Misir,  Türkiyə  və  Rusiyadan  ermənilər  köçürülür.  Azərbaycanlılar  isə 
müxtəlif yollarla bölgədən çıxarılır...
5  iyul  1938-ci il - Azərbaycan SSR XDİK DT baş mayoru Rayevin əmri ilə 
52 nəfər güllələnir...
5  iyul  1943-cü  il -  1  ay davam edən  qanlı Kursk döyüşündə yüzlərlə Azər­
baycan igidləri də həlak olur...
5  iyul  1993-cü il - Ağdam rayonunun İsmayılbəyli və Bağbanlar kəndləri uğ- 
runda erməni  silahlı  qüvvələri ilə şiddətli  döyüşlər  gedir.  Düşmən Şelli kəndi 
ərazisində cəbhə xəttini yarır. Ağdam şəhəri  mühasirəyə düşür.  İtkilər olur...

iyul  1993-cü  il -  Cəbrayıl şəhəri,  Qışlaq,  Süleymanlı,  Banazur,  Daşbaşı, 
Mülkədərə,  Quşçular,  Qaracallı kəndləri ermənilər tərəfindən intensiv atəşə tu­
tulur...
5  iyul  1993-cü il - Ağdam rayonunun Şelli kəndi ermənilər tərəfindən işğal 
olunur...
6  iyul  1170-ci il -  Mosul hakimi,  sultan  Arslan şahın  və  atabəy  Eldənizin 
vassalı, atabəy Qütbəddin Mədud öldürülür...
6  iyul  1990-cı  il  -  Erməni  terrorçuları  tərəfindən  Hadrut  (Xocavənd) 
rayonunun Müşfıqabad kənd sakini M. Hacıyev amansızlıqla qətlə yetirilir...
6  iyul  1991-ci il - Goranboy rayonunun Erkəc, Buzlaq,  Mənəşli kəndlərində 
vəzifə borclarını yerinə yetirərək,  pasport rejimini yoxlayan milislər ermənilər 
tərəfindən  atəşə  tutulur.  3  nəfər  (Vahid  İbrahimov,  İlqar  Əliyev,  Məhərrəm
163


Nazim Tapdıqoğlu
Süleymanov) həlak olur,  13  nəfər yaralanır...

iyul  1992-ci il - Milli Ordu hissələri düşmənin müqavimətini qıraraq Mar- 
quşevan,  Marağa, Aterk yaşayış məntəqələrini itkilər versələr də, ermənilərdən 
azad etməyə müvəffəq olurlar...

iyul  1992-ci il - Ağdamın bir neçə kəndi ermənilər tərəfindən atəşə tutulur. 
Düşmən Pircamal və Naxçıvanlı  (Naxçıvanik)  kəndlərinə  daxil  olmağa  səy 
göstərir...
6  iyul  1993-cü il - Erməni silahlı qüvvələri  Ağdam şəhəri istiqamətində güclü 
hücuma keçir. Dağıntılar və tələfat olur...
ft?'
7  iyul  1827-ci il - Abbas Mirzənin ordusu məğlub duruma düşür. Qala təslim 
olur. Naxçıvan xanlığı Rusiyaya birləşdirilir...

iyul  1913-cü il - Çarın sərəncamı ilə  "Dağıstanda  və Zaqatala  dairəsində 
kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi 
haqqında"
 
qanun qüvvəyə minir...
7  iyul  1923-cü  il  -  Azərbaycan  SSR  M İK   M.B.Qasımov  (1879-1949)  və 
Ə.M.Xanbudaqovun (1893-1937) imzaları ilə  "Dağlıq Qarabağ Muxtar  Vilayəti 
yaradılması haqqında"
 
dekret verir. İ.V.Stalinlə əlaqəli işləyən erməni rəhbərlə­
rinin  təzyiqi  ilə  mərkəzi  Xankəndi  olmaqla  DQMV  yaranır.  DQMV  və 
Kürdüstan  sərhədlərini müəyyən  edən komissiyalar təşkil  olunur.  Qarabağın 
digər hissəsində mərkəzi  Ağdam  olan Vilayət İdarəsi yaradılır...

iyul  1989-cu il - Qarabağın Xankəndi yaxınlığındakı azərbaycanlılar ya­
şayan  Kərkicahan  qəsəbəsinə erməni terrorçuları basqın  edir.  Kərkicahan qə­
səbəsinin bəzi azərbaycanlı evləri ermənilər tərəfindən yandırılır...

iyul  1991-ci il - Xaçın dərəsində ermənilər amansız vəhşilik törədirlər: azər­
baycanlılara məxsus  31  -  85 A QU dövlət nişanlı avtomaşın atəşə tutulur. Sır- 
xavənd kənd sakinləri Novruz İmanov və onun oğlu Mahal,  eləcə də Qəzənfər 
Həsənov və onun oğlu Vaqif  "Ulubab”  ferması yanında güllələnib yandırılır­
lar...
7  iyul  1992-ci il - Ağdam rayonunun Qasımlı, Muğanlı, Şelli kəndləri ermə­
nilər tərəfindən hərbi vertolyotlardan atəşə tutulur. Ölənlər, yaralananlar və da­
ğıntılar olur...
7  iyul  1992-ci il - Ağdam rayonunun Papravənd kəndinə basqın edən silahlı 
ermənilər kənd sakinləri Taleh Məmmədovu, Qabil Məmmədovu, Rizvan Quli­
yevi, Mütalib Abbasovu, Əli Kərimovu, Tohid Hüseynovu, Fuad Cəfərovu qətlə 
yetirirlər...
7  iyul  1993-cü  il - Cəbrayıl rayonunun bir sıra kəndləri  artilleriya atəşinə
164
Azərbaycan faciələrinin təqvimi
məruz qalır...
7 iyul  1993-cü il - Ağdam rayon mərkəzinin cənub və cənub-qərb həndəvə­
rində,  Muradbəyli ərazisi  yaxınlığında  şiddətli  döyüşlər  gedir.  Qasımlı,  Qara­
dağlı, Poladlı, Şelli,  Qurdlar kəndləri ermənilər tərəfindən işğal olunur...
8  iyul  1185-ciil - Məhəmməd Cahan Pəhləvanın vassalı, Xilatm hakimi Nə- 
sirəddin şah Məhəmməd ibn İbrahim П Sökmən öldürülür...
8  iyul  1604-cü il Şah Abbas İrəvan qalasını tutur...
8  iyul  1812-ci il - İngiltərə ilə Rusiya arasında müqavilə imzalanır...

iyul  1906-cı il - İnqilabi çıxışlı millət vəkilləri çoxluq təşkil etdiyinə görə 
72 gün mövcud olan  I  Dövlət Duması  çar tərəfindən buraxılır...
8  iyul  1989-cu il - Ermənilər Xankəndində «Miatsum» hərəkatının təsis yı­
ğıncağını keçirir və Robert Koçaryam hərəkata sədr seçirlər...
8  iyul  1991-ci il -  Əsgəran  rayonunun  Cəmilli kəndinin sakinləri  ot biçini 
zamanı erməni  quldurları  tərəfindən  atəşə tutulur.  Kəndlilər arasında ölənlər 
olur...

iyul  1993-cü il - Cəbrayıl rayonunun bir neçə yaşayış məntəqəsi ermənilər 
tərəfindən top və qrad qurğularından intensiv atəşə tutulur. Dağıntılar olur...
8  iyul  1993-cü il - Cəbhənin Ağdam bölgəsində qızğın döyüşlər davam edir. 
Düşmən Ağdam  şəhərinin  qərb istiqamətindəki  bəzi strateji əhəmiyyətli möv­
qeləri ələ keçirir.  Erməni silahlı qüvvələri ilə azərbaycanlılar arasında Qasımlı, 
Şelli və Saybalı kəndləri ərazilərində şiddətli döyüşlər gedir. Əsgərlərimiz lazımi 
köməyin  gəlməməsi  səbəbindən geri  çəkilməyə məcbur  olurlar.  Qasımlı,  Şelli, 
Saybalı kəndləri ermənilər tərəfindən işğal edilir...
9  iyul  1488 -ci il - Ərdəbil hakimi, Səfəviyyə ruhani ordeninin başçısı, Şah 
İsmayılın atası Şeyx Heydər döyüş zamanı öldürülür...

iyul  1988-ci il -  “Ararat”dəmir yolu stansiyasında səbirsizliklə qatar göz­
ləyən 150 nəfər azərbaycanlı qaçqının üzərinə erməni quldur dəstəsi hücum edib 
onlara divan tutur. 50 nəfər azərbaycanlı yaralanır; bu adamların sonrakı tale­
lərindən heç nə məlum deyil...
9  iyul  1989-cu il - 
A ğ d a m -Ş u ş a
 sərnişin avtobusu ermənilər tərəfindən Əsgə- 
randa daş-qalaq olunur...
9  iyul  1991-ci il - 
C ə m illi-Ş u şa
 marşrutu ilə hərəkət edən sərnişin avtobusu 
erməni yaraqlıları tərəfindən atəşə tutulur, yaralananlar olur...
9  iyul  1992-ci il - Helsinki şəhərində ATƏM-in  dövlət başçılarının görüşü
165


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə