Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə67/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   63   64   65   66   67   68   69   70   ...   112

Nazim Tapdıqoğlu
oğlu Mehrəliyev Laçın- Bakı
 
avtomobil yolunun 7-ci kilometrliyində, Qaladərəsi 
kəndi ərazisində erməni yaraqlıları tərəfindən qətlə yetirilir...
12  avqust  1991-ci il - Erməni yaraqlı terrorçuları Kəlbəcərin  Sanyel  yay­
lağına basqın edir.  Milis starşinası A. Ələkbərov həlak olur, digər milis işçiləri 
-İ.  Qurbanov və  /.  Cəfərov yaralanırlar...
12  avqust  1992-ci il - Cəbrayıl bölgəsindəki Sur (Xocavənd) və Doşulu kənd­
ləri ermənilər tərəfindən güclü atəşə tutulur...
12  avqust  1992-ci il - Milli Qəhrəman Akif Abbas oğlu Əkbərov Sarıyer ad­
lanan ərazidə erməni quldurları ilə döyüşdə həlak olur...
13 avqust 1903-cü il - Axşam saat radələrində Gümrüdə xristian provaslı- 
ğmdan dərs deyən türk əsilli protoierey  (baş keşiş)
 
Vasilov şəhər küçələrinin bi­
rində ermənilər tərəfindən öldürülür...
13 
avqust  1906-cı il - Ermənilər Zəngəzurun Atqız kəndində silahsız camaatı 
qırırlar.  Təkcə  iki  qaya yeri arasından 62  qadın, bir palaz arasından kəsilmiş 
15 uşaq başı tapılmışdır. Bu qadın və uşaqlara imdad diləyən 90 yaşlı ağsaqqal 
Həsən Əfəndi terrorçular tərəfindən tikə-tikə doğranır...
13  avqust 1989-cu il - Şuşa şəhərinin su kəməri və Əsgəran dəmiryol platfor­
ması ermənilər tərəfindən partladılır...
13  avqust  1992-ci il - Cəbrayıl cəbhəsində ağır döyüşlər gedir. İtkilər olur...
13  avqust  1993 - cü  il - Füzuli və Cəbrayıl rayonları istiqamətində erməni 
yaraqlıları bir neçə kəndə basqın edirlər. Tələfat və dağıntılar olur...
14  avqust  1804-cü il - Abbas Mirzənin başçılığı ilə İran qoşunları Suregüldə 
ruslarla qarşılaşır. Hər iki tərəf çoxlu sayda itki verir...
14 
avqust  1906-cı il - Oxçu-Şəbadək dağları ermənilər tərəfindən zəbt edilir. 
Əhali Saqqarsuya tərəf çəkilir. Kənddə qalan əlsiz-ayaqsızlar vəhşicəsinə qətlə 
yetirilir.  Ermənilər Saqqarsuya da  hücum edib  əhalini  qırırlar.  Molla Həsən 
Əfəndi əhatəsində bir neçə arvadla əllərində  "Quran"
 
ermənilərin qabağına çı­
xırlarsa  da,  o  qansızlar  rəhmə  gəlməyərək hamını vəhşicəsinə  öldürürlər.  Qu­
ranları süngülərə keçirirlər.  Sağ qalan çox az adam başqa kəndlərə qaçır...
14  avqust  1910-cu il - Məşrutə inqilabı tarixində qara ləkələrin biri - Ətabək 
parkında qanlı və qəmli faciə törədilir...
14 
avqust  1990-cı il - Ağdam-Şuşa avtobusu ermənilər tərəfindən daşa ba­
sılır. Sürücü  M.Əliyev  başından ağır yaralanaraq xəstəxanaya düşür...
14  avqust  1991-ci il - Zamzur kəndi  (Xocavənd rayonu)
 
ərazisində qaba
190
Azərbaycan faciələrinin təqvimi
yem tədarükündən  qayıdan  kolxoz əməkçilərinə erməni  yaraqlıları tərəfindən 
basqın  edilir.  Kənd  sovetinin  katibi Arzuman  Pənah  oğlu  İbrahimov,  sürücü 
İmran Cavanşir oğlu Dünyamahyev, kolxozçu Aydm Məmmədov qətlə yetirilir...
14  avqust  1991-ci il - Ağdam-Şuşa avtomobil yolunda maşın karvanı erməni 
yaraqlıları tərəfindən atəşə tutulur...
14  avqust  1991-ci il -  Goranboy  qauonunun Erkəc və Başqışlaq kəndləri 
atəşə tutulur;  1  nəfər yaralanır...
14  avqust  1992-ci il  - Ağdam şəhəri, Gülablı, Əliağalı, Papravənd,  Şelli və 
Papravənd kəndləri ermənilər tərəfdən güclü atəşə tutulur.  Dağıntılar,  ölənlər 
və yaralananlar olur...
14  avqust  1994-cü il - Erməni ideoloqu Z.Balayan  "Vətən qarşısında göstər­
diyi  xidmətlərə görə"  "Müqəddəs Georgi"
 
ordeninə layiq görülür...
14  avqust  2000-ci il - Xankəndində  "Dağlıq Qarabağ haqqında müstəil kon­
sepsiya" adlı  siyasi  sənədin  "Regional təhlükəsizliyin  təmin  olunması"
 
mövzu­
sunda müşavirəsi keçirilir...
15  avqust  1060-cı il - Toğrul bəy Təbrizi mühasirəyə alır. Azərbaycan hakimi 
Məmlan  Vəhsudan oğlu  səlcuqlarm  hakimiyyətindən imtina edir.  Çox  keçmir 
ki, Məmlan istiqlaliyyətini itirir...
15  avqust  1124-cü il -  Çar IV David Şirvana hücum edərək  Şamaxını,  Bu- 
ğurd qalasını və Şirvanın başqa mərkəzlərini tutub qala və şəhərlərdə öz qarni­
zonlarını saxlayır...
15 
avqust  1463-cü il - Trabzon imperiyasının varlığına son qoyulur. Bununla 
da Ağqoyunlu  dövləti  həm  müttəfiqlərindən birini,  həm də Qara  dənizə olan 
yeganə çıxış yolunu itirir...
15  avqust  1722-ci il - Rus eskadrası Dərbəndi ələ keçirir...
15  avqust  1905-ci il - Ümumrusiya müsəlmanlarının qalmaqallı I  Qurultayı 
keçirilir...
15  avqust  1906-cı il -  Qapan dərəsində - Saqqarsuda erməni yaraqlıları 62 
nəfər müsəlman övrət və uşaqlarını vəhşicəsinə qətlə yetirirlər...
15  avqust  1906-cı il - Artıq bir həftədir ki, müsəlmanların yaşadıqları Xələc, 
Karxana,  Qatar,  İncəvar,  Çöllü,  Yeməzli,  Saldaşlı,  Moltalar,  Batuman,  Oxçu, 
Şəbədək, Atqız, Pürdavud,  Zutul, Guman, İyilti, Sənalı, Minənəvur, Fərcan, Qa- 
laboynu,  Əcəbli,  Buğacıq  kəndləri  ermənilər tərəfindən  dağıdılıb  talan edilir. 
Ötən 6 gün ərzində müsəlmanlar  200  nəfərdən çox itki vermişlər...
15  avqust  1919-cu il - Erməni silahlıları Naxçıvan qəzasında kəndli ailəsini 
amansızlıqla qətlə yetirirlər...
191


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə