Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə75/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   71   72   73   74   75   76   77   78   ...   112

Nazim Tapdıqoğlu
ilə bağlı məşvərət ocağının bir hissəsi Artsax  (Xankəndi) mərkəzinə keçirilir...
5  sentyabr  1722-ci U - Rus ordusunun yürüşü dayandırılır. /  Pyotr Rusiyaya 
dönür...

sentyabr  1806-cı il -  Bakı  qalasının  açarlarını vermək  və  məxfi  söhbət 
etmək  üçün  Hüseynqulu  xan  Sisianovu  qalaya  dəvət  edir.  Görüş  zamanı 
Hüseynqulu xanın xalası oğlu Sisianovu qətlə yetirir. Bakıda azərbaycanlıların 
qırğını başlayır.  Rus qoşunları Bulqakovun komandanlığı ilə Bakıya tərəf hə­
rəkət edir. Hüseynqulu xan İrana qaçır,  əhali isə şəhərə yaxınlaşan rus  qoşun­
larını salamlayır...
5  sentyabr  1837-ci il - Quba üsyançıları şəhərə hücum edirlər...
5  sentyabr  1903-cü il - Qars şəhərində daşnaq terrorçuları milliyyətcə Azər­
baycan türkü olan məmur Şərif  Laçmbəyovu qətlə yetirirlər...
5  sentyabr  1919-cu il -  Bakı  Dəmiryol  teleqrafxanasmm rəisi Hacıbəy  Se- 
yidbəyov Bakıdakı  "Novı Sovet"
 
restoranında tanınmış ziyalılar  -  fırqə  katibi 
Haşım  Əliyevi və Mirfəttah Musəvini tapança ilə öldürür,  fırqə sədri  Qoqobe- 
ridzeni isə yaralayır...
5  sentyabr  1988-ci il - Kərkicahan qəsəbəsi Xankəndi  şəhər erməniləri tərə­
findən pulemyot və avtomat atəşinə tutulur...
5  sentyabr  1992-ci il - Ağdam rayonunun Abdal-Gülablı kəndi artıq bir neçə 
saatdır ki,  ermənilərin  əlinə keçmişdir.  Ermənilər kəndin evlərinə od  vuraraq 
yandırırlar...
6  sentyabr  1514-cü il - Qızılbaşları təqib edən Sultan I Səlim Təbrizə daxil 
olur...

sentyabr  1903-cü il - Ermənilər tərəfindən Qarsda güclü iğtişaşlar və kütləvi 
qətllər törədilir...
6  sentyabr  1991-ci il - Goranboy rayonunun Şəfəq kəndinə basqın edən er­
məni terrorçuları  2  nəfər azərbaycanlı polis əməkdaşım güllə ilə yaralayırlar...
6  sentyabr  1992-ci il  -  Füzuli rayonunun ərazisində,  Haçagədik  adlanan 
mövqedə erməni yaraqhları ilə güclü döyüşlər baş verir. Döyüşçülərimiz arasında 
ölənlər və yaralananlar olur...
6  sentyabr  2001-ci il -  Laçın  rayonunun Zabux  kəndi ərazisində  Moskva 
Kurçatov adma Fizika İnstitutunun  "Prof.  Avery an qrupu "nun tədqiqat mər­
kəzi fəaliyyətə başlayır...
212
Azərbaycan faciələrinin təqvimi

sentyabr  1949-cu  il  -  Azərbaycan  DTK-nm  rəhbəri  S.Yemelyanov 
köçürmə ilə bağlı ona ünvanlanmış şikayəti Gəncədəki müavininə göndərir;  o 
isə məktubu DTK-nm 5-ci bölməsinin rəhbəri erməni Abramova ötürür. Abra­
mov məktubun üzərinə dərkənar qoyaraq təsdiq edir ki,  "köçürülən azərbayc­
anlılar yerli erməni əhalisini sıxışdırırlar. Bu azərbaycanlılar provokasiya yoluna 
və anonim məktubların yazılması üsuluna əl atırlar"...
7  sentyabr  1978-ci il - İranın 12 şəhərində, o cümlədən Təbrizdə şah rejiminə 
qarşı çıxışlar başlayır...
7  sentyabr  1991-ci il  -  Erməni yaraqlı  quldurları  dinc əhalini  qorxutmaq 
məqsədilə Tuğ kəndinin sakinləri Vaqif Nəcəfov və  İbiş Məmmədovu öz həyəty­
anı sahələrində işləyərkən vəhşicəsinə qətlə yetirirlər...
7  sentyabr  1991-ci il  - Xankəndinə istiqamətlənən  azərbaycanlılarla dolu 
olan sərnişin  avtobusu erməni terrorçuları tərəfindən basqına məruz  qalır.  3 
nəfər öldürülür,  4  nəfər yaralanır...
7  sentyabr  1991-ci il -  Erməni terrorçuları tərəfindən Xankəndi-Ağdam
 
isti­
qamətində  hərəkət edən  və içərisində  azərbaycanlılar  olan sərnişin  avtobusu 
atəşə tutulur.  Nəticədə  3  sərnişin ölür,  20  nəfər yaralanır...
7  sentyabr  1992-ci il - Cəbrayıl rayonunun  Qaracallı kəndi  ermənilər tərə­
findən atəşə tutulur...
7  sentyabr  1992-ci il - Ağdam rayonunun qərb hissəsində yerləşən kəndlər 
qrad qurğularından və toplardan atəşə tutulur.  Dağıntılar olur...
7  sentyabr  1992-ci il - Füzuli rayonu ərazisində,  Haçagədik adlanan yerdə 
erməni  yaraqlıları  ilə  güclü mövqe  döyüşləri  baş  verir.  Ölən  və  yaralananlar 
olur...
8  sentyabr  1978-ci il  -  Tehranda xalqa divan  tutulur.  Çoxlu  sayda azər­
baycanlı da ölür, yaralanır və həbs olunur...
8  sentyabr  1984-cü il - Terrorçu  Vartanyan Henri Surenoviç Bakıda 106 saylı 
marşrut  avtobusunu partladır.  Fatimə Famil  qızı  Surxayzadə  faciəli  şəkildə 
həlak olur, nəfər sərnişin ağır bədən xəsarəti alır. Məsuliyyətə cəlb olunan ter­
rorçu Moskvanın təzyiqi altında psixi xəstə kimi Ukrayna SSR-ə müalicəyə gön­
dərilir. Sonra o, oradan azadlığa buraxılır...
8  sentyabr  1990-cı il -  Laçın rayonunun Köhnəkənd kənd sakini Xanoğlan 
Süleyman oğlu Süleymanov (1945-ci il təvəllüdlü) və onun qardaşı Elman Süley­
man oğlu Süleymanov Alıcan kəndi yaxınlığındakı yolda, QAZ-53 markalı ma­
şında  ermənilər  tərəfindən  vəhşicəsinə  qətlə  yetirilirlər.  Digər  qardaş-£7xan
213


Nazim Tapdıqoğlu
Süleymanov isə ağır yaralanır...

sentyabr  1991-ci il - Səsvermə  günü  seçki  məntəqəsinə  gətirilən  azər­
baycanlı seçicilərlə dolu olan avtobus erməni yaraqlıları tərəfindən atəşə tutulur. 
Cavan oğlan Əloğlan Əlastan oğlu Quliyev, təqaüdçü Rəxşəndə Hüseynova, 
uşaq  anası  Rahilə Hüseynova,  7  uşaq  anası Nazənin  Quliyeva  həlak  olurlar. 
Qalan adamlar ağır yaralanır. Az sonra yaralılardan uşaq anası Qənirə Həmid 
qızı Hüseynova, eləcə də vertolyotla Bakıya çatdırılan Gündüz Əlqəmə oğlu Qu­
liyev,  təqaüdçü Validə Babayeva da əbədiyyətə  qovuşurlar.  Ağdam-Qaradağlı 
(Xocavənd rayonu)  yolunda gündüz saat 15 radələrində erməni quldurları tə­
rəfindən  atəşə  tutulan  bu sərnişin  avtobusunda ümumilikdə  8  nəfər  (2  gənc 
oğlan, 6 qadın) həlak olur, 40 nəfər yaralanır. Çox keçmir ki, bu terror aktının 
“Qarabağ” təşkilatından olan erməni  terrorçuları  -  Valodi Xaçatuvyan,  Sar o 
Yeremyan, Saşa Çalyan, Armo Arustamyan tərəfindən törəndiyi sübut olunur...

sentyabr  1992-ci il - Ağdamın bəzi yaşayış məntəqələri ermənilər tərəfindən 
mərmi atəşinə tutulur.  Ciddi dağıntılar olur...
8  sentyabr  1992-ci il - Füzuli şəhəri naməlum səbəblərdən bombalanır. Ölən­
lər, yaralananlar, dağıntılar  olur...
9  sentyabr  1578-ci  il  -  Səfəvilərlə Osmanlılar  arasında  1578-ci ildə  Qanıx 
(Alazan)  çayı sahilində döyüş baş verir...
9  sentyabr  1903-cü il - Erməni terrorçusu Qars şəhərində Şərif Laçınbəyovu 
qətlə yetirir...

sentyabr  1918-ci il - Andranikin dəstəsi və ona qoşulan digər millətçi daş- 
naq  qruplar Zəngəzurda müsəlman kəndlərinə basqın edir, kəndlərin əhalisini 
yaşma və cinsinə əhəmiyyət vermədən vəhşicəsinə öldürürlər...
9  sentyabr  1930-cu il -  Qərbi Azərbaycanda İcevan  (Karvansaray),  Ba sar- 
keçər  (Vardenis)  rayonları yaradılır...
9  sentyabr  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 185 nəfər güllələnir...
9  sentyabr  1942-ci il - Azərbaycan SSR-də hərbi vəziyyət elan edilir.  Bakı 
ətrafında istehkamlar qurulur...
9  sentyabr  1993-cü il - Terrorçu daşnaqlar Cəbrayıl rayonunun Şahvəlli kən­
dinə basqın edirlər. Doğma yurdlarım tərk etmək istəmədiklərinə görə dinc sa­
kinlər - Məhəmməd Yunis oğlu İsmayılov,  onun oğlu Ramazan,  yeznəsi Mürvət 
Əmrah oğlu  Qurbanov və həmkəndlisi  Əhməd Abbas oğlu Maqsudov ermənilər 
tərəfindən döyülərək girov götürülürlər...
214
Azərbaycan faciələrinin təqvimi
10  sentyabr  1618-ci il - Sərab yaxınlığında Sınıqkörpü adlanan yerdə I  Şah 
Abbas osmanlı ordusunu məğlub edir...
10 
sentyabr  1837-ci il - Quba üsyanının ikinci mərhələsi məğlubiyyətlə başa 
çatır...
10 
sentyabr  1916-cı il - İlk azərbaycanlı hərbi təyyarəçi, Tiflis kadet məktə­
binin məzunu, poruçik Fərrux ağa Kərim oğlu Qayıbov həlak olur...
10  sentyabr  1989-cu il - Qubadlı rayonunun Seytas kənd sakini İbrahim Xan­
suvar  oğlu  Heydərov Məzrə düzü  adlanan  sahədə erməni yaraqlısı  tərəfindən 
qətlə yetirilir...
10  sentyabr  1990-cı il -  Erməni yaraqlıları  Martuni  rayon  DİŞ-nə  basqın 
edərək rəis müavini M. Bəylərovu, əməliyyat müvəkkili A. Məmmədovu və milis 
serjantı F. Mirzəyevi girov götürürlər...
10  sentyabr  1990-cı il -  Uzun müddət Ağdərə rayon PK-nin II katibi vəzi­
fəsində çalışan A rif Əliyev və onun sürücüsü Bayram Misirov  erməni terrorçu­
ları  tərəfindən  girov  götürülərək  12  gün  ağır  işgəncələr  altında  saxlanılırlar. 
Ermənilər A. Əliyevin qızıl dişlərini sökürlər və xoş bir təsadüf nəticəsində onu 
güllələmirlər.  Sonra onun yanma daha 2 azərbaycanlı əsir gətirilir...
10  sentyabr  1991-ci il - Xocalı yaşayış məntəqəsi ermənilər tərəfindən müxtə­
lif istiqamətlərdən  atılan  raket  atəşinə məruz qalır.  Zahid Lətif oğlu Muradov 
həlak olur, qardaşı Mail və eləcə də 3 qardaş - A zay, Gəray, Xasay Məmmədov- 
lar, Məhəmməd Mahmudov,  12 yaşlı Aynurə Bəşirova,  7 yaşlı Emin Cəfərov ya­
ralanırlar...
10  sentyabr  1991-ci il - Ermənilər Ağdam rayonunun ərazisindən  900  baş 
qoyun və çoxlu sayda mal-qara oğurlayırlar...
11  sentyabr  1768-ci il - Hüseyn xanla döyüşdə Fətəli xan qalib gəlir.  Şəki 
xanına  çatmış  Şamaxı  xanlığının  ərazisi  də  Fətəli  xanın  hakimiyyəti  altına 
keçir...
11  sentyabr  1905-ci il - Bibiheybətdə RSDFP Bakı Komitəsinin və Bakı bol­
şevik təşkilatı fəallarının rayonlararası yığıncağı keçirilir. Yığıncaq iştirakçıları 
həbs olunur...
11  sentyabr  1918-ci il - Andranik Ozanyan öz quldur dəstəsi ilə 4 müsəlman 
kəndim dağıdır, Arıqlı, Şükür, Məlikli,  Pulkənd, Şəki,  Qızılcıq kəndlərini yan­
dırır;  500 nəfərədək müsəlman kişi, qadın və uşaq öldürülür...
11  sentyabr  1990-cı il - Erməni yaraqlıları Xocavənd rayonunun Əmirallar 
kəndinə hücum edərək kəndin sovet sədrini, onun 15 yaşlı oğlu  Vüqarı,  14 yaşlı
215


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə