Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə74/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   70   71   72   73   74   75   76   77   ...   112

Nazim Tapdıqoğlu
31 
avqust  1915-ci il - Bakıda Tağıyevin toxuculuq fabrikində ən iri iqtisadi 
tətil baş verir...
31  avqust  1941-ci il - Sovet qoşunları irəliləyərək  Qəzvinə  daxilolurlar...
31 
dekabr  1990-cıil-  1988-ci ilin fevralından başlanan Qarabağ müharibə­
sində öldürülən azərbaycanlıların sayı  360  nəfərə çatır...
31  avqust  1991-ci il -  Goranboy  rayonunun  Buzluq  kəndi  yaxınlığında 
işgəncə ilə öldürülmüş  1 nəfər milis işçisinin meyidi aşkarlanır...
31 
avqust  1992-ci il - Cəbrayıl şəhəri, Qışlaq kəndi, Süleymanlı kəndi ermə­
nilər tərəfindən intensiv atəşə tutulur.  4  nəfər mülki şəxs həlak olur,  30  nəfər 
yaralanır...
31  avqust  1992-ci il - Milli Qəhrəman Mətləb Kamran oğlu Quliyev Ağdərə 
rayonunun  Çıldıran və Mehmanə kəndləri arasında ermənilərlə döyüşdə həlak 
olur...
31  avqust  1993-cü  il -  Azərbaycanın  cənnətməkan  diyarı  olan  Qubadlı 
rayonu ermənilər tərəfindən işğal olunur.  Rayon əhalisi erməni-daşnaq faşist­
lərinin etnik təmizləmə siyasətinin qurbanı olur. Onlarla adam, xüsusilə də dinc, 
günahsız sakinlər erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilir...
31  avqust  1993-cü il - Qubadlının igid oğlu Nadir Ərşad oğlu Bədəlov həlak 
olur...
31  avqust  1993-cü il - Əyyub Əli oğlu Vəliyev və yoldaşları  "Qaranquş" adlı 
erməni cinayətkar qrupunun üzvləri tərəfindən vəhşicəsinə güllələnərək faciəli 
şəkildə  həlak olurlar...
31  avqust  1993-cü  il  -  Erməni  silahlı  birləşmələri  Füzuli  rayonunun 
Kürdmahmudlu kəndinə hücum edirlər.  17 nəfər dinc sakin qətlə yetirilir. Əsir 
düşmüş Mürvət Ağayev  qulağı  kəsiliərək,  əlləri məftillə arxadan bağlamlaraq 
ağacdan asılır; ayağı altında ocaq qalanaraq diri-diri yandırılır. Kənd əhalisi öz 
doğma dədə-baba yurdlarından didərgin düşür...
208
Azərbaycan faciələrinin təqvimi
S E N T Y A B R

sentyabr  1801-ci il - Rus çarı I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya bir­
ləşdirilməsi  haqqında  "Manifest" \rir.  Qazax,  Şəmşəddil,  Borçalı,  Pəmbək 
Azərbaycan  torpaqları  Rusiyanın  tərkibinə  qatılır.  Azərbaycan  torpaqlarının 
Rusiya tərəfindən işğalının başlanğıcı qoyulur...

sentyabr  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə tərkibində xeyli azərbaycanlı olan 
193 nəfər güllələnir...
1  sentyabr  1992-ci il - Cəsur vətənpərvər, könüllü döyüşçü İslam İdris oğlu 
Quliyev erməni yaraqlıları ilə döyüşdə qəhrəmancasına şəhid olur...
1 sentyabr  1992-ci il - Zəngilan rayonun Qazançı kəndi; Ağstafa rayonunun 
Köhnə Qışlaq kəndi; Şahbuz rayonunun Batabat qəsəbəsi; Gədəbəy rayonunun 
Mormor və Mutudərə kəndləri ermənilər tərəfdən müxtəlif növ silahlardan atəşə 
tutulur...
1  sentyabr  1993-cü  il  -  Erməni  yaraqlıları  Qubadlı  rayonunun  Mahruzlu, 
Ulaşlı,  Çdrəli,  Qaralar kəndlərinə hücum edir.  İtkilər və dağıntılar olur...
1  sentyabr  2004-cü il - Avropa Şurasının Baş Katibi Terri Devisi əvəz edən 
Devid Atkinson AŞPA-nm Siyasi Komitəsinin Parisdə keçirilən iclasında Dağ­
lıq Qarabağ üzrə yeni məruzəçi təyin olunur...
2  sentyabr  1394-cü  il  - XIV əsrin  məşhur  şəxsiyyətlərindən  biri,  görkəmli 
mütəfəkkir,  hürufi  təriqətinin  banisi Nəimi  Şah Fəzlullah ibn  Əbu Məhəmməd 
Təbrizi öldürülür...

sentyabr  1826-cı  il  -  2.000 nəfərlik  rus  qoşunu erməni  mənşəli  general 
V.Mədətovun  komandanlığı ilə 10.000 nəfərlik  şah  qoşununa Şəmkir yaxınlı­
ğında hücum edir və qalib gəlir.  Şah qvardiyası  1.500  adam itirir...
2  sentyabr  1829-cu il - Rusiya ilə Osmanlı dövləti arasında bağlanmış Ədirnə 
(Adrianapolis) sülh müqaviləsinə görə Ahalsıx padşahlığının  (Qars vilayətinin) 
bir hissəsi Rusiyaya verilir. Osmanlı dövləti bütün Cənubi Qafqazın Rusiya tə­
rəfindən  işğalını  tanıyır.  Türkiyədən  14  000  erməni  ailəsi  Azərbaycana 
köçürülür...
2  sentyabr  1903-cü il - Axşam saat 17 radələrində Bakıda kilsə zənglərinin 
çağırışı ilə xeyli sayda silahlı erməni kütləsi erməni məbədinin hasarı qarşısına 
toplaşır. Onlar silahsız azərbaycanlılara qarşı qırğın törətmək istəyirlər...
209


Nazim Tapdıqoğlu
2  sentyabr  1920-ci il «Daşnaksütyun» terror təşkilatından olan erməni qul­
durlarının vəhşiliyindən can qurtarmaq üçün İrəvan və Şərur Dərələyəz mahal­
larının  qaçqın  dəstəsindən  olan  1500 dinc sakin Araz çaymm gur  axınlı  Olta 
qolunu keçməyə çalışır. İstambuldakı «Osmanlı»
 
arxivinin sənədlərində göstə­
rildiyi kimi, 650 müsəlman çayda batıb boğularaq tələf olur...
2  sentyabr  1936 - cı il - Zaqatala və Balakən rayonlarının ərazisində  7 bal 
gücündə zəlzələ baş verir. Dağıntı və tələfat olur...
2  sentyabr  1953-cü  il -  Oğuz rayonunda zəlzələ baş verir.  Çalut, Sincan və 
başqa kəndlərdə güclü dağıntılar olur...

sentyabr  1991-ci il - Ermənilər  "Dağlıq  Qarabağ Respublikası" deyilən 
oyuncaq qurumu yaratdıqlarını elan edirlər...
2  sentyabr  1991-ci il - Erməni quldurları Xocavənd rayonunun  Qaradağlı 
kəndinə gələn U A Z  markalı avtomaşım atəşə tutur. Soltan Rəşid oğlu Bayramov 
həlak olur...
2  sentyabr  1992-ci il - Ağdamın bir sıra kəndləri ermənilər tərəfindən şiddətb 
atəşə tutulur.  Ölənlər, yaralananlar və dağıntılar olur...
2  sentyabr  1992-ci il  -  Milli  Qəhrəmab Tahir Tofiq oğlu Həsənov Çıldıran 
kəndi yaxınlığında erməni yaraqlıları ilə döyüşdə həlak olur...
2  sentyabr  1993-cü il - Qubadlı rayonunun şimal hissəsindəki kəndlər silahlı 
ermənilər tərəfindən tam işğal olunur...
2  sentyabr  1993-cü il - Hadrut  (Xocavənd)
 
rayonunun çıxacağında erməni 
terrorçuları tərəfindən sərnişin avtobusu partladılır; nəfər həlak olur, nəfər 
ağır yaralanır...
2  sentyabr  1993-cü il - Erməni ordusu Cəbrayıl rayonunun cənubunda döyüş 
əməliyyatı apararaq rayonun daha 2 kəndini - Kavdar və Fuğanlı yaşayış mən­
təqələrini işğal edir...
3  sentyabr  1191-ciil- Atabəy Şəmsəddin Eldəgəzin oğlu Qızıl Arslan keçir­
diyi kef məclisində öz yatağında sui-qəsd nəticəsində öldürülür...

sentyabr  1826-cı il - Rus qoşunu ilə İran ordusu arasında Şəmkir yaxınlı­
ğında baş verən döyüşdə İran qoşunu ağır məğlubiyyətə düçar olur...
3  sentyabr  1838-ci il - Üsyançılar  Şəkini  tərk edirlər.  Məşədi Məhəmməd 
İrana qaçır...
3  sentyabr  1918-ci il - Daşnaq terrorçular Zəngəzur qəzasının Sisian kəndi­
nin 60  nəfər dinc sakinini amansızlıqla qətlə yetirirlər...
3  sentyabr 1920-ci il - Erməni yaraqlıları Şirəköl mahalının Düzkənd kəndinə 
hücum edərək 120 nəfəri qətlə yetirir...
210
Azərbaycan faciələrinin təqvimi
3  sentyabr  1920-ci il -  10 gün öncə Quba qəzasının Küzün kəndindən başla­
yan üsyanın dalğası çox keçmir ki, ətraf əraziləri də bürüyür. Üsyançılar Dəvəçi- 
Xaçmaz
 
üzərinə  hücum  edirlər.  Onların  qarşısına  7-ci  süvari  dəstə  çıxarılır. 
Gərgin döyüşlərdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub sax­
laya bilirlər. Üsüyanı yatırmaq üçün 1.000 nəfərlik əlavə əsgər göndərilir. Şahlar 
bəyin dəstəsindən 16 nəfər yaxalanır, 50 tüfəng ələ keçirilir. Hökumət antisovet 
çıxışların  qarşısım  almaq  üçün  bir  sıra  tədbirlər  həyata  keçirmək  məcbu­
riyyətində qalır. Xeyli sayda  ölən və yaralananlar  olur...
3  sentyabr  1988-ci il - Terrorçu daşnaqlar Xankəndi yaxınlığındakı Kəkica- 
han qəsəbəsinə hücum  edirlər.  Küçələrdə  “Azərbaycanlılar! Sizə Arsak torpa­
ğında yer yoxdur!”
 
sözləri yazılmış vərəqələr yayırlar...

sentyabr  1992-ci il - Ağdam və Füzuli rayonlarının bir sıra yaşayış mən­
təqələri ermənilər tərəfindən atəşə tutulur...
3  sentyabr  2010-cu il - Saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı 
kəndi ərazisində Masallı rayonu istiqamətindən gələn silahlı şəxslər kənd məsc­
idinin  qarşısına toplaşmış yerli sakinlərə  “Vinçester”
 
markalı silahdan atəş açır­
lar.  Atəş nəticəsində  kənd  sakini,  1969-cu il  təvəllüdlü Elşən Əliməmməd  oğlu 
Hüseynov qətlə yetirilir.  Digər bir  kənd  skini,  1985-ci  il  təvəllüdlü Ramin Ba- 
loğlan oğlu Ağamalıyev döş qəfəsindən ağır güllə yarası alır. Dinc sakinlərə odlu 
silahdan atəş açan Arif Feyzullayev tutularaq  istintaqa təhvil verilir; hadisənin 
digər iştirakçıları axtarılır...

sentyabr  1826-cı il - Ruslar Gəncəni yenidən tutur...
4  sentyabr  1837-ci il - Quba qalası uğrunda döyüşlər gedir.  Quba üsyanının 
ikinci mərhələsi məğlubiyyətlərlə davam edir...
4  sentyabr  1992-ci il - Füzuli rayonunun  Qacar kəndi ermənilər tərəfindən 
qrad qurğularından şiddətli atəşə tutulur.  Ölənlər və yaralananlar olur...
4  sentyabr  1992-ci il - Erməni yaraqlıları Ağdam rayonunun gözəl və səfalı 
təbiətə  malik  olan  Abdal-Gülablı  kəndinə  basqın  edirlər.  Qızğın  və  şiddətli 
döyüşlərdən sonra Ağdamm böyük strateji əhəmiyyət kəsb edən Abdal və Gü­
lablı kəndləri ermənilər tərəfindən işğal olunur. 10 nəfər vətən müdafiəçisi həlak 
olur,  20  nəfər  yaralanır,  2  nəfər  girov  düşür.  Kənd  əhalisi  didərgin  salınır. 
Ağdam şəhəri  demək olar ki, təhlükə qarşısında qalır...
4  sentyabr  1992-ci il - Baş leytenant, Milli Qəhrəman Fəxrəddin Vəliyəddin 
oğlu Nəcəfov keçmiş Ağdərə rayonunun  Çıldıran kəndi  yaxınlığında baş verən 
döyüşdə həlak olur...
4  sentyabr  1999-cuil-  "Vartan cəngavərləri"terrorçu qrupunun nüvə məsələləri
211


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə