Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə76/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   72   73   74   75   76   77   78   79   ...   112

Nazim Tapdıqoğlu
Həsi Əhmədovu, eləcə də Fatma Şahbazovam,  Əzizə Mehdiyevahı yaralayırlar...
11  sentyabr  1992-ci il - Ağdam rayonunun Yuxarı Qarabağla həmsərhəd 
kəndləri erməni yaraqlıları tərəfindən müxtəlif növ silahlardan atəşə tutulur. 
Dağıntılar olur...
12  sentyabr  1723-cü il - Səfəvi imperatorluğu ilə Rusiya arasında Peterburq 
müqaviləsi (Səfir İsmayıl bəy) bağlanır. Dərbənd, Bakı, Salyan, Lənkəran, Asta- 
rabad, Mazandaran, Gilan, Rəşt və Ənzəli əraziləri Rusiyaya verilir. Xəzəryanı 
vilayətlər zorla Rusiyaya birləşdirilir...
12  sentyabr  1795-ci il - Ağa Məhəmməd  xan Qacar  Tiflisi tutaraq yandı­
rır...
12  sentyabr  1801-ci il - İmperator Aleksandrın Şərqi Gürcüstanın Rusiyaya 
birləşdirilməsi  haqqında  "Manifest"  imzalaması  nəticəsində  Azərbaycanın 
Qazax, Şəmşəddil,  Bor çalı və Pəmbək əraziləri Rusiyaya qatılır...
12 
sentyabr 1803-cü il - Şeyxəli xan Dərbənd şəhərini yenidən Quba xanhğına 
birləşdirir...
12 
sentyabr  1830-cu il - Qafqaz dağlıları başçılarından biri olan Həmzət bəy 
2000 nəfərlik qoşunu ilə Car-Balakən vilayətinə daxil olur...
12  sentyabr  1918-ci il - Andranikin rəhbərliyi ilə erməni terrorçuları Zəngə­
zurun Rut,  Dərəbas,  Ərikli,  Şükür,  Məlikli,  İrlik,  Rəhlili,  Xotanan kəndlərinə 
basqın edərək kəndləri viran qoyurlar.  500 kişi, qadın, uşaq amansızlıqla qətlə 
yetirilir...
12  sentyabr  1920-ci il - ADR-ın silahlı müqavimətinə baxmayaraq, əksinqi­
labçı qüvvələr  (şah hökumət qoşunları)  Təbrizə hücum edir. Ala Qapı ələ keçi­
rilir. Yüzlərlə adam qətlə yetirilir...
13  sentyabr  1744-cü il - Nadir  şah Kirs  qalasına  şiddətli hücum edirsə də 
onu ala bilmir...
13 
sentyabr  1826-cı il - Gəncədə, Nizami məqbərəsinin yaxınlığında ruslarla 
İran qoşunu arasında baş verən döyüşdə İran qoşunu məğlub olur.  Bu məğlu­
biyyət müharibənin sonrakı taleyinə əhəmiyyətli təsir edir...
13  sentyabr  1826-cı  il - Erməni mənşəli çar generalı  V.Mədətov  Şəmkirdə 
2000 nəfər azərbaycanlı türkünün qətlinə fərman verir...
13 
sentyabr 1918-ci il - Andranikin başçılığı ilə ermənilər tərəfindən Zəngə­
zurun Urud, Darabaş, Ağudi,  Vağudi kəndləri darmadağın edilir; Arıklı, Şükər, 
Məliklər, Pirkənd,  Şəki,  Qızılcıq kəndlərinin, Qarakilsənin müsəlmanlar yaşa­
216
Azərbaycan faciələrinin təqvimi
yan hissəsi, İrəşcik,  Pürülü,  Kürdlər,  Xotanan,  Sisyan və Zabazadur kəndləri 
yandırılır. Yüzlərlə qadın, qoca, uşaq öldürülür (Azərbaycan Respublikası Döv­
lət Arxivində fond  894,  siyahı 4,  65,  vər.l29-da saxlanan və mühafizə  olunan 
sənəddə (Zəngəzur qəza rəisi Məlik Namazəliyevin 12 sentyabr 1918-ci il tarixli 
8 nömrəli raportu) də bu faktlar öz əksini tapıb)...
13 
sentyabr  1918-ci il - Zəngəzurda  (Sisyanda)  50 000
 
azərbaycanlı Andra­
nikin silahlı dəstələrinin hücumları ilə əlaqədar olaraq öz doğma ocaqlarını tərk 
etmək məcburiyyətində qalır.  Canbuh və Xanar dərələrinin qənşərindəki Qarı- 
qışlaq kəndinin yüzlərlə sakini qılıncdan keçirilir.  Vağudi kəndinin qadın və uşa­
qlarına ağır işgəncələr  verilir;  Məscidə  sığınmış  400
 
kənd  sakinini  od vurub 
yandırırlar. Bağırbəyli kəndində  7 kişi və qadın bir damın içində ermənilər tə­
rəfindən diri-diri yandırılır, onların meyidləri eybəcər hala salınır...
13 
sentyabr  1988-ci il - İrəvanda Sov.İKP MK-nın şöbə müdirinin müavini 
Q.Xarçenkonun iştirakı ilə geniş plenum keçirilir...
13 
sentyabr  1988-ci il -  «Amerikanın səsi»
 
radiosunun Ermənistan redaksi­
yası «Qarabağ» komitəsinin Dağlıq Qarabağla Ermənistanı birləşdirmək planı 
haqqında məlumat verir. Həmin plana əsasən Qarabağ erməniləri çalışıb SSRİ 
tərkibindən çıxmalı,  sonra  Ermənistan  SSR-in  tərkibinə  daxil olmaq  şərti  ilə 
yenidən SSRİ-nin tərkibinə daxil edilmələri təklifilə müraciət etməli idilər...
13  sentyabr  1990-cı il - Ağdam rayonuna pənah gətirmiş qaçqın Mehbalı  
Hümbət Əliyev qardaşları 95-46 AJQ nömrəli şəxsi maşınında Füzuli rayonuna 
gedərkən Pirağabulaq deyilən ərazi yaxınlığında erməni yaraqlılarının atəşinə 
məruz qalırlar.  Mehbalı  Əliyev ermənilər tərəfindən vəhşicəsinə öldürülür...
13  sentyabr  199I-ci il -Ağdam rayonuna pənah gətirmiş  1  nəfər azərbaycanlı 
qaçqın ermənilər tərəfindən Ağdam-Xankəndi
 
avtomobil yolu yaxınlığında vəh­
şicəsinə qətlə yetirilir...
13  sentyabr  1992-ci il - Milli Qəhrəman Rövşən Əbdülhüseyn oğlu Abdul­
layev Zəngilan  rayonunun  Qazançı  kəndi  ərazilərində  erməni  yaraqlıları  ilə 
döyüşdə həlak olur...
14  sentyabr  1603-cü il Şah Abbas ilə Osmanhlar arasında Süfyan döyüşü 
baş verir.  Şah Abbas Azərbaycana yürüş edir...
14  sentyabr  1829-cu il -  Türkiyənin Ədirnə  şəhərində  imzalanmış  Ədirnə 
müqaviləsi 1828-1829-cu illər Rusiya-Türkiyə
 
müharibəsinin başa çatmasını bil­
dirir.  Ədirnə  sülhü Zaqafqaziyanın  çox hissəsinin Rusiyaya birləşdirilməsini 
başa çatdırır.  Ədirnə müqaviləsi
 
ilə Osmanlı imperiyasının da ermənilərin yenicə 
işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə
217


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə