Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə79/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   75   76   77   78   79   80   81   82   ...   112

Nazim Tapdıqoğlu
19  sentyabr  1907-ci il - Neft sənayeçilərinin muzdlu nökərləri  "Naftalan " 
cəmiyyəti fəhlələrinin müvəffəqiyyətlə qurtaran tətilinin təşkilatçısı RSDFP Bi- 
biheybət RK-nin və  "Hümmət" SDQİB-nin üzvü Xanlar Səfərəliyevi arxadan 
(mədən müdiri Abuzərbəyin təhriki ilə Cəfər adlı bir buruq ustası tərəfindən)
 
atıl­
mış güllə ilə ölümcül yaralayırlar...
19  sentyabr  1918-ci il - Zəngəzurun Bağırbəyli kəndinə hücum edən erməni 
daşnaqları kəndi tamam dağıdırlar. Ələ keçən 7 nəfər dinc sakin bir evə doldu­
rularaq diri-diri yandırılır...
19  sentyabr  1918-ci il - Zəngəzurun Məlikli kəndində yuva qurmuş daşnaq 
terrorçuları Əngəvəlit güneyi adlanan yerdə Dərələyəzdəki yaylaq yurdlarından 
arana qayıdan Mərcanlı elatının köçünə  basqın edir.  Səməd Allahverdi oğlu, 
Ağahəsən Fərzalı oğlu və başqa yaylaqçılar da daxil olmaqla  7 nəfər günahsız 
azərbaycanlı quduzlaşmış erməni yaraqlıları tərəfindən qətlə yetirilir...
19  sentyabr  1919-cu il - Erməni silahlıları Cəbrayıl qəzasının Əfəndilər kəndi 
ərazisində amansız terror aktı törədərək 3 çobanı öldürürlər. Onlar çobanlardan 
birinin başını kəsirlər.  Sonra ermənilər bütün mal-qaranı oğurlayıb aparırlar...
19  sentyabr  1919-cu il - 1  piyada  alaylnm çavuşu  Qaraşarovun raportuna 
görə, Cəbrayıl rayonu kəndlərindən birinin yaxınlığında erməni quldurlar 3 ço­
banı öldürürlər.  Onlardan birinin başı  kəsilir.  Azərbaycanlılara məxsus bütün 
mal-qara oğurlanıb aparılır...
19  sentyabr  1938-ci il - Azərbaycan  SSR XDİK DT baş mayoru Rayevin 
əmri ilə 3 nəfər güllələnir...
19  sentyabr  1988-ci il -  Ermənilər tərəfindən Xankəndi
 
- Ağdam şose yolu 
ilə hərəkət edən azərbaycanlılara məxsus avtomaşınlar daş-qalaq edilir...
19  sentyabr  1988-ci il - Ermənilər tərəfindən Stepanakert  (Xankəndi) şəhə­
rində 44 azərbaycanlı evi yandırılaraq külə döndərilir...
19 
sentyabr  1989-cu il - Azərbaycan SSR AS-nin növbədənkənar XI Çağırış 
10-cu sessiyasında DQMY-da vəziyyət müzakirə olunur...
19 
sentyabr  1992-ci il - Milli Qəhrəman Oqtay Güləli oğlu Güləliyev Laçın 
rayonunun  Hoçaz  kəndi  yaxınlığında  erməni yaraqlıları ilə döyüşdə həlak 
olur...
19  sentyabr  1997-ci il  -  ATƏT-in  Minsk  qrupu  "Dağlıq  Qarabağ silahlı 
münaqişəsinin dayandırılması haqqında"
 
ikinci sənədi tərəflərə təklif edir...
20  sentyabr  1123-cü  il  -  Sultan  Mahmud  qardaşları  Toğrul və Məsud ilə 
münasibətləri  yoluna  qoymaqda  ikən  gürcülər  Şirvana hücum edirlər.  Şirvan 
başdan-başa dağıdılır...
222
Azərbaycan faciələrinin təqvimi
20  sentyabr  1827-ci il - Ruslarla iranlılar arasında Sərdarabad döyüşü baş 
verir.  Sərdarabad qalası ruslar tərəfindən işğal olunur...
20  sentyabr  1918-ci il - Andranikin silahlı dəstələri  Zəngəzur  qəzasmdakı 
Rut,  D arabas, Ağudi,  Vağudi kəndlərini dağıdaraq Arıqlı, Şükür, Məlikli,  Pul- 
kənd, Şəki,  Qızılcıq, İrlik, Rəhlili, Kürdlər, Xotapan, Sisyan, Zabazadur kəndlə­
rini yandırır; 500-dən çox kişi, qadın və uşaq öldürülür...
20  sentyabr  1918 -ci il - Bakı komissarları Ağcaqum çölündə güllələnirlər...
20 
sentyabr  1920-ci il - Təbrizdə ingilis imperialistləri və şah istibdadı əley­
hinə 7 apreldə M.Xiyabaninin rəhbərliyi altında başlanan üsyan yatırılır. M.Xi- 
yabani öldürülür...
20 
sentyabr  1944-cü il - Gürcüstan SSR-in Türkiyə ilə sərhəd rayonları olan 
Adıgey,  Axalsix,  Axalkələk,  Aspindz,  Boqolokovski  və Acariya  MSSR-dən 
15.568 ailədən  ibarət 69.869  nəfər  o  cümlədən,  minlərlə azərbaycanlı)  Orta 
Asiya Respublikalarına sürgün edilir...
20 
sentyabr  1988-ci il - SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Ste- 
panakertdə  (Xankəndi)
 
xüsusi vəziyyət elan olunur və qadağan saatı qoyulur...
20  sentyabr  1991-ci il  - Ağdam rayonunun Abdal kəndi ermənilər tərəfdən 
güclü atəşə məruz qalır. Dağıntılar olur...
20  sentyabr  1991-ci il -  Goranboy rayonunun  Todan  kəndi yaxınlığındakı 
döyüşdə 1 nəfər yaralanır, 2 milis işçisi itkin düşür...
20  sentyabr  2001-ci il - Erməni daşnaq faşizminin yetirməsi olan Hacı Ma- 
qamedovun terror qrupu Katex kəndi ərazisində yerləşən yol polis məntəqəsinə 
basqın edir.  /  nəfər  azərbaycanlı  mülki  şəxs qətlə yetirilir;  1  nəfər isə yarala­
nır...
21  sentyabr  1826-cı il  -  Məşhur partizan,  general-mayor Denis Davıdovun
süvari dəstəsi M ’ırak yanındakı  (Naxçıvan yaxınlığında)
 
döyüşdə  İran qoşun­
larını yeni bir məğlubiyyətə uğradır...
21  sentyabr  1921-ci il - Sovet qüvvələri Qaradonlu  (İmişli)  yaşayış məntə­
qəsində və onun ətrafında üsyan edənlərə qarşı hücum edir.  Kəndlilərin birləş­
miş  silahlı  dəstələrinə  Sanxaıı  rəhbərlik  edir.  Qəza  rəisi  tərəfindən  gərgin 
vəziyyət nəzərə alınaraq XI Ordu qüvvələrinin göndərilməsi tələb olunur. Sovet 
hakimiyyətinə qarşı baş verən bu hadisələrdə yerli adamlardan xeyli ölən və ya­
ralananlar olur...
21  sentyabr  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli döv­
lət təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 42 nəfər güllələnir...
21  sentyabr  1988-ci il - Azərbaycan hökumətinin rəsmi nümayəndələri Həsən
223


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə