Nazim Tapdıqoğlu
Həsənovun başçılığı ilə Xocalıya gəlir. Görüşlər zamanı bir sıra fikir a y rılıq la rı
olur...
21
sentyabr 1988-ci il - Xankəndində azərbaycanlılar yaşayan evlər e rm ə n i
lər tərəfindən yenidən yandırılır, adamlar döyülərək Şuşaya qovulurlar...
21
sentyabr 1988-ci il - Dağlıq Qarabağ və Ağdam rayonunun ərazilərində
xüsusi vəziyyət elan olunur...
21 sentyabr 1989-cu il - Xankəndində yaşayan azərbaycanlılar ermənilər t ə
rəfindən döyülərək şəhərdən tamam qovulurlar. Bu hadisə Bakıda və G əncədə
vəziyyəti gərginləşdirir...
21 sentyabr 1991-ci il - Ermənistan Respublikası xalq referendumu keçirir.
Bununla da Ermənistan Respublikası 23 avqust 1990-cı il tarixli “M üstəqillik
Bəyannaməsi”hin özünə aid hissəsini bir daha təsdiq etmiş olur...
21 sentyabr 1991-ci il - Goranboy rayonunun Todan kəndinin sakini erm əni
terrorçusu tərəfindən atılan güllə nəticəsində ağır yaralanır...
21 sentyabr 1991-ci İl - B.Yeltsin, N.Nazarbayev, A.Mütəllibov Gəncədə
ictimaiyyətin nümayəndələri ilə görüşürlər...
21 sentyabr 1992-ci il - Keçmiş Ağdərə rayonunun Qırmızıkənd və Çıldıran
kəndləri uğrunda gedən döyüşlərdə "Tərtər " özünümüdafiə batalyonunun igid
əsgərləri Tofiq Zakir oğlu Quliyev, Vüqar Mədət oğlu Hətəmi həlak olurlar...
21 sentyabr 1993-cü il - Tovuz və Ordubad rayonlarının kəndləri ermənilər
tərəfdən müxtəlif növ silahlardan atəşə tutulur...
21 sentyabr 2003-cü il - Roma Papası Ermənistana gəlir. O, Qarabağın işğalı
zamam həlak olan ermənilərin məzarım ziyarət edir...
22 sentyabr 1930-cu il - Antisovet təbliğatlarına görə Fövqəladə Üçlüyün
qərarı ilə Naxçıvanın Keçili kənd sakinləri - Məmmədəli Cəfərəli oğlu, Salan İs
mayıl oğlu, Şahsuvar Kərim oğlu, Eyvaz Kərim oğlu, Məmmədəli Məmmədhüseyn
oğlu, Ələkbər Məmi oğlu, Müslüm Gülməli oğlu, Şahbuz sakinləri - Məmmədh
üseyn Mazan oğlu, Paşan Hüzeynəli oğlu (Kükü kəndi), Xəlil İbrahim oğlu, Bay
ram Əli oğlu, Məmmədhəsən Nəsir oğlu (Biçənək kəndi) əmlakları müsadirə
edilməklə güllələnirlər. Ümumiyyətlə, üçlüyün qərarı ilə azərbaycanlılardan
Keçili kəndindən 10 nəfər, Kükü kəndindən 5 nəfər, Biçənək kəndindən 4 nəfər,
Ərəfsə kəndindən 9 nəfər, Ləkətağ kəndindən 3 nəfər, Nahacir kəndindən 12
nəfər, Göynük kəndindən 6 nəfər, Dizə kəndindən 1 nəfər, Teyvaz kəndindən 1
nəfər güllələnmə cəzasına məhkum edilir...
22
sentyabr 1988-ci il - İrəvan, Leninakan, Abovyan, Eçmiədzin və digər
şəhərlərdə Qarabağın Ermənistana birləşdirilməsi, azərbaycanlıların Erməni
224
Azərbaycan faciələrinin təqvimi
standan çıxarılması tələbləri ilə kütləvi tətillər, mitinqlər keçirilir...
22
sentyabr 1988-ci il - DQMV-m mərkəzi Xankəndində erməni ekstremist
ləri yerli milisin köməyi ilə 44 azərbaycanlılar yaşayan evi dağıdıb yandırırlar.
Onlar bu yolla azərbaycanlıların buradan zor ilə çıxarılmasını təşkil edirlər...
22 sentyabr 1990-cı il - Xankəndində komendant saatı tətbiq edilir...
22
sentyabr 1991-ci il - B.Yeltsin, N.Nazarbayev, A.Mütəllibov hərbi ver
tolyotlarla Xankəndi (Stepanakert)
şəhərinə yola düşürlər...
22 sentyabr 1992-ci il - Cəbrayıl rayonu ərazisində, Şişqaya yüksəkliyi isti
qamətində əməliyyat keçirilir...
23 sentyabr 1722-ci il - Əfqan tayfaları Mir Mahmud xanın başçılığı ilə
üsyan qaldıraraq İsfahanı ələ keçirir...
23 sentyabr 1918-ci il - Andranikin quldur dəstəsi Tat kəndinə soxularaq
kəndi viran edirlər. Əhalinin bir hissəsi böyük kahalara doldurularaq ağzında
gərmədən ocaq çatılır. Əhali tüstüdə boğdurularaq odda yandırılır. Girov
götürülənlərin başları daşların üstünə qoyularaq gürzlərlə əzilir. Cəsədlər Zabux
çayma atılır. Qadm və qızların saçlarından kəsilərək özlərinə çatı toxudulur;
sonra isə onlar işgəncələr verilərək çılpaq halda həmin çatılar vasitəsilə ağac
lardan asılır...
23
sentyabr 1930-cu il - Fövqəladə Üslüyün qərarı ilə antisovet fəaliyyətlərinə
görə Şahbuz sakinləri Səfi İsmayıl oğlu, Novruzəli Məmmədqulu oğlu
(Kükü
kəndi), Naxçıvanın Biçənək kənd sakinləri Əli Qurban oğlu Qurbanov, Novruz
Məmiş oğlu Babayev, Zülfüqar Dünyamalı oğlu Əsgərov, İmamqulu Dünyamalı
oğlu Məmmədəliyev
güllələnmə cəzasına layiq görülürlər...
23 sentyabr 1988-ci il - DQMV və Ağdam rayonunda xüsusi vəziyyət və qa
dağan saatı tətbiq edildikdən sonra azərbaycanlılardan soyuq silahlar da müsa
dirə olunur...
23 sentyabr 1988 -ci il - DQMV-m mərkəzi olan Xankəndi şəhərində azər
baycanlılara qarşı erməni ixtişaşları davam edir. Daha 30 ev də yandırılaraq
dağıdılır...
23 sentyabr 1991-ci il - Erməni terrorçuları tərəfindən Ağbulaq (Əsgəran
rayonu) kəndinə doğru istiqamətlənən azərbaycanlı milis işçilərini aparan maşın
atəşə tutulur. Sürücü qətlə yetirilir, bir nəfər milis işçisi ağır yaralanır...
23 sentyabr 1991-ci il - Goranboy rayonunun Todan kəndindəki milis postu
atəşə tutulur; 1 nəfər yaralanır...
23
sentyabr 1991-ci il - Erməni terrorçuları tərəfindən Yevlax-Laçın
yolunda
içərisində azərbaycanlılar olan avtomaşın partladılır. 2 nəfər həlak olur, 14 nəfər
225
Dostları ilə paylaş: |