Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə77/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   73   74   75   76   77   78   79   80   ...   112

Nazim Tapdıqoğlu
başlayır...
14 
sentyabr  1920-ci il - Şah hökumətinin hücumu nəticəsində Təbriz üsyanı 
yatırılır.  “Təcəddüd” qəzetinin binası dağıdılır. Üsyançılara amansız divan tu­
tulur.  Çoxlu sayda  adamlar qətlə  yetirilir.  Milli hökumətin rəhbəri Şeyx Mə­
həmməd  Hacı  Əbdülhəmid  oğlu  Xiyabani  vəhşicəsinə  öldürülür.  Şeyxin  300 
nəfərdən çox tərəfdarı tutularaq həbs edilir...
14 
sentyabr  1990-cı il - Cinli və Gülablı kəndləri ermənilər tərəfindən aramsız 
atəşə tutulur...
14 
sentyabr  1990-cı il - Xocalıdan Ağdama doğru hərəkət edən avtomaşın 
və onun içərisindəki azərbaycanlılar Əsgəran yaxınlığında ermənilər tərəfindən 
güclü daşqalaq edilir. 7 nəfər yaralanır...
14  sentyabr  1991-ci il - Goranboy rayonunun Buzluq,  Baş Qışlaq və Mənəşli 
kəndləri ermənilər tərəfindən müxtəlif növ silahlardan atəşə tutulur. Bəzi kənd­
lərə  hücum edilir.  Nəticədə 14 nəfər azərbaycanlı  (4 polis əməkdaşı,  10 mülki 
şəxs) həlak olur, nəfər (3 polis əməkdaşı, nəfər mülki şəxs) yaralanır, polis 
nəfəri itkin düşür. Buzluq,  Mənəşli,  Erkəc kəndləri düşmən əlinə keçir...
14  sentyabr  1991-ci il - Milli Qəhrəman Yusif Əliyusif oğlu Əliyev Goranboy 
rayonunun  Buzluq kəndi  ərazisində erməni yaraqlıları ilə döyüşdə həlak olur...
14  sentyabr  1991-ci il - Xocavənd rayonunun Zamzur kəndi ətrafında Cəb­
rayıl rayon PŞ-nin UAZ-469 markalı avtomaşını ermənilərin basdırdıqları mi­
naya düşərək partladılır. polis əməkdaşı (Zamzur polis bölməsinin  rəisi  Zahid 
Əhmədov  və  sürücü  Əsgər Veysəlov) həlak olur...
14 
sentyabr  1992-ci il  -  Cəbrayıl  rayonunun  Quşçular,  Qışlaq,  Süleymanlı 
kəndləri ermənilər tərəfindən atəşə tutulur. Dağıntılar olur...
14 
sentyabr  1992-ci il - Milli Qəhrəman Ənvər Səyyad oğlu Fərəcov erməni 
yaraqlıları ilə döyüşdə həlak olur...
14  sentyabr  1993-cü il - Cəbrayıl rayonunun Xələfli kənd sakini, 11 yaşlı İsa 
Musa oğlu Hüseynov Füzuli rayonunun Bəhmənli kəndi ərazisində erməni ter­
rorçularının atdıqları  mərmi  atəşinə  tuş  gələrək elə yerindəcə  dünyasım dəyi­
şir...
14 
sentyabr  2004-cü il - AŞPA-nm Qarabağ münaqişəsi üzrə məruzəçisi Terri 
Devisin yazılı hesabatı AŞPA-nm Siyasi Komitəsinin müzakirəsinə çıxarılır...
15  sentyabr  1814-cü il - Qüvvəyə minən  "Gülüstan " müqaviləsinə görə Azər­
baycanın  7 xanlığının  (Qarabağ,  Quba,  Şəki,  Şirvan,  Gəncə,  Bakı,  Lənkəran) 
ərazisi, eləcə də Şərqi Gürcüstan və Dağıstan  (Dərbənd xanlığı) əraziləri də Ru­
siyanın himayəsinə keçir.  "Gülüstan müqaviləsi" Azərbaycanın parçalanmasının
218
Azərbaycan faciələrinin təqvimi
əsasını qoyur. Azərbaycan xalqı  2  yerə bölünür...
15  sentyabr  1918-ci  U  - Qafqaz İslam  Ordusunun və Azərbaycanın hərbi 
hissələri Qurban bayramı günlərində birlikdə Bakıya daxil olurlar.  Bakı uğrun- 
dakı döyüşlərdə 1.000 nəfərdən çox türk əsgər və zabiti, 5.000 nəfərdən çox yerli 
əhali şəhid olur...
15  sentyabr  1989-cu il - Qərbi Azərbaycanda, ulu Ağbabada,  Yeniyol kənd 
sakini, çoban Bəkir Binnət oğlu Hüseynov ermənilər tərəfindən su hovuzunda 
boğularaq öldürülür...
15  sentyabr  1989-cu il -  Gorus  rayonunun Ağbulaq kənd sakini Bərxudar 
Əsgərov öz toy günündə evinə dönərkən erməni quldur yaraqlısı tərəfindən na- 
mərdcəsinə qətlə yetirilir...
15  sentyabr  1989-cu il- Azərbaycan SSR Ali Sovetinin sessiyasında DQMV 
Xüsusi İdarə Komitəsinin ləğv olunması üzrə müvafiq qərar qəbul edilməsi üçün 
SSRİ Ali Sovetinin Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar 
qəbul olunur...
15  sentyabr  1990-cı il -  Bir dəstə erməni  terrorçusu DQMV-nin  Xankəndi 
şəhərində radioteleviziya mərkəzini partladır...
15  sentyabr  1991-ci  il  -  Erməni quldur birləşmələri artilleriyanın və ZTR- 
lərin köməyi  ilə  Goranboy  rayonunda  azərbaycanlılar yaşayan  bir neçə kəndə 
hücum edirlər.  Dinc əhali arasında ölənlər və yaralananlar olur...
15  sentyabr  1993-cü il - Azərbaycanın  Qazax rayonu Ermənistanın İcevan 
rayonu tərəfdən  güclü artilleriya  atəşinə  tutulur.  Ölənlər,  yaralananlar  və da­
ğıntılar olur...
16  sentyabr  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli döv­
lət  təhlükəsizlik  komissarı Sumbatovun əmri  ilə tərkibində  xeyli  azərbaycanlı 
olan 427nəfər güllələnir...
16  sentyabr  1938-ci il - Azərbaycan  SSR XDİK DT  baş  mayoru Rayevin 
əmri ilə  7 nəfər güllələnir...
16 
sentyabr  1989-cu il -  "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin av­
tobusu ermənilər tərəfindən partladılır.  5 nəfər ( o cümlədən 2 qadm və 5 yaşlı 
Azər Musayev) həlak olur,  2 7 nəfər yaralanır...
16  sentyabr  1989-cu il - Xəzər dənizinin Bakıya yaxın sahəsində zəlzələ baş 
verir...
16 
sentyabr  1991-ci il - Dağlıq Qarabağın sərhəd kəndlərində atışma zamanı 
kalaşnikov avtomatının patronları ələ keçirilir. Təəccüblü odur ki, ələ keçən gi­
lizlərin üzərindəki nömrələr ərəb rəqəmləri ilə yazılmışdır...
219


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə