Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə78/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   74   75   76   77   78   79   80   81   ...   112

Nazim Tapdıqoğlu
16  sentyabr  1991-ci U -Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərinə er­
mənilər tərəfindən basqın edilir.  1  nəfər azərbaycanlı ağır yaralanır...
16  sentyabr  1993-cü il - Erməni tərəfi Azərbaycanın bütün dövlət sərhəddi 
boyunca hücum hərəkətlərini gücləndirərək Tovuz,  Gədəbəy, Zəngilan və Sədə­
rək  (Naxçıvan M R)
 
rayonlarında ordumuzun mövqelərini yarmağa can atır...
17  sentyabr  1429-cu il - Qaraqoyunlu İsgəndər ilə  Şahruxun orduları ara­
sında Səlmasda 40 saatlıq döyüş olur. İsgəndər məğlub olur. Şahrux isə qışlamaq 
üçün Qarabağa gəlir...
17 
sentyabr  1944-cü il - Azərbaycanın igid oğlu,  Sovet İttifaqı Qəhrəmanı 
(ölümündən sonra,  24.03.1945),
 
baş serjant Məhərrəm Əkbər oğlu Dadaşov Çe­
xiya ərazisində döyüşdə həlak olur...
17  sentyabr  1991-ci il -  Hadrut  (Xocavənd)
 
rayonunun Günəşli kəndi ya­
xınlığındakı meşədə pusquda dayanmış erməni saqqallıları odlu silahla çoban 
F.Rüstəmovu yaralayırlar...
17 
sentyabr  1991-ci il - Yerevan şəhərində «Millətlərarası münaqişələrin tən­
zimlənməsinin hüquqi, siyasi və mənəvi aspektləri» adlı Beynəlxalq Konqres keçi­
rilir.  Konqresin  «Dağlıq  Qarabağ  Respublikası»mn  tanınmasına  dair 
Qətnaməsində göstərilir  ki,  «Dağlıq  Qarabağ Respublikası»nın elan  edilməsi 
beynəlxalq hüquqi aktlarla əks olunmuş «xalqın öz müqəddəratını təyinetməsi» 
hüququna əsaslamr...
17  sentyabr  1991-ci il - Goranboy rayonunun Şəfəq kəndi ərazisində MAZ 
markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulur. Sürücü aldığı yaradan ye­
rindəcə həlak olur...
18  sentyabr  1731-ci il - Səfəvilər Osmanlılarla döyüşdə  Həmədanı  itirir...
18  sentyabr  1894-cü il -  Erməni  terrorizminin ideoloqları  “Hnçak” terror
təşkilatının əli ilə İstambulda müsəlmanlara qarşı qanlı küçə qırğını təşkil edir­
lər. Az sonra ermənilər Ağ Hisarda türkləri, azərbaycanlıları və kürdləri qırıb- 
çatırlar.  Öldürülənlər  arasında  saysız-hesabsız  qadınlar,  qocalar  və  uşaqlar 
olur...
18  sentyabr  1923-cü il - Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndi şə­
hərinin adı  Stepan Şaumyanm  şərəfinə Stepanakert adı ilə əvəz olunur...
18  sentyabr  1942-ci il - Azərbaycanın azadfikirli gəncləri - İsgəndərli Süley­
man  Əli Abbas  oğlu,  Tağıyev  Ələsgər Səttar oğlu,  Mustafayev  Çingiz Seyfulla 
oğlu,  Rzayev Məmmədhüseyn Həbib oğlu,  Ağayev Hüseynağa Mir qasım oğlu,
220
Azərbaycan faciələrinin təqvimi
Məmmədov Ağa  Ələsgər Rza oğlu,  Rzayev Saleh  Əbdülhüseyn oğlu,  Mehdiyev 
Zaman Zeynal oğlu həbs  olunurlar.  “İldırım” adlı  təşkilatın üzvləri  olan  bu 
gəncləri erməni əsilli müstəntiq Aruşanov və onun həmfikirləri istintaq edirlər...
18  sentyabr  1988-ci il - Minlərlə erməni yaraqlısı Xocalıya və Kərkicahana 
hücum edirlər.  1  nəfər qətlə yetirilir, 25 nəfər yaralanır...
18  sentyabr  1988-ci il - Xankəndində  70 azərbaycanlı evi ermənilər tərəfin­
dən yandırılır.  Yüzlərlə azərbaycanlı şəhəri tərk etmək məcburiyyətində qalır. 
Azərbaycanlıların ermənilər tərəfindən silah gücünə, zor ilə Xankəndindən  (Ste- 
panakertdən)  çıxarılmasına başlanılır...
18  sentyabr  1989-cu il - Ağdam rayonunun  Qiyaslı kəndi ərazisinə basqın 
edən erməni yaraqlıları 2 nəfər dinc sakini qətlə yetirir;  4 nəfər isə güllə yarası 
alır...
18  sentyabr  1989-cu il - Ağdam rayonunun Qiyaslı kəndi yaxınlığında, saat 
1630-da hərbi qulluqçular və erməni yaraqlıları nizamnamənin ziddinə olaraq 
heç bir xəbərdarlıq etmədən silahsız və günahsız azərbaycanlıları - Z.Abdulla­
yevi, K.Axundovu, A.İsmayılovu və daha bir nəfəri güllə ilə ağır yaralayırlar. Ya­
ralılar Ağdam şəhər xəstəxanasına gətirilir...
18  sentyabr  1990-cı il  -  Xankəndində  (Stepanakertdə)
 
fəaliyyət  göstərən 
Respublika  Təşkilat  Komitəsinin  fəaliyyətini  dayandırmaq  üçün  ermənilər 
gündüz mitinq keçirərək,  qışqırıb «Doloy,  musulmane!»,  «Doloy  tur ki!»,  «Orq- 
komitet,  von iz Karabaxa  şüarlarını səsləndirirlər...
18 
sentyabr  1992-ci il - Milli Qəhrəman Səxavət Ələmdar oğlu Məhərrəmov 
Ağdərə  ərazisində,  Mehrataq  kəndində  erməni  yaraqlıları  ilə  döyüşdə  həlak 
olur...
18  sentyabr  1992-ci il - Ağdamın Yuxarı Qarabağla həmsərhəd kəndləri iri 
çaplı pulemyotlardan atəşə tutulur...
18 
sentyabr  1992-ci il - Əbülfəz Bəbir oğlu  İmanov,  Əbdül Qəhrəman oğlu 
Mahmudov, Mahmud Zeynalabdin oğlu Zeynalov, Sabit Vaqif oğlu Səfərov Sə­
dərək döyüşlərində şəhid olurlar. Ruhiyyə Abdulla qızı Usubova kənd müdafiəçi­
lərinə çörək yaparkən təndir başında düşmən mərmisindən həlak olur...
18  sentyabr  1992-ci il - Laçın dəhlizinin şimal hissəsinə doğru,  3-cü dağ-atıcı 
alayın hissələri paraşüt-desant dəstəsinin dəstəyi ilə Şuşa və eləcə də Xocavənd 
rayonu istiqamətində hücumlar olunur...
19  sentyabr  1395-ci il - Dövrünün görkəmli şəxsiyyəti,  alim, şair, xəttat, fi­
losof Şah Sultan Əhməd Ca/ayiri Təbriz yaxınlığında Qara Yusif ilə döyüşdə tu­
tularaq amansızlıqla öldürülür...
221


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə