Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə70/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   66   67   68   69   70   71   72   73   ...   112

Nazim Tapdıqoğlu
18  avqust  1472-ci il - II Mehmetin oğlu Mustafa ilə ağqoyunlular arasında 
döyüşdə  ağqoyunlular məğlub  olur.  Uzun  Həsənin  oğlu Yusif Mirzə və  digər 
iki qardaşı əsir düşərək edam edilirlər...
18 
avqust  1905-ci il - Şuşada ermənilərlə müsəlmanlar arasında qanlı, silahlı 
hadisə, toqquşma  baş verir...
18  avqust  1918 -ci il - Erməni quldur birləşmələri Eçmiədzin, Sürməli, İrəvan 
və  Yeni Bayazid qəzalarının azərbaycanlılar yaşayan  50  kəndini viran  qoyur­
lar...
18 
avqust  1943-cü il - Görkəmli hərbi xadim,  artilleriya general-leytenantı 
Əlağa İsmayıl Ağa oğlu Şıxlinski ölür...
18  avqust  1989-cu il - Laçın rayonunun  Cicimli kənd sakini Mehdi Rüstəm 
oğlu Məmmədov kəndin yaxınlığında pusquda dayanmış erməni yaraqlısı tərə­
findən namərdcəsinə qətlə yetirilir...
18 
avqust  1990-cı il -  Qazax rayonu ərazisində nəfər azərbaycanlı erməni 
quldurları tərəfindən vəhşicəsinə qətlə yetiririlir...
18  avqust  1991-ci il - Erməni hərbi hissələri rusların köməyi ilə vertolyotlar 
və ağır texnikadan istifadə etməklə Qazax rayonuna - Bağanis-Ayrım kəndinə 
hücum edir, kənd dağılır, dinc əhaliyə işgəncə verilir...
18  avqust  1991-ci il - Erməni terrorçuları Goranboy rayonunun Buzlaq və 
Tapqaraqoyunlu kəndinə hücum edirlər. Bu hücum nəticəsində azərbaycanlılar­
dan  3  nəfər (Hüseyn Mehdiyev, Akif Abdullayev, Eldar Babayev) öldürülür və 
daha  3  nəfər yaralanır,  3  nəfər girov düşür...
18  avqust  1991-ci ü - Goranboy rayonunun Mənəşli, Buzluq, Erkəc və Todan 
kəndlərinə ermənilər tərəfindən hücum olunur. Buzluq və Erkəc kənd sakinləri 
kəndi tərk edir. 2 nəfər öldürülür, 3 nəfər yaralanır, 3 nəfər girov götürülür...
18  avqust  1992-ci U - Ağdam şəhəri və Abdal-Gülablı kəndləri ermənilər tə­
rəfindən atəşə tutulur...
18  avqust  1992-ci il - Cəbrayıl rayon mərkəzi və onun yaxınlığında yerləşən 
kəndlər  ermənilərin  atdıqları  mərmilər  nəticəsində  çoxlu  dağıntıya  məruz 
qalır...
18  avqust  1992-ci il -  Milli Qəhrəman Səxavət Ələmdar oğlu Məhərrəmov
Ağdərə rayonunun Mehrətağ kəndi yaxınlığında erməni yaraqlıları ilə döyüşdə 
həlak olur...
18  avqust  1993-cü il - Erməni hərbi birləşmələri Cəbrayıl şəhəri istiqamətində 
güclü hücuma keçirlər. Bu döyüş əməliyyatı zamanı çoxlu sayda ölən və yarala­
nanlar olur...
196
Azərbaycan faciələrinin təqvimi
18  avqust  1993-cü il - Füzuli şəhəri istiqamətində erməni hərbi birləşmələri­
nin 35 ədəd  T-72 tankı mövqe döyüşlərinə  çıxarılır.  Şəhərin  3 kilometrliyində 
döyüşlər gedir.  Cəbrayıl və Füzuli şəhərləri istiqamətində güclü hücuma keçən 
düşmən Azərbaycan ordusunun müdafiə xəttini poza bilir. Düşmən Cəbrayıl və 
Füzuli istiqamətində  bir  neçə  yaşayış  məntəqələrini  ələ  keçirməyə  müvəffəq 
olur...
18  avqust  1993-cü il - Füzuli rayonunun  Yuxarı Əbdürrəhmanlı kəndi erməni 
hərbi birləşmələri tərəfindən viran edilərək dağıdılır. 25 nəfər amansızlıqla qətlə 
yetirilir...
18  avqust  1993-cü i l -Erməni yaraqlıları Cəbrayıl rayonun un  Yuxarı Məzrə 
və Daşkəsən kəndlərinə hücum edir. Yuxarı Məzrə kənd sakini Qönçə Səfəralı 
qızı Təhməzova həyətyanı sahədə işləyərkən güllələnir.  Onun həmkəndlisi Nu- 
rəddin Mehdiyev güllə yarası alır. Baxış Zeynal oğlu İbişov mərmi atəşi ilə qətlə 
yetirilir. Daşkəsən kənd sakini Manya Məmmədalı qızı Bəbirova itkin düşür...
18  avqust  1993-cü  il -  Cəbrayıl rayon  mərkəzində  şiddətli  döyüşlər  gedir. 
Düşmən Cəbrayıl  şəhəri  yaxınlığında bir  neçə yaşayış  məntəqəsini ələ keçirə 
bilir. Çoxlu sayda əsgərimiz şəhid olur.  Cəbrayıl şəhəri müvəqqəti də olsa əldən- 
ələ keçir...
18  avqust  2001-ci il - Erməni-daşnaq faşizminin yetirməsi olan Murad Qur­
banovun  başçılıq etdiyi  terrorçu qrupun üzvləri  tərəfindən  Rusiya  işğallarına 
qarşı Qafqaz xalqlarının, o cümlədən Azərbaycan xalqının azadlıq rəmzi hesab 
olunan Şeyx Şamilin Zaqatala şəhərində qoyulmuş büstü partladılır...
19  avqust  1293-cü il - Görkəmli şair, alim Şihabəddin Əbu Abdulla Məhəm­
məd ibn Əhməd ibn Xəlil Zülfünün Şafii Xoylu Şamda ölür...
19  avqust  1891-ci il - Nəsrəddin şahın  “8 mart 1890-cı il”  müqaviləsinə eti­
raz əlaməti olaraq Təbriz əhalisi bazarı bağlayır. 20.000 adam silahlanır.  Şaha 
teleqram vurulur...
19 
avqust  1905-ci il - Ermənilər Şuşada güclü qırğın törədirlər.  30-dan çox 
azərbaycanlı qətlə yetirilir. Xəlfəli və Köçərli məhəllərində 18 ev yandırılır...
19 
avqust  1919-cu il - Dağlıq Qarabağ erməniləri özlərinin VII qurultayını 
keçirir...
19  avqust  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 49 nəfər güllələnir...
19  avqust  1990-cı ü - Erməni terrorçuları Əskipara-Qazax marşrutu ilə hə­
rəkət edən sərnişin avtobusuna hücum edirlər. 2 nəfər dinc sakin qətlə yetirilir. 
Milli  Qəhrəman  Şamoy  Məhyəddin  oğlu  Çobanov  Qazax  rayonu  ərazisində,
197


Nazim Tapdıqoğlu
Aşağı Əskipara kəndindən Yuxarı Əskipara kəndinə gedən sərnişin dolu avto­
busu müşayiət edərkən erməni yaraqlıları ilə atışmada həlak olur. 2 nəfər polis 
əməkdaşı və  2  dinc sakin güllə yarası alır...
19  avqust  1990-cı il - Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyev Aşağı Əs­
kipara kəndi  uğrunda erməni yaraqlıları ilə döyüşdə aldığı güllə yarasından  1 
gün sonra həlak olur...
19  avqust  1992-ci il -  Sur,  Süleymanlı,  Qışlaq,  Quşçular kəndləri  növbəti 
dəfə ermənilər tərəfindən atəşə tutulur...
20  avqust  1220-ci il - Monqolların  Şirvana ilk basqını olur.  Çətinliklə olsa 
da Şamaxı və Dərbənd monqollar tərəfindən zəbt olunur...
20  avqust  1783-cü il -  Potyomkin  Georgiyevsk müqaviləsinin bağlanması 
haqqında Azərbaycan xanlarına müraciət edir...
20 
avqust  1837-ci il - Kəndxuda Hacı Məhəmmədin toyunda Şamilin m ək­
tubu oxunur və üsyana başlamaq qərara almır.  Hacı Məhəmməd və köməkçisi 
Yarəli üsyana rəhbərlik edirlər. Beləliklə, Quba üsyanının ikinci mərhələsi baş­
lanır...
20  avqust  1905-ci il - Bakının Merkuri və Milyutinski küçələrində ermənilər 
yol  keçən müsəlmanlara  atəş  açırlar.  Bir nəfər müsəlman  fanarçı  qətlə yetiri­
lir...
20 
avqust  1905-ci il - Çar hökuməti fitnəsinin əli ilə Bakıda milli qırğın, neft 
mədənlərində  isə  yanğınlar  törədilir.  Saat  17.30-da  ermənilər  müsəlmanlara 
hücum edir.  Çoxlu sayda ölən və  yaralananlar olur.  Yaxşı silahlanmış erməni 
quldur birləşmələri şəhərin əhalisi sıx olan müsəlman məhəllələrinə basqın edir­
lər.  Çoxlu  sayda  insanlar  vəhşicəsinə öldürülür.  Kişilərin başını  kəsir,  hamilə 
qadınların qarnını yırtır, uşaqları tonqallara atır, ya da su quyularında boğur­
lar.  Meyidlərin bir qismi dənizə atılır...
20 
avqust  1989-cu il -  «Milli müdafiə dəstələri» yaratmaqla 17 yaşından 50 
yaşınadək  olan  bütün ermənilər  bu  «ixtisaslaşdırılmış»  dəstələrə cəlb  olunur­
lar...
20  avqust  1990-cı il - Ermənistan silahlı qüvvələri Qazax rayonunun Bağanis 
Ayrım kəndini işğal edir.  nəfər kənd sakini  ermənilər tərəfindən vəhşicəsinə 
öz evlərində diri-diri yandırılır...
20 
avqust  1992-ci il - Füzuli və Cəbrayıl şəhərləri ermənilər tərəfindən güclü 
raket atəşinə tutulur. Ölən və yaralananlar, dağıntılar olur...
20 
avqust  1992-ci il  -  Cəbrayıl rayonunun Süleymanlı,  Qışlaq və  Quşçular 
kəndləri  ermənilər  tərəfindən  atəşə  tutulur.  Cəbrayıl  şəhəri  ətrafında  qanlı
198
Azərbaycan faciələrinin təqvimi
döyüşlər gedir. Rayon mərkəzi yaxınlığında yerləşən bir neçə kənd işğal olunur. 
Xeyli sayda  ölənlər və  yaralananlar  olur.  Erməni  yaraqlıları Papı və  Çərəkən 
kəndlərinə hücum edirlər. Papı kənd sakini Xəlil Balaca oğlu Həsənov qətlə ye­
tirilir. Çərəkən kənd sakinləri Eldar Musa oğlu Musayev, Seyilxan Salman oğlu 
Şükürov itkin düşürlər.....
20  avqust  1992-ci il - Canyataq və Gülyataq kəndləri erməni quldurlarından 
azad edilir. Azərbaycan tərəfi də çoxlu sayda itki verir...
21  avqust  1905-ci il  -  Bakıda nəfər müsəlman ermənilər tərəfindən qətlə 
yetirilir, müsəlman yaralanır...
21 
avqust  1905-ci il - Ermənilərlə müsəlmanlar arasında Şuşada baş verən 
döyüşlərdə erməni silahlı quldurları dinc əhaliyə qarşı silah işlədirlər və nəticədə 
qətlə  yetirilənlər  olur.  Orada Realm  məktəbin  təmirində işləyən  iranlı  (azər­
baycanlı )  17 fəhlə də ermənilər tərəfindən vəhşicəsinə öldürülür. Onların başları 
kəsilir...
21  avqust  1921-ci il - Tarixi sənədlərə istinadən 28 aprel 1920-ci il tarixdən 
bu günədək 48.000 azərbaycanlı ermənilərin əli ilə məhv edilib...
21 
avqust  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə  7 azərbaycanlı güllələnir...
21 
avqust  1990-cı il - Qazax rayonu ərazisində nəfər azərbaycanlı ermənilər 
tərəfindən vəhşicəsinə qətlə yetirilir...
21  avqust  1990-cı il  - Qazax rayonu ərazisində Səhər Müslüm qızı Qəhrə­
manova, İldırım Müzəffər oğlu Əliyev və hərbi qulluqçu Aleksandr Vladimiroviç 
Lipatov erməni yaraqlıları tərəfindən amansızlıqla qətlə yetirilir...
21 
avqust  1991-ci il - Polis əməkdaşlarını Cəbrayıl rayonunun ərazisindəki 
Şayaq  postuna aparan  "KA V Z ”
 
markalı  70-30 AQO dövlət nömrə nişanlı  av­
tobus erməni terrorçuları tərəfindən atəşə tutularaq partladılır. 2 nəfər (o cümlə­
dən sürücü Şamil Heydər oğlu Əhmədov) həlak olur; 3 nəfər (polis baş leytenantı 
Şəmil Şərif oğlu Əhmədov, polis serjantı Camal Məmmədov, sıravi Rövşən Xəli­
lov) isə ağır yaralanır...
21  avqust  1991-ci il - Goranboyun Mənəşli, Buzluq, Erkəc kəndləri uğrunda
şiddətli döyüşlər gedir...
21 
avqust  1991-ci il -  Erməni terrorçuları  Qazax rayonu ərazisində 2 nəfər 
azərbaycanlı mülki şəxsini vəhşicəsinə qətlə yetirirlər...
21  avqust  1993-cü il - Cənub bölgəsində Əlikram Hümbətovun başçılığı ilə 
davam edən qiyam başqa ərazilərə də yayılır...
199


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə