Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə69/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   65   66   67   68   69   70   71   72   ...   112

Nazim Tapdıqoğlu
15  avqust  1993-cü il - Cəbrayıl şəhəri ermənilər tərəfindən müxtəlif növ si­
lahlardan güclü atəşə  tutulur.  Şəhər sakini Nizami Fili oğlu Əliyev həlak olur. 
Xeyli sayda şəhər sakini yaralanır...
16  avqust  1473-cü il - Ağqoyunlu şahzadəsi,  görkəmli sərkərdə,  Uzun Hə­
sənin oğlu Zeynal Mirzə Tərcanda öldürülür...
16 
avqust  1905-ci il -  Ermənilərlə azərbaycanlılar arasında Şuşa şəhərində 
küçə döyüşləri başlayır. Qara adh bir müsəlman, Abbas bəyin oğlu, qardaşı, xid­
mətçisi və bir neçə azərbaycanh ermənilər tərəfindən qətlə yetirilir...
16  avqust  1905-ci il - Bakı fəhlələrinin ümumi tətili keçirilir...
16 
avqust  1906-cı il - Ümumrusiya müsəlmanlarının bir həftə davam edən 
III Qurultayı keçirilir...
16  avqust  1912-ci il - Gəncə  şəhərində  Tiflis kommersiya bankının şöbəsi 
açılır...
16 
avqust  1989-cu il  - Xankəndində  ermənilər  «Dağlıq  Qarabağ əhalisinin 
qurultayvmı
 
keçirir.  Şura  (79 nəfər)  və Rəyasət  Heyəti  (12 nəfər)  yaradılır. 
SSRİ xalq deputatı Voçaqan Qriqoryan Heyətin sədri seçilir. Qurultay Dağlıq 
Qarabağı «müstəqilittifaq ərazisi»
 
elan edir...
16  avqust  1990-cı il  -  Füzuli  şəhəri ilə Dövlətyarlı  kəndi arasındakı körpü 
erməni terrorçusu tərəfindən partladılır. Ağdam ilə əlaqə çətinləşir...
16 
avqust 1991-ci il - Ermənilər DQMV-nin Azərbaycandan ayrılması haq­
qında qərar çıxarırlar...
16  avqust  1992-ci il - Milli Ordunun könüllü əsgəriuşaq atası Telman Ba­
bayev Əliağalı kəndindən bir neçə kilometr kənarda - Sırxavənd kəndi yaxınlı­
ğındakı  "Muradlar çinarı" deyilən  yerdə  erməni  yaraqlıları ilə  döyüşdə həlak 
olur...
16  avqust  1992-ci il - Ağdam şəhəri, Abdal-Gülablı,  Əhmədavar kəndləri er­
mənilər tərəfindən atəşə tutulur. Yaralananlar və dağıntılar olur...
16  avqust  1993-cü  il  -  Erməni  yaraqlıları  Cəbrayıl  rayonunun Süleymanlı 
kəndinə basqın edirlər.  Dinc kənd sakinləri Saday Misirxan oğlu  Cəbrayılov, 
Əyyub Şərif oğlu Xudiyev və kənd icra  nümayəndəsi Müzəffər Qəzənfər  oğlu 
Əsgərov qətlə yetirilir.  Şükür  Yaşar oğlu,  Camal Soltan oğlu,  Azər Zabit oğlu 
girov götürülür...
17  avqust  1905-ci il - Ermənilər Şuşada Köçərli və Xəlfəli məhəllələrində 18 
evi yandırıb əhalisini qətlə yetirirlər...
194
Azərbaycan faciələrinin təqvimi
17  avqust  1918-ci il -  Daşnaq terrorçular Zəngəzur qəzasının  Vağudi kən­
dində amansız qətliamlar törədirlər. 400 nəfər dinc kənd sakini sığındıqları kənd 
məscidində diri-diri yandırılır. Qədimə Tahir qızının döşü kəsilərək körpə bala­
sının  ağzına tıxanır.  Nisə Aman qızı,  Sona Cəfərqulu qızı da  daxil olmaqla  15 
qız alçaldılıb təhqir edilərək qətlə yetirilir. Gülbəsti Qasım qızının döşlərini kəsib 
bel sümüyündən asırlar...
17  avqust  1918-ci il - İngilis Denstervil öz ştabı və qoşunları ilə birlikdə Ba­
kıya gəlir...
17  avqust 1939-cu il - Ceraberd rayonu Mardakert, Dizaq isə Hadrut adlan­
dırılır...
17  avqust  1990-cı il - Erməni terrorçuları Qazax rayonunun Yuxarı Əskipara 
kəndinə hücum edirlər.  F.  Mehdiyev qətlə yetirilir;  V.  Həsənov  və  N.  Eminov 
ağır yaralanırlar...
17 
avqust  1990-cı il - Qazax rayonu ərazisində bir nəfər azərbaycanh ermə­
nilər tərəfindən vəhşicəsinə qətlə yetirilir...
17  avqust  1992-ci il -  Keçmiş Ağdərə rayonunun Drmbon  kəndi  və həmin 
kəndin yüksəklikləri  uğrunda şiddətli döyüşlər gedir...
17  avqust  1992-ci  il -  Naxçıvanlı döyüşçülər  -  Eldar  Əsəd  oğlu  Qənbərov, 
Murad Hüseynqulu oğlu Musayev Xorxat yüksəkliyi uğrunda döyüşlərdə həlak 
olurlar...
17 
avqust  1992-ci il - Cəbrayıl istiqamətində Sur,  Süleymanlı,  Qışlaq,  Quş­
çular kəndləri ermənilər tərəfindən atəşə tutulur...
17  avqust  1993-cü il - Erməni daşnaqları tərəfindən Füzuli rayonunun Qacar 
kəndindən  olan 25  dinc sakin  öz doğma ev-eşiyini  tərk etmək  istəmədiklərinə 
görə vəhşicəsinə güllələnirlər. Kənd dağıdılır. Əhalinin əmlakı qarət olunur...
17  avqust  1993-cü  il  -  Cəbrayıl  rayonunun Daşkəsən  kəndi ermənilər tərə­
findən işğal edilir...
17  avqust  1999-cu  il -  Türkiyənin İzmit  şəhərində dağıdıcı zəlzələ baş 
verir.  İçərisində azərbaycanlılar da olan 18.000 insan həlak olur; 300.000 adam 
evsiz-eşiksiz qalır...
17  avqust  2009-cu il - Saat 10 radələrində Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə
küçəsində yerləşən 3 saylı yataqxanada  1966-cı il  təvəllüdlü  Esmira Möhübbət 
qızı Orucova münaqişə zəminində qonşusu,  1975-ci il təvəllüdlü Vəfa Allahverdi 
qızı Talıbovam bıçaqla qətlə yetirir...
17 
avqust  2009-cui l -X açm azrayonununЛгги kəndində 2 nəfər yeniyetmə 
kənd sakini 13 yaşlı Elman İlkin oğlu Mirzəyev və onun qohumu,  15 yaşlı Sə­
buhi  Şahin oğlu  Ramazanov saat  19  radələrində  Samur-Abşeron
 
kanalında çi­
mərkən boğularaq dünyalarını dəyişirlər...
195


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə