Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə48/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   44   45   46   47   48   49   50   51   ...   112

Nazim Tapdıqoğlu
qadz) dağmm cənub-şərq ətəyində yerləşən müsəlmanlar yaşayan Uşu kəndinə 
basqın edirlər.  Çoxlu sayda  azərbaycanlı  (südəmər uşaqlar,  qocalar,  qadınlar, 
kişilər)
 
öldürülür.  Kənd yandırılır...
8  iyun  1905-ci il -  Ermənilər Eçmiadzin və  Üç kilsədə  azəri türklərinə qarşı 
qırğın törədirlər...
8  iyun  1906-cı il - Səhər saat 10:30 radələrində Xıdırlı,  Qiyaslı,  Çuxurməhlə
kəndlərinin sakinləri suvarma kanallarını təmizləyərkən 40 nəfər silahlı erm ə­
nilər tərəfindən gülləbaran edilir. 3 nəfər adam həlak olur, azərbaycanlılara məx­
sus olan 13 at da öldürülür...
8  iyun  1918-ci il - Zəngəzurun Şıxlı kəndinə basqın edən daşnaq terrorçular 
95 nəfər dinc azərbaycanlını qəddarcasına qətlə yetirirlər.  Kənd tamamilə da­
ğıdılır...

iyun  1944-cü il - Azərbaycanın, Ağdaş rayonunun igid, ziyalı oğlu, Sovet 
İttifaqı  Qəhrəmanı Səməd Abdullayev  döyüş  zamanı  qəhrəmancasına həlak 
olur...
8  iyun  1989-cu il - DQMV-dakı «Qarabağ hərəkatı» ilə Ermənistandakı «Qa­
rabağ»  təşkilatının Xankəndində birgə  iclası keçirilir.  Onlar  azərbaycanlılara 
qarşı təxribatları gücləndirməyi qərara alır...

iyun  1990-cı il  - K.Bayramov  və  Ç.Mustafayev  QAZ-24 maşınla  Gürcü­
stana gedərkən Marneuli ərazisində 5 terrorçu erməni tərəfindən girov götürü­
lərək vəhşicəsinə döyülürlər...
8  iyun  1990-cı il - Şuşa-Mingəçevir avtobus marşrutunun sürücüsü F.Salahov 
Xankəndi ərazisində ermənilər tərəfindən vəhşicəsinə döyülür...
8  iyun  1990-cı il - Laçın -Şuşa
 
marşrutunun sürücüsü A.Abbasov erməni gül­
ləsindən ağır yaralanır...

iyun  1992-ci il - Ermənilərin Füzuli şəhərinə atdıqları mərmilərin tərkibi 
yoxlanılarkən onlarda zəhərləyici maddələr  (Sianidlər qrupu)  aşkar olunur...
8  iyun  1992-ci il - Qazax rayonunun  Yuxarı Əskipara kəndi erməni yaraq­
lıları tərəfindən işğal edilir...
8  iyun  1992-ci il - Ağdam rayonunun Güllücə kəndi və Qarağacı postu er­
məni yaraqlılarının hücumuna məruz qalır.  nəfər Güllücə kənd sakini, nəfər 
müdafiəçi həlak olurlar,  2  nəfər ağır yaralanır...
9  iyun  1123-cü il - Çar IV David Sultan Mahmudun Şirvandan getməsindən 
istifadə  edərək yenidən  ölkəyə  soxulur.  O,  Şirvanşahın  əsas iqamətgahı  olan 
Gülüstanı tutur və bütün ölkəni işğal edir...
9  iyun  1488-ci il -  Şahdağın ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə
138
Azərbaycan faciələrinin təqvimi
qızılbaşlar arasında döyüş baş verir.  Qızılbaşlar məğlub olur.  Ərdəbil hakimi, 
Səfəviyyə Ruhani Ordeninin  başçısı Şeyx Heydər  (Şah İsmayıl Xətainin atası) 
döyüşdə öldürülür.  Hər iki tərəf çoxlu sayda itki verir...

iyun  1905-ci  il -  Erməni yaraqlıları saat  72-də  Eçmiədzin ərazisindəki 
Təkyə kəndinə hücum edir. Axund Məhəmməd Əli Mirzə Əbdülhüseyn Qazıza- 
dənin  böyük  imarətlərinə  ermənilər  tərəfindən  od  vurulur.  Quran  kitabları 
süngülərə  keçirilir.  Kənd  yadırılaraq  dağıdılır.  Pər si,  Nəz,rəvan,  Kiçikkənd, 
Kötüklü, Qoşabulaq,  Qarabulaq, Irxu,  Əngirsək kəndləri də ermənilər tərəfindən 
yandırılaraq dağıdılır...
9  iyun  1905-ci  il  -  Eçmiədzin  qəzasındakı  Pər si,  Nəzrəvan,  Kiçikkənd', 
Kötüklü, Qoşabulaq, İrgu müsəlman kəndləri yenidən ermənilər tərəfindən yan­
dırılıb külə döndərilir.  Silahlı erməni quldurları buradakı dinc əhaliyə vəhşicə­
sinə divan tutur...
9  iyun  1912-ciil-  III  Dövlət Duması  öz fəaliyyətini dayandırır...

iyun  1920-ci il  -  Banklar milliləşdirilir.  Bunun  Azərbaycan  üçün zərəri 
olur...
9  iyun 1920-ci il - Zaqatalada Sovet hakimiyyəti əleyhinə-rus işğahna qarşı 
üsyan başlanır...
9  iyun  1989-cu i l -Hamamlıya sığorta pulu almağa gedən Rəhim Daşdəmirov 
erməni millətçiləri - Sergey Poqosyan ilə Sergey Mədətyanın hücumuna məruz 
qalır. Rəhim Daşdəmirov onlar tərəfindən armatur çubuğu ilə döyülərək aman­
sızlıqla qətlə yetirilir...
9  iyun  1991-ci il - Tərtər rayonunun azərbaycanlılar yaşayan Qapanlı kən­
dinin dinc sakini E.Həsənov və oğlu Ə.Həsənov erməni terrorçuları tərəfindən 
amansızlıqla qətlə yetirilir, daha  2  nəfər isə ağır yaralanır...

iyun  1992-ci il  -  Milli  Qəhrəman Namiq  Müslüm oğlu Allahverdiyev və 
Vüqar  Mirəzbər  oğlu  Mürsəlov  Cəmilli  yüksəkliyində  erməni  yaraqlıları  ilə 
döyüşdə həlak olurlar...
9 iyun  1994-cü il -  Kəlbəcər rayonunun Başlıbel kəndi  ərazisində ilk uşaq 
basdırılan  qəbiristanlıq  yaranır.  Bu  uşaq  qəbiristanlığı  ermənilər  tərəfindən 
uzun müddət gizli saxlanılmışdır...
10  iyun  1314-cü il - Azərbaycanın məşhur söz ustası, şair,  alim, şeyx, vəzir 
Hümaməddin Təbrizi Əlay  oğlu 116 yaşında Təbrizdə,  hamamda isti  sulu ho­
vuzun üzərindəki taxta üstündə oturduğu zaman özündən gedir, hovuza düşür 
və orada  ölür...
10  iyun  1804-cü il - Rusiya ilə İran arasında diplomatik münasibətlər kəsilir,
139


Nazim Tapdıqoğlu
müharibə başlayır...
10  iyun  1905-ci il - Eçmiədzində  (Üçmüəzzində)  azərbaycanlılar yaşayan 9 
kənd ermənilər tərəfindən dağıdılır.  Daşnaq terror birləşməsi Eçmiədzin qəza­
sının  Toros  kəndinə  də silahlı basqın  edirlər.  Qətlə yetirilmiş  53  nəfər azər­
baycanlının cəsədləri yandırılır.  Kəndin taxıl zəmilərinə od vurulur...
10 
iyun  1905-ci il -1  iyundan başlanan erməni hücumları nəticəsində Cəb- 
rayıl-Qaryagin bölgəsində  Veysəlli,  Qacar,  Çəmən, Arış,  Qışlaq, Mərzə kəndləri 
darmadağın edilir. Əhali ev-eşiyindən didərgin salmır. Bu kəndlər ermənilər tə­
rəfindən qarət edilərək yandırılır...
10 
iyun  1918-ci il - Bakı Soveti qoşunları Gəncə üzərinə yürüş edir. İtkilər 
olur...
10  iyun  1918-ci il -  Daşnaq terrorçular Zəngəzurun Zabazadur  kəndinin 
müsəlmanlar yaşayan məhəlləsinə hücum edərək orada amansız qətliamlar tö­
rədirlər.  Əhali yurd-yuvasmdan didərgin salmır...
10  iyun  1992-ci il  -  Erməni  silahlıları  Qazax  rayonunun ərazisinə basqın 
edirlər.  7  nəfər həlak olur,  30  nəfər ağır yaralanır...
10 
iyun  1993-cü il - Rusiyanın müdafiə naziri P.Qraçevin əmri ilə 60-cı avia­
siya polkunun SU-25
 
hücum təyyarələri, 936-cı aviasiya polkunun SU-24
 
bom- 
bardmançı təyyarələri Rusiya ərazisinə keçirilir...
11  iyun  1908-ci il - İsmayıllı rayonunun  Tircan kəndində Muşadağ dağının 
sürüşməsi baş verir.  Evlər çökür, tələfat olur...
11 
iyun  1918-ci il -  Gəncədə yuva salan daşnaqlar 15  nəfər süvarini, Milli 
Ordu əsgərini girov götürərək tikə-tikə doğrayırlar...
11 
iyun  1919-cu il  -  Denikin  təhlükəsi  ilə  əlaqədar  olaraq Azərbaycanın 
bütün ərazilərində hərbi vəziyyət elan edilir...
11 
iyun  1920 -ci il - Tərtər və Ağdam ərazilərini ələ keçirən Qızıl Ordu his­
sələri Şuşa istiqamətində irəliləyir...
11 
iyun 
1947-ci il - Azərbaycan Milli Hökumətinin baş naziri 
Seyidcəfər 
Se- 
yidcayad oğlu Pişovori  Cavadzadə  fXalxali)  Şimali  Azərbaycanda müəmmalı 
şəkildə həlak olur...
11  ijaın  1988-ci il -  Bakı  şəhərinin  Vorovski qəsəbəsində azərbaycanlı milis 
serjant. Fazd Ismayüov Krasnodardan gəlmiş erməni terrorçusu Aleksandr- Aga­
bekyan tərəfindən qətlə yetirir.  Nəzarətə alınan terrorçu  gizli  əlin  köməyi ilə 
aradan çıxaraq ölkədən qaçırılır.
11 
iyun  1990-cı il - 
X a n k ə n d i n d ə  

n ə f ə r   a z ə r b a y c a n l ı   e r m ə n i l ə r  tə rə fin d ə n  
v ə h ş i c ə s in ə   q ə t l ə  y e t i r i l i r .. .
140
Azərbaycan faciələrinin təqvimi
11 
iyun  1990-cı il  -  Kəlbəcərdə  1  nəfər  azərbaycanlı  ermənilər tərəfindən 
vəhşicəsinə öldürülür...
11 iyun  1990-cı il - Erməni terrorçuları Kəlbəcər rayonunun Yellicə kəndinin 
çobanlarına basqın edir. B.Cəbrayılov və onun oğlanları Eldar və Ələkbər ağır 
güllə yarası alırlar. Eldar həlak olur. Terrorçular 600 baş qoyunu və 20 baş mal- 
qaranı sürüb aparırlar...
11  iyun  1992-ci il - Qazax rayonunun Qızıl Hacılı kəndi erməni terrorçuları 
tərəfindən işğal olunur...
11 
iyun  1992-ci il - Cəbrayıl, Füzuli, Ağdam, Qazax, Tovuz, Goranboy, Kəl­
bəcər rayonlarının əraziləri ermənilər tərəfindən atəşə tutulur. Tələfat və dağın­
tılar olur...
11  iyun  1993-cü il - Ağdam rayonunun Cinli,  Yeni Qaralar, Əliağalı kəndləri 
erməni silahlı birləşmələrinin hücumuna məruz qalır.  Ölənlər və yaralananlar 
olur...
11  iyun  1997-ci il - ATƏT-in Minsk qrupu  "Dağlıq Qarabağ münaqişəsinin 
aradan qaldırılmasına dair hərtərəfli saziş"
 
adlanan  birinci sənədi tərəflərə təq­
dim edir...
12 
iyun  1724-cü il - Rusiya ilə Türkiyə arasında gedən hərbi-siyasi mübari­
zənin tarixində mühüm mərhələ olan İstambul müqaviləsi imzalanır. Azərbaycan 
ərazilərində Rusiya  və  Türkiyənin  nüfuzu möhkəmlənir,  Çıraqqala,  Şamaxı, 
Cavad sərhəd məntəqələri yaradılır. Bakı, Dərbənd, Salyan, Lənkəran, Rəşt, Ən­
zəli Rusiyaya ilhaq edilir...
12 
iyun  1770-cı il - Rusiya EA-nm həqiqi üzvü S.Q.Qmelinin ekspedisiyası 
Dərbəndə gəlir...
12  iyun  1806-cı il - Qarabağ xanı İbrahimxəlil xan ailə üzvləri ilə bir yerdə 
böhtan  nəticəsində  mayor  Lisaneviçin  dəstəsi  tərəfindən  faciəli  surətdə 
öldürülür...
12  iyun  1921-ci il -  Ermənistan Xalq Komissarları Soveti 3 iyun  qərar bə­
yannaməsini  (Qafqaz Bürosu özbaşına Dağlıq  Qarabağın Ermənistana məxsus 
olmasının  Ermənistan  hökumət  bəyannaməsində  göstərilməsi  barəsində  qərar 
qəbul etmişdi)  dekretləşdirir...
12  iyun  1830-cu il - Şeyx Şaban və Həmzət bəyin başçılığı ilə Balakən üsyanı 
başlayır...
12  iyun  1990-cı il -  Sudanın Əl-Übeydə yaşayış  məntəqəsində  "Erməni ic­
malarının birgə mübarizə ittifaqı" deyilən birlik yaradılır...
12  iyun  1991-ci il - Xocalı rayonunun Cəmilli kəndi ermənilər yaşayan Xə-
141


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə