Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə50/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   46   47   48   49   50   51   52   53   ...   112

Nazim Tapdıqoğlu
məruz qalır...
13  iyun  1992-ci il - Tərtər rayonunun  "Torpaqtəpə” döyüş səngərində düşmə­
nin atdığı mərmidən Azərbaycanın Milli Qəhrəmanı Şikar Şükür oğlu Şikarov 
dünyasını dəyişir...
13 
iyun 1993-cü il - Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam, Tərtər ray­
onlarının əraziləri ermənilər tərəfindən güclü artilleriya atəşinə məruz qalır. D a­
ğıntılar, tələfat olur...
14 
iyun  1804-cü il - İran qoşunları İrəvan istiqamətində hücuma keçir. Belə­
liklə,  I  Rusiya - iran müharibəsi başlayır...
14 
iyun  1905- ci il - Cəbrayıl  (Qaryagin)  qəzası ərazisində erməni silahlılan 
müsəlmanlara qarşı qırğınlar törədirlər...
14 
iyun  1918-ci il - Osmanlı qoşunu ilə Maqalovun komandası altında Azər­
baycan qoşunu Bakım mühasirə edir...
14  iyun  1918-ci il  -  Ermənilər Araz körpüsünü dağıdaraq  Yaycı kəndinə 
doğru hücum edirlər. Kəndi talan edərək əhalisinin böyük bir hissəsini qətlə ye­
tirirlər...
14 
iyun  1918-ci il - Daşnaq terrorçuları Xoy şəhərini mühasirəyə alaraq onu 
top atəşinə tuturlar.  Şəhərin azərbaycanlılardan ibarət təxminən 30.000 əhalisi 
qanma qəltan edilir...
14  iyun  1920-ci il - Yuxarı Qarabağın Şuşa və Xankəndi yaşayış məntəqələri 
XI Qızıl Ordu tərəfindən ələ keçirilir...
14  iyun 1992-ci il - Qazax rayonunun Aşağı Əskipara kəndi erməni yaraqlı­
ları tərəfindən işğal olunur. Rayonun Çaylı kəndi ermənilər tərəfindən  “Kristal” 
tipli raketlərdən atəşə tutulur. Kəndin  2  nəfər dinc sakini şəhid olur7  ev da­
ğıdılır...
14 
iyun  1992-ci il - Azərbaycan Silahlı Qüvvələri Goranboy istiqamətində 
Aşağı Ağcakənd,  Yuxarı Ağcakənd qəsəbələrini, Xarxaput,  Mənəşli,  Gülüstan, 
Talış kəndlərini düşməndən azad edir. Şampritpuk yüksəkliyindəki mövqelər ələ 
keçirilir.  Goranboy ərazisi Azərbaycan hərbi hissələrinin nəzarəti altına keçir. 
Bu döyüşlərdə  16  nəfər həlak  olur,  100  nəfər yaralanır...
14 iyun 1992-ci il - Əsgəran  (
X o c a lı
)  rayonunun Dəhraz kəndi ərazisində baş 
verən qanlı döyüşdə  yaralanmış komandiri Məqami Abdullayevi xilas edərkən 
Azərbaycanın Milli Qəhrəmanı  Rövşən Nəriman oğlu Əliyev həlak olur...
14  iyun 1993-cü il - Erməni hərbi birləşmələri şimaldan Ağdamın  , cənub­
dan isə  14  kilometrliyinə çatırlar...
14  iyun 1993-cü il - Tərtər,  Fuzuli,  Ağdam, Zəngilan,  Qubadlı və Cəbrayıl
144
Azərbaycan faciələrinin təqvimi
rayonlarının yaşayış məntəqələri ermənilər tərəfindən atəşə tutulur...
14  iyun  2009 - cu il - İranda iyunun 12-də keçirilmiş Prezident seçkilərindən 
narazı qalan qüvvələr ölkənin bir sıra iri şəhərlərində nümayişlər keçirirlər.  Bu 
aksiyalar zamanı hökumət qüvvələri tərəfindən əsasən azərbaycanlılardan ibarət 
olan 10 nəfər öldürülür, 20 nəfər yaralanır...
15  iyun  1722-ci il - 1 Pyotr Azərbaycan dilində  "Bəyannamə " nəşr etdirərək 
Azərbaycanın vilayətlərinə - Şirvana və Xəzəryanı bölgələrə göndərir. Bundan 
məqsəd rus ordusunun işğalçı yürüşlərini ört-basdır etmək, əhalidə ruslara qarşı 
inam yaratmaq, onların işğalçı niyyətləri daşımadığını bildirmək idi...
15  iyun 1810-cu il - Mehri rayonu ruslar tərəfindən işğal edilir...
15 
iyun 1810-cu ü - Mirzə Əbülhəsən xan Lojanm 35 həqiqi üzvü və İngiltə­
rənin məşhur lojlarmdan olan nəfər ali məqamlı üzv olan qonaqların iştirak 
etdiyi mərasimdə çox böyük cah-cəlalla framasonçu lojaya üzvlüyə daxil olur...
15  iyun  1918-ci il - Göyçay ərazisinə girən daşnaq qruplaşmaları Cəngi kən­
dində 20 nəfəri, Qaravəlli kəndində 2 nəfəri, Qarabucaq kəndində 7 nəfəri, Ərəb- 
Mehdibəy kəndində 83 nəfəri qəddarcasına qətlə yetirirlər. Həmin kəndlər, eləcə 
də Mustafalı və Sadalı kəndləri ermənilər tərəfindən talan olunur...
15 iyun  1919-cu il - Qaniçən Andranik Ozanyan Fransada Poqos Nübar pa­
şanın vasitəçiliyi ilə Fransa prezidenti Raymon Puankare tərəfindən qəbul edi­
lir.  Qəbul  zamanı  «Erməni  Harribaldisi»  Andranik  müttəfiqlərin  Qarabağ 
məsələsindəki mövqeyindən  narazı  olduğunu  bildirir və qeyd edir  ki,  «erməni 
xalqı dünya müharibəsi dövründə Türkiyə və Almaniyaya qarşı Antanta ilə çiyin- 
çiyinə  vuruşmuşdur;  bu,  Fransanın  və  onun müttəfiqlərinin  haqq  işini bərqərar 
etmək uğrunda böyük mübarizəsinə  ermənilərin  töhfəsidir».
 
Antanta  rəhbərləri 
bu kimi təbliğatların təsiri altına düşür...
15  iyun  1920-ci il - Sovet qoşunları Şuşanı tutur. Tevonun daşnaq mauzerçi 
dəstələri Şuşa qəzasını işğal etmək məqsədilə bir sıra əməliyyatlar keçirir...
15 
iyun  1920-ci il - Qarabağda sovet rejiminə qarşı Azərbaycan Milli Ordu 
hissələri üsyan edir...
15 
iyun  1988-ci il - Masis rayonunda ermənilər 40 azərbaycanlı evini yandı­
rırlar.  saat ərzində  480  ailə doğma ocağından çıxarılır...
15 
iyun  1988-ci il - Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Er­
mənistana birləşdirilməsi barədə qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət 
edir ki,  buna razılıq versin...
15 
iyun  1992-ci il - Milli Qəhrəman Etibar Firudin  oğlu  Hacıyev  Aşağı 
Ağcakənd yaxınlığında maşınla minaya düşərək həlak olur...
145


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə