Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə51/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   47   48   49   50   51   52   53   54   ...   112

Nazim Tapdıqoğlu
15  iyun  1992-ci il - Erməni silahlı birləşmələri Füzuli rayonunun Qacar kən­
dinə hücum edir, amma ağır zərbə alaraq geri çəkilmək məcburiyyətində qalır. 
Kənddə ciddi dağıntı və tələfat olur...
15  iyun  1992-ci il - Erməni komandanlığı əks-zərbə endirməyə, bir qədər əv­
vəlki vəziyyəti bərpa etməyə cəhd göstərir...
15  iyun  1992-ci il - Dağlıq Qarabağda Əsgəran və Xanabad yaşayış məntə­
qələri uğrunda azərbaycanlılarla ermənilər arasında ağır döyüşlər gedir...
15  iyun  1992-ci il - Milli Qəhrəman Elşad Eynulla oğlu  Hüseynov Fərrux 
kəndi ərazisində erməni yaraqlıları ilə döyüşdə həlak olur...
15  iyun  1992-ci il - Milli Qəhrəman Kazımağa Mövsüm oğlu Kərimov ermə­
nilərlə döyüşdə həlak olur...
15  iyun  1992-ci il - Dağlıq Qarabağın Sırxavənd, Qazançı, Naxçıvanik kənd­
ləri uğrunda gedən döyüşlərdə ağdamlı igidlər - Sərdar Qaraş oğlu  Vəliyev,  Əlc­
əzair Cəmil oğlu Vəliməmmədov, Elzamin Yusif oğlu Yusifov, Oqlay Çərkəz oğlu 
Yusifov, Vahid Vəli oğlu Zeynalov, Kamal İsa oğlu Rzayev, Qərib Talış oğlu Rza­
yev,  Elbrus Teymur  oğlu  Novruzov,  Rasim Rüstəm  oğlu  Nəsirov, Məhəmməd 
Hümbətalı oğlu Musayev, Əlfi Tahir oğlu Muxtarov, Vilayət Oruc oğlu Məhər­
rəmov, Telman  Şəmil oğlu Məmmədov,  Nizami Məcid oğlu Məmmədov,  Şirin 
Muxtar oğlu Məmmədov, Səyyaf İsmayıl oğlu Məmmədov, Bakir Bayram oğlu 
Mehdiyev, Bəşir Müxbir oğlu Qasımov, Muxtar Cahid oğlu Qasımov, İskəndər 
Ramazan  oğlu  Xankişiyev,  Elçin  Eldar  oğlu  Hüseynov,  Mahir  Savalan  oğlu 
Hüseynov, Rafiq Hüseyn oğlu Hüseynov, Azər Telman oğlu Həsənov, Tanrıverdi 
Ənvər oğlu Göyüşov, Hafiz Kamal oğlu Əsgərov, Mübariz Kəriş oğlu Ələkbərov, 
Allahyar Niftalı oğlu Əliyev, Məmməd Heydər oğlu Əliyev, İbrahim Səfər oğlu 
Əhmədpur, Firəddin Lənkəran oğlu Cəfərov, Adil Əli oğlu Cəfərov, Natiq Yunis 
oğlu  Camalov,  Eldəniz  Qaçay  oğlu  Atakişiyev,  Xaqani  Kazım  oğlu  Aslanov, 
Mübariz  Ərşad oğlu Ağayev, Hülaməddin Yaqub oğlu Abdullayev həlak  olur­
lar...
15  iyun  1992-ci il - Qarabağın Gülüstan kəndi uğrunda döyüşlər gedir. İtkilər 
var...
15 iyun  1993-cü il Ağdam rayonunun Əlimədədli, Qalayçılar, Xaçındərbətli, 
Kürdlər, Mollalar,  Çullu kəndləri erməni hərbi birləşmələri tərəfindən işğal olu­
nur. Bu kəndlərin əhalisi doğma dədə-baba yurdlarından didərgin salmır...
15  iyun  1996-cı il - Moskvada ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq 
Qarabağ probleminin  «həllinə»
 
dair danışıqlar keçirilir.  Erməni tərəfi müxtəlif 
bəhanələr gətirərək Şuşa  və Laçının  azad edilməsini qeyri-məqbul hesab  edir. 
Laçının azad edilməsi məsələsində erməni tərəfinin etdiyi təklif həmsədrlərin fi­
kirləri ilə üst-üstə düşür...
146
Azərbaycan faciələrinin təqvimi
16 iyun  1827-ci il - Ruslar Naxçıvanı ələ keçirir...
16 
iyun  1905 - ci il - Ağoğlan monastrmda erməni şovinistləri  düşünülmüş 
şəkildə müsəlmanları guya onlarla birlikdə Çar hökumətinə qarşı silahlı döyüşə 
çağırır.  Daşnaklar  Cəbrayıl və Zəngəzur qəzalarında qətllər törədərək çoxlu 
sayda azərbaycanlını öldürürlər...
16  iyun 1991-ci il - Goranboy rayonunun Başqışlaq,  Todan və Buzluq kənd­
ləri ermənilər tərəfindən güclü atəşə tutulur...
16  iyun  1992-ci il - Cəbrayıl şəhəri, Qışlaq, Sur kəndləri ermənilər tərəfindən 
güclü atəşə tutulur...
16  iyun  1992-ci il - İtkilər hesabına olsa da  Gülüstan kəndi  düşməndən tə­
mizlənir...
16 
iyun 1993-cü il - Ağdam rayonunun Əliağalı,  Qaralar,  Əlimədədli, Kürdlər, 
Qalayçılar kəndlərinə erməni yaraqlıları hücum edirlər. Qalayçılar kənd sakin­
ləri Məmməd Nəsirov və Ziyad Bayramov daşnaqlar tərəfindən  vəhşicəsinə qətlə 
yetirilirlər.  2  nəfər yaralanır...
16 
iyun  1993-cü  il - Füzuli,  Cəbrayıl, Ağdam,  Tərtər  rayonlarının əraziləri 
ermənilər tərəfindən güclü artilleriya atəşinə tutulur. Dağıntılar və tələfat olur...
16  iyun  1993-cü  il  -  Gecə  2 saatlıq  artilleriya  hazırlığından  sonra erməni 
hərbi birləşmələri Ağdərə bölgəsində Ulu Qarabəy  (keçmiş Metsşen),  Madagız, 
Lüləsaz  (keçmiş A kop Komar i)
 
kəndləri  istiqamətində  və  eləcə  də Ağdam 
rayonunun  Əlimədədli,  Qalayçılar,  Əliağalı  kəndləri  istiqamətlərində  güclü 
hücuma  keçir.  Erməni  qoşunları  səhər  tezdən Ağdam cəbhəsində irəliləyərək 
qəfil  zərbə  nəticəsində  Cinli,  Qalayçılar,  Əlimədədli və  Əliağalı kəndlərini ələ 
keçirərək Ağdam-Ağdərə
 
yoluna doğru irəliləməyə cəhd edir. İtkilərimiz olur...
17  iyun  1797-ci il - Saray adamlarından Sadıq Gürcü  (mesxetiyalı Audrey), 
isfahanlı Xodadad,
 
mazandaranlı Abbas,  eləcə də Səfərəli adlı bir nəfər gecə sui- 
qəsd  təşkil  edərək Ağaməhəmməd  şah Qacarı Şuşada  faciəli  şəkildə qətlə yeti­
rirlər. ..
17  iyun  1905-ci il - Erməni yaraqlıları indiki Füzuli rayonunun  Veysəlli, Di- 
vanalılar,  Yağlıvənd, Dilağarda və Qacar kəndlərinə hücum edirlər...
17 
iyun  1918-ci il - Erməni zabiti Andranikin qoşun birləşməsi irəliləyərək 
Naxçıvana çatır...
17  iyun  1919 -cu il - Daşnaq Aşot Məlik Movsesyanın terrorçu dəstəsi  Or­
dubad şəhərinə basqın edərək qətllər törədirlər...
147


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə