Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə49/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   45   46   47   48   49   50   51   52   ...   112

Nazim Tapdıqoğlu
nəzək kəndi tərəfdən atəşə tutulur. Dağıntılar olur...
12 
iyun  1992-ci il - Qarabağda könüllü mücahidlər dəstəsi kimi form alaşan 
"Yevkrapa" terrorçu qrupunun  "055” nömrəli Laden briqadasının üzvləri  ilə 
müştərək iş birliyi qurulur...
12 
iyun  1992-ci il - Goranboy rayonu ərazisində Azərbaycan silahlı qüvvə­
lərinin ilk geniş hücum əməliyyatı -  "Goranboy əməliyyatı" həyata keçirirlər. İ t ­
kilər olur...
12 
iyun  1992-ci il - Füzuli şəhəri və şəhərin qərbində yerləşən kəndləri ermə­
nilər tərəfindən artilleriya atəşinə tutulur...
12 
iyun  1992-ci il  -  Milli  Qəhrəman  Elşad  Eynulla oğlu Hüseynov Ağdam 
rayonu ərazisindəki döyüşdə həlak olur...
12  iyun  1992-ci il - Milli Qəhrəman İnqilab Ələkbər oğlu İsmayılov Əsgəran 
yaxınlığında,  Daşbaşı  kəndi  ərazisində  erməni  yaraqlıları  ilə  döyüşdə  həlak 
olur...
12  iyun  1992-ci il - Araz Əhməd oğlu Pirimov Dəhraz kəndi yaxınlığında mi­
naya düşərək həlak olur...
12 
iyun  1992-ci il - Milli Qəhrəman Allahverdi Teymur oğlu Bağırov döyüş 
meydanında minaya düşərək həlak olur...
12 
iyun  1992-ci il - idris Oruc oğlu Hümbətov Şişdağ,  Göyrüclü əraziləri uğ- 
runda erməni yaraqlıları ilə döyüşdə həlak olur...
12 
iyun 1992 - ci il - Ağdam cəbhəsi istiqamətində şiddətli döyüşlər gedir. İt­
kilər verilir.  Rayonun  Əliağalı,  Əlimədədli,  Qalayçılar kəndlərində  gedən  şid­
dətli  döyüşlərdə  şəhid  olanlar,  ağır  yaralananlar  olur.  Bu  kəndlər  əldən-ələ 
keçərək nəticədə ermənilər tərəfindən işğal olunur...
12 
iyun  1992-ci il - Qazax,  Tovuz,  Kəlbəcər,  Füzuli,  Cəbrayıl rayonlarının 
yaşayış məntəqələri ermənilər tərəfindən atəşə tutulur. Dinc əhali arasında çox­
saylı itkilər olur...
12 
iyun  1992-ci il - Azərbaycan Ordusu geniş miqyaslı hərbi əməliyyatlara 
başlayır.  Demək  olar  ki,  bir  neçə  ay  davam  edən  bu  kortəbii  hücumlarda 
yüzlərlə əsgərimiz şəhid olur, onlarla kəndimiz düşmən əlinə keçir...
12 
iyun  1993-cü il  -  Düşmən Ağdamın  şimaldan kilometr, cənubdan isə 
12 kilometrliyinə yaxınlaşır. Ağdam şəhəri tərəfdən mühasirəyə alınır. Ölənlər 
və yaralananlar olur.  Ağdam cəbhəsində vəziyyət son dərəcə gərgin şəkil alır...
12  iyun  1993-cü il - Səhər Azərbaycan ordusunun hissələri Xanlar (Göygöl) 
və  Naftalan rayonları tərəfdən Şaumyan  rayon  mərkəzinə doğru güclü zərbə 
vurur. İtkilər olur...
12  iyun  1993-cü il - Səhər Ermənistan ekspedisiya korpusu  Ağdam və Ağ- 
dora istiqamətlərində 6 min nəfər canlı  qüvvə,  75 zirehli texnika,  Mİ-24  ver­
142
Azərbaycan faciələrinin təqvimi
tolyotları ilə güclü hücuma keçir...
12  iyun  1993-cü il - Erməni silahlı qüvvələri güclü artilleriya hazırlığından 
sonra tanklarla Ağdam şəhəri istiqamətində Şelli, Mərzili,  Yusifcanlı, Cinli,  Yeni 
Qaralar kəndlərinə doğru  irimiqyaslı hücuma keçirlər.  Yusifcanlı kənd sakini 
Xanış Abdullayev və Fizzə adlı bir qadm qətlə yetirilir. Şükür Cəfərov maşım ilə 
birlikdə ermənilər tərəfindən yandırılır.  Mərzilidə nəfər dinc sakin qətlə yeti­
rilir. Əlimədədli və Cinli kəndləri həndəvərində şiddətli döyüşlər gedir. Ağdamın 
Əliağalı,  Cinli, Yusifcanlı və Yeni Qaralar kəndləri ermənilər tərəfindən işğal 
olunur.  Tələfat və dağıntılar olur...
12  iyun  1993-cü il - Qarabağ döyüşlərində ağcabədili igidlər - Kəriş Həsənah 
oğlu Əliyev, Yaqub Surxay oğlu Məmmədov, Qaryağdı Niyaz oğlu Piriyev, Niyaz 
Umud oğlu Piriyev, Şahmar Mahmud oğlu Zeynalov şəhid olurlar...
13  iyun  1796-cı il -  "Qızılayaq"
 
rus  generalı  V.  Zubov  Bakını və  Şamaxını 
tutur...
13 
iyun  1905-ci il  -  Çoxlu sayda  silahlı  erməni  daşnaq  əsgərləri  çirkin 
niyyətlərlə indiki Füzuli rayonunun Qacar kəndinin (o zaman Cəbrayıl qəzasının 
tərkibində idi)
 
sakinləri -  Əhməd Kərbəlayı Qasım oğlunun,  Tapdıq  Yüzbaşının 
və digərlərinin evlərinə soxulurlar; Divanalılar kəndi də erməni basqınına məruz 
qalır.  Xeyli sayda kənd sakini qətlə yetirilir...
13  iyun  1920-ci il - Şəkinin Baş Göynük kəndində sovet əleyhinə üsyan qal­
xır. 11-ci ordunun 7-ci süvari diviziyasını xilas etmək üçün buraya əlavə qüvvələr 
göndərilir. Köməyə gələn əlavə qüvvələrin yardımı ilə ordu hissələri üsyançıların 
müqavimətini qıra bilir. Xeyli sayda insan həlak olur. Zaqatala-Şəki
 
şose yolu 
və başqa strateji məntəqələr yenidən ələ keçirilir...
13 
iyun  1920-ci  il  -  Bakı  Sovetinin  I  təntənəli  iclasında  Bakı  Sovetinə 
Ə.H. Qarayev sədr seçilir...
13  iyun  1920-ci il - Denikinin hücumu ilə əlaqədar Respublikada hərbi və­
ziyyət elan edilir...
13 
iyun  1923-cü il - Şaduns Zaqafqaziya Ölkə Komtitəsinə Dağlıq Qarabağ 
Muxtar Vilayəti yaratmağın Zaqafqaziya ÖK-nin bilavasitə işi olduğunu yazır...
13 iyun 1990-ci il - Şuşalı sürücülər N.Muxtarov və A.Quliyevin avtomobilləri 
Əsgəranla  Xankəndi  arasında  ermənilər  tərəfindən  daşqalaq  edilir.  Hər  iki 
sürücü ağır bədən xəsarəti alır, maşınlar yararsız hala düşür...
13  iyun  1992-ci il - Xocalı  (Əsgəran)  rayonunun Dəhraz
 
kəndi uğrunda şid­
dətli döyüşlər gedir...
13  iyun  1992-ci il - Cəbrayıl şəhəri ermənilər tərəfindən güclü raket atəşinə
143


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə