Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə36/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   32   33   34   35   36   37   38   39   ...   112

Nazim Tapdıqoğlu
tərəfdən atəşə tutulur. İtkilər və dağıntılar olur...
22  aprel  1993-cü il - Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsi ət­
rafında şiddətli döyüşlər gedir.  4  nəfər ağır yaralanır...
23  aprel 1827-ci il - Ruslar İrəvan qalasını mühasirəyə alırlar...
23 
aprel  1868-ci il - Xəzər dənizinin Bakıya yaxın hissəsində zəlzələ baş verir. 
Bakıda  Xəzər  dənizinin  səviyyəsinin  az  vaxt  içərisində  kəskin  surətdə  aşağı 
düşməsi müşahidə olunur...
23  aprel  1883-cü il -  "Qafqaz ölkə idarəsinin təsis olunması" ilə əlaqədar ola­
raq  Qafqaz canişinliyi ləğv edilir...
23  aprel  1918-ci il - Naxçıvan qəzasının  Qaraxanbəyli kəndi yaxınlığında 
erməni  daşnaqları  terror aktı nəticəsində  nəfər  azərbaycanlını  qətlə yetirir­
lər...
23 
aprel  1918 -ci il- Səlmasda quduzlaşmış cilov qüvvələri erməni silahlıları 
ilə birgə dinc müsəlman əhalisinə qarşı qırğın törədirlər.  Təkcə Sədaqyan dar­
vazasının  yaxınlığında  şəhər  əhalisindən  100-э yaxın  qadın  öz balasını  itirir. 
Quldurlar Əhrəncan darvazasından şəhərə daxil olub evləri yandırırlar, əhalini 
vəhşicəsinə  qırıb-tökürlər.  Şəhərin  demək  olar  ki,  hər  yeri  cəsədlərlə  dolur. 
Fəryad səsləri  hər  tərəfi bürüyür.  Cilovlarla  ermənilər evlərin  bağlı  qapılarını 
sındıraraq onlarla müsəlman ailəsini vəhşicəsinə qətlə yetirirlər...
23  aprel 1920-ci il - ABŞ  Ermənistanı de-fakto tanıyır...
23  aprel  1920-ci il - Erməni quldur birləşmələri Şişqaya Azərbaycan kəndinə 
basqın edir və bütün sakinləri öldürürlər.  Qətlə yetirilənlər arasında qocalar və 
qadınlar da olur. Erməni quldurlar uşaqları diri-diri quyulara atır...
23  aprel  1923-cü il - Rusiya K(b)P MK XII qurultayında K.Radek çıxışında 
Azərbaycandakı erməni şovinizmindən bəhs edir. İ.Stalin isə ona qarşı çıxır...
23 
aprel  1943-cü il - Azərbaycanın igid oğlu, Böyük Vətən müharibəsi qəh­
rəmanı,  partizan hərəkatının  iştirakçısı,  kapitan  İsmayıl  Əlibala oğlu  Əliyev 
döyüş zamanı həlak olur...
23  aprel  1991-ci il - Şuşa şəhəri mərmi atəşinə tutulur. Gövhərağa məscidinin 
damı və 22 ev dağıdılır. 4 nəfər dinc sakin ağır yaralanır...
23  aprel  1991-ci il - «Qarabağ»
 
terror təşkilatının nəzarət etdiyi erməni qul­
dur birləşmələri Şuşa şəhərini ağır toplardan 
a t ə ş ə  
tuturlar. Yaşayış binalarına 
ciddi zərər dəyir. Dinc vətəndaşlar arasında ölənlər və yaralananlar olur...
23  aprel  1994-cü il -  "Azərbaycan Bayrağı" ordenli, tərtərli taqım koman­
diri Mehrac Məmməd oğlu Mahmudov ermənilərlə döyüşdə həlak olur...
102
Azərbaycan faciələrinin təqvimi
24 
aprel  1915-ci il  -  Erməni silahlı  quldurları  Van  yaxınlığında  türklər və 
azərbaycanlılar yaşayan kəndlərə hücum edərək onların əhalisini qırırlar; kənd­
lər yandırılaraq dağıdılır. Daşnaq ermənilər bu ərazilərdə sayı qeydə alınmayan 
qətliamlar  törədirlər...
24 
aprel  1877-ci il -  Rusiya Türkiyəyə müharibə elan edir.  Bundan sonra 
artıq Qafqaz da Balkanlar kimi qızğın hərbi əməliyyat meydanına çevrilir...
24 
aprel  1918-ci il - Daşnaq terrorçuları Naxçıvan qəzasının Arıqlı kəndinə 
hücum edərək,  25  dinc sakini  amansızlıqla  qətlə yetirirlər.  Xoşlu və Nehrəm 
kəndlərinə də hücum edən erməni quldurları 2 nəfər dinc sakini öldürür, 1 nəfəri 
isə girov aparırlar...
24 
aprel  1931-ci il - Ermənilər igidliyi ilə Qərbi Azərbaycanda ad qazanmış 
Qaçaq Bəhramı öldürüb atm üstünə bağlayırlar,  sonra onu tut ağacına sarıyıb 
donuzlara yedirirlər...
24  aprel  1983-cü il  -  Erməni  daşnaqları  "genosid” gününü  bəhanə edərək 
Masis  (Zəngibasar)
 
rayonu mərkəzində  - Uluxanlıda və digər ərazilərdə azər­
baycanlılar yaşayan kəndlərə basqınlar edir, onlara  məxsus  olan  qəbiristanlı­
qları dağıdırlar.  Əliyalın və müdafiəsiz qalan əhali  Türkiyə-SSRİ
 
sərhədlərinə 
sığınmağa məcbur olur...
24  aprel  1988-ci il - Xankəndi şəhər İK-nin qərarı ilə ilk dəfə olaraq «1915- 
ci il erməni genosidi»m
 
anma mərasimi keçirilir.  Burada vilayət rəhbərləri və 9 
minədək erməni iştirak edir.  Bu gün Xankəndindəki erməni abidəsi qarşısında 
təntənəli surətdə 2 azərbaycanlını qurban kəsmək planlaşdırılır...
24 
aprel  1992-ci il  - Ağdamın Şelli,  Papravənd,  Abdal-Gülablı  kəndləri er­
məni hücumuna məruz qalır.  2  nəfər həlak olur,  10  nəfər yaralanır...
24  aprel  1993-cü il -  Füzuli və Cəbrayıl rayonlarının əraziləri ermənilər tə­
rəfindən müxtəlif silah növlərindən atəşə məruz qalır...
24  aprel  1994-cü il - Yerevanda prezident L.Ter-Petrosyanın iştirakı ilə keçi­
rilən Təhlükəsizlik  Şurasının  iclasında  Murad  Şahnazaryanın Zəngilan-Füzuli 
sərhəd zolaqları ilə bağlı  "İqtisadi proqram"mdan bəhs edən məktubu müzaki­
rəyə çıxarılır...
25  aprel  1221-ci il - Monqollar Azərbaycana, Arrana və Şirvana ikinci dəfə 
yürüş edirlər. Beyləqan şəhəri
 
onlar tərəfindən demək olar ki, tamamilə dağıdı­
lır...
25 
aprel  1841-ci il  -  Qazax,  Şəmşəddin  və  Borçalı  nahiyələrində yaşayan 
ağalar  torpaq  sahibliyindən  və həmin  torpaqları  becərən  kəndlilər  üzərində
103


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə