Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə28/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   24   25   26   27   28   29   30   31   ...   112

Nazim Tapdıqoğlu
vadmı vəhşicəsinə öldürürlər. H. Ə.Əliyevin  25  yaşlı gəlini ermənilər tərəfindən 
diri-diri divara mismarlanır; erməni qaniçənləri onun gözləri qarşısında 3 kör­
pəsinin başlarım kəsirlər...
30 
mart  1920-ci il - Erməni quldur birləşmələrinin qəfil basqını nəticəsində 
Bağırbəyli,  Müsəlmanlar kəndləri ələ keçirilir.  Sağ qalan azərbaycanlılar qəsb 
edilmək təhlükəsi qarşısında olan Şuşa şəhərinə qaçırlar...
30 
mart  1920-ci il - Nəsib bəy Yusifbəylinin beşinci hökumət kabineti istefa 
verir. Nəticədə Azərbaycanda siyasi böhran yaramr...
30  mart  1991-ci il - Cəbrayıl rayonunun Cələbilər və Şıxlar kəndləri ermə­
nilər tərəfindən atəşə tutulur.  Güclü dağıntılar olur...
30  mart  1991-ci il - Goranboy rayonunun  Todan və Gürzalılar kəndləri er­
mənilər tərəfdən atəşə tutulur.  Dağıntılar olur...
30 
mart  1992-ci il - Terrorçu daçnaqlar Füzuli rayonunun Hoğa (Üçbulaq) 
kəndinə basqın edir.  Evlərini tərk etməyənlər silahlı ermənilər tərəfindən qətlə 
yetirilir. Sağ qalan əhali yurd-yuvasından didərgin salmır. Ölən və yaralananlar 
olur.  Kənd ermənilər tərəfindən dağıdılır...
30 
mart  1993-cü il - Kəlbəcər şəhəri və ona yaxın olan bir neçə yaşayış mən­
təqələri ermənilər tərəfindən top və qrad qurğularından atəşə tutulur. Bir neçə 
yaşayış məntəqəsi ermənilər tərəfindən zəbt olunur.  Tələfat və dağıntılar olur. 
Daşnaq terrorçu  birləşmələri  Kəlbəcər rayonunun Başlıbel  kəndinə basqın 
edirlər. Kənd sakini Çingiz  Məhəmməd oğlu Əmiralıyev bacısı Aygünün düşmən 
əlinə keçməməsi üçün  onu boğub öldürür; özü isə terrorçularla ölənə qədər əl­
bəyaxa döyüşür. Ölən və yaralananlar, habelə dağıntılar olur...
30  mart  1993-cü il - İrəvanın  “Zvarnots” aeroportuna Livandan 1500 nəfərə 
qədər muzdlu yaraqlı gətirilir...
31  mart  1918-ci il - Bakıda ermənilər Azərbaycan xalqına qarşı qanlı və fa­
ciəli  qırğın həyata keçirirlər.  Erməni silahlıları  bolşeviklərin  köməyi ilə azər­
baycanlıların yaşadıqları  məhəllələrə qəflətən basqınlar edir,  əhalini uşaqdan 
böyüyə qədər ucdantutma qətlə yetirirlər. Bakı küçələrində 15 minə qədər azəri 
türkünün  doğranmış  meyidi  aşkar  olunur.  S.Şaumyan  Moskvaya göndərdiyi 
məktubda göstərir və etiraf edir ki,  Bakıda mart qırğınlarında Bakı Sovetinin 
6000 silahlı əsgəri ilə bərabər  “Daşnaqsütun ” partiyasının 4000 nəfərlik silahlı 
dəstəsi də iştirak edib və bunları o, Sovet Hakimiyyətinə sədaqəti ilə izah edir. 
Bu qırğın Quba, Şamaxı, Salyan, Göyçay, Kürdəmir,  Qarabağ,  Təbriz,  Urmiya, 
İrəvan,  Qars... bölgələrində ermənilər tərəfindən həyata keçirilmiş azərbaycan­
lıların soyqırım aktına rəvac verir.  10 minlərlə günahsız azərbaycanlı dinc sa­
82
Azərbaycan faciələrinin təqvimi
kinlər ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilirlər.  Azərbaycan Respubli­
kasının Prezidentinin 26 mart  1998-ci il tarixli fərmanı ilə  "31 mart - Azərbayc­
anlıların soyqırımı günü" elan edilir...
31 
mart  1990-cı il - Azərbaycan  KP  MK-nin  plenumu  keçirilir.  Burada 
Qanlı Yanvar hadisələrinə siyasi və hüquqi qiymətin verilməsindən boyun qaçı­
rılır...
31 
mart  1992-ci il - Cəbrayıl rayonunun bir neçə kəndi ermənilər tərəfindən 
müxtəlif növ silahlardan atəşə tutulur...
31 
mart  1992-ci il - Ağdam rayonunun Əliağalı,  Cinli,  Qalayçılar, Papravənd 
kəndləri ermənilər tərəfindən atəşə tutulur.  Dağıntılar olur...
31 
mart  1992-ci il - Erməni quldur birləşmələri Füzuli rayonunun kəndlərini
eləcə də Füzuli şəhərini artilleriya və raket atəşinə tuturlar. Dinc əhali arasında 
ölənlər və yaralananlar olur...
31  mart  1992-ci il -  Şuşan rayonunun  Qaybalı və Kosalar kəndləri erməni 
silahlılarınm hücumuna məruz qalır.  1  nəfər dinc sakin həlak olur,  7 nəfər ya­
ralanır...
31  mart  1993-cü il - Füzuli rayonunun Üçbulaq kəndi  (Hoğa kəndi)  ermə­
nilər tərəfindən tam işğal olunur. Ölənlər və yaralananlar olur...
31  mart  1993-cü il - Azərbaycanın Kəlbəcər şəhəri artilleriya atəşinə tutul­
duqdan sonra güclü hücuma məruz qalır. Rayonun 12 kəndi düşmən əlinə keçir. 
İtkilər  olur.  Daşnaq  terrorçuların Milli kəndinə  basqını  zamanı  kənd sakini 
Zər nişan Kazım  qızı  Camalova özünü Qamışlı  körpüsündən  çaya  atıb  intihar 
edir. Tunel ağzı deyilən ərazidə 21-91 nömrəli  “Kamaz” markalı maşma ermə­
nilərin  etdikləri  basqın nəticəsində  azyaşlı uşaqlar  da daxil  olmaqla  25 nəfər 
(1979-cu il təvəllüdlü Nəsibə Qara qızı Quliyeva,  1980-ci il təvəllüdlü Azər Qara 
oğlu Quliyev,  1983-cü il  təvəllüdlü  Yaşar və Məzahir Qara oğlanları,  1985-ci il 
təvəllüdlü Aygün Qara qızı  və başqaları) girov götürülür...
83


Nazim Tapdıqoğlu
A P R E L

aprel  1918-ci ü - Bakıda ermənilər tərəfindən qətlə yetirilmiş minlərlə insan 
indiki Şəhidlər Xiyabanı yerləşən ərazidə basdırılır...
1  aprel  1918-ci il - Erməni terrorçuları Ərəş  qəzasının Sarıhacılı kəndində 
tarladan evlərinə qayıdan 3 azərbaycanlı qadım oğurlayıb aparırlar. Bir müddət 
sonra  həmin qadınların döşləri kəsilmiş halda olan meyidləri tapılır...
1  aprel  1992-ci il - Ağdamın Abdal və Gülablı kəndləri ermənilər tərəfindən 
atəşə tutulduqdan sonra hücuma məruz qalır.  3  nəfər yaralanır,  15  ev yandı­
rılır...
1  aprel  1992-ci ü - Milli Qəhrəman Seymur Qəhrəman oğlu Məmmədov Mə-
likcan kəndi uğrunda gedən döyüşlərdə erməni snayperinin gülləsinə tuş gələrək 
həlak olur...

aprel  1993-cü ü - Erməni hərbi birləşmələri Füzuli şəhərinin 4 kilometrli­
yinə çataraq  Məngələnata  yüksəkliyi  uğrunda döyüş əməliyyatlarına başlayır­
lar.  Ölən və yaralananlar olur...
1  aprel  1993-cü il - Erməni silahlı birləşmələri Kəlbəcər rayonu ərazisindəki 
gözəl dağ kurort qəsəbəsi olan İstisuyu işğal edərək yandırırlar...
2  aprel  1827-ci il - Rus qoşunları İrəvana üçüncü dəfə güclü hücuma keçir. 
Çoxlu sayda itkilər olur...

aprel  1918-ci il - Zaqafqaziya Seyminə Bakı hadisələri ilə bağlı məlumat 
verilir.  Müsəlman sosialist blokunun sədri Z.Məmmədbəyov tələb edir ki,  Ba­
kıda  azərbaycanlılara  qarşı  törədilən  vəhşiliklər  barəsində  tədbir  görülsün. 
M.Ə.Rəsulzadə bildirir ki, Seym Azərbaycana kömək etməyəcəyi təqdirdə bay- 
kot olunacaqdır.  Amma gürcü və erməni fraksiyaları Azərbaycana kömək et­
məkdən imtina edirlər...

aprel 1989-cu il - Rusiyanın ermənipərəst, millətçi deputatı Qalina Staro- 
voytovanm başçılığı ilə Ermənistandan Dağhq Qarabağa 40 nəfərlik «təbliğatçı» 
dəstəsi gəlir...

aprel  1989-cu il - Əsgəranda yuva salmış terrorçu daşnaqlar Daşbulaq kən­
dinə basqın edirlər.  3  azərbaycanlı ev partladılır,  8 ev yandırılır.  Kəndin azər­
baycanlı əhalisi ev-eşiyindən didərgin düşür...

aprel  1990-cı il - Erməni separatçıları Gürcüstan SSR vətəndaşlarından 2 
nəfərini azərbaycanlı olduqlarına görə qətlə yetirirlər...
84
Azərbaycan faciələrinin təqvimi
2  aprel  1992-ci il - Ağdamın Şelli kəndi ermənilər tərəfindən atəşə tutulur...
2 aprel 1992-ci il - Ermənilər Ağdam rayonunun Abdal və Gülablı kəndlərin­
dən geri oturdulur...
2  aprel  1992-ci il - Ağdam rayonunun Papravənd kəndi ermənilər tərəfindən 
atəşə tutulur.  1 nəfər həlak olur,  1  nəfər yaralanır...
2  aprel  1993-cü il - Füzuli rayonunun Qacar,  Aşağı Divanalılar və Gövşad 
kəndləri ermənilər tərəfindən işğal edilir...
aprel  1993-cü il - Füzuli şəhərinin 4 kilometrliyində - Məngələnata yüksək­
liyində qanlı döyüşlər gedir. Hər iki tərəfdən itkilər olur...
2  aprel  1993-cü il - Kəlbəcərin Başlıbel,  Taxtabaşı,  Əsrik kəndlərinin dinc 
əhalisinin yığışdığı yük maşını Tunel ağzında gülləbaran edilir. Taxtabaşı kənd 
sakinləri -  Qəzənfər, Sərxan, Habil, Mehman, Qafar, Yusif və başqalarının da 
daxil olduğu 100-ə yaxın kişi və qadın orada gülləbaran edilir. Ölənlərin cəsəd­
ləri yandırılır. qadın, 15 kişi girov götürülür. Yalnız bir gecə ərzində Kəlbəcər 
rayonunun Başlıbel kəndində 28 kişi və qadm tikə-tikə doğranılır, 18 nəfər əsir 
düşür.  Kəndin elə də çox silahı olmayan  özünümüdafiə dəstəsi müasir  texnika 
ilə təchiz olunmuş erməni quldur birləşmələrinə qarşı qızğın müqavimət göstərir. 
Kəndlilərin var-yoxları talan edilir, evlərə od vurulur. Daşnaq terrorçuları Kəl­
bəcər rayonunun Çaykənd sakini Etibar Xansuvar oğlu Həşimovu Meydan çayı 
ətrafında girov götürürlər. Terrorçular avtomat atəşləri ilə onun bədənini şaq- 
qalayıb  qəddarcasına 2 hissəyə bölürlər...Ermənistandan və Dağhq  Qarabağ­
dan  olan  erməni  hərbi  birləşmələrinin  güclü  hücumları  nəticəsində  Kəlbəcər 
rayonu işğal edilir.  Yüzlərlə sakin şəhid olur,  321  nəfər əsir düşür...
2  aprel  1993-cü il -  Goranboy rayonunun Gülüstan-Xarzorut yolu yaxınlı­
ğındakı  keşikçi  məntəqəsinə  erməni  yaraqlıları  basqın  edir.  6  saatdan  çox 
davam edən döyüşdə Azərbaycan tərəfindən 5 nəfər həlak olur,  10 nəfər yara­
lanır...

aprel  2002-ci il - Ermənistan hərbi kəşfiyyat və əks-kəşfiyyat xidmətlərində 
"Post-14" Proqramının mahiyyətində nüvə tədqiqatı ilə bağlı SQ Baş Qərarga­
hında  xüsusi müşavirə keçirilir...

aprel  1916-cı il - Ərzurum şəhəri rus ordusu tərəfindən alınaraq yandırı­
lır...
3  aprel  1918-ci il - Erməni daşnaqları Ərəşin Bağır dərəsi deyilən ərazisində 
ələ keçirdikləri 5 azərbaycanlının bədənlərini süngü ilə deşərək,  onları vəhşicə­
sinə qətlə yetirirlər...
3  aprel  1918-ci il - Bakıdan qatarla Nəvai stansiyasına gələn daşnaq terror-
85


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə