Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

78

DÖVLƏT NEFT FONDUNUN 2012-Cİ İL BÜDCƏSİNİN İCRASI

İLL

İK HESABAT



2012

İLL


İK HESABAT

2012


AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU

DÖVLƏT NEFT FONDUNUN 2012-Cİ İL BÜDCƏSİNİN İCRASI

79

Fonduna 120 gün ərzində (28.02.2013-cü il tarixində) daxil olması nəzərdə tutulduğundan, bu 

vəsait Fondun 2013-cü il büdcə gəlirlərinə aid ediləcəkdir.  

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə  əlaqədar sərmayəçilər tərəfindən müqavilə 

sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər. 2012-ci ildə karbohidrogen 

ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə 

üçün Dövlət Neft Fonduna köçürülmüş akrhesabı ödənişlər 3,0 milyon manat və yaxud 3,8 milyon 

ABŞ dolları təşkil etmişdir. 

Belə ki, 2012-ci ildə  Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun 

kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft 

Şirkəti, Total E&P Azərbaycan Bi.Vi. və ARDNŞ-nin ortaq neft şirkəti arasındakı Sazişin 28.2-

ci maddəsinin icrasına uyğun olaraq 1,5 milyon ABŞ dolları, Xəzər dənizinin Azərbaycan 

sektorunda  Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-

nin ortaq neft şirkəti arasındakı sazişin 28.2-ci maddəsinin icrasına uyğun olaraq 2,1 milyon 

ABŞ dolları məbləğində akrhesabı ödənişlər həyata keçirilmişdir. Eyni zamanda Xəzər dənizinin 

Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, 

bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında  Dövlət Neft Şirkəti, Bahar Enerji Opereytinq 

Limited və ARDNŞ-nin ortaq neft şirkəti arasındakı sazişin 31.2-ci maddəsinin icrasına uyğun 

olaraq 0,2 milyon ABŞ dolları (Bahar və Qum-Dəniz yataqlarında hasilatın proqnozda nəzərdə 

tutulana nisbətən daha az sahəni  əhatə etməsi səbəbindən, Bahar Enerji Opereytinq Limited 

şirkəti tərəfindən büdcədə proqnozlaşdırılan 0,62 milyon ABŞ dollarına nisbətən daha az vəsait 

ödənilmişdir) məbləğində ödəniş həyata keçirilmişdir. Bununla əlaqədar akrhesabı ödənişlər ilə 

bağlı  gəlir maddəsi Fondun büdcəsində  nəzərdə tutulana (3,3 milyon manat) nisbətən 90,0% 

səviyyəsində icra olunmuşdur.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər. 

2012-ci ildə neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən 

gəlirlər (tranzit haqqı) 7,9 milyon manat və yaxud 10,0 milyon ABŞ dolları təşkil etmişdir. Tranzit 

haqları ilə bağlı daxilolmalar Fondun büdcəsində nəzərdə tutulmuş məbləğə (8,1 milyon manat) 

nisbətən 97% səviyyəsində yerinə yetirilmişdir. 2012-ci ildə hasilatın aşağı düşməsi və müvafiq 

olaraq Bakı-Supsa ixrac boru kəməri ilə daha az neftin nəql olunması səbəbindən bu gəlir maddəsi 

proqnoza nisbətən 3% aşağı yerinə yetirilmişdir.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən 

bonuslar. 2012-ci ildə bu gəlir maddəsi üzrə gəlirlər 1,6 milyon manat və yaxud 2,0 milyon ABŞ 

dolları təşkil etmişdir. “Balaxanı-Sabunçu-Ramana və Kürdaxanı yataqlarının daxil olduğu blokun 

bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft 

Şirkəti, UQE-LANSER PTİ. LTD və ARDNŞ ortaq şirkəti arasında imzalanmış saziş üzrə 2011-ci ildə 

(qüvvəyə minmə tarixindən 30 gün ərzində) ödənilməsi proqnozlaşdırılan bu vəsait Neft Fonduna 

2012-ci ildə köçürülmüşdür. 



Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər. 2012-ci ildə 

Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 544,0 milyon manat 

(693,5 milyon ABŞ dolları) təşkil etmiş və bu mənbə üzrə gəlirlər Fondun 2012-ci il üzrə büdcəsində 

nəzərdə tutulmuş məbləğə nisbətən 70,4 % daha çox yerinə yetirilmişdir. 2012-ci ildə Dövlət Neft 

Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı investisiya portfelinin gəlirliliyi 2,2 % təşkil etmişdir.

Digər gəlirlər və daxilolmalar. 2012-ci ildə neft-qaz sazişləri çərçivəsində sərmayəçilər tərəfindən 

(xarici neft şirkətləri) verilən aktivlərin (köhnəlmiş və ya istifadə olunmayan metal qırıntıları, borular) 

satışı təşkil olunmuş və bu aktivlərin satışından Dövlət Neft Fondunun daxilolmaları 0,3 milyon 

manat təşkil etmişdir. Bu gəlir maddəsi üzrə icra Fondun 2012-ci il üçün büdcəsində nəzərdə 

tutulana (0,9 milyon manat) nisbətən 28% icra olunmuşdur. (Gəlirlərin icra səviyyəsi Cədvəl 7.1.-də 

əks etdirilir).



Cədvəl 7.1.

 Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il üzrə gəlirləri



Gəlir mənbələri

Gəlirlərin məbləği

(milyon manat)

İcra faizi

təsdiq 

olunmuş

faktiki

1.

Azərbaycan Respublikasının payına düşən 



karbohid rogenlərin satışından  əldə edilən xalis 

gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə 

məsrəfl ər bank, gömrük rəsmiləşdirilməsi, müstəqil 

nəzarət (sörveyer), marketinq və  sığorta xərcləri 

çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası 

Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya 

tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və 

ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

13 388, 6

13 117, 4

98,0

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar 



sərmayəçilər tərəfi ndən müqavilə sahəsindən 

istifadə üçün ödənilən akrhesabı ödənişlər

3,3

3,0


90,0

3.

Neftin və qazın Azərbaycan Respublikasının 



ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

8,1


7,9

97,0


4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə 

bağlı sərmayəçilər tərəfi ndən ödənilən bonuslar 

(mükafatlar)

1,6

1,6


100,0

5.

Dövlət Neft Fondunun vəsaitlərinin idarə 



edilməsindən əldə edilən gəlirlər

319,2


544,0

170,3


6.

Digər gəlirlər və daxilolmalar

0,9

0,3


28,0

Cəmi gəlirlər

13 721,8

13 674,1

99,7

Büdcədənkənar gəlirlər

253,4


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə