Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə25/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

102

İLL


İK HESABAT

2012


İLL

İK HESABAT

2012

AZ

Ə



RBAYCAN RESPUBL

İKASI


DÖVL

Ə

T NEFT FONDU



AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU



103

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR 



(Min Azərbaycan manatı ilə)

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR



(Min Azərbaycan manatı ilə)

1 saylı İSMUBS-na düzəliş 2010-cu ilin noyabr ayında buraxılmışdır və 1 yanvar 2012-ci ildə və 

ya bu tarixdən sonra başlayan illik hesabat dövrlərinə tətbiq edilir. Əsas dəyişikliklər konvertasiya edilə 

bilən alətlərin cari/uzunmüddətli təsnifatını əhatə edir və müəyyən edir ki, qarşı-tərəfi n ixtiyarı ilə kapital 

alətlərinin emissiyası hesabına ödənilə bilən öhdəliyin müddəti onun təsnifatına təsir göstərmir. Bu 

düzəlişlər Fondun maliyyə hesabatlarına heç bir təsir göstərməmişdir.



2 saylı İSMUBS-a düzəliş “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”

2 saylı İSMUBS-a düzəliş 2010-cu ilin noyabr ayında buraxılmışdır və 1 yanvar 2012-ci ildə və ya bu 

tarixdən sonra başlayan illik hesabat dövrlərinə tətbiq edilir. Əsas dəyişikliklər tanınmamış aktivlər üzrə pul 

vəsaitlərinin hərəkətini əhatə edir və müəyyən edir ki, yalnız maliyyə vəziyyəti haqqında hesabatda aktivin 

tanınması ilə nəticələnən pul vəsaitlərinin məxarici investisiya fəaliyyəti kimi təsnif edilə bilər. Bundan 

əlavə, Standartın “Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti haqqında hesabat” bölməsinin 30-

cu maddəsinə düzəliş edilmiş və aşağıdakı sözlər silinmişdir: “Əməliyyatlardan pul vəsaitlərinin hərəkəti 

kimi təsnif edilmiş qeyri-adi maddələrin təsiri”. Bu düzəlişlər Fondun maliyyə hesabatlarına heç bir təsir 

göstərməmişdir.

Standartlara və şərhlərə aşağıdakı düzəlişlər Fondun mühasibat uçotu siyasətinə, maliyyə vəziyyətinə 

və ya nəticələrinə təsir göstərməmişdir:

 



9 saylı İSMUBS “Valyuta əməliyyatlarından gəlir”

 



12 saylı İSMUBS “Mal-material ehtiyatları”

 



13 saylı İSMUBS “Lizinqlər”

 



18 saylı İSMUBS “Seqment üzrə hesabatlar”

 



21 saylı İSMUBS “Pul vəsaitlərini yaratmayan aktivlərin dəyərsizləşməsi”

Konsolidasiya prinsipləri

Törəmə müəssisələr, yəni səsvermə hüquqlarının yarısından çoxu Fonda məxsus olan və ya Fondun 

digər  şəkildə  əməliyyatlara nəzarət etmək imkanı olan müəssisələr birləşdirilir. Törəmə müəssisələr 

nəzarət Fonda keçdiyi tarixdən birləşdirilir və nəzarət başa çatdıqdan sonra birləşmə dayandırılır. Bütün 

qrupdaxili əməliyyatlar, balanslar və qrup şirkətləri arasında əməliyyatlardan əldə edilən reallaşdırılmamış 

gəlirlər tamamilə silinir. Aparılmış  əməliyyatlar köçürülən aktivin dəyərdən düşməsini göstərmirsə, 

reallaşdırılmamış  zərərlər də silinir. Lazım olan hallarda Fondun qəbul etdiyi siyasətə uyğunlaşmaq 

məqsədilə törəmə müəssisələrin uçot siyasətində dəyişiklik aparılıb.

Aktiv alışı kimi təsnifl əşdirilən alınmış törəmə müəssisələr üçün alış tarixinə Fond tərəfi ndən aktivlər 

(məs: əmlak) üçün təxirə salınmış vergi tanınmır.

Fond törəmə müəssisə üzrə nəzarəti itirəndə, o, törəmə müəssisənin aktivləri və öhdəlikləri, qeyri-

nəzarət paylarının balans dəyəri, kapitalda qeydə alınmış ümumi məzənnə fərqlərini uçotdan silir; əldə 

edilmiş vəsaitin ədalətli dəyərini, saxlanılan investisiyanın ədalətli dəyərini və maliyyə vəziyyəti haqqında 

hesabatda hər hansı artıqlığı  və ya defi siti tanıyır və  əvvəl kapitalda tanınmış komponentlərdə  əsas 

şirkətin payını maliyyə nəticələri haqqında hesabata yenidən təsnif edir.

Maliyyə alətlərinin tanınması və ölçülməsi

Fond maliyyə aktivlərini və maliyyə öhdəliklərini müvafi q maliyyə aləti ilə bağlı müqaviləyə tərəf 

olduğu zaman maliyyə vəziyyəti haqqında hesabatda əks etdirir. Maliyyə aktivlərinin alışı və yaxud satışı 

alqı-satqı tarixi əsasında əks olunur (Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının 

13 iyun 2007-ci il tarixli 32 saylı Qərarı). Alqı-satqı tarixi dedikdə Fondun aktivi alış və satış öhdəliyi 

daşıdığı tarix nəzərdə tutulur.

Maliyyə aktivləri və öhdəlikləri ilkin olaraq ədalətli dəyərlə göstərilir. Maliyyə aktivi və ya öhdəliyin 

artıqlıq və ya defi sitdə ədalətli dəyərlə əks etdirilmədikdə isə, ilkin dəyərə maliyyə aktivinin alınması və ya 

maliyyə öhdəliyinin buraxılması ilə birbaşa bağlı olan əməliyyat xərcləri əlavə edilir. Bu maddələrin daha 

sonra yenidən ölçülməsi üçün uçot qaydaları aşağıdakı müvafi q hissələrdə açıqlanır.



Maliyyə aktivlərinin tanınmasının dayandırılması

Maliyyə aktivləri

Maliyyə aktivləri (və ya müvafi q hallarda maliyyə aktivinin bir hissəsi və ya analoji maliyyə aktivləri 

qrupunun bir hissəsi) aşağıdakı hallarda balansda əks etdirilmir:

 



Aktivdən pul vəsaitlərini almaq hüquqlarının vaxtı başa çatdıqda;

 



Fond özünün aktivdən pul vəsaitlərini almaq hüquqlarını üçüncü tərəfə keçirmiş və ya aktivdən 

pul vəsaitlərini almaq hüququnu saxlayaraq, onları “tranzit” razılaşması əsasında tam məbləğdə 

və çox yubanmadan ödəmək öhdəliyini götürdükdə; və

 



Fond: (a) aktiv üzrə, demək olar ki, bütün risk və səmərələri ötürdükdə; (b) aktiv üzrə, demək olar 

ki, bütün risk və səmərələri ötürməmiş və onları özündə saxlamaqla, yalnız aktiv üzrə nəzarəti 

ötürdükdə.

Maliyyə aktivinin tanınması maliyyə aktivi ötürüldükdə  və tanınmanın dayandırılması üçün tələblər 

yerinə yetirildikdə dayandırılır. Ötürmə Fonddan ya: (a) aktivlə bağlı pul vəsaitləri hərəkətinin əldə edilməsi 

üçün müqavilə hüquqlarını ötürməyi və ya (b) aktivlə bağlı pul vəsaitlərinin hərəkəti üzrə hüquqları özündə 

saxlamaqla, bu pul vəsaitlərinin hərəkətini üçüncü tərəfə ödənilməsi ilə bağlı müqavilə öhdəliklərini öz 

üzərinə götürməyi tələb edir. Ötürmədən sonra, Fond ötürülmüş aktiv üzrə mülkiyyət hüququ ilə bağlı 

özündə saxladığı risklərin və faydaların səviyyəsini yenidən qiymətləndirir. Risklərin və faydaların əsas hissəsi 

saxlandıqda, aktiv maliyyə vəziyyəti haqqında hesabatda qalır. Risklərin və faydaların əsas hissəsi ötürülübsə, 

aktivin tanınması dayandırılır. Risklərin və faydaların əsas hissəsi nə saxlanmayıb, nə də ötürülməyibsə, Fond 

aktiv üzrə nəzarətin saxlanıb-saxlanılmadığını qiymətləndirir. Əgər nəzarət saxlanılmayıbsa, aktivin tanınması 

dayandırılır. Fond aktiv üzrə nəzarəti saxladıqda isə aktivi öz iştirakı dərəcəsində tanımaqda davam edir.

Maliyyə öhdəlikləri

Maliyyə öhdəliyi müvafi q öhdəlik icra edildikdə, ləğv edildikdə və ya vaxtı başa çatdıqda uçotdan çıxarılır.



Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri kassada olan pul vəsaitlərindən, ilkin ödəmə müddəti 

üç ay olan və qısamüddətli depozitlər, eləcə də ödəmə müddəti üç ay və ya daha az olan, müəyyən pul 

məbləğinə çevrilə bilən və dəyərinin dəyişməsi riski cüzi olan yüksək likvidli investisiyalardan ibarətdir. 

Kassada və banklarda olan pul vəsaitləri və depozitlər ilkin dəyərə faiz əlavə olunmaqla (tətbiq edilirsə) 

əks etdirilir.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə