Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə27/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

106

İLL


İK HESABAT

2012


İLL

İK HESABAT

2012

AZ

Ə



RBAYCAN RESPUBL

İKASI


DÖVL

Ə

T NEFT FONDU



AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU



107

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR 



(Min Azərbaycan manatı ilə)

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR



(Min Azərbaycan manatı ilə)

İnzibati məqsədlər üçün saxlanılan binalar maliyyə  vəziyyəti haqqında hesabatda yenidən 

qiymətləndirmə tarixində ədalətli dəyəri əks etdirən yenidən qiymətləndirilmiş məbləği ilə əks olunur 

ki, bu da hər hansı sonradan yığılan köhnəlməni və sonradan yığılan dəyərsizləşmə zərərlərini çıxmaqla 

peşəkar müstəqil qiymətləndiricilərin apardığı qiymətləndirmə  nəticəsində bazar sübutu əsasında 

müəyyən edilir. Yenidən qiymətləndirmələr kifayət qədər mütəmadi qaydada aparılır ki, balans dəyəri 

hesabat tarixində ədalətli dəyəri istifadə etməklə müəyyən edilə bilən balans dəyərindən əhəmiyyətli 

fərqlənməsin.

Bu cür binaların yenidən qiymətləndirilməsi nəticəsində yaranan yenidən qiymətləndirmə artımı 

əmlakın yenidən qiymətləndirmə ehtiyatının kreditinə yazılır, lakin əvvəllər xərc kimi tanınmış eyni aktiv 

üzrə yenidən qiymətləndirmə azalmasının bərpa edildiyi hal istisna təşkil edir, bu halda dəyərin artması 

əvvəllər hesablanmış azalma həcmində dövr üzrə artıqlığın və ya defi sitin kreditinə yazılır. Belə binaların 

yenidən qiymətləndirilməsi nəticəsində aktivin balans dəyərində yaranan azalma həmin aktivin əvvəlki 

yenidən qiymətləndirməsi nəticəsində yaranmış qalıqdan, əgər varsa, artıq olduğu məbləğdə xərc kimi 

tanınır.

Əmlak və avadanlıq üzrə yenidən qiymətləndirmə ehtiyatından yığılmış defi sitə və ya artıqlığa illik 

köçürmə aktivlərin yenidən qiymətləndirilmiş balans dəyəri üzrə köhnəlmə ilə aktivlərin ilkin dəyəri üzrə 

köhnəlmə arasında fərq üçün aparılır.

Yenidən qiymətləndirilmiş binalar üzrə köhnəlmə maliyyə nəticələri haqqında hesabata daxil edilir. 

Yenidən qiymətləndirilmiş  əmlakın sonradan satılması  və ya istismardan çıxarılması zamanı  əmlakın 

yenidən qiymətləndirmə ehtiyatında qalan yenidən qiymətləndirmə əlavəsi birbaşa yığılmış defi sit və ya 

artıqlığa köçürülür.

Əmlakın bazar dəyəri aşağıdakı 3 metodun birindən istifadə etməklə qiymətləndirilir:

 



Analoji daşınmaz  əmlakın bazar satış qiymətlərinin təhlilini nəzərdə tutan müqayisəli satış 

metodu;


 

Əmlakdan əldə olunmuş gəlirlə onun bazar dəyəri arasındakı birbaşa əlaqəni nəzərdə tutan gəlir 



metodu;

 



Hər hansı köhnəlmə xərcləri çıxılmaqla əmlakın dəyərinin onun bərpa dəyərinə bərabər olmasını 

nəzərdə tutan xərc metodu.



Qeyri-maddi aktivlər

Ayrıca alınmış qeyri-maddi aktivlər ilk olaraq ilkin dəyəri ilə tanınır.  İlkin tanımadan sonra qeyri-

maddi aktivlər yığılmış amortizasiyanı və yığılmış dəyərsizləşmə zərərlərini çıxmaqla ilkin dəyəri ilə əks 

etdirilir. Qeyri-maddi aktivlərin istifadə müddətləri məhdud və ya qeyri-müəyyən müddətlər kimi müəyyən 

edilmişdir. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlərə 10 illik istifadə müddəti üzrə amortizasiya 

hesablanır və  həmin qeyri-maddi aktivlər üzrə mümkün dəyərsizləşmə  əlamətləri mövcud olanda 

dəyərsizləşmə baxımından qiymətləndirmə aparılır. Qeyri-müəyyən istifadə müddəti olan qeyri-maddi 

aktivlər üzrə amortizasiya dövrləri və metodlarına ən azından hər maliyyə ilinin sonunda yenidən baxılır.



Vergi

Mənfəət vergisi xərci cari və təxirə salınmış vergi xərclərindən ibarətdir.

Cari vergi xərcləri il üzrə vergiyə cəlb olunan mənfəətə əsaslanır. Vergiyə cəlb olunan mənfəət maliyyə 

nəticələri haqqında hesabatda göstərilən vergidən əvvəlki xalis mənfəətdən fərqlənir, çünki vergiyə cəlb 

olunan mənfəətə digər illərdə vergiyə cəlb olunan və ya tutulan gəlir və xərc maddələri daxil deyil və 

bundan əlavə ona heç vaxt vergiyə cəlb olunmayan və ya vergi tutulmayan maddələr daxil deyil. Fondun 

cari vergi xərcləri hesabat dövründə qüvvədə olan vergi dərəcələrini istifadə etməklə hesablanır.

Təxirə salınmış mənfəət vergisi öhdəlik metodunu istifadə etməklə balans hesabatı tarixində aktiv 

və öhdəliklərin vergi bazası ilə maliyyə hesabatı məqsədləri üçün onların balans dəyəri arasındakı bütün 

fərqlər üzrə ödənilir və ya təmin edilir. Təxirə salınmış vergi öhdəlikləri bütün çıxılmalı müvəqqəti fərqlər 

üçün tanınır. Təxirə salınmış vergi aktivləri yalnız bu dərəcədə müəyyən edilir ki, çıxılan müvəqqəti 

fərqlərin istifadə edilə bilməsi üçün vergiyə cəlb edilən mənfəətin mövcud olması ehtimalı olsun. Aktiv 

və öhdəliklərin ilkin tanınmasından yaranan müvəqqəti fərqlər vergi mənfəəti və ya uçot mənfəətinə 

təsir etmirsə, belə aktiv və öhdəliklər tanınmır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər bir hesabat tarixində nəzərdən keçirilir və aktivlərin 

hamısının və ya bir hissəsinin istifadə edilməsi üçün kifayət qədər vergiyə  cəlb olunan mənfəətin 

mövcudluğu ehtimal edilmədiyi halda azaldılır. Təxirə salınmış vergilər aktivlərin satıldığı və ya öhdəliklər 

üzrə hesablaşmanın aparıldığı dövrdə  tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə ölçülür. Təxirə 

salınmış vergilər artıqlıq və ya defi sitdə əks olunur, lakin onların maliyyə nəticələri haqqında hesabatın 

maddələri ilə bağlı olduğu hallar istisna edilir ki, bu halda təxirə salınmış vergilər də maliyyə nəticələri 

haqqında hesabatda göstərilir.

Müəssisələrin birləşməsi və yaxud mühasibat və ya vergiyə  cəlb olunan mənfəət və ya zərərlə 

nəticələnə biləcək əməliyyatlar zamanı yaranan müvəqqəti fərqlər üçün ilkin tanınma istisnası tətbiq 

olunur və təxirə salınmış vergi tanınmır.

Təxirə salınmış  mənfəət vergisi aktivləri və  təxirə salınmış  mənfəət vergisi öhdəlikləri aşağıdakı 

hallarda əvəzləşdirilir və maliyyə vəziyyəti haqqında hesabatda xalis məbləğdə əks olunur:

 



Fond cari mənfəət vergisi aktivlərini cari mənfəət vergisi öhdəlikləri ilə qarşılıqlı əvəzləşdirmək 



hüququna malik olduqda; və

 



Təxirə salınmış mənfəət vergisi aktivləri və təxirə salınmış mənfəət vergisi öhdəlikləri eyni vergi 

orqanı tərəfindən eyni vergi subyektindən tutulan mənfəət vergisinə aid olduqda.

Azərbaycan Respublikasında Fondun əməliyyatlarına tətbiq edilən digər vergilər də vardır. Bu 

vergilər maliyyə nəticələri haqqında hesabata əməliyyat xərclərinin bir hissəsi kimi daxil edilir.



Şərti aktivlər və öhdəliklər

Şərti öhdəliklər maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmir, onlarla bağlı yarana biləcək hər hansı 

bir ödəmələrin ehtimalı  əhəmiyyətsiz dərəcədə az olması hallarından başqa, maliyyə hesabatlarında 

açıqlanır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmir, lakin onlarla bağlı iqtisadi 

faydaların daxil olması ehtimal ediləndə maliyyə hesabatlarında açıqlanır.

Xalis aktivlər/Kapital

1-ci Qeyddə müzakirə olunduğu kimi, Fərmanlara və Qaydalara uyğun olaraq, Fond büdcədənkənar 

dövlət təsisatıdır. Fonda büdcə ilə bağlı olan bütün daxilolmalar və Fonddan köçürülmələr Azərbaycan 

Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş  Fərmanlar  əsasında həyata keçirilir. Fondun 

daxilolmaları/köçürmələri kapital qoyuluşlarını/çıxarışlarını  əks etdirir və müvafiq olaraq, alınmış/

ödənilmiş vəsaitlərin ədalətli dəyəri ilə xalis aktivlərdə qeyd olunur.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə