Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə34/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   30   31   32   33   34   35   36   37   ...   156

 

102 


nəyim  varsa,  sənə  qoyub  gedirəm.  Mənə  uzun  müddətli  sədaqətli 

xidmətinə  görə  pani  Severina  VilkoĢinskayaya  300  zlot  (PolĢanın 

pul vahididir),Teodozi Krulyovaya 100 zlot, Olqa VoĢçaka - mənim 

Ģagirdimə bir kitab və istədiyi üçün val verərsiniz”. 

Beləliklə,  xalqımızın    iftixarı,  görkəmli  ĢərqĢünas  alim,  pro-

fessor, sərkərdə, milli polisimizin banisi (bu fikri onun haqqında ilk 

dəfə rəhmətlik akademik Ziya Bünyadov 1994-cü ildə DĠN-in Polis 

Akademiyasının  müəllimi,  bu  sətirlərin  müəlliflərindən  biri,  polis 

polkovniki  Tahir  Behbudovla  söhbəti  zamanı  demiĢdi)  general-

mayor M.S.  Ağabəyzadə  1944-cü il noyabrın 9-da 79  yaĢında qür-

bətdə- Lvov Ģəhərində köməksiz və miskin bir Ģəkildə vəfat etmiĢdi. 

Onun  layiqli  və  sadiq  tələbəsi  TadeuĢ  Levitski  Lvovdakı  katolik 

qəbiristanlığında gecə gizlicə müsəlman adətilə ( üzü Kəbəyə tərəf) 

dəfn  etmiĢdi...O,  müəlliminin  məzarı  üstündə  üzərində  ay-ulduz 

həkk  olunmuĢ  baĢdaĢı  düzəltdirmiĢdi...M.S.  Ağabəyzadə    Lvovun  

Liçakovski  qəbiristanlığında  uyuyur... 

General-mayor M.S.Ağabəyzadənin fotoĢəkillərinin əldə edil-

məsində bizə köməklik etdiklərinə görə ilk növbədə onun əmisi oğ-

lu  Əli bəy Hüseynzadənin Bakıda   yaĢayan nəvəsi Cəmilə xanıma 

və  bu  iĢdə  köməyini  əsirgəməmiĢ  Azərbaycan  Respublikası  Milli 

Dövlət Arxivinin S. Mümtaz adına Dövlət  Ədəbiyyat  və  Ġncəsənət 

Arxivinin  direktoru,  əməkdar  incəsənət  xadimi  Maarif  Teymura 

minnətdarıq. 

...Fikrimizcə,  Məhəmməd  Sadıq  bəyin  xatirəsi  kifayət  qədər 

əbədiləĢdirilməyib.Belə  ki,yalnız  Göyçayda  bir  vaxtlar  yaĢadığı 

evin qarĢısına kiçik xatirə lövhəsi vurulmuĢdur ki, bunu da Məhəm-

məd    Sadıq  bəyin  həyat  və  fəaliyyətinə  aid  “  Ġki  ömür  yaĢayan 

adam” adlı kitab yazmıĢ, həmin kitabın əsasındakı senari üzrə “Çi-

narlı Ģəhərin generalları” adlanan ikiseriyalı sənədli film çəkdirmə-

yə  nail  olmuĢ  (filmi  rejissor-operator  Taleh  Ġsmayılov  çəkmiĢdir)  

mərhum  yazıçı-dramaturq  Əli  Səmədlinin  Ģəxsi  vəsaiti  hesabına  

hasilə  gəlmiĢdir. 

M.S. Ağabəyzadə ĢərqĢünaslıq məktəbinin banisidir. Lvov Ģə-

hərində  M.S. Ağabəyzadənin  adına küçə  var.  Lvov Dövlət  Univer-

sitetinin  foyesində  görkəmli  alimlərin  sırasında  M.S.  Ağabəyzadə-

nin  də  portreti  asılmıĢdır...Onun  tələbələrindən  biri  Y.  Polotiyuk 




 

103 


Lvov Dövlət  Universitetinin ġərqĢünaslıq fakultəsinin kafedar mü-

diridir.  O,  ġərq  ölkələrinin  paleoqrafiyası,  epiqrafiyası  və  islami 

dünyagörüĢündən oxuduğu mühazirələrin təsiri altında “Qurani-Kə-

rimi”  öz  dilinə tərcümə etmiĢ, sonra isə Ġslam dinini qəbul edərək 

özünə  “Mirzə Müzəffər” adını  götürmüĢdür... 

Ancaq xalqımızın bu görkəmli oğlunun həyat və fəaliyyəti daha 

ətraflı  öyrənilməli  və  respublika  DĠN  tərəfindən  də  onun  adının 

əbədiləĢdirilməsi  üçün  addımlar  atılmalıdır.  Çünki,  son  illər  baĢqa 

xətlərlə  Məhəmməd  Sadıq bəyin həyat və fəaliyyətinin  təbliği məq-

sədilə  bir  sıra  təĢəbbüslər  edilmiĢ  və  tədbirlər  həyata  keçirilmiĢdir. 

M.  S.  Ağabəyzadənin  həyat  və  fəaliyyətinin  tədqiqi  ilə  məĢğul  olan 

alimlər  və  tədqiqatçılar,  habelə  maraqlanan  Ģəxslər  xalqımızın  bu 

intelektual təfəkkürlü böyük Ģəxsiyyətinin daha artıq tanınması üçün 

cəhdlər  göstərmiĢlər.  Məsələn,  2005-ci  il  mart  ayının  14-də,  doğum 

günündən  bir  gün  əvvəl,  AMEA-nın  akademik  Ziya  Bünyadov  (21 

dekabr 1923, Astara - 21 fevral 1997,  Bakı;  naməlum “qüvvə” tərə-

findən  qətlə  yetirilmiĢdir...)  adına  ġərqĢünaslıq  Ġnstitutunda           

M.S. Ağabəyzadənin anadan olmasının 140-cı ildönümünə həsr olun-

muĢ elmi sessiya keçirilmiĢdi. AMEA-nın ġərqĢünaslıq Ġnstitutunun, 

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan - PolĢa Elmi-Mədəni 

Cəmiyyətinin  birgə  təĢəbbüsü  ilə  keçirilən  sessiyada  dünya  ĢərqĢü-

naslıq elminə böyük töhfələr vermiĢ, ensiklopedik bir Ģəxsiyyət olan  

(“Məhəmməd Sadıq  bəy  Ağabəyzadənin elmi fəaliyyəti”. Məruzəçi-

filologiya elmləri namizədi, Azərbaycan-PolĢa Elmi-Mədəni Cəmiy-

yətinin  sədri  Gülər  xanım  Abdullabəyova;  ”Məhəmməd  Sadıq  bəy 

Ağabəyzadənin həyat yolu”. Məruzəçi-yazıçı-dramaturq Əli Səmədli

“Azərbaycan  Demokratik  Respublikası  dövründə  Məhəmməd  Sadıq 

bəy Ağabəyzadənin Daxili ĠĢlər Nazirliyindəki fəaliyyəti”. Məruzəçi-

polis  polkovniki,  tarix  elmləri  namizədi  Tahir  Behbudov;  ”Məhəm-

məd Sadıq bəy Ağabəyzadənin Azərbaycan Xalq Cümhuriyyəti döv-

ründə  dövlət  quruculuğu  sahəsindəki  fəaliyyəti”.  Məruzəçi  -  tarix 

elmləri namizədi Ġltifat Əliyarlı və s.) mövzularda məruzələr dinlənil-

miĢ və müzakirələr aparılmıĢdı. Sessiyada PolĢanın Azərbaycandakı 

fövqəladə  və  səlahiyyətli  səfiri  Marçin  Novrat  da  iĢtirak  edirdi... 

Onun çıxıĢı  maraqla qarĢılanmıĢdı... 



 

104 


Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası  Müdafiə 

Nazirliyinin  Elmi-Tədqiqat  Ġdarəsinin  əməkdaĢı,  hərb  tariximizin 

araĢdırıcısı,  tanınmıĢ  jurnalist,  polkovnik-leytenant  ġ.  Nəzirli  hələ 

1995-ci ildə nəĢr etdirdiyi “Cümhuriyyət generalları”  kitabında  ge-

neral-mayor M.S. Ağabəyzadənin bioqrafiyası barədə bir qədər mə-

lumat  vermiĢdi.  Lakin  Məhəmməd Sadıq bəy haqqında daha  geniĢ 

elmi  araĢdırmalar aparıb dissertasiya iĢi müdafiə etmiĢ  AMEA-nın 

Z. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutunun baĢ elmi iĢçisi, filolo-

giya  üzrə  fəlsəfə  doktoru,  Azərbaycan-PolĢa  Elmi-Mədəni  Cəmiy-

yətinin sədri Gülər Abdullabəyova xüsusi qeyd olunmalıdır. Əgər o 

olmasaydı,  hələ  də  bizim  M.S.  Ağabəyzadə  haqqında  uzun  illər 

boyu  məlumatımız  qədərincə  olmayacaqdı.Elmi  iĢi  ilə  əlaqədar 

PolĢaya gedən və təsadüfən arxivdə Məhəmməd Sadıq bəyə məxsus 

sənədlərə rast gələn Gülər xanım Bakıya döndükdən sonra bu barə-

də akademik Ziya Bünyadova danıĢmıĢdı. Beləliklə, rəhmətlik Ziya 

müəllimin xeyir-duası  ilə o, görkəmli  ĢərqĢünas  Məhəmməd Sadıq 

bəyin həyat və yaradıcılığını  araĢdırmağa  baĢlamıĢdı... 

2005-ci  il noyabrın  9-da general  M.S.  Ağabəyzadənin  xatirə-

sinə həsr olunmuĢ daha bir tədbir keçirilmiĢdi. Bu dəfə tədbirin ke-

çirilməsinin təĢəbbüsçüsü Azərbaycan Kinematoqrafçılar Ġttifaqının 

Ġdarə Heyəti və “Обозреватель” qəzeti idi. Tədbir Məhəmməd Sa-

dıq bəyin vəfatının  71-ci ildönümünə həsr edilmiĢ  bir xatirə, anım 

mərasimi  idi.  Mərasimdə  Ukraynanın  Azərbaycandakı  səfirliyinin 

nümayəndəsi  Boqdan Budyak, Ukrayna və PolĢa diasporunun ölkə-

mizdəki    təmsilçisi  Vitali  Rudenko,Azərbaycan  Respublikasının 

Rusiya  Federasiyasındakı  səfirliyinin  nümayəndəsi  Ramiz  Abutalı-

bov  və  digər  maraqlı  təmsilçilər  iĢtirak  edirdilər.Tədbirə  həmçinin 

bu sətirlərin müəllifləri də qatılmıĢdılar. 

Tədbiri giriĢ sözü ilə açan  “Oбoзрeватель”  həftəlik informa-

siya-analitik qəzetinin baĢ direktoru  Gülnarə Məmmədzadə (hazır-

da “РИА-НОВОСТИ”  Agentliyinin baĢ direktorudur) açaraq onun 

məqsəd və məramlarına toxundu. Canlı dialoq və qarĢılıqlı fikir mü-

badiləsi Ģəraitində dəyirmi masa arxasında çıxıĢ edənlər: - Məhəm-

məd  Sadıq bəyin həyat  və fəaliyyətinin tədqiqatçısı, yazıçı-drama-

turq Əli Səmədli (2006-cı ildə dünyasını dəyiĢmiĢdir. Allah rəhmət 

eləsin!),Kinematoqrafçılar  Ġttifaqı  Ġdarə  Heyətinin  katibi  Abbas 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə