Kərimov Tofiq Mirzə oglu


Partiyası”    birləĢsin.  1917-ci  ilin  may  ayının  1-11-i  arasında  Mos-



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə42/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   38   39   40   41   42   43   44   45   ...   156

 

126 


Partiyası”    birləĢsin.  1917-ci  ilin  may  ayının  1-11-i  arasında  Mos-

kvada  keçirilən  Ümumrusiya  müsəlmanlarının  qurultayında  iĢtirak 

edən  hər  iki  görkəmli  milli  istiqlal  mücahidi  partiyaların  vahid  bir 

təĢkilatda  birləĢməsini  əməli  həyata  keçirdilər...Bu  birləĢmə  qurul-

taydan  sonra,  rəsmən  1917-ci  ilin  iyunun    20-də  (təzə  stillə  iyulun 

3-də) baĢ vermiĢ, hər iki partiya “Müsavat” adı altında birləĢmiĢdi. 

Nəsib  bəy  partiyanın  Gəncə  ġöbəsinin  rəhbəri  təsdiqlənmiĢdi. 

N.Yusifbəyli “Müsavat” partiyasının 500 nəfərin iĢtirakl ilə 1917-ci 

il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən I qurultayında yaxından 

iĢtirak  etmiĢdi.  Bu  qurultaydan  sonra  “Azərbaycana  muxtariyyət!” 

Ģüarı altında hərəkat xüsusilə qızğın xarakter almıĢdı. 

N. Yusifbəyli Müvəqqəti hökumətin Zaqafqaziya Xüsusi Ko-

mitəsindən  sonra  (Zaqafqaziya  Xüsusi  Komitəsi  fevral-burjua-de-

mokratik  inqilabından  sonra  Rusiyada  yaranan  knyaz  Q.E.  Lvovun 

(2  noyabr  1861,  Drezden  Ģəhəri,  Almaniya  -  8  mart  1921,  Paris) 

baĢçılıq  etdiyi  Müvəqqəti  hökumətin  Zaqafqaziyadakı  səlahiyyətli 

icraiyyə orqanı  kimi  Qafqaz CaniĢinliyinin  (1844-1917) ləğvindən 

sonra onun əvəzinə 9 mart 1917-ci ildə Tiflisdə yaradılmıĢdı. Sədri 

kadet  partiyasının  üzvü  A.Xarlamov  idi).1918-ci  ilin  fevralından 

Zaqafqaziya  Seyminin,  1918-ci  il  aprelin  26-da  müstəqil  Zaqaf-

qaziya  Federativ  Respublikası  yarananda  isə  bu  hökumətin  maarif 

naziri  təyin  olunmuĢ  və  səmərəli  fəaliyyət  göstərmiĢdi...1918-ci  il 

mayın  26-da  gürcü,  azərbaycanlı  və  erməni  deputatların  daxil 

olduğu fraksiyalararası çəkiĢmələrin nəticəsində Zaqafqaziya Seymi 

süqut etdi. Mayın 27-də Tiflisdə M.Ə.Rəsulzadənin sədrliyi altında 

xalqımızın müstəqilliyinə nail olmaq üçün Seymin müsəlman frak-

siyalarındakı  partiyaların  üzvlərindən  ibarət  Azərbaycan  Milli  ġu-

rası  yarandı. N.Yusifbəyli Milli ġura sədrinin iki müavinindən biri 

(digəri  Həsən  bəy  Ağayev  idi)  seçilmiĢdi.  1918-ci  il  Mayın  28-də 

Azərbaycan  Xalq  Cümhuriyyəti  (Azərbaycan  Demokratik  Respub-

likası)  yarandı.  F.Xoyskinin  birinci  hökumət  kabineti  zamanı)  (28 

may-17  iyun  1918-ci  il)  “Müsavat”ı  təmsil  edən  N.Yusifbəyli  xalq 

maarif və maliyyə naziri təyin olundu.F. Xoyskinin sonrakı iki Na-

zirlər  Kabinetində  (17  iyun  –  7  dekabr  1918-ci  il  və  26  dekabr 

1918-ci il - 14 mart 1919-cu il) o, maarif və dini etiqad naziri kimi 

fəaliyyət göstərmiĢdi. 




 

127 


Həmin  vəzifələrdə  çalıĢarkən  Nəsib  bəy  ümumi  icbari  təhsil, 

ibtidai və orta məktəblərin milliləĢdirilməsini, milli azlıqların da öz 

dillərində oxumaları üçün qanun layihələrinin hazırlanması, mətbu-

at,  söz,  vicdan,  ittifaqlar  və  tətillər  azadlığına  zəmanət  verilməsi 

təkliflərini  irəli  sürmüĢdü.  Nəsib  bəy  Azərbaycan  Parlamentindəki 

çıxıĢında  demiĢdi:  ”Cənab  Parlament  üzvləri,əsas  azadlıqlar:  söz, 

mətbuat,  yığıncaq,  ittifaq  və  tətillər  azadlıqları  hər  bir  mədəni  de-

mokratik ölkənin özülünü təĢkil edir. Hər Ģeydən yazmaq və danıĢ-

maq olar, harada istəsən yığıĢmaq olar, lakin bunlara yol yalnız bir-

cə  müqəddəs  hüquqa  –  Azərbaycan  xalqının  müstəqillik  hüququna 

toxunmamaq  Ģərtilə  verilir”.  Nəsib  bəy  bütün  azadlıqlar  içərisində 

vicdan və yaĢamaq azadlığını ən müqəddəs azadlıqlar hesab edirdi. 

N.Yusifbəyli  Azərbaycanda  yaĢayan  milli  azlıqların  hüquq-

larının  qorunması,  onların  dini  azadlığının,  mədəni-milli  xüsusiy-

yətlərinin  mühafizə  olunub  saxlanmasını,  milli  ədavətlərin  aradan 

götürülməsi  üzərində  ayrıca  dayanaraq  deyirdi:  ”Hökumətimiz 

bütün səylərini ona  yönəldib ki, Azərbaycan onun ərazisində yaĢa-

yan bütün xalqlar və millətlər üçün sevimli Vətənə çevrilsin. Höku-

mət  bütün  gücü  ilə  milli  düĢmənçiliyin  alovlanmasına  yol  vermə-

yəcək və bu cür halların qarĢısını alacaqdır”. 

N.Yusifbəyli  Parlament  yığıncağında  azad  əməyi  təmin  edə 

biləcək fəhlə qanunvericiliyinin,  habelə  kəndlilərə  ödəniĢsiz torpaq 

verməyi  nəzərdə  tutan  torpaq  qanunvericiliyinin  hazırlanması,  de-

mokratik  əsasda  yerli  özünüidarə  orqanlarının  qurulmasını  irəli 

sürürdü. 

1918-ci  il  oktyabrın  26-da  Gəncədə  gizir  məktəbi  məzunları-

nın ilk buraxılıĢ mərasimi olmuĢdu. Bu məktəb 1918-ci ilin iyunun-

da açılmıĢdı. Onun açılımasında general-leytenant Əli ağa ġıxlınski 

və  polkovnik  Süleyman  bəy  Əfəndiyev  mühüm  rol  oynamıĢdı-

lar...Təntənəli  buraxılıĢ  mərasimində  Qafqaz  Ġslam  Ordusunun  BaĢ 

komandanı  Faruq  Nuru  paĢanın  atası  Hacı  Əhməd  PaĢa,  Əlahiddə 

Azərbaycan  Korpusunun komandiri,  general-leytenant  Əli  ağa ġıx-

linski, 14-cü Çanaqqala diviziyasının komandiri  albay   Nazim bəy, 

Gəncə  qubernatoru,  polkovnik  Ġbrahim  ağa  Vəkilov,  Ģəhər  baĢçısı 

Ələkbər bəy Xasməmmədov, həmçinin Bakıdan  Azərbaycan höku-

mətinin  rəsmi nümayəndələri  - maarif naziri Nəsib bəy  Yusifbəyli, 




 

128 


maliyyə naziri Musa bəy Rəfiyev (1888-1938), daxili iĢlər nazirinin 

müavini  Mehdi  bəy  Hacınski (1879-1941) və digər yüksək səviy-

yəli qonaqlar iĢtirak edirdilər. 

Gizir  məktəbinin  buraxılıĢ  mərasimində  xalq  maarif  naziri    

N. Yusifbəylinin çıxıĢı çox təsirli olmuĢdu. O, demiĢdi: ”Balalarım, 

Azərbaycanın və millətin gələcəyi sizin əlinizdədir. Əgər güclü ordu 

yarada  bilsəniz,  deməli,  millətin  gələcəyi  təmin  olunacaq.  Bu  gün 

gördüklərim məni əmin etdi və bura ezam edən hökumətimizə onu 

çatdırmaq hüququ verdi ki, ölkənin istiqbalına görə sakit ola bilər. 

Qısa vaxt ərzində əldə etdiyiniz uğurlara çətin ki, ən mədəni və ba-

carıqlı  xalqların  oğulları  nail  ola  bilsin”.  Nəsib  bəy  sonra  Əhməd 

PaĢaya xitabən söyləmiĢdi: 

- ”Əlahəzrət!  Sizin Ģanlı oğullarınız Ənvər paĢa və Nuru paĢa 

təkcə  Azərbaycanın  deyil,  bütün  türk  xalqlarının  yaddaĢında  həmi-

Ģəlik  qalacaqlar.  Belə  qəhrəmanların  atası  baĢını  uca  tuta,  xoĢbəxt 

ola bilər. Allah Sizi və Sizin övladlarınızı qorusun”. Nəsib bəy axır-

da  hökumət  adından  bildirmiĢdi:  ”Bu  gün  bütün  qonĢu  millətlərin 

nümayəndələri  Azərbaycan  oğullarının  bacarığına  və  istedadına 

əmin oldular. Belə qüvvəyə malik ölkənin gələcəyi qorxulu deyil”. 

Mərasimdə  DĠN-in  adından  rəsmi  Ģəxs  kimi  iĢtirak  edən 

Azərbaycan Cümhuriyyəti daxili iĢlər nazirinin (o zaman daxili iĢlər 

naziri  Behbud  xan  CavanĢir  idi)  müavini  Mehdi  bəy  Hacınski  öz 

çıxıĢında  bildirmiĢdi  ki, bu  günlərdə  Bakıda  da  1200  nəfərlik  belə 

bir məktəb açılacaq. Əmin olmaq lazımdır ki, onun müdavimləri də 

bu cür parlaq nailiyyətlər əldə edəcəklər. 

HaşiyəAzərbaycanda ilk gizir məktəbi 1918-ci ilin iyununda 

Gəncədə  yaradılıb,  ilk  dövrlərdə  Qafqaz  Müsəlman  Ordusuna 

tabeydi.  Gizir  məktəbində  250-dən  çox  gənc  təhsil  alırdı.  Onlar 

kursu gizir kimi baĢa vurduqdan sonra 6 ay ərzində zabit rütbəsi 

alırdılar.  Məktəbin  rəisi  zabit-pedaqoq  Atif  bəy  idi.  1918-ci  il 

oktyabrın  26-da  məktəbin  ilk  buraxılıĢı  zamanı  200  nəfər  gənc 

məktəbi bitirmiĢdi. 

N. Yusifbəyli 1918-ci ilin noyabrında müttəfiq qoĢunların Ba-

kıya gəlməyə hazırlaĢan komandanı general Vilyam Tomsonla danı-

Ģıqlar aparmaq üçün üç nəfərdən ibarət nümayəndə heyətinin baĢçısı 

kimi Ġranın Ənzəli Ģəhərinə gedib onunla görüĢmüĢdü. 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə