Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə45/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   41   42   43   44   45   46   47   48   ...   156

 

135 


nəfərin dayandığını və əlində nəsə tutduğunu görmüĢdü. Ə.DadaĢo-

vun:  ”Əlindəki  nədir?,  -  sualının  cavabında  naməlum  Ģəxs  cavab 

verdi ki, bombadır, onu ingilislər satmaq üçün veriblər. Ə.DadaĢov 

bombanı ona verməsini  söylədikdə, naməlum  adam  bundan imtina 

etdi.  Onda  Ə.DadaĢov  onun  qolundan  tutmaq  istədikdə,  o,  Dada-

Ģovun əlindən  yapıĢdı. DadaĢov dərhal qorodovoy Mir Qasım Ağa 

oğlunu  çağırdı.  Qorodovoyun  kəməyi  ilə  naməlum  Ģəxsdən  “bom-

ba” alındı və o, Bakı Ģəhər 5-ci polis sahəsinə gətirildi. Polis sahə-

sində  naməlum  adam  özünü  erməni  Aram  Budaqov  kimi  təqdim 

etdi. Sahənin polis pristavı. Mixail Vakulo: ”Səndə bomba haradan-

dır? sualını verdikdə cavabı bu oldu ki, onda heç bir bomba olmayıb 

və  güya  küçədən  keçərkən  konvoyçu  süvarilər  tərəfindən  tutulub. 

Naməlum adam izah edirdi ki, onu tutduqdan sonra əvvəlcə konvo-

yun  qərargahına,  sonra  da  polis  sahəsinə  gətiriblər.  A.Budaqovun 

üstünə baxıĢ keçirilərkən, iki vəsiqə aĢkarlandı. Aram Arutyun oğlu 

Budaqovun adına Evlər Komitəsinin sədri tərəfindən verilmiĢ vəsi-

qələrdən birində yazılmıĢdı ki, vəsiqə verilir ona görə ki, o, 1918-ci 

ilin  sentyabrın  15-də  türklərin  Bakıya  daxil  olması  zamanı  1-ci 

qırmızı ehtiyat polkunda sıravi olub. Digər vəsiqədə - ġamaxı Qəza 

Torpaq  Komitəsinin  sədri  tərəfindən  verilmiĢ  29  aprel  1918-ci  il 

tarixli 43 nömrəli vəsiqədə göstərilirdi ki,“verilir Artyom Saturyan 

oğlu Budaqova ondan ötrü ki, o, Kenaxanı kəndinin sakinidir, qaç-

qındır,  himayəsində  arvadı    Zamban  və    23  yaĢlı    oğlu  Aram  var-

dır”. Bundan baĢqa, naməlum Ģəxsdən türklərin hücumu zamanı zə-

rərçəkənlərə  yardım  məqsədilə  Nəzarət  Komissiyasının  verdiyi  8 

min yarım qiyməti olan çek aĢkar edilmiĢdi. 

Məhkəmə  istintaqının  baĢ  vermiĢ  hadisə üzrə təhqiqat aparıl-

ması üçün  yaratdığı  xüsusi komissiya tərəfindən ibtidai istintaq və 

A.Budaqovun tutulduğu  yerə baxıĢ  keçirildi.Lakin bombanın  əĢya-

yi-dəlil kimi tədqiqi bu sahədə mütəxəssisin olmaması üzündən lən-

gimiĢdi.  Ġyunun  4-dən  baĢlanan  istintaq-təhqiqat  iĢləri  iyunun  7-də 

Azərbaycan  Məhkəmə  Palatasına  müraciət  olunması  qərarı  ilə  da-

vam  etdirildi.  Ġyunun  10-da  artıq  Azərbaycan    Məhkəmə    Palatası 

prokurorunun  adına  həmin  müraciətə  əlavə  edilmiĢ  ikinci  müraciət 

də daxil olmuĢdu. 



 

136 


Azərbaycan  Məhkəmə  Palatası  prokurorunun  adına  yazılmıĢ 

müraciətdə  bildirilirdi  ki,  ilkin  ibtidai  istintaq  baxıĢı  və  bombanın 

ekspertizası  Lill (Fransa) Universitetinin əməkdaĢı - ekspert, təbiət 

elmləri  namizədi  Vsevolod  Sutulov  tərəfindən  tədqiq  edilmiĢdir. 

Bomba Bakı dövlət silah-sursat zavodunda (Xatisovun mərmi zavo-

du; sovet dövründə leytenant ġmidt , indiki Səttərxan adına zavod) 

düzəldilmiĢdir, əldəqayırmadır, 1915-1916-cı illərdə rus ordusunun  

Qərb cəbhəsində tətbiq olunmuĢdur.Ekspertlər qrupu tərəfindən Ģə-

hərin  kənarında  qranatın  təcrübədə  atılarkən  yoxlanması  istənilən 

nəticəni  verməmiĢdir.Qrup  belə  qənaətə  gəlmiĢdir  ki,  qranat  yarar-

sızdır, belə ki, zapal kapsulu çatıĢmır. Bu, əlavə təhqiqatdan sonra 

həmin zavodda onun hazırlanmasında iĢtirak edən fəhlə Ġvan Subot-

renko  tərəfindən  də  təsdiq  edilmiĢdir.  O,  özünü  günahkar  bilmir. 

Axırıncı sorğu-sualda ümumiyyətlə, bildirmiĢdir ki, ona yaxınlaĢan 

müsəlman konvoy əməkdaĢı sənədlərimi tələb edib biləndəki ermə-

niyəm,  məni  dərhal  konvoyun  qərargahına  gətirib  və  o,  döyüĢ  qra-

natı barədə suala rədd cavabı verib. Hazırkı vaxtda  Aram  Budaqov  

Bakı Mərkəzi Həbsxanasında (1 nömrəli Bayıl Həbsxanası 1920-ci 

il aprelin 27-də  Bakı ġəhər Dairə Məhkəməsində A.  Budaqova bə-

raət  hökmü  çıxarılmıĢ  və  prokuror  Pastuxova  apellyasiya  Ģikayəti 

verilmiĢdi. 

Nəsib bəy 1919-cu il iyunun 11-də ölkədə elan edilmiĢ  “Hər-

bi vəziyyət tətbiq olunması haqqında” qanunverici sənədin müəllifi 

idi. Həmin aktla hərbi vəziyyət dövründə DĠN-in yerlərdəki səlahiy-

yətli nümayəndələri olan general-qubernatorlara, qubernatorlara, qə-

za  rəislərinə,  polismeysterlərə,  pristavlara  geniĢ  hüquqlar  verildiyi 

və onların əmr və göstəriĢlərinin mütləq qaydada yerinə  yetirilməsi 

tələb  edilirdi.  Azərbaycan  Respublikasının  Dövlət  Müdafiə  Komi-

təsinin  (DMK)  sədri  olan  N.  Yusifbəyli  (DMK  milyonçu,  məĢhur 

xanıəndə Seyid Mir Babayevin evində - indiki “Azneft” Dövlət Neft 

ġirkətinin  binasında  yerləĢirdi)  bu  yüksək  vəzifəni  tutmasına  bax-

mayaraq,  heç  də  hərbi  diktaturaya  can  atmırdı.  O,  demokratik  də-

yərlərə  əsaslanan  polis  tədbirlərinin  həyata  keçirilməsinin  tərəfdarı 

kimi  çıxıĢ  edirdi.  Bunu  Bakıda  yerləĢən  müttəfiq  dövlətlərin  hərbi 

kontingentinin  yüksək rütbəli zabitləri, o cümlədən ingilis  generalı 



 

137 


D.  ġatelvort  və  digərləri  də  qiymətləndirir,  Nəsib  bəyə  dərin  hör-

mətlə yanaĢırdılar. 

N.Yusifbəyli ictimai asayiĢin təmin edilməsində hər kəsə, xü-

susilə,  müstəqil  dövlətimizin  əleyhinə  fəaliyyət  göstərən  qüvvələrə 

qarĢı çox barıĢmaz və sərt mövqedə idi. Bunu ondan görmək olardı 

ki, Nəsib bəyin əmri ilə Azərbaycan Cümhuriyyəti əleyhinə təbliğat  

və fəaliyyətlə məĢğul olan 40 nəfər bolĢevik həbs edilmiĢdi. Onların 

içərisində görkəmli kommunustlərdən M.B. Qasımov, B. Sərdarov, 

Ġ.  AnaĢkin,  L.  Mirzoyan,  R.  Hüseynov,  Ġ.  Konkin,  F.  Qubanov 

(1889-1920), ”Qatır  Məmməd”,  M.  DadaĢov,  N. Roqov, M.F.  Mu-

səvi,  Ġ.Qutin  və  baĢqaları  vardı.  Onlara  ciddi  xəbərdarlıq  olun-

duqdan sonra həbsdən buraxılmıĢdılar... 

N.Yusifbəylinin  nazir  olduğu  dövrdə  DĠN-in  Müvəqqəti  Xü-

susi Səlahiyyətli Müvəkkillər  Ġnstitutunun fəaliyyəti daha da səmə-

rəli olmuĢ, bu qurumun yerlərdə inzibati hakimiyyət orqanları üzə-

rində nəzarəti yüksəlmiĢdi. Həmin dövrdən də Daxili ĠĢlər Nazirliyi 

nəzdində  Bakı  Ģəhərində  Dəmir  Yol  Polisi  ġöbəsi  yaranmıĢdı. 

N.Yusifbəylinin  əmri  ilə  1919-cu  il  iyunun  11-də  DĠN-in  Ġctimai 

Təhlükəsizlik ġöbəsi yaradılmıĢdı. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  polisi  cinayətkarlıq  və 

onun ayrı-ayrı növləri ilə mübarizə apardıqda aĢkar edilən residivist 

cinayətkarlar içərisində milliyyətcə erməni olanların da az olmadığı 

məlum olurdu. Demək olar ki, hər ay Bakıda qəlp (saxta) pul kəsən 

karxanalar  və  gizli  sexlər  aĢkar  edirdi.Bayılda  6  kiĢi  qəlp  pul  kəs-

dikləri  yerdə-cinayət  baĢında  yaxalanmıĢdı.  Onlardan  iki  litoqraf 

daĢı,  birində  isə  Kerenskinin  (22  aprel  1881,  Simbirsk-11  iyun 

1970,  Nyu-York)  (eser  Aleksandr  Fyodroviç  Kerenski.  Rusiyanın 

hökumət  baĢçısı olmuĢdur) əksi olan 3 milyon qədərində hazırlan-

mıĢ 40 manatlıq saxta pul tutulmuĢdu. Məlum olmuĢdu ki, əslində, 

canilər 40 nəfərdən ibarətdir, aralarında bir dəstə Bakı əyanı da var-

dır. BaĢqa bir yerdə saxta 25 manatlıq kəsən  “sex” aĢkar edilmiĢdi. 

Həbs edilən saxta pul kəsənlərin içərisində ermənilər də vardı... 

Daxili ĠĢlər Nazirliyi müəyyən etmiĢdi ki, Azərbaycandakı Er-

mənistan  Respublikasının  T.A.Bekzadyanın  rəhbərlik  etdiyi  Diplo-

matik Missiyasının (Nümayəndəliyinin) özü belə milli mənafeyimi-

zə zidd fəaliyyət göstərən Ģəxslərlə əlaqədardır. Belə ki, Bakı Polis-




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə