Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə46/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   42   43   44   45   46   47   48   49   ...   156

 

138 


meysterliyinin əldə etdyi məlumat əsasında 1919-cu il iyunun 11-də 

Suraxanı küçəsi, 279 nömrəli evdə aparılan axtarıĢ zamanı oradakı 

anbardan  1  ədəd  teleqraf,  3  ədəd  səhra  telefon  aparatı,  5  qutu  (75 

ədəd) tüfəng patronu və səhra telefon aparatı üçün ləvazimat aĢkar 

edib  götürmüĢdü. AxtarıĢda Bakı  polismeysteri,  rotmistr Puda Qu-

diyev  (1880-1920)  (əslində  Quda  Qudiyevdir...),onun  böyük  kö-

məkçisi  Zalsman  və  DĠN-in  Əks-KəĢfiyyat  Ġdarəsinin  (əslində  Ək-

sinqilabla Mübarizə TəĢkilatının) agenti iĢtirak edirdilər. 



Haşiyə: Azərbaycan müstəqillik qazandıqdan sonra onu daxili 

və  xarici  təhlükədən  qoruya  biləcək  xüsusi  xidmət  orqanlarının 

yaranması zərurəti meydana çıxmıĢdı. Hərbi nazir S. Mehmanda-

rovun 29 mart 1919-cu il tarixli 156 nömrəli əmrindən bəlli olur 

ki,Azərbaycan  Nazirlər  ġurasının  sədri  F.Xoyskinin  hələ  28 

avqust  1918-ci  il  7  nömrəli  sərəncamı  ilə  yenicə  yaranmıĢ  Əks-

KəĢfiyyat  Hissəsinin  rəisi  vəzifəsi  müvəqqəti  olaraq  poruçik 

Ağalarova  tapĢırılmıĢdı.  O  zaman,1918-ci  il  noyabrın  15-də 

Azərbaycan Ordusunun Ümumi Qərargahı təsis olunanda 8 Ģöbə-

dən  biri  General-Kvartismeysterlik  idi.  General-Kvartimeyster 

ġöbəsi  qoĢun  hissələrində  yerləĢmə,  əməliyyat  və  səfərbərlik, 

kəĢfiyyat  və  əks-kəĢfiyyat,  həmçinin  rabitə  xidmətinin  təĢkili 

iĢlərini  həyata  keçirirdi.1919-cu  il  martın  birinci  yarsınadək 

General-Kvartimeysterlik  ġöbəsinin  rəisi  vəzifəsini  müvəqqəti 

Vasili Nikolayeviç Sokolov yerinə yetirmiĢdi. 1919-cu il martın 

19-da  Azərbaycan  Ordusunun  BaĢ  Qərargahında  BaĢ  Ġdarə 

yarandıqda  bu  vəzifəyə  Ġstehkamçılar  Hərbi  Məktəbinin  rəisi, 

polkovnik Vasili Dmitriyeviç Karqalateli təyin edilmiĢdi.V. Kar-

qalateli  sonralar,  müvəqqəti  hərbi  nazir  olmuĢ  tam  artilleriya 

generalı  Əli  ağa  ġıxlinski  ilə  yaxın  münasibətlərdə  idi  və  onun 

167 nömrəli əmri ilə 1920-ci il martın 20-də general-mayor rüt-

bəsinə  layiq  görülmüĢdü.  KəĢfiyyat  və  əks-kəĢfiyyat  sektoru  da 

məhz  General-Kvarstimeysterlik  ġöbəsinin  tərkibində  əsas  stuk-

tur hissələri kimi fəaliyyət göstərməkdə idi. Əks-kəĢfiyyat hissəsi 

28 avqust 1918-ci ildə General-Kvartismeyerlik ġöbəsi ilə birlik-

də  yaranmıĢdı.  Beləliklə,  görünür  ki,  ilk  xüsisi  xidmət  orqan-

larımız  artıq  1919-cu  ilədək  mövcud  olmuĢdur.  Lakin  onların 

yaranmasını  rəsmən,  yuridik  cəhətdən  1919-cu  ilə  aid  etmək 




 

139 


lazımdır. Belə ki, 1919-cu il yanvarın 10-da Hərbi Nazirliyin ya-

nında Müvəqqəti Hərbi ġura  yaradılmıĢdı. Bu ġuranın  tərkibinə 

General-Kvartismeyster ġöbəsinin rəisi də daxil idi. 

1919-cu il martın 26-da Hərbi Nazirliyin BaĢ Qərargah (Ərka-

ni-Hərb) təsis edilmiĢdi.Hərbi nazir S.Mehmandarovun dəvətilə BaĢ 

Qərgahın  rəisi  vəzifəsinə  Krımdan  milliyyətcə  tatar  olan  general-

leytenant  Məmməd  bəy  Sulkeviç  təyin  edilmiĢdi.  Ġki  gün  sonra, 

1919-cu  il  martın  28-də  BaĢ  Qərargahın  BaĢ  Ġdarəsi  yaradılmıĢdı. 

Bu Ġdarənin tərkibinə General-Kvartismeyster ġöbəsi daxil edilmiĢ-

di.  ġöbə  4  xidmətdən  ibarət  idi.  Üçüncü  ġöbə  KəĢfiyyat  və    Əks-

KəĢfiyyat  Xidməti adlanırdı.  Onun baĢlıca  vəzifəsi  düĢmənlər haq-

qında  informasiya  toplamaq,  sərhəddən  xaricdə  hərbi  agentura  ya-

ratmaq,  ölkənin  daxilində  cəsusluqla  mübarizə  aparmaq  idi.  Lakin 

ilk dövrdə kadrlar çatıĢmırdı. ġöbənin cəmi 28 əməkdaĢı vardı. Be-

ləliklə, 1919-cu il martın 26-28-də Azərbaycanın  ilk xüsusi xidmət 

orqanları təĢəkkül tapmıĢdı. Həmin günlərdən biri - ilk milli təhlü-

kəsizlik  orqanının  yarandığı  martın  28-i  günü  hazırda  Azərbaycan 

Respublikasının  Milli  Təhlükəsizlik  Nazirliyi  (MTN)  (1  noyabr 

1991-ci ildə yaradılmıĢdır) iĢçilərinin peĢə bayramı kimi hər il qeyd 

olunur. Həmin gün ümummilli liderimiz, Azərbaycan Respublikası-

nın  Prezidenti  Heydər  Əliyevin  təĢəbbüsü    və  23  mart  1997-ci  il 

tarixli fərmanı ilə təsis olunmuĢdur. 



Təyinat. Daxili iĢlər naziri N. Yusifbəylinin 29 aprel 1919-cu 

il  tarixli  67  nömrəli  əmri  ilə  milliyyətcə  inquĢ  olan  rotmistr  Quda 

Əliyeviç  Qudiyev  Bakı  Ģəhərinin  polismeysteri  vəzifəsinə  təyin 

edilmiĢdi. 

1919-cu  ilin  mayında  Ģimaldan  Azərbaycan  üçün  təhlükə  və 

təhdidlər artmıĢdı. Azərbaycan Cümhuriyyətinin baĢ naziri və daxili 

iĢlər naziri N.Yusifbəylinin bununla əlaqədar 1919-cu il mayın 28-

də Azərbaycan vətəndaĢlarına müraciətində  deyilirdi:  ”  Təhlükə  və 

hədələr  hələ  keçməmiĢdir.  Qara  buludlar  bizim  üzərimizə  hərəkət 

edir.  Əgər  ölkənin  daxilində  qayda  yaradılarsa,  bizim  sakitliyimiz 

təmin olunacaq, biz bizim istiqlaliyyətimizi təhlükə altına alan qüv-

vələrə  qarĢı  cavab  verməyə  çalıĢacağıq,  onda  sakit  və  azad  yaĢaya 

bilərik”. 



 

140 


Nəsib  bəyin  bu  müraciəti  əhalini  sayıqlığa  səsləmiĢ,  düĢmən 

qüvvələrlə mübarizədə səfərbəredici amil rolunu oynamıĢdı. Doğru-

dan  da,  1919-cu  ilin  yazı-yayında  Bakıda  xüsusilə  Denikin  zabit-

lərinin  rus  əhalisi  arasındakı  Azərbaycan  Ordusu  əleyhinə  təbliğatı  

xüsusilə  güclənmiĢdi.  Denikin  ordusunun  cəsuslar  Ģəbəkəsi  Bakını 

bürümüĢdü.  Hətta  gizli  silah  bazası  yaratmıĢdılar.Azərbaycanın 

gənc  xüsusi  xidmət  orqanları  həmin  bazanı  Krasnovodsk  (Ġndiki 

S.Vurğun  küçəsi)  və  Balaxanı  (indiki  Füzuli)  küçələrinin  kəsiĢdiyi 

yerdəki  evlərdən  birinin zirzəmisində  aĢkar  edib  müsadirə  etmiĢdi-

lər...  Onlar  Denikin  ordusunun  BaĢ  Qərargahının  Bakıda  gizli 

fəaliyyət  göstərən  kəĢfiyyat  Ģöbəsinin  rəisi  ÇernıĢovu  da  həbs 

etmiĢdilər...Qeyd  etmək  lazımdır  ki,  hərbi  nazir  S.  Mehmandarov 

baĢ nazir N. Yusifbəyliyə yazdığı məruzədə bolĢevizimlə, denikinç-

ilərlə, erməni  cildində bulunan biçeraxovçulara və s. düĢmən  qüv-

vələrə qarĢı mübarizə   iĢində    hələ  təcrübəli kadrlar sarıdan korluq 

çəkən  xüsusi  xidmət  orqanlarımıza  yerli  Ģəraitin  xüsusiyyətlərini 

yaxĢı  bilən  Bakı  AxtarıĢ  Polisi  əməkdaĢlarının  da  cəlb  olunmasını   

məqsədəuyğun hesab etmiĢdi. 

Belə Ģəraitdə sədri N.Yusifbəylinin olduğu fövqəladə ali səla-

hiyyətlərə  malik  orqanın  -  Azərbaycan  Dövlət  Müdafiə    Komitəsi-

nin (DMK) 11 iyun 1919-cu il tarixli qərarı ilə Əks  Ġnqilabla  Mü-

barizə TəĢkilatı yaranmıĢdı. Onun təsis olunması məhz Azərbaycanı 

hədələyən  xarici  və  daxili  əks  qüvvələrə  qarĢı  mübarizə  zərurətin-

dən  irəli  gəlmiĢdi.  Əksinqilabla  Mübarizə  TəĢkilatının  sədri  əslən 

Gəncədən  olan,  müsavatçı  Məmmədbağır  Saleh  bəy  oğlu    ġeyxza-

manlı    (ġeyxzamanov)  (1880,  Gəncə  -  1920,  Bakı)  ,  müavini    isə 

“Hümmət”  müsəlman  bolĢevik  təĢkilatının  üzvü  Mirfəttah  Musəvi 

(1891-1919)  təyin  edilmiĢdi.  Əks-Ġnqilabla  Mübarizə  TəĢkilatı  ya-

randığı ay onun cəmi 17 əməkdaĢı (3 baĢ agent, 14 agent) çalıĢırdı. 

Ümumiyyətlə, mövcudluğu dövründə (11 iyun 1919 - 6 mart 1920-

ci il) bu təĢkilatda 100-dən artıq agent çalıĢmıĢdı. 1919-cu il avqus-

tun  20-də Məmmədbağır ġeyxzamanlı öz xahiĢi ilə istefa vermiĢ və 

əvəzinə qardaĢı Nağı bəy ġeyxzamanlı (ġeyxzamanov) (1883-1967) 

təyin edilmiĢdi. 

1919-cu  il  sentyabrın  13-də  Bakı  MöhkəmləndirilmiĢ  Hərbi 

Müdafiə  Rayonu  ilə  Bakı  General-Qubernatorluğu  birləĢmiĢdi.  Hə-




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə